Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə62/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   58   59   60   61   62   63   64   65   ...   402

 

128 


İlkin  yunan  fəlsəfəsində  mühüm  cərəyanlardan  biri  -  əsası 

Pifaqor (Pythagoras,  b.e.ə.  VI əsrin ikinci  yarısı  -  V  əsrin  başlanğıcı) 

tərəfindən  qoyulan  pifaqorçuluq  idi.  Onun  nümayəndələri  b.e.ə. 

təqribən 

540-ci 

ildən 


başlayaraq  cənubi  İtaliyanın  yunan 

koloniyalarında yaşayırdılar. 

Müəyyən  mənada  demək  olar  ki,  pifaqorçular  substansiya, 

təbiətin  fundamental  başlanğıcı  və  dəyişiklik  barədə  məsələlərlə 

məşğul  olurdular.  Amma  onlar  tərəfindən  təklif  olunan  cavablar 

miletlilər,  barışdırıcı  filosoflar  və  Demokrit  tərəfindən  verilən 

cavabların  fərqlənirdi.  Pifaqorçular  maddi  elementlərdən  deyil, 

strukturlardan, formalardan, riyazi münasibətlərdən çıxış edirdilər. 

Pifaqorçular belə güman edirdilər ki, təbiət riyaziyyatın köməyi 

ilə  "kəşf  oluna"  bilər.  Bu,  onların  nöqteyi-nəzərincə,  aşağıdakı 

faktlarla təsdiq olunur. 

1.  Harmoniya  haqqında təlim  riyaziyyat  ilə  musiqi  kimi  qeyri-

maddi fenomenlər arasında əlaqəni üzə çıxarır. 

2.  Düzbucaqlı  üçbucağın  tərəfləri  arasındakı  münasibəti 

müəyyənləşdirən  və  s2  =  a2  +  b2  şəklində  olan  Pifaqor  teoremi 

göstərir ki, riyaziyyat həmçinin maddi predmetlərə tətbiq oluna bilir. 

3.  Göy  cisimlərinin  dairəvi  hərəkəti  də  nümayiş  etdirir  ki,  bu 

cisimlər də həmçinin riyaziyyata tabedirlər. 

Pifaqorçular  belə  hesab  edirdilər  ki,  riyazi  strukturlar  və 

münasibətlər bütün şeylərin əsasında yatır, yəni substansiyadırlar. 

Riyaziyyatın  belə  bir  qaydada  anlaşılmasının  xeyrinə  onlar 

digər arqumentlər də irəli sürmüşlər. Belə ki, şeylər yox olurlar, riyazi 

anlayışlar  isə  sabitdir.  Deməli,  riyaziyyat  öz  mahiyyətinə  görə 

dəyişməzdir.  Riyazi  bilik  dəqiq  müəyyənləşmiş  bilikdir,  onun 

obyektləri  dəyişməzdirlər.  Bundan  da  daha  çox  deyilsə,  riyazi  bilik 

həm də ona görə müəyyəndir ki, onun teoremləri məntiqi olaraq sübut 

olunur. 


Ümumiyyətlə,  pifaqorçular  güman  edirdilər  ki,  onlar  kainatın 

bütün  sirlərinin  açarını  riyaziyyatda  tapmışlar.  Bunun  təsiri  ilə  də, 

riyaziyyat  onlar  üçün  mistik  bir  xarakter kəsb  etmişdi.  Elə buna  görə 

də,  pifaqorçularda  dini  mistisizm  riyazi  tədqiq  ilə  yanaşı  inkişaf 

edirdi. 

Bax.k.s.43 

 

 

Pifaqorçular da  elə  Parmenid  kimi  dünyaya  dualistik nöqteyi-



nəzərdən imtina etmişdilər. Onlar belə hesab edirdilər ki, dünya yalnız 

bir başlanğıca malikdir: 

43 



 

129 


Riyaziyyat / Duyğular = Müəyyən bilik / Qeyri-müəyyən bilik 

= Reallıq (mövcudluq) / Qeyri-real = Əbədi / Dəyişkən. 

 

Pifaqorçuların  təlimi  Platonu  heyran  etmişdi  və  sonradan, 



İntibah  dövründə  isə  (Demokritin  təlimi  ilə  yanaşı),  eksperimental 

təbiətşünaslığın təşəkkülündə görkəmli rol oynamışdır. 

Pifaqorçular siyasi olaraq dəqiq iyerarxik quruluşlu cəmiyyətin 

tərəfdarı  idilər.  Bununla  bağlı  olaraq  belə  bir  ümumi  qeyd  də  irəli 

sürək.  Mənimsənilməsi  gərgin,  uzunmüddətli  təhsili  və  xüsusi 

intellektual və əxlaqi keyfiyyətləri tələb edən filosoflar çox vaxt təsdiq 

edirlər  ki,  cəmiyyət  iyerarxik  olaraq  nizama  salınmalıdır.  Xüsusi 

olaraq  qeyd  olunur  ki,  cəmiyyətin  bilikli  üzvləri  daha  böyük  diqqətə 

və  imtiyazlara  malik  olmalı  və  cəmiyyəti  onlar  idarə  etməlidirlər. 

Lakin epistemologiya və siyasi nəzəriyyələr arasındakı bu əlaqə hansı 

nəzəriyyənin həqiqi olması barədə heç bir məlumat vermir. 

Pifaqorçuların  təlimində  cəmiyyətə iyerarxik nöqteyi-nəzər ilə 

ruhun xilası (salvation) barədə təlim arasında da həmçinin bir əlaqə də 

mövcud idi ki, bu da asketik həyat tərzini, fəlsəfi və riyazi biliklərin 

mənimsənilməsini nəzərdə tuturdu. 

 

HİND VƏ ÇİN TƏLİMLƏRİNİN XÜLASƏSİ 

 

Hind fəlsəfəsinin müqəddəm şərtləri 

 

Məlumdur  ki,  antik  dövrdə  Hindistan  və  Avropa  arasında 



sporadik kontaktlar mövcud idi. Bircə Makedoniyalı İsgəndərin b.e.ə. 

327-ci  ildə  hind  yürüşünü  xatırlatmaq  kifayətdir.  Buna  baxmayaraq, 

Şərqin  və  Qərbin  intellektual  münasibətləri  barədə  çox  az  şey 

məlumdur.  Yunanlar,  həqiqətən  də,  Şərqdən  əhəmiyyətli  impulslar 

almışlar, amma onların mərz hind tərkibini ayırıb göstərmək çətindir. 

Tamamilə  mümkündür  ki,  farslar  vasitəsi  ilə  alınmış  hind  təlimləri 

yunanların  orfik  və  pifaqorçu  məktəblərinə  müəyyən  təsir 

göstərmişlər.  Lakin  bu  tarixi-fəlsəfi  məsələ  hələ  ki  mübahisəli 

məsələlərə  aiddir.  Bununla  belə,  şübhəsizdir  ki,  antik  dövrün 

sonundan  başlayaraq  və  XVIII  əsrə  kimi,  Avropanın  və  Hindistanın 

fəlsəfi  və  dini  ənənələri  bir-birindən  asılı  olmayaraq  inkişaf  etmişlər. 

Geniş  Avropa  auditoriyası  hind  təlimləri  ilə  ilk  dəfə  olaraq 

Romantizm  dövründə  tanış  olmuşdur.  Bizim  hind  fəlsəfəsi  barədə 

təsəvvürümüz  Hindistana  hələ  ki  romantik  münasibətlə  aşılanmışdır. 

Bu,  xüsusən  alman  filosofların  -  Artura  Şopenhauerin  (Arthur 

Schopenhauer,  1788-1860)  və  Fridrix  Nitşenin  (Friedrich  Nietzsche, 

1844-1900) əsərlərində görünür. 



 

130 


Belə  bir  sual  qarşıya  qoymaq  olar  ki,  hind  və  Çin  fəlsəfələri 

barədə  danışmaq  nə  dərəcədə  doğrudur.  "Fəlsəfə"  yunan  mənşəli 

sözdür  və  intellektual  fəaliyyətin  o  növünü  nəzərdə  tutur  ki,  bu, 

Qədim  Yunanıstanda  yaranmışdır.  Hindistanda  və  ya  Çində  klassik 

yunan  fəlsəfəsinə  uyğun  bir  fəaliyyət  mövcud  idimi?  Məsələn,  hind 

təfəkkürünün tarixində mifdən loqosa keçidin ayrılması üçün bir əsas 

vardımı?  Belə  suallara  birmənalı  cavab  tapmaq  çətindir.  Mümkündür 

ki, bu sualların qoyuluşu öz-özlüyündə avrosentristik xarakter daşıyır. 

Elə  buna  görə  də,  hind  təfəkkürünü  yunan  fəlsəfəsindən  götürülən 

meyarlar əsasında deyil, onun öz müqəddəm şərtlərindən çıxış edərək 

tədqiq etmək zəruridir. 

Amma belə güman etmək də ağlabatandır ki, bizim diqqətimizi 

özünə cəlb etməyə iddia edən və layiq olan problemlər həm hind, həm 

də Çin fəlsəfəsində meydana gəlmişdir. Buraya onu da əlavə edək ki, 

biz bu ənənələrdə onların "daxili məntiqini" və bizə yunan fəlsəfəsinin 

tarixini  xatırladan  diskussiyaları  tapırıq.  Bununla  belə,  qeyd  etmək 

lazımdır ki, hind fəlsəfəsi qərb fəlsəfəsində analoqu olmayan bir çox 

xüsusiyyətləri  üzə  çıxarır.  Məsələn  bu  xüsusiyyətlərdən  biri  odur  ki, 

fəlsəfə  və  din  arasında  Qərbin  qoyduğu  dəqiq  sərhəd  hind  fəlsəfəsi 

üçün  bir  o  qədər  də  xarakterik  deyildir.  Mif  və  loqos,  söz  və  iş 

arasındakı  fərq  Hindistanda  Avropada  olduğundan  fərqli  bir  şəkildə 

qoyulmuşdur.  Hinduistlərin  əsas  əsəri  olan,  təqribən  İsa  Məsih 

zamanında  yazılan  Bhaqavad-qitadan  götürülmüş  kiçik  bir  fraqment 

bu  fərqi  səciyyəvi  bir  qaydada  ifadə  edir  və  fəlsəfənin,  həyatın  və 

dinin  həddindən  artıq  kəskin  demarkasiyası  üçün  faydalı  bir 

dəqiqləşdirmə rolunda çıxış edir. 

 

"İki yoqa fərqlidir", - cahil belə öyrədir, - 

Amma, bil ki, birinə nail olan, ikisinin 

Meyvəsini əldə edir, çünki çulğaşmışdır 

İdrakın yoqası və əməlin yoqası"

36

.  

 

Fəlsəfənin hind mədəniyyətində rolunu anlamaqdan ötəri onun 



tarixi və dini müqəddəm şərtləri ilə tanış olmaq zəruridir. Bir sıra əsas 

məlumatlara göz gəzdirək. (Hind fəlsəfəsini daha yaxşı anlamağı arzu 

edən oxucu isə xüsusi əsərlərə müraciət etməlidir.) 

B.e.ə.  XIV-XII  əsrlərdə  Karpat  və  Ural  arasında  məskunlaşan 

etnik  qruplar  Hind  hövzəsi  ərazisinə  daxil  oldular.  Bu  yerlər  indi 

Pakistanın  bir  hissəsidir.  Onlar  özlərini  arilər  (nəcabətlilər) 

                                                

36

 Бхагавадгита. Перевод С. Липкина. - В кн. Махабхарата Рамаяна. М., 

1974. С. 185.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə