Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə67/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   63   64   65   66   67   68   69   70   ...   402

 

139 


Eyni  zamanda  xilasetmə  zor  göstərməmə  (ahimsa)  ilə 

əlaqədardır.  Mahatma  Qandi  (Mahatma  Gandhi,  1869-1948)  özünün 

Bhaqavad-qitaya  verdiyi  şərhdə  vurğulayır  ki,  zorakılıq  məhz  biliyin 

odu  ilə  məhv  edilməlidir.  Onun  fikrincə,  Bhaqavad-qita  zamandan 

kənar mətndir, onun həyati müdrikliyi həmçinin müasir insana da tətbiq 

oluna bilər. 



 

Konfusi 

 

Yunan  fəlsəfəsi  polis  həyatının  məhsulu  idi.  Onun  bütün 



nümayəndələri istisnasız olaraq şəhər-dövlətlərdə yaşayırdılar. Yunan 

polisi  bütöv  bir  siyasi  qurum  idi.  Öz  hüdudları  daxilində  fəlsəfi 

mübahisələr  və  intensiv  intellektual  fəaliyyət  üçün  şərait  yaratmışdı. 

Polis həmçinin siyasi qarşılıqlı münasibətlər və diskussiyalar üçün də 

sosial məkan yaratdı və bununla da siyasi praktikanın (praxis) azad və 

eyni  hüquqlu  vətəndaşların  iştirak  edəcəyi  yeni  formalarını  mümkün 

etdi. Bütün bunlar Platon Akademiyası və Aristotel Litseyi kimi bu və 

ya digər dərəcədə daimi olan akademik təsisatların inkişafı üçün şərait 

yaratdı. Onların özünüidarə hüququ və geniş akademik azadlığı vardı. 

Belə  bir  şərait  isə  nə  Hindistanda,  nə  də  Çində  yox  idi.  Çin 

şəhəri bu sözün antik mənasında polis deyildi. O, avtonom və hüquqi 

olaraq  müstəqil  olan  bir  qurum  deyildi,  müqavilələr  bağlamaq 

səlahiyyətinə  malik  deyildi.  Çin  şəhəri  mərkəzdən  idarə  olunan 

sistemin  bir  hissəsi  idi.  Bütün  bunlar  Çin  fəlsəfəsinə  də  öz  aşkar 

təsirini göstərmişdir. Çin fəlsəfəsi insanın mahiyyəti və onun davranış 

normaları  ilə  bağlı  problemlərə  oriyentirli  idi.  O,  konservativ 

sivilizasiyanın  bir hissəsi  idi  və  ictimai  diskussiyalara  deyil,  kanonik 

mətn  mədəniyyətinə  istinad  edirdi.  Çin  fəlsəfəsində  Yunanıstanda 

olduğundan  fərqli  olaraq  spekulyativ-sistematik  filosofluğa  maraq 

azdır.  Burada  həmçinin  də  Hindistanda  olduğundan  da  fərqli  olaraq, 

xilas  olmaya  və  ya  azad  olmaya  da  elə  bir maraq  yox  idi. Əksinə,  o, 

daha çox praktik və daha praqmatik yönümə malik idi. 

Çin  filosofları  əsasən  "yoxsul  zadəgan"  (poor  nobility

mühitinə  məxsus  idilər.  Onlar  çox  vaxt  məcbur  idilər  ki, 

imperatorların  böyük  saraylarında  fəaliyyət  göstərən  inzibati 

sektorlarda  çalışaraq  özlərinə  çörək  pulu  qazansınlar.  Böyük  Çin 

mütəfəkkirlərinin  bir  çoxu  bu  sosial  mühitin  yetişdirməsi  idilər. 

Onların  demək  olar  ki,  istisnasız  olaraq  hamısı  təhsilli  dövlət 

məmurları  idilər,  dövlət  sistemində  təhsil  almış  və  sınaqdan 

çıxarılmışdılar. Bu mənada onlar müasir fəlsəfə professorlarından bir 

o  qədər  də  fərqlənmirdilər!  Qərbdə  Konfusi  (Kun-tszı,  "müəllim 



 

140 


Kun")  adı  altında  tanınan  filosof  da  məhz  bu  sosial  mühitdən 

çıxmışdır. 

Konfusi  (Confucius,  b.e.ə.  551-479)  təqribən  Buddanın, 

Falesin  və  Pifaqorun  yaşadığı  zamanda  yaşamışdır.  Onun  tərəfindən 

yazılmış  mətnlər  saxlanılmamışdır,  amma  onun  təliminin  əsas 

müddəaları Mühakimələr və söhbətlər – məcmuəsində saxlanılmışdır. 

Bu,  Konfusinin  öz  şagirdləri  ilə  etdiyi  söhbətlər  barədə  suallar  və 

cavablar  formasında  qısa  qeydlərdir.  Onlar  əsasən  düzgün davranışın 

sosial-etik  problemlərinə  həsr  olunmuşdur.  Burada  ənənələrə  güclü 

surətdə bağlı olan Konfusinin bir mütəfəkkir olaraq obrazı gözlərimiz 

önündə  canlanır.  Belə  ki,  o,  belə  hesab  edir  ki,  insan  öz  borclarının 

düzgün anlamına  yalnız  ənənələri  diqqətlə  öyrənməklə nail  ola  bilər. 

Ənənə həmçinin elə bir normadır ki, xaotik ictimai şəraitin reformaları 

onunla  uzlaşdırılmalıdır.  Məhz  belə  yanaşmanın  təsiri  ilə  də,  qədim 

yazılı  mənbələrin  öyrənilməsi  Konfusinin  təlimində  təbii  olaraq  ki, 

mərkəzi  yer  tutur.  Onun  fikrinin  əsas  istiqaməti  dünyaya 

uyğunlaşmadır, hind fəlsəfəsində olduğu kimi ondan qaçmaq deyildir. 

Konfusi  təbiətin  fəlsəfəsinə  və  dinin  fəlsəfəsinə  az  maraq 

göstərir. Sokrat üçün olduğu kimi, onun üçün mərkəzi mövzu insandır. 

Bu  münasibət  qısaca  olaraq  belə  bir  müddəada  ifadə  olunub: 

"İnsanpərvərliyi sevən kəs, bilir ki, ondan yüksəkdə heç nə yoxdur"

38



Düzgün  davranışın  meyarları  insanpərvərlik  (humanity)  anlayışında 

toplanmışdır. Bu haqda Konfusinin sözləri İsa Məsihin Dağ Moizəsini 

xatırladır.  «Tələbə  Tszı-qun  soruşdu:  "Bütün  həyatın  boyu  bir  sözə 

əməl  etmək  olarmı?"  Müəllim  cavab  verdi:  "Bu  söz  -  qarşılıqlıdır. 

Özünə  rəva  bilmədiyini  başqasına  rəva  bilmə».  Yaxınlarına  sevgi 

ideyası  konfusiçilikdə  çox  vaxt  ölçü  prinsipi  adlanır:  özgələrində 

xoşladığımız bizim onlara qarşı etməli olduğumuzun ölçüsü olmalıdır. 

Konfusinin  insanpərvərlik  və  şəfqət  barədə  təlimi  universalist 

mənada  şərh  olunmamalıdır.  O,  cəmiyyətin  ciddi  iyerarxik  təşkilini 

müdafiə edir. Onun üçün şəxsiyyətin vəzifələri onun sosial vəziyyətini 

müəyyənləşirlər.  Yaxşı  həyat,  Konfusiyə  görə,  "insana  xas  olan  beş 

münasibətin  genişləndirilməsidir":  hökmdar-dövlət  qulluqçusu,  ata-

oğul, ər-arvad, böyük-kiçik, dost-dost. Onların hər biri öz vəzifələrinə 

malikdirlər.  Hökmdarın  təbəələrlə  münasibətləri  aşağıdakı  nəsihətdə 

dəqiq ifadə olunmuşdur: "Hökmdar küləyə, adi adamlar isə ota bənzər, 

külək  hansı  tərəfə  əssə,  otlar  da  o  tərəfə  əyilər".  Bu  nəsihət  ölçü 

prinsipinə bir əlavə kimi anlaşıla bilər. Bu kontekstdə o, yəqin ki, belə 

                                                



38

 Конфуций.  Лунь  Юй.  Перевод  Ю.  Кривцова.  -  В  кн.  Древнекитайская 

философия.  Собрание  текстов.  В  двух  томах.  М.,  1972-1973.  Т.  1.  -  С. 

148.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə