Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə88/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   84   85   86   87   88   89   90   91   ...   402

 

185 


Dövlət  dialoqunda  Platon ideyalar haqqında  təlimi izah  etmək 

üçün üç analogiyadan istifadə etmişdir. Bu, Günəşlə analogiya, ayırıcı 

xətlə analogiya və artıq xatırlanan mağara dustağı ilə analogiyadır. 

Günəşlə analogiyanın məğzi ondadır ki, günəşi fəzilət ideyası ilə 

müqayisə  etmək  olar.  Yalnız  təfəkkür  vasitəsi  ilə  dərk  olunan  dünya 

üçün  fəzilət  ideyası  nədirsə,  Günəş  də  hissi  dünya  üçün  odur.  Günəş, 

eləcə  də  fəzilət  ideyası  öz  dünyasının  hökmdarıdır.  Günəş  işıq  saçdığı 

kimi  fəzilət  ideyası da həqiqəti doğurur.  Göz gündüz işığında  gördüyü 

kimi zəka da həqiqətin işığında başa düşür. Zəka bizi fəzilət ideyası ilə 

bağlayan  insani  qabiliyyətdir,  necə  ki,  göz  görmə  orqanı  olaraq  bizi 

Günəşlə  əlaqələndirir.  Amma  göz  və  ya  görmə  qabiliyyəti  Günəşlə 

eyniləşdirilmir, eləcə də zəka fəzilət ideyası ilə eyni deyildir. Günəş hər 

bir  şeyi  və,  o  cümlədən,  özünü  də  işıqlandırır  və  onları  bizim  üçün 

görünən  edir.  Oxşar  qaydada,  fəzilət  ideyası  bütün  ideyaları  və,  o 

cümlədən,  özünü  də  bizim  zəka  tərəfindən  dərk  oluna  bilən  edir. 

Bundan  da  daha  çox  deyilsə,  fəzilət  ideyası  bütün  başqa  ideyaların 

yalnız  dərk  olunma  üsulu  deyildir,  onların  həm  də  mövcud  olma 

üsuludur, eləcə də, Platona görə, Günəşin mövcud olması bizim şeyləri 

yalnız görmə qabiliyyətimizin şərti deyildir, həm də onların mövcudluq 

şərtidir. 

Ayırıcı  xətt  analogiyasının  isə  məğzi  ondadır  ki,  bizim  dərk 

etmək qabiliyyətimiz müxtəlif səviyyələrdə reallaşır. Hər şeydən öncə 

qeyd  edək  ki, hissi  şeylərin  dərk  olunması  (VS) ilə  təfəkkürə  yatımlı 

olanın dərk olunması arasında fərq mövcuddur. Bunun ardınca isə onu 

qeyd  edək  ki,  hissi  şeylərin  dərk  olunması,  bir  tərəfdən,  kölgələrin, 

inikasların və ya kopiyaların (BD) dərk olunmasına və digər tərəfdən, 

bu  inikasları  doğuran  mahiyyətlərin  dərk  olunmasına  bölünə  bilər 

(DC).  Buna  uyğun  olaraq,  təfəkkürə  yatımlı  olanın  dərk  olunması 

mövcud  müqəddəm  şərtlərin  dərk  olunmasına  (SE)  və  ideyalar 

haqqında  hər  hansı  bir  obraza  istinad  etmədən  xalis  təfəkkür  olaraq 

reallaşan prototiplərin dərk olunmasına (EA) bölünə bilər. 

Bundan başqa, hissin dərk olunma sferasında təxəyyül (BD) və 

münasibət,  mövqe  (DC),  ideyaların  dərk  olunma  sferasında  isə  - 

ardıcıl təfəkkür (SE) və idrak (EA) seçilir. 

 

b.k.s.97 sxem edilməyib 



                                                                                            

63

 Buradan  belə  bir  nəticə  çıxır  ki,  Platon  hadisələrin  bir-birindən  təcrid 

olunmuş  və  ayrılmış  şəkildə  öyrənilməsinin  əleyhinə  idi  (psixologiyanın, 

sosiologiyanın,  siyasətin,  iqtisadiyyatın,  etikanın  və  i.a.  indi  etdiklərindən 

fərqli  olaraq).  Onun  üçün  həqiqi  bilik  yalnız  fənlərarası  tədqiqatların 

gedişində alına bilərdi.  


