Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə69/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   65   66   67   68   69   70   71   72   ...   402

 

143 


fikirləri Heraklit də söyləmişdi. Fraqmentlərin birində (D: 94) o, deyir 

ki, günəş öz ölçüsünü aşmır. Əgər o, bunu etsə, Erinilər, ədalət ilahəsi 

Dikenin xidmətçiləri onu cəzalandıracaqlar. Görünür ki, həm Lao-tszı, 

həm  də  Heraklit  ədaləti  nizama  salınmış  mövcudluğu  qoruyub 

saxlayan kosmik bir prinsip olaraq irəli sürmüşlər. 

Təsəvvür  etmək  çətin  deyildir  ki,  Lao-tszının  "sirliliyi" 

konfusiçiliyin  praqmatik  sosial-etik  maksimləri  ilə  ziddiyyət  təşkil 

edirdi. Lao-tszı həmçinin konfusian tərbiyə ənənələrinin aşkar surətdə 

əleyhinə  çıxış  edirdi,  o,  belə  hesab  edirdi  ki,  daha  yaxşı  olardı  ki, 

insanlar  daha  az  biliklərə  malik  olaydılar,  onun  maksimumuna 

çalışmayaydılar.  Həddindən  artıq  böyük  savad  yalnız  insan  ruhunun 

korlanmasına xidmət edir. 




 

144 


İKİNCİ FƏSİL 

 

SOFİSTLƏR və SOKRAT 

 

Sofistlər 

 

Yunan  filosoflarının  ilk  dəfə  barəsində  düşündükləri  təbiət, 



physis idi.  Elə  buna  görə  də,  yunan  fəlsəfənin,  b.e.ə.  təqribən  600-cü 

ildən  450-ci  ilə  qədər  davam  edən  ilkin  mərhələsi  naturfəlsəfə  dövrü 

adlanır.  Amma  b.e.ə.  təxminən  450  ildə  Afina  demokratiyasının 

təşəkkülü ilə paralel fəlsəfi düşüncələrin predmetində də dəyişikliklər 

meydana  çıxdı.  Bu,  ilkin  yunan  fəlsəfənin  həm  daxili  inkişaf 

dinamikası ilə, həm də siyasi şəraitlə şərtlənirdi. 

Öncə  bu  dəyişikliklərin  daxili  səbəblərini  nəzərdən  keçirək. 

Təsəvvür  edək  ki,  biz  fəlsəfənin  araşdırıcısı  qismində  bu  zəmanəyə 

düşmüşük.  Fəlsəfi  ənənələr  əsr  yarımdır  ki  davam  edir,  burada 

müxtəlif  nöqteyi-nəzərlər  mövcuddur.  Onlardan  bəziləri  bir-birinə 

ziddir,  amma  onların  hamısı  həqiqətə  iddia  edir.  Burada  nəsə  lazım 

olduğu  kimi  deyildir  -  bizim  təbii reaksiya  belədir.  Belə  ki,  ən  yaxşı 

halda mövcud təlimlərdən yalnız biri həqiqi ola bilər. 

Elə o zaman da çoxları belə bir nəticəyə gəlmişdilər. Fəlsəfəni 

öyrənənlər  tədricən  skeptikə  çevrilmişdilər,  yəni  istənilən  nöqteyi-

nəzərin  əsaslandırıla  biləcəyinə  şübhə  ilə  yanaşırdılar.  Belə  ki, 

filosoflardan  biri  suyun,  ikincisi  -  apeyronun  (hədsizin),  üçüncü  - 

odun, dördüncüsü isə - atomların ilk başlanğıc olduğunu təsdiq edirdi. 

Bəzi filosoflar öyrədirlər ki, ilkin başlanğıcların sayı dörddür, digərləri 

isə  onların  sonsuz  sayda  olduqlarını  vurğulayır.  Ən  yaxşı  halda  bu 

mühakimələrdən yalnız biri doğrudur. Bəs qalanlar nədə səhv edirlər? 

Eyni şey barədə bir-biri ilə uzlaşmayan mühakimələr təfəkkürün 

köməyi ilə alınmışdır. Deməli, bunun necə baş verdiyini anlamaq üçün 

təfəkkürün  nə  olduğunu  müəyyənləşdirmək  gərəkdir.  Nəticədə,  fəlsəfi 

mühakimələrdə  diqqət  mərkəzi  təbiətdən  insan  təfəkkürünə  keçirildi. 

Səhih biliyin əldə edilmə şərtləri barədə məsələ meydana çıxdı. 

Beləliklə,  iddialı  və  çox  vaxt  zəif  əsaslandırılmış  naturfəlsəfi 

spekulyasiyalardan  biliyin  skeptik  tənqidinə  və  bilik  nəzəriyyəsinə, 

"ontologiyadan"  (yunanca,  to  on  -  varlıq,  logos  -  nəzəriyyə,  izah)  və 

ya  varlıq haqqında təlimdən "epistemologiyaya" (yunanca, episteme - 

bilik) və ya bilik haqqında təlimə keçid baş verdi. 

İnsan  obyektlərə  sadəcə  olaraq  diqqətlə  baxmır,  o,  sonradan 

onlar haqqında mülahizələr də qurur. İnsanın özü özü üçün problemə 

çevrilir. Təfəkkür  özünə müraciət  edir.  İnsan refleksiya  etməyə,  yəni 

özünü və öz təfəkkürünü tədqiq etməyə başlayır. 



 

145 


Buna oxşar hal 1600-cü illərdən sonra ingilis empirizmində də 

baş  verir,  bu  zaman  hər  şeyi  əhatə  edən  sistem  yaradıcılığından 

(Dekart,  Spinoza)  biliyin  skeptik  tənqidinə  (Lokk,  Hyum)  keçid  baş 

verdi. 


Beləliklə,  b.e.ə.  təqribən  450-ci  ildə  insan  özünü  öz 

maraqlarının  mərkəzinə  qoydu.  Yunan  fəlsəfəsində  antroposentrik 

(yunanca, anthropos - insan) dövr adlandırılan mərhələ başladı. 

Bu  dövrün  xüsusi  olaraq  vurğulanması  üçün  epistemoloji 

əsasdan  qeyri  başqa  əsas  da  mövcuddur.  O,  fəlsəfənin  insana 

müraciəti  ilə  bağlı  idi  və  etik-siyasi  məsələlərin  aydın  qoyuluşu  ilə 

ifadə  olunurdu

39

.  İnsan  özü  üçün  yalnız  düşünən  bir  varlıq  olaraq 



deyil, həm də fəaliyyət göstərən bir varlıq olaraq problem oldu. 

Etik-siyasi  məsələlərə  diqqət  yunan  cəmiyyətdəki  siyasi 

dəyişikliklərlə əlaqəli idi. Metropoliyadan emiqrasiya və koloniyaların 

salınması  sayəsində  yunanlar  başqa  adətləri  və  ənənələri  olan  digər 

xalqlarla  təmasa  girdilər.  Belə  ki,  yunanlar  bir  dəfə  meyitləri  yeyən 

insanlar barədə eşitdilər və dəhşətə gəldilər. Öz növbəsində, bu haqda 

danışan  qəriblər  də  belə  bir  məlumatdan  sarsıldılar  ki,  yunanlar  öz 

ölülərini  atəşin  ixtiyarına  təslim  edirlər.  Onlar  məhz  meyitlərin 

yandırılmasını tam qınağa çəkdilər. 

Müasir  insanlar  onların  nöqteyi-nəzərindən  qətiyyən  qəbul 

oluna  bilməyən  adətlər  barədə  eşidərkən  onların  tərəfdarları  ilə  etik-

siyasi mübahisəyə girişmirlər. Tədqiqatçılar və səyahətçilər onlar üçün 

qeyri-adi  olan  mədəniyyətlərlə  qarşılaşarkən  adətən  öz  adət  və 

ənənələrinin  düzgün  olub-olmaması  barədə  düşünürlər.  Bu  əzablı 

sualların  ilk  dəfə  məhz  yunanlar  tərəfindən  qoyulması  onların 

mədəniyyətinin nə dərəcədə qeyri-adi olmasını göstərir. Belə ki, bütün 

zamanlarda  ən  geniş  yayılmış  reaksiya  bizim  adətlərə  qətiyyən 

oxşamayan,  "dəhşətli  adətlərlə  yaşayan  yadellilərin"  məhv  edilməsi 

meyli idi! İstənilən halda yadellilər mühakimə edilməli idilər! Amma 

yunanlar  qeyri-orjinal  bir  qaydada  hərəkət  etdilər.  Onlar  belə  bir 

məsələ  qoydular  ki,  bəlkə  başqa  xalqlar  deyil,  onların  özləri  düzgün 

hərəkət  etmirlər?  Və  başlıca  olaraq,  onlar  bu  məsələni  aydın  və 

obyektiv bir manerada müzakirə etməyə başladılar. 

Digər  xalqlarla  kontaktlar  siyasi  səbəblərlə  bağlı  olsa  da, 

rasional  müzakirə  qabiliyyəti  əvvəlki  yüz  əlli  illik  fəlsəfi  ənənə  ilə 

                                                



39

 "Etik-siyasi"  söz  birləşməsini  biz  o  məqsədlə  defis  vasitəsi  ilə  yazırıq  ki, 

antik  polisdə  etik  və  siyasi  olanın  öz  aralarında,  bir  qayda  olaraq,  bağlı 

olduqlarını  vurğulaya  bilək.  Səkkizinci  fəsildə  Aristoteli  Makiavelliyə  qarşı 

qoymaya diqqət yetirin.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə