189
öyrənirlər. Bundan sonra onlar on beş il ərzində idarə etmə
qabiliyyətlərini mənimsəyərək cəmiyyətin praktik həyatında iştirak
edirlər. Onların 50 yaşı tamam olduqdan və onların çiyinləri arxasında
40 illik təhsil, hazırlıq və təcrübə qaldıqdan sonra, bu diqqətlə, səliqə ilə,
əsaslı surətdə, incədən-incəyə toplanmış elita dövlətin idarə olunmasını
öz əlinə alır. Onun nümayəndələri artıq fəzilət ideyası barədə biliyə,
faktual biliyə və praktik təcrübəyə malikdirlər, özü də bütün bunlar
onların şəxsi biliyinə çevrilmişdir. Platona görə, indi onlar mütləq olaraq
səlahiyyətli və mütləq olaraq fəzilətlidirlər. Məhz bu səlahiyyətli şəxslər
bütün hakimiyyətə malik olmalı və cəmiyyətin qalan üzvlərini idarə
etməlidirlər.
İlk seçimdən keçə bilməyənlər sənətkarlara, əkinçilərə və
tacirlərə çevrilirlər. İkinci seçimdən keçənlər idarəedənlər və
döyüşçülərdir. Beləliklə təhsil sistemi üç sosial sinfi törədir. Birinci –
bütün hakimiyyətə və səlahiyyətlərə malik olan hökmdarlar sinfindən
ibarətdir. İkinci sinfi idarəetmə və hərbi müdafiə ilə bağlı olanlar
təşkil edirlər. Üçüncü sinfə cəmiyyət üçün zəruri olan məhsulların
istehsalçıları məxsusdurlar
65
.
Müqəddəm şərt olaraq burada insanlar arasındakı fərqlər çıxış
edir. Təhsil sistemi müxtəlif tiplərdən olan adamların seçilməsinə və
onların cəmiyyətdə uyğun yerlərə yerləşdirilməsinə xidmət edir.
Platon metaforik olaraq deyir ki, bəzi insanlar qızıldan, digərləri
gümüşdən, qalanları isə dəmirdən və misdən düzəldilmişlər.
Sinif
Funksiya
Fəzilət
Hökmdarlar
(filosoflar)
Hakimiyyət
Müdriklik
İdarə edənlər
(mühafizlər)
İdarə etmə
(mühafizə)
Mərdlik
İstehsalçılar
(sənətkarlar
və əkinçilər)
İstehsal
Mötədillik
(itaət)
65
Amma Platon köləlik institutunu mümkün hesab etdiyi üçün ən aşağı sinif
kölələrdir (Baxın. Qanunlar, 776Ğ5- 778a5).
190
Bunun ardınca Platon göstərilən üç sinfi üç ictimai funksiya və
üç fəzilətlə qarşılaşdırır.
Platon bütün adamları eyni dərəcədə yaxşı hesab etmir.
Məsələn, siyasi fəaliyyətə heç də hamı qabil deyildir. Lakin o,
güman edir ki, ümumi təhsil və tərbiyə sistemi hər bir kişiyə və hər
bir qadına cəmiyyətdə onların qabiliyyətlərinə uyğun gələn yeri
təmin edəcəkdir, burada onlar o ictimai funksiyanı yerinə yetirə
biləcəklər ki, onun reallaşması üçün ən yaxşı bir qaydada
hazırlanmışlar. Müdrikliyə sahib olanlar cəmiyyəti idarə edəcəklər.
Mərdlik xüsusiyyətinə malik olanlar cəmiyyəti müdafiə edəcəklər.
Mötədillik nümayiş etdirənlərin qayğısı isə cəmiyyət üçün zəruri
olan məhsulları istehsal etmək olacaqdır. Hər bir insan ən yaxşı bir
tərzdə yerinə yetirə bildiyi işlə məşğuldursa, onda bütün sosial
funksiyalar Platona görə ən yaxşı bir qaydada reallaşırlar və
cəmiyyət də ədalətli olur. Ədalət cəmiyyətlə bağlı olan fəzilətdir
66
və
aşağıdakı üç fəzilətin harmoniyasıdır.
1. Müdriklik
2. Mərdlik Ədalət
3. Mötədillik (itaət)
Əlavə etmək lazımdır ki, bu ideal cəmiyyətin yalnız nəzəri və
əxlaqi tələblərindən çıxış edilərək düşünülməmişdir. Ədalətli
cəmiyyət - tələbatların qarşılıqlı ödənilməsi üçün olan cəmiyyətdir.
66
Sokrat Polemarxa müraciət edərək onun bu barədə fikrini soruşur ki,
Simonidin ədalət barədə söylədiyi sözlərdən hansı düzgündür. Polemarx
cavab verir: "Ədalət hər bir kəsə layiq olduğunu vermədir. Mənə ən azı elə
gəlir ki, bunu o, gözəl demişdir" (Dövlət 331e).
191
Müdriklər düşünürlər, mərdlər müdafiə edirlər və mötədillər istehsal
edirlər. Müxtəlif insanlar müxtəlif qabiliyyətlərə (fəzilətlərə) malik
olduqlarından bu qabiliyyətlərə uyğun olaraq müxtəlif ictimai
funksiyaları yerinə yetirirlər. Onlar bir-birini tamamlayırlar. Bununla
da, hər kəs təbii tələbatların (yəni o tələbatların ki, Platon bunları
şəhər-dövlət üçün təbii hesab edirdi) ödənilməsində iştirak edir. Bu
müddəada əmək bölgüsü və siniflər nəzəriyyəsinin rüşeymi vardır.
Platon əmək bölgüsünü və sinifləri cəmiyyətə təbiət və ya ali nizam
vasitəsi ilə xas olan bir şey kimi nəzərdən keçirmir. O, əmək
bölgüsünü və sinfi təbəqələşməni cəmiyyət üzvlərinin ictimai
effektivliyi və müxtəlif qabiliyyətlərə malik olması mülahizələrindən
çıxış edərək əsaslandırmağa səy edir.
Beləliklə, Platon əmək bölgüsünü effektivlik mülahizələri ilə
əsaslandırır. Əgər hər bir kəs özü üçün zəruri olan hər şeyi - qidanı,
geyimi, evi və i.a. - özü şəxsən istehsal etsəydi, bu, son dərəcə
əlverişsiz olardı. İxtisaslaşma hamı üçün daha yaxşı nəticələri təmin
edir. Hər şeydən əlavə, hər bir kəs yalnız bir sənətlə məşğuldursa, o,
çəkməçi də olsa, bənna da olsa, heykəltəraş da olsa özünü daimi
olaraq təkmilləşdirir. Bu, onun qarşısında çoxlu işlərlə məşğul olan
adama nisbətin mükəmməlliyin daha yüksək standartlarına nail olmaq
imkanlarını açır. İxtisaslaşma kamilliyə aparır. Prinsipcə, kamillik
ixtisaslaşma olmadan da yer ala bilərdi, əgər insanlar əlbəttə ki, eyni
qabiliyyətlərə malik olsaydılar. Lakin insanlar müxtəlif qabiliyyətlərə
və müxtəlif istedadlara malik olduqları üçün, hər bir insanın təbii
qabiliyyətlərinə daha yaxşı cavab verən məşğuliyyət növündə
ixtisaslaşması faydalıdır (Dövlət, 370 a-d).
İxtisaslaşma ticarətlə bağlıdır. Çəkməçi əkinçiyə ayaqqabı
satır, əkinçi isə çəkməçiyə – ərzaq məhsullarını. Hər bir professional
qrup başqalarından asılıdır. Artıq qeyd olunduğu kimi, Platon əsas
olaraq istehsalçılar, müdafiəçilər və hökmdarlar qruplarını ayırır.
Onlardan hər biri xüsusi fəaliyyət formaları ilə fərqlənən çoxsaylı
professional altqruplardan ibarətdir. Bir-birini qarşılıqlı olaraq
tamamlayan ixtisasların oxşar əmək bölgüsü effektivliyi əhəmiyyətli
dərəcədə təmin edir. Elə buna görə demək olar ki, bütün ictimaiyyət
üçün zəruri olan fəaliyyət növləri eyni dərəcədə vacibdir. İdeal
dövlətdə əmək bölgüsü özünə müəyyən bir yer alır, amma burada
cəmiyyətin siniflərə iyerarxik bir qaydada bölünməsi bir prinsip olaraq
yoxdur.
Platon belə hesab etmişdir ki, bəzi ictimai vəzifələr və
ixtisaslar digər ictimai vəzifələrə və ixtisaslara nisbətən daha vacibdir.
Təfəkkür idarəetmədən, idarəetmə isə, öz növbəsində, istehsaldan
daha mühümdür. Keyfiyyət etibarı ilə müxtəlif olan fəaliyyət