 

186 


 

 

Əgər  ayırıcı  xətt  analogiyasından  çıxış  etsək,  onda  mağarada 



dustaqlar  analogiyası  idrakın  səviyyələrinin  iyerarxiyasında  bizim 

yuxarıya  doğru  -  təxəyyüldən  (gümandan)  biliyə,  kölgələr 

dünyasından gün işığında görünən şeylərə doğru və sonradan Günəşin 

özünü görməyə doğru - hərəkətimizi illüstrasiya edir. 

Beləliklə, ideyalar haqqında Platon təliminin yalnız ontologiya 

deyil, 


yalnız  varlıq  nəzəriyyəsi  deyil,  həm  də  həmçinin 

epistemologiya, idrak nəzəriyyəsi olduğu aşkarlanır. 

Hiss  olunan  şeylər  və  bizim  fikirlərimizin  əksəriyyəti 

dəyişkəndir  və  qeyri-mükəmməldir.  Onlar  haqqında  bilik  mükəmməl 

bilik deyildir. Obyektiv bilik, episteme, yalnız dəyişməz və mükəmməl 

olan  ideyalar  haqqında  mümkündür.  Bizim  hissi  təcrübə  və  onun  dillə 

təqdimatı  yolu  ilə  biz  obyektiv  biliyə  yaxınlaşa  bilərik,  çünki  ideyalar 

müəyyən mənada bizim təsəvvürlərin və hissi şeylərin "əsasında" yatır. 

Məsələn,  düzgün  əməl  ideyası  müxtəlif  düzgün  əməllərin  və  bizim  bu 

əməllər barədə təsəvvürlərimizin əsasında yatır və onları mümkün edir. 

Eləcə  də,  biz  öz  ətrafımızda  qavradığımız  müxtəlif  qeyri-mükəmməl 

çevrələr arxasında gizlənən çevrə ideyasını necə "xatırlaya" bilərik, biz 

ədalətli əməlin müxtəlif linqvistik ifadəçiləri arxasında gizlənən ədalətli 

əməl  ideyasını  necə  "xatırlaya"  bilərik.  Deməli,  bizim  gündəlik  dilin 

konseptual analizi  yalnız xalis linqvistik əhəmiyyətə malik  deyildir. O, 

bizi  ideyaların  dərk  olunmasına  aparır.  Bunun  ardınca  qeyd  edək  ki, 

təsəvvürlərin  (konsepsiyanın)  və  hissi  şeylərin  ideyalardan  ümumi 

mənşəyə  malik  olması  sayəsində  təsəvvürlər  və  hissi  şeylər  arasında 

korrelyasiya  aparmaq  da  mümkündür,  belə  bir  korrelyasiya  isə  hissi 

aləmin  dərk  olunması  şərtidir.  Hislərlə  qavranılan  hadisələr  barədə 

bizim qeyri-mükəmməl biliyimizi ideyalar bu yolla mümkün edirlər. 

Platonun  idrak  nəzəriyyəsini  həmçinin  ideyalar  və  hisslər 

aləminə  münasibətdə  insanın  yerini  nəzərdən  keçirməklə  də 

illüstrasiya etmək olar. 

Platon,  demək  olar  ki,  aşağıdakı  fəlsəfi  məsələni  qoyur.  Fərdi 

ruh hissi aləmlə və başqa ruhların icması ilə hansı qaydada əlaqə qura 

bilər?  Dilin və ənənələrin vasitəsi iləmi? Bu sual o zaman yaranır ki, 

Platon  insanın  həm  ön-mövcudluğa,  həm  də  sonrakı-mövcudluğa 

malik  olduğunu  deyir.  İnsan  ideyalar  aləmi  ilə  hissi  qavrayış  aləmi 

arasında olan mövcudatdır. Onun ruhu ideyalar aləminə, fiziki bədəni 

isə - hissi aləmə məxsusdur. Elə buna görə də, insan, ruhun və bədənin 

vəhdəti olaraq hər iki aləmə məxsusdur. Lakin insanın həqiqi hissəsi, 

Platona  görə, ruhdur.  Ayrıca  insanın ruhu  onun  doğuluşuna  qədər  də 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə