Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə59/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   55   56   57   58   59   60   61   62   ...   402

 

122 


 

Heraklitdən  və  Parmeniddən  sonra  yaşayan  filosoflar  onlardan 

hansı  problemləri  əxz  etmişlər?  Yunan  filosoflarının  üçüncü  nəsli 

onlardan  bir  irs  olaraq  iki  əks  müddəanı  qəbul  etmişlər:  "hər  bir  şey 

fasiləsiz dəyişiklik vəziyyətindədir" və "dəyişiklik qeyri-mümkündür". 

Həmin müddəalara təbii reaksiya deyək ki, ondan ibarət ola bilərdi ki, 

bu filosofların hər ikisi səhv edirlər, həqiqət isə haradasa ortalardadır. 

Üçüncü  nəslin  filosofları  –  Empedokl  (Empedocles)  və  Anaksaqor 

(Anaxagoras) – da belə bir müddəanı ifadə etdilər, yəni: "Bəzi şeylər 

dəyişiklik vəziyyətində, digərləri isə – sükunət vəziyyətindədirlər". Bu 

filosoflar  hesab  edirdilər  ki,  onların  vəzifəsi  Herakliti  və  Parmenidi 

barışdırmaqdır.  Elə  buna  görə  də,  onları  barışdırıcı  filosoflar 

adlandırırlar. 

 

Empedokl:  Həyatı.  Empedokl  b.e.ə.  təqribən  492  və  432  illər 



arasında Siciliyada, Akraqant şəhərində yaşamışdır. Təsdiq edirlər ki, 

o,  öz  doğma  şəhərində  demokratik  idarəetmə  uğrunda  mübarizənin 

iştirakçısı idi. Onun barəsində xatirələr əsasında mühakimə yürütsək, 

Empedokl eyni dərəcədə həm maq və həm də naturfilosof idi. 

Əsərləri.  Empedoklun  əsərlərindən  təxminən  150  fraqment, 

həmçinin  onun  haqqında  başqa  mənbələrin  yazdıqları  məlumatlar 

bizə qədər gəlib çatmışdır. 

 

Empedokl  dörd  elementi  dəyişməz  ilkin  başlanğıc  hesab  edir: 

od,  hava,  su  və  torpaq.  O,  həmçinin  iki  qüvvənin  -  dağıdıcı  (nifrət, 

düşmənçilik) və birləşdirici (məhəbbət) qüvvələrin – mövcudluğundan 

çıxış  edir. Empedokl  təliminin  Milet məktəbinin  təlimlərinin iki əsas 

fərqi göstərilə bilər. 

1)  Empedokl  təlimində  Falesdə  və  sonradan  Demokritdə 

olduğu kimi bir başlanğıc deyil, dörd dəyişməz ilkin başlanğıc qəbul 

olunur. 

2)  İlkin  başlanğıclarla  yanaşı  həm  də  qüvvələr  elmi 

terminologiyaya  daxil  edilir  (dəyişiklik  və  qüvvələr  başlanğıclara 

daxilən xas deyildir, Aristotellə müqayisə edin). 

Dörd 

element 


keyfiyyət 

və 


kəmiyyət 

baxımından 

dəyişilməzdirlər.  Onlar  heç  bir  zaman  daha  çox  və  ya  daha  az  ola 

bilməzlər 

(kəmiyyət 

dəyişməzliyi). 

Bu 

elementlər 



öz 

xarakteristikalarını  həmişə  saxlayırlar  (keyfiyyət  dəyişməzliyi). 

Amma  bu  birləşdirici  qüvvələrin  köməyi  ilə  bu  dörd  elementin 

müxtəlif  miqdarından  müxtəlif  obyektlər  yarana  bilər.  Məsələn, 

daşlar, ağac və i.a. ilk elementlərin müxtəlif miqdarda birləşmələrinə 



 

123 


uyğun  olaraq  yaranır.  Obyektlər  o  zaman  yox  olurlar  ki,  elementlər 

dağıdıcı qüvvənin köməyi ilə "bir-birlərini itələyirlər". 

Empedoklun  təlimini  aşağıdakı  nümunə  vasitəsi  ilə  kifayət 

qədər sərbəst surətdə şərh etmək olar. Dörd şkaflı bir mətbəx təsəvvür 

edək,  şkafların hər  birində  müəyyən  məhsul  vardır: un,  duz,  qənd  və 

yulaf. Bu məhsulların kəmiyyəti və keyfiyyəti heç bir zaman dəyişmir, 

hətta  onların  qarışdırılması  zamanı  da.  Tərkibinə  və  dadına  görə 

müxtəlif  olan  "yulaf  qoğalları"  burada  olan  məhsulların  müxtəlif 

miqdarının  birləşdirilməsi  yolu  ilə  hazırlanır.  Fərz  edə  ki,  bizim 

"qoğallar" sonradan öz ilkin tərkib hissələrinə parçalana da bilər. 

Bu  analogiyanı  davam  etdirərək,  deyə  bilərik  ki,  Empedokla 

elə  bir  model  işləyib  hazırlamaq  nəsib  olmuşdur  ki,  bu  model  həm 

dəyişikliyi, həm də dəyişməzliyi özündə ehtiva edir. Bizim nümunədə 

dəyişiklik  "qoğallar"  vasitəsi  ilə  təqdim  olunmuşdur,  onlar  yaranırlar 

və  yox  olurlar,  dəyişməz  olan  isə  –  dörd  ilkin  ərzağın  keyfiyyəti  və 

kəmiyyətidir. 



Anaksaqor: Həyatı. Anaksaqor b.e.ə. təqribən 498-428 illərdə 

yaşamışdır.  Həyatının  ilk  illərini  Klazomen  şəhərində,  yetkin  illərini 

isə  Afinada  yaşamışdır,  o,  burada  intellektuallar  arasında  görkəmli 

yer  tutmuşdur.  Anaksaqor  Periklın  (Pericles,  b.e.ə.  495-429)  yaxın 

ətrafına daxil idi, amma özünün ənənəvi inamlara zidd olan baxışları 

ucbatından Afinanı  tərk  etmək  məcburiyyətində  qalmışdı.  Hər  şeydən 

savayı, o, təsdiq edirdi ki, günəş tanrı deyildir, alışan böyük cisimdir. 

Əsərləri. 

Anaksaqorun 

əsərlərindən 

22 

fraqment 

saxlanılmışdır. 

Anaksaqor  əsasən  Empedokl  kimi  mühakimə  yürütmüşdür, 

amma  ondan  fərqli  olaraq  elementlərin  "sonsuz"  miqdarını  qəbul 

etmişdir.  Hansı  əsasla  yalnız  dörd  elementi  qəbul  etmək  olar?  Bizim 

aşkara  çıxardığımız  müxtəlif  keyfiyyətlər  yalnız  dörd  primitiv  ilk 

başlanğıca  necə  şamil  edilə  bilər?  Əgər  keyfiyyətlərin  "sonsuz" 

miqdarı  mövcuddursa,  Anaksaqorun  nöqteyi-nəzərincə,  elementlərin 

də "sonsuz" miqdarı mövcud olmalıdır. 

Bizim mətbəxlə bağlı misalımızdan istifadə edərək, demək olar 

ki,  Anaksaqor  burada  olan  şkafların  sayını  əhəmiyyətli  dərəcədə 

genişləndirmişdi  ki,  müxtəlif  ərzaqların  –  inqrediyentlərin  -  sonsuz 

miqdarı  onlarda  yerləşdirilə  bilsin.  Bu  halda  o,  dəyişikliyi  prinsipcə 

elə Empedokl kimi izah etmişdir. 

Amma,  Anaksaqor,  Empedokldan  fərqli  olaraq,  yalnız  bir 

qüvvəni  qəbul  etmişdir:  bu  bir  qüvvə  "zəka"dır,  nusdur  (yunanca, 

nous).  Görünür,  o,  düşünürdü  ki,  bu  zəka  və  ya  qüvvə  bütün 

dəyişiklikləri  müəyyən  bir  məqsədə  (yunanca,  telos)  yönəldir.  Bu 

mənada təbiət teleoloji, məqsədyönlü anlamda şərh edilir. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə