Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə77/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   73   74   75   76   77   78   79   80   ...   402

 

161 


arasında  fərq  problematik  xarakter  daşıyır.  Məsələn,  cəmiyyətdə  elə 

qruplar  mövcud  ola  bilər  ki,  onlar  yaşadıqları  cəmiyyətin  əleyhinə 

çıxış  edirlər,  şüurlu  və  ya  şüursuz  olaraq.  Məsələn,  məzlum  sinif, 

bütün hər şeylə yanaşı, müqəddəm şərtlərin özlərinin, yəni cəmiyyəti 

qoruyub  saxlayan  əsas  normaların  müzakirəsində  maraqlıdır.  Belə 

qruplar  hakim  "qaydaları"  "müzakirə  predmetinə"  çevirməklə  və 

bununla  da  cəmiyyəti  dəyişməklə  yeni  "davranış  qaydalarını" 

yaratmağa  çalışırlar.  Başqa  sözlə,  "qaydalar"  və  "məzmun"  arasında 

münasibət  mütəhərrikdir  və  siyasi  olaraq  mühümdür.  Qaydaları  öz 

xeyrinə  dəyişdirə  bilən  kəs  bunun  sayəsində  böyük  hakimiyyət  əldə 

edir. 

Bu  şərhin  mənası  ondadır  ki,  dəyərlər  və  normalar  başqa 



cəmiyyətlər  üçün  deyil,  yalnız  onları  müəyyənləşdirən  cəmiyyətlər 

üçün  ümumi  əhəmiyyət  kəsb  edir.  Bu  şərh  eyni  zamanda  həm 

mütləqdir,  həm  də  nisbi.  Normaların  və  dəyərlərin  müəyyən  sistemi 

onu  qəbul  edən  cəmiyyətdə  mütləq  (ümumi  əhəmiyyətə  malik) 

olacaqdır,  amma  digər  cəmiyyətlərdə  digər  normalar  və  dəyərlər 

ümumi  əhəmiyyət  kəsb  edəcəkdir.  Biz  şahmat  oynadığımız  zaman 

şahmat  qaydalarına  əməl  etməliyik.  Amma  biz  məsələn  preferans 

oynadığımız  zaman  isə  başqa  oyun  qaydalarını  gözləməliyik. 

Müəyyən  qanunların  Afinada  ümumi  əhəmiyyətə  malik  olması 

tamamilə başqa, məsələn, İranda fəaliyyət göstərən əks qanunlara zidd 

deyildir 

47



Burada iki əsas nöqteyi-nəzərin qarşı-qarşıya qoyulması özünü 

xüsusən  hüquqi  qanunlara  münasibətdə  göstərir.  Birinciyə  uyğun 

olaraq,  o  qanunlar  ümumi  əhəmiyyət  kəsb  edirlər  ki,  onlar  indiki 

vaxtda  qəbul  edilmişlər  və  ya  "pozitiv"  hüquqdur.  İkinciyə  uyğun 

olaraq isə, ümumi əhəmiyyətə malik olan qanunlar "pozitiv" hüquqdan 

onunla  fərqlənir  ki,  onlar  təbii  ümumbəşəri  hüquqa  istinad  edirlər. 

Müasir diskussiyalarda hüquqi pozitivizm və təbii hüquq konsepsiyası 

haqqında danışılır. 

Bu  tezisdən  çıxış  edərək,  pedaqoq  tələbələri  yaşadıqları 

cəmiyyətin  normalarına  və  qaydalarına  öyrətməlidir.  Əgər  tələbələr 

militarist  cəmiyyətdə  yaşayırlarsa,  onda  pedaqoq  onları  burada 

mövcud  olan  normalara  öyrətməlidir.  Əgər  onlar  ticarət  üzərində 

qurulmuş  cəmiyyətdə  yaşayırlarsa,  o,  onları  bu  cəmiyyətin 

normalarına öyrətməlidir. 

                                                

47

 Əgər  bu  tezis  qəbul  edilsə,  onda,  başqa  amillərlə  yanaşı  həm  də  onun 

nəticələrinin  pedaqogika,  qanunvericilik  və  siyasi  nəzəriyyə  üçün  də 

əhəmiyyətini nəzərdə tutmaq gərəkdir.  



 

162 


Bu  tezisə  görə,  hüquqi  praktika  mövcud  qanunvericilik 

üzərində  qurulmalıdır.  Məhz  cəmiyyətdə  universal  olaraq  tətbiq 

olunan  qaydalar  mübahisəli  məsələlərin  həlli  üçün  əsasdır.  Elə  buna 

görə  də,  uşaqların  qurban  verilməsi  bir  cəmiyyətdə  cəzalandırılır  və 

digər  cəmiyyətdə  isə  icbaridir.  Hüquqi  qanunlar  onları  qəbul  edən 

cəmiyyətlər  üçün  ümumi  əhəmiyyətə  malik  olmasına  baxmayaraq 

onun şəraiti ilə uyuşur. 

Buna  uyğun  olaraq,  hökmdarlar  cəmiyyətdə  qəbul  olunmuş 

normaların əsasında  təbəələrin  sədaqət  göstərəcəklərinə  ümid  edirlər. 

Hökmdarların  güc  tətbiq  etmə hüquqları  vardır,  bu  hüquqlar mövcud 

cəmiyyətin normalarına əsaslanır. Qanunlarla idarə olunan cəmiyyətdə 

zorakılığın  tətbiqi  qanuna  uyğun  olaraq  baş  verir.  Qanunların 

gözlənilmədiyi  despotik  dövlətdə  isə  onun  hökmdarı  bu  cəmiyyətdə 

qəbul  olunmuş  şərtlərə  istinad  edərək,  özbaşına  olaraq  güc  tətbiq 

etmək  "hüququndan"  istifadə  edir.  Bir  cəmiyyətin  normalarının 

(qanunlarının,  qaydalarının)  başqa  cəmiyyətin  normaları  (qanunları, 

qaydaları) əsasında tənqid edilməsi son dərəcə mənasızdır, bu, şahmat 

qaydalarının preferans qaydaları əsasında tənqid olunmasına bənzəyir. 

Amma,  bir  cəmiyyətin  çərçivəsində  baş  verən  əməlləri  bütün 

cəmiyyətlərə  tətbiq  olunmalı  olan  normalar  əsasında  tənqid  etmək, 

doğrudanmı, 

mümkün 


deyildir? 

(Əgər 


zaman 


alman 

qanunvericiliyində  uyğun  qanun  (təbii  hüquqi  konsepsiya  və  ya 

nəzəriyyə)  mövcud  olsaydı,  Hitler  rejimi  yəhudilərin  kütləvi  surətdə 

məhv  edilməsi  ittihamını  mahiyyət  etibarı  ilə  təkzib  edə  bilərdimi?) 

Sonradan  biz  görəcəyik  ki,  Sokrat  və  Platon  təbii  hüquq 

konsepsiyasının müəyyən versiyasından çıxış edərək, sofistlərin ifadə 

etdikləri "pozitivist" ənənələrin əleyhinə çıxış edirdilər. 

Bütün  bunlar  belə  bir  məsələnin  qaldırılmasına  gətirib  çıxarır 

ki,  insan  bu  və  ya  digər  üsulla  universal  normalara  müraciət  edə 

bilərmi,  düzgün  və  həqiqi  olanı,  ənənələrdən  və  baxışlardan  asılı 

olmayanı ümumiyyətlə dərk etmək iqtidarındadırmı? 

Sofistlər etika ilə bağlı, sosial elmlərlə bağlı və epistemologiya 

ilə  bağlı  bir  sıra  məsələlər  irəli  sürmüşlər  ki,  bu  məsələlər  elə  bizim 

zəmanədə  də  aktualdırlar.  Bu,  mahiyyət  etibarı  ilə,  bütöv  problem 

sahələridir,  bu  sahələri  onların  əsas  açar  terminləri  ilə  belə 

səciyyələndirmək olar: nisbi və mütləq; hüquq və hakimiyyət; eqoizm 

və altruizm; fərd və cəmiyyət; zəka və hisslər. 

Sokrat  və  Platon  sofistlərlə  mübahisədə  aktiv  olaraq  iştirak 

edirdilər.  Xüsusən,  Platonun  ideyalar  nəzəriyyəsi  vahid  universal 

əxlaqi-siyasi  nizamın mövcudluğu  ilə  bağlı  suala  müsbət  cavabın  bir 

əsaslandırılma  səyi  kimi nəzərdən keçirilə  bilər.  Bu mənada ideyalar 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə