Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə83/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   79   80   81   82   83   84   85   86   ...   402

 

175 


dualistikdir  və  bu  da  ideyaların  həqiqi  varlığının  və  ideyaların  bir 

kölgəsi olan hissi varlığın bölgüsü ilə ifadə olunur; 3) ruh ölməzdir və 

bir  bədəndən  başqa  bədənə  köçürülür.  Platon  və  pifaqorçular  həm 

nəzəri  elmə,  həm  dini  mistisizmə  və  həm  də  asketik  əxlaqa  eyni 

dərəcədə maraq göstərirdilər. 

Platon  b.e.ə.  388-ci  ildə  Afinada  öz  məktəbinin  – 



Akademiyanın əsasını qoydu. Bu məktəb yarıtanrı Akademin şərəfinə 

adlandırılan kiçik meşənin adını özünə əxz etdi. Akademiya 900 ildən 

daha  uzun  bir  müddətdə  mövcud  olmuş  və  imperator  I  Yustinianın 

(483-565)  göstərişi  ilə  529-cu  ildə  bağlanmışdır.  Bu,  Roma 

imperiyasının  süqutu zamanında  və demək  olar  ki,  eyni  zamanda  ilk 

xristian  monastırların  yayılması  dövründə  baş  vermişdir.  Orta  əsr 

Avropasında  mədəni  institutlarının  başlıca  dayağı  məhz  monastır 

icmaları  idilər,  əlbəttə  ki,  1100–cü  illərə  kimi,  ilk  universitetlərin 

(Bolonya,  Paris)  yaradılmasına  kimi.  Beləliklə, müasir universitetlərə 

və  "müəllim  və  alim  olan  akademiklərə"  qədər  davam  edən  fasiləsiz 

ənənə öz başlanğıcını Platonun Akademiyasından götürür. 

Afina  Akademiyasında  yalnız  fəlsəfəni  deyil,  həm  də 

həndəsəni,  astronomiyanı,  coğrafiyanı,  zoologiyanı  və  botanikanı 

öyrədirdilər.  Lakin  mərkəzi  yeri  siyasi  təhsil  tuturdu.  Burada  təlim 

mühazirələr,  diskussiyalar  və  birgə  söhbətlər  üzərində  qurulmuşdu. 

Üstəlik, hər gün gimnastik məşğələlər də yerinə yetirilirdi. 



Əsərləri.  Sokrata  qədərki  filosofların  əsərlərindən  bizim 

günlərə  qədər  yalnız  fraqmentlər  gəlib  çatmışdır.  Platondan  isə 

təxminən  30  kiçik  və  böyük  dialoq  və  həmçinin  bir  sıra  məktublar 

saxlanılmışdır. Bundan başqa, Platona həsr olunmuş ikinci ədəbiyyat 

da mövcuddur. 

Platon  təliminin  bərpa  olunmasında  çətinlik  onun  saxlanılmış 

əsərlərinin  çatışmazlığı  ilə  bağlı  deyildir,  daha  çox  dialoqların 

yazıldığı  manera  ilə  bağlıdır.  Onlarda  qəti  nəticələr  və  müddəalar 

yoxdur  və  Platonun  özü  burada  son  dərəcə  nadir  hallarda  təmsil 

olunur.  Bundan  başqa,  nəzərə  almaq  lazımdır  ki,  Platonun  baxışları 

onun  həyatı  boyu  dəyişikliklərə  uğramışdır.  Platonun  dialoqlarını 

adətən  üç  qrupa  bölürlər:  1)  ilkin,  "sokratik"  dialoqlar;  2),  Platonun 

yetkin doktrinalarını əks etdirən dialoqlar (buraya Dövlət aiddir) və 3) 

son dialoqlar, buraya Qanunlar aiddir. 

Platon  vermək  istədiyi  məlumatın  ötürülməsində  meydana 

çıxan  çətinlikləri  aşağıdakı  qaydada  şərh  edir.  "...  O,  (fəlsəfə)  başqa 

bilik  sahələri  kimi  şərh  oluna  bilmir; amma  onun  predmeti  və  həyatı 

barədə  uzun  sürən  söhbətdən  sonra  ruhda  birdən-birə  sanki  alov 

püskürür...  "  (Yeddinci  məktub  341).  Platon  inanmır  ki,  öz  qəlbinin 

dərinliklərində  olan  biliyi  fəlsəfəni  dadmayan  insana  verə  bilsin. 




 

176 


Fəlsəfi anlama aparan yol uzundur və çətindir. O, çoxlu vaxt və böyük 

səy  tələb  edir.  Bu  yolda  digər  həqiqət  axtarıcıları  ilə  müzakirə  və 

söhbətlər  zəruridir.  Amma  hətta  o  zaman  da  biz  həqiqətə  biliyin 

proqramlaşdırılmış  təlim  prosesində  əldə  olunmasında  olduğu  kimi 

avtomatik olaraq yetişmirik. Həqiqət ruhda işığın çaxmasına bənzəyir. 

Platonun təsdiq etdiklərinə ciddi yanaşaraq, onlardan iki nəticə 

çıxarmaq olar. Bunlardan birincisi bizim fəlsəfi problemləri nəzərdən 

keçirmə  üsulumuzun  xarakteristikasına,  ikinci  isə  -  biliyin  və 

müdrikliyin  əldə  olunmasını  müşayiət  edən  əlamətlərə  aiddir.  Bizim 

müraciət  etdiyimiz  pedaqoji  sadələşdirmələr  əlbəttə  ki,  son  dərəcə 

qeyri-platonik  olacaqdır!  Amma  onlar,  ümid  edək  ki,  müdrikliyə 

aparan yolun seçilməsi işində bizə yardım göstərəcəklər. 

Platona görə,  bu  yol  əzmkarlıq  və  əmək  tələb  edir.  O, heç bir 

zaman tədris prosesində olduğu kimi başa çatmır, nə imtahanla, nə də 

başqa bir hadisə ilə. Bu yol bizim öz həyatımızdır. Başqaları ilə birgə 

əldə etdiyimiz həqiqət bizimlə birgə addımlamayanlara sadəcə olaraq 

ötürülə  bilməz.  Həqiqət  bu  yolu  getməyənlər  üçün  əlçatmazdır. 

Deməli,  biz  deyə  bilərik  ki,  Platon  "yolun,  həqiqətin  və  həyatın" 

vəhdətini təsdiq edir. 

 

Bilik və varlıq 

 

Biz  artıq  demişdik  ki,  Sokrat  obyektiv  biliyi  bizim  insan  və 



cəmiyyət  barədə  anlayışlarımızın  tənqidi  analizi  və  aydınlaşdırılması 

yolu  ilə  əldə  edə  biləcəyimizə  inanırdı.  Bu,  hər  şeydən  öncə,  nemət, 

fəzilət,  ədalət  və  idrak  anlayışlarıdır.  Konseptual  analizin  köməyi  ilə 

aşkar  etmək  olar  ki,  deyək  ki,  ədalət  və  fəzilət  həqiqətən  də 

mövcuddur. 

Əgər 


biz 

hansısa 


əməlin 

yaxşı 


olduğunu 

müəyyənləşdirmək istəsəydik,  onu nümunə ilə  və  ya norma  ilə,  yəni 

fəzilətlə  müqayisə  etməli  olardıq.  Əməl  fəzilətə  cavab  verdiyi  ölçüdə 

yaxşıdır. Biz ümumi və dəyişməz olana fəzilət və ədalət kimi ümumi 

anlayışlara  tərif  vermək  yolu  ilə  üz  tuturuq.  Lakin  bundan  nə  nəticə 

çıxır?  Bizim  müraciət  etdiyimiz  ümumi  nədir?  O,  obyektiv 

mövcudluğa malikdirmi? Biz onu ətrafımızda müstəqil olaraq mövcud 

olan  bir  obyekt  kimi  göstərə  bilərikmi?  Və  ya  o,  bir  və  ya  bir  neçə 

insani  subyektdən  kənarda  mövcud  olmayan  nəsə  bir  zehni 

obyektdirmi? Oxşar suallar Sokratın konseptual analizi və ümumi etik 

normaların mövcud olması barədə mülahizə ilə əlaqədə də yaranır. 

Yuxarıda  qeyd  olunmuşdur  ki,  ümumi  etik-siyasi  normaların 

fəlsəfi olaraq əsaslandırılması məsələsində Sokrat, görünür ki,  kifayət 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə