Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə91/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   87   88   89   90   91   92   93   94   ...   402

 

192 


növlərindən hər biri ayrıca insanın keyfiyyət etibarı ilə müxtəlif olan 

qabiliyyətlərinə  əsaslanır.  Yaxşı  cəmiyyətdə  hər  bir  insan  ən  yaxşı 

yerinə  yetirə  bildiyi  işlə  məşğuldur.  Bu,  fəaliyyətin  ictimai  olaraq 

daha  vacib  növlərinin  və  ali  qabiliyyətlərin  daha  az  və  orta 

əhəmiyyətli  olan  fəaliyyət  növləri  ilə  uyğunluğunu  nəzərdə  tutur. 

Adamların  ictimai  vəziyyətlərindəki  fərqlər  onların  təbii  fərqləri  ilə 

şərtlənir. Beləliklə, cəmiyyətin sinfi quruluşu, Platona görə, həm etik 

olaraq  (əxlaqi  olaraq),  həm  də  qabiliyyətlər  nöqteyi-nəzərindən 

cəmiyyətin ayrıca götürülmüş üzvünə əsaslanır. 

Ədalətli  dövləti  siniflərin  və  funksiyaların  harmonik  qarşılıqlı 

təsiri səciyyələndirir (Dövlət, 434 c-d). Əmək bölgüsü və sinfi fərqlər 

əsas siyasi fəziləti – ədaləti nəzərdə tutur. 

Düşünmək  olar  ki,  Platon  axtardığını,  yəni  hakimiyyətin  və 

qabiliyyətin  uzlaşdığı  ideal  cəmiyyəti  tapmışdı.  Bu  cəmiyyət 

"piramida" formasına malikdir. Hökmdarlar və fəzilət ideyası arasında 

görünməz  bağlar  mövcuddur.  Bu  əlaqə  sarsılmazdır,  çünki  fəzilət 

ideyası öz bütöv təcəssümünü hökmdarlarda tapmışdır

67



Platon hakimiyyətin və qabiliyyətin qarşılıqlı əlaqə problemini 

nəzəri olaraq həll etmiş olsa da, özü tərəfindən təklif olunan təhsil və 

tərbiyə  sisteminin  ictimai  fraqmentasiyasını  dəf  edə  biləcəyinə  və 

eqoistik mənafeləri ram edə biləcəyinə hər halda şübhə edirdi. Platon 

belə  düşünürdü  ki,  onun  müasiri  olan  Afinada  demokratiyanın 

tənəzzülünün  başlıca  səbəblərindən  biri  qeyri-kompetentliklə  yanaşı 

məhz eqoistik mənafelərdir. Onun tərəfindən təklif olunan əlac - siyasi 

hakimiyyətə malik olan iki ali sinif üçün xüsusi mülkiyyətin qadağan 

olunması  və  ailə  institutunun  ləğv  edilməsi  idi.  Bu  halda  o,  belə  bir 

qaydada  mühakimə  yürüdürdü:  Var-dövlət  və  ailə  həyatı  ictimai 

mənafelərə zidd ola bilən eqoistik mənafelərin mənbəyidir. Ailə həyatı 

–  xüsusi  həyatdır.  Var-dövlət  paxıllığı  və  konfliktləri  törədir.  Bütün 

bunlar isə cəmiyyəti zəiflədir

68



Platon iqtisadiyyata əsasən siyasi tərəfdən baxırdı

69

. Sərvətlərin 



qeyri-mütənasib  paylanması,  çox  varlılar  və  çox  kasıblar  arasında 

                                                



67

 Platon  insani  davranışın  izahı  zamanı  ümumi  əhəmiyyətə  malik  olan  və 

dəyişməz  normalardan  (ideyalardan)  çıxış  etdiyi  üçün,  təbii  hüquqlar 

haqqında təlim mənşəyini demək olar ki, ondan götürür (baxın. Fəsil 5). Eyni 

zamanda  bir  daha  xatırladaq  ki,  Platon  əsasən  hansısa  bir  beynəlxalq 

ictimaiyyət  barədə  deyil,  antik  polis  barədə  düşünmüşdür.  Bu,  Aristotelə  də 

aiddir.  

68

 Baxın. E. Barker. Greek Political Theory. - London, 1970. - P. 239 ff.  

69

 Platon  və  Aristotel  öz  siyasi  təlimlərində  iqtisadiyyata  müəyyən  əhəmiyyət 

versələr  də,  ona  marksistlərdən  fərqli  olaraq  siyasətin  hərəkətverici  qüvvəsi 

kimi baxmırdılar (baxın. Fəsil 21) 


 

193 


kəskin  differensiasiya  cəmiyyətin  stabilliyi  üçün  təhlükəlidir. 

Siyasətçilər  öz  iqtisadi  mənafeləri ilə ictimai mənafelərə zidd  şəkildə 

hərəkət  edə  bilərlər.  Platon  elə  buna  görə  də, hesab  edirdi ki, polisin 

stabilliyi aşağıdakı amillərlə təmin olunur: 

 

hökmdarların qabiliyyətli olması (təhsil); 



 

vətəndaşların 



cəmiyyətə 

münasibətdə  sadiq  olmaları 

(hökmdarlarda xüsusi mülkiyyətin və ailənin olmaması),  

 



dövlətin  öz-özünü təmin  edə  bilməsi  (əhalinin  sayı  və  ərazisi 

arasında balans) və 

 

hücumda olan müdafiə



70

Bunu tez-tez təsdiq  edirlər  ki,  Platon  "kommunizm  prinsipini" 



irəli  sürür.  Bu,  terminin  ən  uğurlu  seçimi  deyildi.  Buna  baxmayaraq 

ki,  Platonda  "kommunizm"  barədə  danışmaq  olar,  lakin  o  mənada 

danışmaq  olar  ki,  mülkiyyət  müəyyən  ölçüyə  kimi  ümumi,  latınca 

deyildiyi  kimi  communis  olmalıdır,  "kommunizm"  sözü  də  bu 

mənadan  qaynaqlanır.  Məhz  bu  mənada,  məsələn,  ilk  xristianların 

"kommunizmi" barədə danışırlar. Amma bu gün "kommunizm" adətən 

marksizmlə  assosiasiya  olunur.  Marksist  kommunizm  təsdiq  edir  ki, 

siyasi  hakimiyyət  iqtisadi  əsaslara  malikdir,  istehsal  vasitələri 

üzərində  mülkiyyətə  əsaslanır.  Platon  özünün  ideal  dövlət  haqqında 

təlimində  cəmiyyəti  belə  təsvir  etmişdir  ki,  ali  siniflər  burada,  belə 

görünür  ki,  istehsal  üçün  münasib  olan  mülkiyyətə  (torpaq,  istehsal 

alətləri, gəmilər və i.a.) deyil, istehlak üçün münasib olan mülkiyyətə 

malikdirlər (ev əşyaları və xidmətçilər). 

Tarixin iqtisadi şərhi (bu, onun dialektik-materialist anlamı ilə 

eyni  deyildir)  kapitalizmin  ilkin  inkişafına,  yəni  İntibahdan  sonrakı 

dövrə müəyyən dərəcədə tətbiq oluna bilər. (İqtisadçılıq deyəndə biz o 

təlimi  başa  düşürük  ki,  o,  tarixi  dəyişikliklərin  əsas  səbəbi  olaraq 

iqtisadi amilləri qəbul edir və tarixi hadisələrə siyasi, sosial və mədəni 

amillərin  müstəqil  təsirini  inkar  edir.  Digər  tərəfdən,  orta  əsr, 

feodalizm dövründə həlledici amil demək olar ki, iqtisadiyyat deyildi, 

din idi. 

Yunanların əksəriyyəti kimi, Platon üçün də polis (polis, şəhər-

dövlət)  və  eykos  (oikos,  ev  təsərrüfatı)  əsas  anlayışlar  idilər. 

                                                



70

 Platon  özünün  Dövlətdə  irəli  sürdüyü  bəzi  müddəaları,  xüsusən,  iki  ali 

sinfin  nümayəndələri  üçün  xüsusi  mülkiyyətlə  və  ailə  ilə  bağlı  müddəaları 

Qanunlarda  bir  qədər  yumşaldır.  Özünə  müasir  olan  həyat  tərzini  nəzərə 

alaraq,  o,  ümumi  mülkiyyətin  dövlət  tərəfindən  gerçəkləşmə  imkanlarını  və 

həmçinin  də  cinsi  partnyorların  dəyişmə  praktikasının  sonradan  valideynlər 

və  uşaqlar  arasında  bağların  qırılacağını  görmürdü.  Baxmayaraq  ki,  Platon 

bunu ən yaxşı həll hesab edirdi.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə