Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə86/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   82   83   84   85   86   87   88   89   ...   402

 

181 


ideyalarla  əlaqədə  olmalıdırlar.  Məhz  məkanda  qavranılan  dairələrin 

sayəsində  biz  "dairə"  ideyasını  xatırlayırıq.  Amma  əgər  ideyalar 

qavranılan  şeylərdən  radikallıqla  fərqlənən  nəsə  bir  varlıq  kimi  başa 

düşülsə,  bunun nəticəsində  onlar məkanda  və  zamanda  və  dəyişiklik 

proseslərində  tapıla  bilən  xassələrin  köməyi  ilə  təsvir  oluna  bilməz, 

belə  halda  izah  etmək  çətindir  ki,  bizim  qavrayışın  məkan  və  zaman 

baxımından  dəyişkən  obyektləri  ideyalara  hansı  qaydada  aid  edilə 

bilər. İdeyalar haqqında təlimin əsas problemlərindən biri budur. 

Adi  şərhə  əsaslanaraq  demək  olar  ki,  ideyalar  zamanda  və 

məkanda  mövcud  deyildirlər,  onlar  yaranmırlar  və  yox  olmurlar. 

Onlar  dəyişməzdirlər.  Atlar  doğulurlar,  yaşayırlar  və  ölürlər.  Lakin 

"at" ideyası həmişə eyni olaraq qalır. Bu, həmçinin o deməkdir ki, elə 

fəzilət  də  bir  ideya  olaraq  dəyişməzdir,  insanların  ona  əməl  edib-

etməməsindən  və  ya  onun  barəsində  biliyə malik  olub-olmamasından 

asılı  olmayaraq.  Başqa  cür  deyilsə,  Platon  inanırdı  ki,  o,  əxlaqın  və 

siyasətin möhkəm əsasa malik olduğunu göstərmişdir, elə bir əsasa ki, 

bu,  fikirlərin  və  adətlərin  rəngarəngliyindən  qətiyyən  asılı  deyildir. 

İdeyalar  haqqında  təlim  onun  tərəfindən  etik-siyasi  normaların  və 

dəyərlərin  mütləq  və  ümumi  əhəmiyyətə  malik  olan  təməlinin 

əsaslandırılması  kimi  başa  düşülürdü.  Sonradan  biz  görəcəyik  ki, 

mütləq  və  ümumi  əhəmiyyətə  malik  olan  normaların  necə  mümkün 

olduğunun digər nəzəri izahları (Kantın mövqeyinə nəzər salın, Fəsil 

18)  və  həmçinin  onların  müxtəlif  modifikasiyaları  və  təkzibləri 

(Hyumun mövqeyinə nəzər salın, Fəsil 15) də mövcuddur. Bütövlükdə 

bu  sual  fəlsəfi  diskussiyaların  mərkəzində  qalmaqda  davam  edir 

(Karnap və Habermas tərifindən onun müasir həllinə nəzər salın, Fəsil 

29 və 30)

59



                                                

59

 Platonun  "ideyalar  aləminə"  köklənən  əxlaq  anlamı  əxlaqa  aid  adi 

baxışlara  müəyyən  dərəcədə  uyğun  gəlir.  Əgər  fəlsəfi  olaraq  bihuş  olmayan 

insandan soruşulsa ki, insanları niyə məsələn, Hitlerin yəhudiləri məhv etdiyi 

kimi  məhv  etmək  olmaz,  onda,  mümkündür  ki,  çoxları  belə  cavab  versinlər: 

"ona  görə  ki,  bu,  ədalətsizlikdir"  və  ya  "adam  öldürməni  qadağan  edən 

müəyyən  əxlaqi  normalar  mövcuddur".  Nasist  hərbi  cinayətkarları  ilə  bağlı 

Nürnberq  hökmünü  çoxları  görünür  ki,  ədalətli  hesab  edəcəklər,  çünki 

müəyyən əxlaqi normalar mövcuddur ki, onlar hamı üçün, bütün zəmanələr və 

xalqlar üçün doğrudur. Yalnız bəziləri bununla razılaşa bilərlər ki, bəşəriyyət 

əleyhinə  cinayətdə  günahlandırılanlar  mühakimə  oluna  bilməzlər,  çünki  etik 

və  siyasi  prinsiplər  dəyişkən  adətlərdən  və  ənənələrdən,  həmçinin  ayrı-ayrı 

ölkələrin qanunvericiliyindən asılıdır. Əgər belə bir amoralizmi təkzib edənlər 

və  Nürnberq  hökmünü  obyektiv  olaraq  düzgün  hesab  edənlər  daha  dəqiq 

sözlər  seçsəydilər,  onda  onlar  öz  mövqelərini  Platon  anlamına  yaxın  bir 


 

182 


Adi  insanların  malik  olduqları  əxlaqi  inamlar  müxtəlif  fəlsəfi 

təlimlərinin əsasında şərh oluna bilərlər. Oxucuya xatırladaq ki, Platon 

zahirən göründüyündən fərqli olaraq hakim baxışlardan bir o qədər də 

uzaq  deyildi.  Lakin  bu,  o  demək  deyildir  ki,  hakim  baxışlara  yaxın 

olan  fəlsəfi  təlimlər  başqalarından  daha  çox  həqiqidir.  Və  nəhayət, 

oxucuya  demək  istərdik  ki,  bizim  daha  anlaşıqlı  etmək  istədiyimiz 

təlim  -  ideyalar  haqqında  təlim  –  özlüyündə  müxtəlif  problemlərlə 

toqquşur.  Dəyişməz  ideyalarla  dəyişilən  şeylər  arasındakı,  həmçinin 

də  hislərlə  qavranılan  dünyanın  hadisələri  arasındakı  münasibətlərin 

anlaşılması  onların  sırasına  aiddir.  Elə  buna  görə  də,  ideyalar 

haqqında  təlimin  izahı  zamanı  istifadə  olunan  arqumentlər  onun 

düzgünlüyünü nümayiş etdirən arqumentlər deyildir. Qeyd edək ki, bu 

tipli məsələlər elə indi də diskussion xarakter daşımaqda davam edir, 

riyaziyyatı, dili və normaları necə başa düşmək gərəkdir? 

İdeyalar haqqında təlim aşağıdakı münasibətləri nəzərdə tutur: 

ideya  /  hissi  şeylər  =  dəyişməz  qalan  (etik-siyasi  fəzilət)  / 

dəyişilən (adətlərin və fikirlərin müxtəlifliyi)  b.k.s.94 

Platon belə hesab etmirdi ki, ideyalar dünyası ilə şeylər dünyası 

eyni  dəyərə  malikdir.  O,  ideyaları  daha  dəyərli  hesab  edirdi,  çünki 

onlar ideallardır. Bu fikir çoxlarını, o cümlədən Romantizm dövrünün 

şairlərini ilhamlandırmışdır

60



Biz  ideyalara  can atırıq,  ona  görə  ki,  onlar  idealdırlar.  Platona 

görə, bizlərin hər birində ideallara doğru ehtiraslı bir meyl vardır

61

. Və 


bu  da  platonik  erosdur  -  Gözəlliyə,  Fəzilətə  və  Həqiqətə  yönələn 

ehtiraslı istəkdir. 

Buna görə də, insanlar üçün hiss orqanları ilə qavranılan dünya 

ilə  ideyalar  dünyası  arasında  daimi  və  dəfedilməz  olan  ziddiyyətlər 

mövcud  deyildir.  İnsanlar  bu  iki  dünya  arasında  dinamik  gərginlik 

atmosferində yaşayırlar. Hisslərlə qavranılan dünyada insan dərk edir 

ki,  bəzi  hərəkətlər  başqalarından  daha  yaxşıdır.  Fəzilət  ideyasının 

qavrayış  dünyasındakı  bu  inikası  onun  yalnız  müvəqqəti  və  qeyri-

mükəmməl anlamına nail olmaq imkanını verir. Biz fəzilət ideyasının 

daha  aydın  görünüşünü  axtardığımız  zaman  qavrayış  dünyasındakı 

xeyir  və  şəri  fərqləndirmək  üçün  daha  qabil  oluruq,  biz  bu  dünyada 

nəyi  xeyir  və  nəyi  şər  hesab  etdiyimizi  aydınlaşdırdığımız  zaman 

fəzilət ideyasına daha  yaxşı,  daha əhəmiyyətli  dərəcədə nüfuz  edirik. 

                                                                                            



formada  ifadə  edərdilər.  Etik-siyasi  normalar  məkandan  və  zamandan  asılı 

olmayaraq və hislərlə qavranılan şeylərlə yanaşı mövcuddurlar.  

60

 Baxın. Henrik Weigeland. Napoleon. - In Henrik Weigeland. Poems. - Oslo, 

1960. - P. 8.  

61

 Baxın. aşağıda Platonun antropologiyası, s. 106-108.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə