Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə84/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   80   81   82   83   84   85   86   87   ...   402

 

177 


qədər  dəqiq  mövqe  tutmamışdır

56

.  Həmçinin  deyilmişdir  ki,  Platona 



görə,  cavabı  fəzilətin ideya  (yunanca, eidos,  idea)  kimi  anlamı  verir. 

İdeyalar  nəzəriyyəsi  bununla  bağlı  olaraq  "obyektiv"  etikanın  əsas 

müdafiə vasitəsi kimi nəzərdən keçirilə bilər. Platon onun köməyi ilə 

sofistlərin relyativizminin Sokrat tərəfindən həyata keçirilən tənqidini 

əhəmiyyətli dərəcədə gücləndirir. 

Müəyyən  şübhə  də  mövcuddur  ki,  Platon  əslində  "Platonun 

ideyalar  nəzəriyyəsinə"  sadiq  idimi?  Axı  bu  nəzəriyyənin  əleyhinə 

ciddi  arqumentləri  onun  özü  irəli  sürmüşdü.  Mümkündür  ki,  Platon 

"platonik"  olmaqdan  daha  çox  "neoplatonik"dir  və  bir  "neoplatonik" 

olaraq  da  Avqustinə  bənzəyir.  Unutmamaq  vacibdir  ki,  Platonun  öz 

mövqeyi  də  inkişaf  etmişdir.  Əvvəlcə,  anlayışların  aydınlaşdırılması 

və  anlaşılması  üzərində  işləyərək,  Platon  Sokrata  yaxın  idi  (sokratik 

dialoqlar).  Sonra  Platon  sübut  etməyə  çalışdı  ki,  ideyalar  müstəqil 

mövcudluğa  malikdirlər.  Bu  onu  ideyalar  nəzəriyyəsinin  formulə 

edilməsinə  gətirib  çıxardı  (məsələn,  Dövlət  dialoqunda).  Nəhayət, 

Platon,  anlayışların  və  ümuminin  analizi  ilə  bağlı  problematikanın 

daxili  dinamikası  ilə  ilhamlanaraq  dialektik  epistemologiyanı  irəli 

sürdü (Parmenid dialoqu). 

Platonun  əslində  nəyi  nəzərdə  tutması  barədə  müxtəlif  şərhlər 

mövcuddur. Aristotelə görə, o, ideyalar haqqında təlimin nəzəriyyəçisi 

idi.  Verner  Yegerin  (Werner  Jaeger,  1888-1961)  fikrinə  görə

57

 isə,  o, 



humanist  idi.  (Paideia  adlanan  ənənə  insani  şəxsiyyətin  harmonik 

fiziki və mənəvi təşəkkülü ilə bağlı olan ümumi təhsili və tərbiyəni ön 

plana  çəkir.  -  S.  K.)  Neoplatonist  ənənəyə  uyğun  olaraq  isə,  Platon 

ifadə  oluna  bilməyəni  öz  dialoqlarının  strukturunda  təqdim  etməyə 

çalışan dialektik-rasional spiritualist idi. Bu və ya digər şərhin fəlsəfi 

əhəmiyyəti  ilə  bağlı  da  həmçinin  müxtəlif  nöqteyi-nəzərlər 

mövcuddur. 

Bundan  sonra  biz  Platonun  fəlsəfi  baxışlarının  inkişafına  və 

platonşünaslığın müxtəlif istiqamətlərinə toxunmayacağıq və ideyalar 

haqqında  təlim  problematikasının  kifayət  qədər  sadə  təsviri  ilə 

məhdudlaşacağıq. 

İdeyalar  nəzəriyyəsi  naturfəlsəfi  təlimlərə  oxşar  olaraq  şərh 

oluna  bilər,  naturfəlsəfi  təlimlər  üçün  başlıca  məsələ  isə  ontoloji 

                                                



56

 Baxın. İqtibas 1 Fəsil 1.  

57

 Bax. W.Jaeger. Paideia: The Ideals of Greek Culture. 3 Vols. Oxford, 1939-

1944.  Русский  перевод  второго  тома  Bax.  В.  Йегер.  Пайдейа.  Перевод; 

М.  Ботвинника.  -  М.,  1997;  W.  Jaeger.  Dieplatonische  Philosophic  als 

Paideia. - In W. Jaeger. Humanistische Reden und Vortibge.  - Berlin, 1960. - 

S. 142-157. - С. К. və В. К.  


 

178 


məsələ idi: "Real olaraq mövcud olan nədir?" sualına Sokrata qədərki 

filosofların  cavabı  müxtəlif  elementlərin  və  ya  ilk  başlanğıcların 

mövcudluğu  müddəası  idi.  Pifaqorçular  və  onlara  oxşar  digər 

filosoflar  strukturun  və  ya  formanın  mövcudluğunu  irəli  sürürdülər. 

Platon  elə  bunu  da ideya  adlandırdı.  Məhz ideyalar  ilkin reallıq,  yəni 

substansiya kimi qəbul olunurdu. 

İdeyalar  haqqında  təlimi  anlaşıqlı  etmək  üçün  adi  həyati 

situasiyanı  nəzərdən  keçirək.  Tutaq  ki,  biz  belin  köməyi  ilə  xəndək 

qazırıq və bizim tanışımız bizdən nə etdiyimizi soruşur. Çox yəqin ki, 

biz  cavab  veririk  ki,  "xəndək  qazırıq"  və  ya  "bellə  torpağı  kənara 

tullayırıq".  Bizim  nə  etdiyimiz  barədə  sual  riyaziyyat  dərsində  də 

verilə  bilər.  Lakin  ona  cavab  vermək  daha  çətindir.  Ona  aşkar  bir 

tərzdə  qanaətləndirici  olmayan  cavabları  da  vermək  olar,  məsələn 

"qələmlə  kağız  üzərində  yazırıq"  və  ya  "təbaşirlə  yazı  lövhəsinə 

yazırıq". Axı bizim ingilis dili və ya rəsmxət dərslərində nə etməyimiz 

barədə suala da dəqiqliklə eyni cavabı vermək olar. Bu da aydındır ki, 

biz riyaziyyatla məşğul olanda və qrammatikanı öyrənəndə "eyni" şeyi 

etmirik.  Bu  halların  hər  birində  müxtəlif  fənləri  öyrənirik.  Amma, 

məsələn,  riyaziyyat  bir  fənn  olaraq  nədir?  Buna  belə  cavab  vermək 

olar  ki,  riyaziyyat  -  "anlayışlar  sistemidir".  Belə  cavab  verərək,  biz 

ideyalar haqqında təlimə doğru aparan yola qədəm qoymuş oluruq. O, 

təsdiq edir ki, hislərlə qavranılan şeylərdən (təbaşir parçası, mürəkkəb, 

kağız,  yazı  lövhəsi  və  i.a.),  qeyri  də  nəsə  mövcuddur  ki,  biz  onu 

hislərimizlə qavraya bilməməyimizə baxmayaraq anlayırıq. Bu «nəsə» 

- "ideya"dır, məsələn, çevrə ideyası, üçbucaq ideyası və i.a. 

Amma  bu  riyazi  ideyaların  həqiqətən  də  mövcudluğu  barədə 

bizim  belə  bir  əminliyimiz  haradan  qaynaqlanır?  Məgər  doğru 

deyilmidir  ki,  heç  də  bu  ideyalar  deyil,  yalnız  yazı  lövhəsindəki 

təbaşirin  izi  mövcuddur?  Məgər  riyaziyyat  dərsi  bitdikdən  sonra  biz 

lövhəni silərkən riyazi ideyalar da yox olmurlarmı? Yoxsa, olmurlar? 

Bu,  doğruya  oxşamır.  Onda,  ola  bilər  ki,  riyaziyyat  yalnız  bizim  öz 

"daxilimizdə"  mövcuddur?  Amma,  mümkündürmü  ki,  otuz  şagird 

riyaziyyat  dərsində  predmeti,  məsələn  Pifaqor  teoremini  öyrənirlər, 

baxmayaraq  ki,  onlardan  bəziləri  digərlərindən  daha  sürətlə  düşünür? 

Aşkardır ki, riyaziyyat bizim öz "daxilimizdə" ola bilməz. Riyaziyyat 

elə olmalıdır ki, biz onun barəsində düşündüyümüz zaman diqqətimizi 

ona yönəldə bilək. 

Riyaziyyatın  həqiqəti  ümumi  əhəmiyyətə  malikdir,  yəni  hamı 

üçün  mühümdür.  Onlar  həmçinin  ayrıca  götürülmüş  subyektdən  də 

asılı  deyillər.  Onlar  odur  ki,  biz  hamımız  "diqqətimizi  onlara 

yönəldirik". 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə