Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə78/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   74   75   76   77   78   79   80   81   ...   402
    Bu səhifədəki naviqasiya:
  • Sokrat

 

163 


haqqında təlim sofistlərin etik-siyasi skeptisizminin əleyhinə yönələn 

bir kontrarqumentdir. 

 

 

 



 

ZAMAN 


(b.e.ə.) 

DÖVR VƏ 


PERSONALİYALAR 

TƏDQİQAT 

PREDMETİ 

FİLOSOFLUQETMƏ 

ÜSLUBU 

600-450 


Naturfəlsəfi 

Falesdən 

barışdırıcılara kimi 

Buraya daxildir 

Fales (624-546) 

Anaksimandr (610-

546) 

Anaksimen (585-525) 



Pifaqor (təx.580-500) 

Heraklit (təx.500) 

Parmenid (təx.500) 

Empedokl (492-432) 

Anaksaqor (498-428) 

Demokrit (460-370) 

«Xarici» 

(təbiət) 

Təsdiqi 

450-400 


Antroposentrik 

Sofistlər 

Qorgi (483-374) 

Frasimax (470-410?) 

Protaqor (481-411) 

Sokrat (470-399) 

Daxili 

(idrak, 


əxlaqi 

normalar) 

Skeptik 

400-300 


Sistemləşdirici 

Platon (427-347) 

Aristotel (384-322) 

 

Daxili və 



xarici 

Balanslaşdırılmış 

 

 

 




 

164 


 

 

 



 

Platon  və  Aristotel  Peloponnes  müharibəsindən  (431  -  404 

b.e.ə.)  sonra  Afina  polisində  yaranın  siyasi  şəraitdə  yaşayıb-

yaratmışlar.  Bu  dövr  siyasi  cəhətdən  stabil  olmaması,  ənənələrin  və 

cəmiyyətin intellektual tənqidi ilə səciyyələndirilirdi. 

 

Sokrat 

 

Həyatı.  Sokrat  (Socrates)  b.e.ə.  təxminən  470-ci  ildə  anadan 

olmuş və b.e.ə. 399-cu ildə vəfat etmişdir. Onun aktiv fəlsəfi fəaliyyəti 

naturfəlsəfə  dövründə  (b.e.ə.  450-400)  baş  vermişdir.  Sokrat 

sofistlərin  müasiri  və  ilk  Afina  filosofu  idi,  bütün  həyatını  doğma 

şəhərində  yaşamışdı.  Onun  atası  bənna,  anası  isə  –  mamaça  idi. 

Görkəmli və varlı nəsildən olmamasına baxmayaraq, o, heç bir zaman 

öz  maddi  vəziyyətini  yaxşılaşdırmağa  çalışmamışdır.  Sokrat 

Ksantippa ilə evli idi və üç uşağı vardı. 

Platonun 

dialoqlarında  təsvir  olunan  Sokrat  dünya 

mənəviyyatına  böyük  təsir  göstərmiş  insanların  sırasına  aiddir. 

Sokratın  bir  insani  şəxsiyyət  olaraq  fərqli  cəhətləri  onun  yüksək 

əxlaqı,  təvazökar  və  sadə  həyat  tərzi,  itiağıllılığı,  səmimiyyəti  və 

xeyirxah yumoru idi. Lakin Afina vətəndaşları Sokrat onları küçədə və 

ya  bazarda  saxladığı  zaman,  onlarla  söhbətə  başladığı  zaman  və 

onlara çətin suallar verdiyi zaman müəyyən diskomfort hiss edirdilər. 

Bir  sıra  amillərin  təsiri  ilə  belə  bir  fikir formalaşmışdı  ki, Sokrat  da, 

sofistlər  kimi,  gəncləri  korlayır  və  cəmiyyət  üçün  təhlükəlidir.  Bu 

sonda ona gətirib çıxardı ki, Sokrat andlılar məhkəməsinin qərarı ilə 

ölümə məhkum edildi, zəhər içdirilərək öldürüldü. 

Əsərləri. Sokrat heç nə yazmamışdır. Onun təlimi barədə (əgər 

ümumiyyətlə  onun  təlimindən  danışmaq mümkündürsə) bizim biliyimiz 

onun haqqında başqalarının yazdıqlarına əsaslanır. Bu, başlıca olaraq 

Platondur, Sokrat onun dialoqlarında əsas rolu oynayır. Elə buna görə 

də,  əminliklə  təsdiq  etmək  çətindir  ki,  burada  söylənilənləri  Sokrat 

həqiqətənmi demişdir və Platonun dialoqlarda Sokratın mülahizələri ilə 

Platonun  mülahizələri  arasındakı  sərhəd  haradan  keçir.  Bu  qeydi 

nəzərdə tutaraq Platon tərəfindən təsvir olunan Sokratın fəlsəfəsini şərh 

etməyə səy edək. 

Sofistlərdə  olduğu  kimi,  Sokratın  da  diqqət  mərkəzində 

naturfəlsəfi  deyil,  epistemoloji  və  etik-siyasi  problematika  dururdu. 

Epistemologiyada  onu  dialoqun  köməyi  ilə  anlayışların  (təriflərin) 




 

165 


analizi  maraqlandırırdı.  Etik-siyasi  sferada  isə  onun  məqsədi 

sofistlərin  skeptisizmini  təkzib  etmək  idi.  Burada  onun  başlıca  tezisi 

belə  idi:  ümumi  dəyərlər  və  normalar  bir  ali  fəzilət  və  ədalət  olaraq 

həqiqətən də mövcuddurlar! 

Sokrat  etikasının  əsas  prinsipləri  sxematik  olaraq,  yəqin  ki, 

belə ifadə oluna bilər. "Fəzilət" və "bilik" vəhdət təşkil edir. Ədalətin 

nə olduğunu bilən insan əslində ədalətli hərəkət edəcəkdir. Ədalətin nə 

olduğunu  bilən  və  ədalətli  hərəkət  edən  insan  "xoşbəxt"  olacaqdır. 

Belə  ki,  düzgün  bilik  insanın  məxsusi  olaraq  nə  olduğunu  bilmədir, 

əxlaqi olaraq (ədalətli olaraq) hərəkət etmək əslində özünü insan adına 

uyğun bir şəkildə aparmaq deməkdir. 

Fəziləti  ifadə  etmək  üçün  yunan  dilində  arete (arete)  sözü var 

idi.  İlkin  olaraq  o,  sözün  dar  mənasında,  moralizator  sayağı  mənada 

"fəzilət"i,  bir  sıra  əməllərdən  özünü  saxlamanı  nəzərdə  tutmurdu: 

"yaxşı  olardı  ki,  xoşagəlməz  vəziyyətlərə  düşməyəsən",  "yaxşı  olardı 

ki,  lazımsız  yeri  pul  xərcləməyəsən  "  və  i.a.  Fəzilət  bir  arete  olaraq 

daha  çox  cəmiyyətdə,  digər  insanlarla  münasibətdə  əsl  insani 

potensialın təcəssüm etdirilməsidir. Bu mənada fəzilət qadağa çalarına 

deyil,  pozitiv  çalara  malik  idi.  Arete  sözünün  əsas  mənası  "səadət" 

sözünün  əsas  mənası  kimi  kamillik  ideyası  ilə  bağlıdır,  bu,  əxlaqi 

kamillik  də  ola  bilər  və  ya  insan  üçün  nəzərdə  tutulmuş  rolu  və  ya 

funksiyanı  yerinə  yetirərkən  mümkün  üsulların  ən  yaxşısına  da  aid 

edilə  bilər.  Areteyə  malik  olan  kəs  öz işini  elə  yerinə  yetirir  ki,  bu  iş 

elə  bu  mükəmməlliklə  də  yerinə  yetirilməlidir.  Areteyə  malik  olan 

müəllim  şagirdlərini  zəruri  qaydada  öyrədən  müəllimdir.  Areteyə 

malik olan dəmirçi yaxşı alətləri hazırlayan dəmirçidir. İnsan o halda 

fəzilətlidir  ki,  o,  ona  verilmiş  qabiliyyətlərə  uyğundur,  yəni  insan 

olmanın əsl nümunəsini reallaşdırır. 

"Fəzilət  problemi"  bizi  yəqin  ki,  daha  çox  gənclik  illərində 

məşğul  edir,  o  zaman  ki,  bizlərdən  hər  birimiz  cəmiyyətdə  öz 

yerimizi, öz həyat tərzimizi, öz mühitimizi, öz işimizi, öz ailəmizi və 

i.a. tapmalıyıq. Əgər biz bu zamanda səhv etsək, onda bizim həyatımız 

ümidsiz  bir  tərzdə  şikəst  ola  bilər.  O  zaman  ki,  söhbət  "fəzilətli" 

olmaq barədə gedir, onda bu zaman həyatda öz yerini, öz həyat tərzini 

və  i.a.  tapmaq  zərurəti  nəzərdə  tutulur.  "Fəzilətli"  olmaq  tələbi 

həmçinin  o  mənanı  verir  ki,  insan  müəyyən  hərəkətlərdən  və 

əməllərdən çəkinməlidir (yəni o, məhdud mənada "fəzilətli" olmalıdır, 

"fəzilət"in  bu  mənasına  nisbətən  arete  daha  geniş,  daha  əhatəli 

anlayışdır). 

Sokratdan  ötəri  fəzilət  "biliyin"  (yunanca,  episteme)  müəyyən 

ekvivalenti idi. Lakin biliyin onun tərəfindən anlaşılması kifayət qədər 

mürəkkəbdir.  Müasir  terminologiyadan  istifadə  edilsə,  Sokratda 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə