Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə82/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   78   79   80   81   82   83   84   85   ...   402

 

172 


Bəziləri  tərəfindən  Sokratın  çoxsözlülüyü  və  ya  onun  ifadə 

üslubunda izafi ritorik forma kimi şərh olunanlar onun belə bir anlamı 

kimi də  izah  oluna  bilər  ki,  situasiya  çox  vaxt həddindən artıq  qeyri-

dəqiq olduğu üçün açıq və ağıllı diskussiyalarda onu müzakirə etmək 

mürəkkəbləşir. Nəticədə, danışıq formasından və ritorik vasitələrindən 

istifadə  edərək,  Sokrat  qarşılıqlı  anlaşmanın  o  ümumi  bazasını 

yaratmağa  çalışmışdır  ki,  təfəkkürün  iştirakçılar  arasındakı  azad 

dialektik prosesi onun əsasında inkişaf edə bilsin. 

Platonun  dialoqları  da  bu  mətləbə  işarə  vurur.  Həmin 

dialoqlarda  ünsiyyət  situasiyası  təsvir  edilir,  amma  elmi  əsərlərdə 

dəqiq  gözlənilməli  olan  məntiqə  əməl  edilmir.  İki  və  ya  daha  çox 

adamın  onları  maraqlandıran  məsələni  ağıllı  bir  tərzdə  müzakirə 

etmələri üçün onların arasında ümumi qarşılıqlı anlaşma yaranmalıdır, 

bu  isə  onlara  müzakirə  olunan  predmetin  detallarını  ən  yaxşı  bir 

qaydada  başa  düşmək  imkanını  verir.  Adi  prozaik  mətnlə  tanış 

olarkən,  oxucu  onu  heç  də  həmişə  onun  yazıldığı  nöqteyi-nəzərdən 

qavramır. Bu mənada mümkündür ki, dialoji forma, oxucu və müəllif 

arasında  qarşılıqlı  anlaşma  yaratmaq  üçün  daha  böyük  imkanlara 

malikdir. 

Bu,  o  deməkdir  ki,  diskussiyalar  şəklində  olan  şifahi  nitq 

yazılmış  mətndən  və  şifahi monoloqdan  daha  üstündür.  Bəlkə  də  elə 

buna  görə  də,  Sokratın  özü  heç  nə  yazmamışdır,  yalnız  bir  çox 

diskussiyalarda  iştirak  etmişdir.  Platona görə  (Yeddinci  məktub  və  ya 

Fedr),  o,  güman  etmişdir  ki,  çətin  predmetin  yazılı  şərhi  şübhəli 

məsələdir. 

Bu  vaxta  qədər  bizim  diqqət  mərkəzimizdə  bizim  sxemin 

yalnız birinci tezisi idi, yəni: 

"Fəzilət" müəyyən mənada "bilikdir" (və müəyyən mənada onu 

öyrənmək olar)

54



Birinci tezis ikincini də izah edir: 



"Düzgün bilik zəruri olaraq əxlaqi əməllərə aparıb çıxarır "

55



                                                

54

 Xatırladaq  ki,  Sokrat  xeyir,  fəzilət,  geniş  mənada  nemət  anlayışlarından  o 

kontekstdə istifadə etmişdir ki, insan əxlaqi potensialın yüksək təcəssümü olan 

əxlaqi  kamilliyə  yüksək  əxlaqi  məqsədlərin  ən  yaxşı  bir  qaydada 

gerçəkləşdirilməsi ilə nail ola bilər. - S. K.  

55

 Sokrat  koqnitiv  rasionalist  hesab  oluna  bilər,  belə  ki,  o,  güman  edirdi  ki, 

zəka  iradə  və  hisslər  qarşısında  üstünlüyə  malikdir.  Məhz  zəka  ilkin  olaraq 

fəziləti  tanıyır,  iradə  və  hislər  isə  zəkanın  göstərdiyinə  nail  olmaq  üçün 

istifadə  olunur.  Belə  mövqenin  əksliyi  volyuntarizmdir,  volyuntarizm,  zəkaya 

deyil,  iradəyə  və  hisslərə  üstünlük  verir.  Hər  şeydən  öncə,  biz  nəyisə  arzu 

edirik  (bunu  "nemət"  adlandırırıq)  və  sonra  zəka  ona  nail  olmaq  üçün 


 

173 


İkinci  tezis  o  halda  anlaşıqlı  olardı  ki,  bilik  deyərkən  bizim 

əqidəmizə  çevrilən  bilik  nəzərdə  tutulaydı.  Əgər  siz  düzgün  biliyə 

maliksinizsə,  ona  uyğun  olaraq  da  fəaliyyət  göstərəcəksiniz,  yəni 

əməlinizdə  ədalətli  olacaqsınız.  Belə  bir  şey  ağlabatmazdır  ki,  insan 

fəzilətin  nə  olduğunu  bilsin  və  eyni  zamanda  ona  uyğun  olaraq 

fəaliyyət  göstərməsin.  Əgər  siz  fəzilət haqqında  biliyi  şəxsən  özünüz 

əldə  etmisinizsə,  (situasiyanın  düzgün  idrakı  və  fəzilətin  düzgün 

anlamı ilə birgə), onda həqiqət məntiqi olaraq ondan ibarət olardı ki, 

siz  əxlaqlı  hərəkət  edəcəksiniz.  Və  ya  daha  dəqiq:  sizin  ədalətli 

(əxlaqlı)  hərəkətiniz  sübut  edir  ki,  bilik  həqiqətən  də  şəxsən  sizin 

tərəfinizdən mənimsənilmişdir. 

Üçüncü tezis sözsüz ki, təəccübə səbəb olacaqdır: 

"Əxlaqi  (ədalətli)  əməllər  zəruri  olaraq  xoşbəxtliyə  aparıb 

çıxarırlar ". 

Amma, qanunlara riayət edən və əxlaqi əməllər törədən Sokrat 

ölümə məhkum edilmədimi? Məgər bu xoşbəxtlikdirmi? Yəqindir ki, 

Sokrat  xoşbəxtlik  (yunanca,  eudaimonia)  anlayışı  altında həzzi  deyil, 

nəsə  başqa  bir  şeyi  başa  düşmüşdür.  Sokrat  üçün  fiziki  əzablar  və 

ölüm xoşbəxtliyə mane olmur. Ondan ötəri xoşbəxt olmaq – dünyada 

özünə sadiq olaraq yaşamaq deməkdir, təmiz vicdana malik olmaq və 

özünə  hörmət  etmək  deməkdir.  Beləliklə,  xoşbəxtlik  insani  bütövlük 

və həqiqiliklə bağlıdır. Fəziləti təcəssüm etdirən kəs özlüyündə bütöv 

insandır,  "xoşbəxtdir".  Xoşbəxtlik,  bütövlük  və  fəzilət  bir-biri  ilə 

qarşılıqlı  olaraq  bağlıdırlar  (xoşbəxtliyin  və  fəzilətin düzgün anlamla 

və  düzgün  əməllərlə  bağlı  olduqları  kimi).  Bizimlə  nə  olursa  olsun, 

bu,  bizim  hansı  dərəcədə  xoşbəxt  olmağımız  üçün  mühüm  deyildir. 

(Burada  Sokrat  etikasının  bir  sıra  cizgiləri  aşkar  olur  ki,  bunlar  da 

stoisizmi yada salır). 

 

 

                                                                                            



(həmçinin  də  arzu  olunana  bəraət  qazandırılması,  arzu  olunanın 

"rasionallaşdırılması" üçün) vasitələr tapır.  


 

174 


ÜÇÜNCÜ FƏSİL 

 

PLATON: 

İDEAL DÖVLƏT –  

TƏHSİL VƏ BÜTÜN  

HAKİMİYYƏT "EKSPERTLƏRƏ" 

 

Platonun dövlət haqqında təlimi siyasi nəzəriyyəyə ilk mühüm 



tövhədir.  Bu  təlim  Sokratın  etikasının  və  Platonun  ideyalar 

nəzəriyyəsinin  bir  sintezi  kimi  nəzərdən  keçirilə  bilər.  Birincidən  bir 

əsas  kimi  istifadə  edərək  Platonun  ideyalar  nəzəriyyəsini  nəzərdən 

keçirək və sonra dövlət haqqında təlimə keçək. 



Həyatı.  Platon  (Plato)  b.e.ə.  təxminən  427-ci  ildə  Afinada 

anadan  olmuş  və  burada  da  347-ci  ildə  vəfat  etmişdir.  O,  mənşəyi 

etibarı ilə aristokrat idi və onun ana xətti ilə nəsli qanunverici Solona 

gedib  çıxırdı.  Ailə  ənənəsinə  əməl  edərək,  onu  siyasi  fəaliyyətə 

hazırlayırdılar.  Lakin  tale  başqa  hökmü  verdi.  Afina  demokratiyası 

Spartaya  məğlub  olmuşdu  və  Afinada  hakimiyyət  qısa  bir  müddət  on 

üç tirana keçmişdi. Öz növbəsində, onları yeni demokratik hakimiyyət 

əvəzləmişdi, o hakimiyyət ki, b.e.ə. 399-cu ildə Sokratı ölümə məhkum 

etdi. Platon isə Sokratın şagirdi və ardıcılı idi. Mümkündür ki, Platon 

elə buna görə də, siyasi fəaliyyətdə iştirak etməmək qərarına gəldi, ən 

azı o zaman Afinada mövcud olan formada. Bunun əvəzinə o, «siyasəti 

hansı  qaydada  yenidən  qurmaq  olar»  məsələsi  ilə  maraqlanmağa 

başladı. Platon Sokratın sofist relyativizmini nəzəri olaraq təkzib etmə 

işini  də  davam  etdirdi  və  bu  relyativizm  onun  tərəfindən  ictimai 

süqutun bir təzahürü olaraq nəzərdən keçirildi. Platon öz qarşısına o 

prinsiplərin  aşkara  çıxarılması  vəzifəsini qoymuşdu ki, ideal  dövlətin 

zəkavi siyasəti onların üzərində qurula bilsin. Siyasi fəaliyyətdə iştirak 

etmək  əvəzinə  o,  siyasət  nədir  və  necə  olmalıdır  barədə  tədqiqata 

girişdi. Lakin Platon prinsipial məsələlər barəsində düşünərkən, məhz 

yunan “polis”ini nəzərdə tuturdu. 

Platon  özünün  siyasət  barədə  ideyalarını  bir  neçə  dəfə 

reallaşdırmağa çalışmışdı. Səylərdən biri Siciliyanın Sirakuza şəhərini 

idarə  edən  tiran  I  Dionisinin  (b.e.ə.  təxminən  430-367)  hakimiyyəti 

zamanı,  digəri  isə  -  onun  oğlu  II  Dionisinin  (b.e.ə.  367-  344) 

zamanında göstərilmişdir. Hər iki səy tam uğursuzluğa düçar olmuşdu 

və Afinaya qayıtmaq Platona yalnız möcüzə sayəsində nəsib olmuşdu. 

Platon Sirakuzadan başqa, cənubi İtaliyaya da səyahət etmiş və 

burada  pifaqorçularla  tanış  olmuşdu.  Onlarla  görüş  ona,  görünür  ki, 

çox ciddi təsir göstərmişdir. Onları Platonla aşağıdakı ümumi baxışlar 

birləşdirirdi: 1) riyaziyyat bütün şeylərin daxili mahiyyətidir; 2) dünya 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə