Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə81/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   77   78   79   80   81   82   83   84   ...   402

 

170 


tutmaqla  insanlar  üzərində  faktiki  olaraq  hakimiyyətə  də  nail  olmaq 

olar. 


Digər  tərəfdən,  söhbət  məqsədi  həqiqi  biliyin  -  episteme  – 

artırılması olan açıq mübahisədən gedir. Onun iştirakçıları arasındakı 

münasibətlər  dialoq  formasına  malikdir,  burada  onun  bütün 

subyektləri müzakirə predmetinin ən yaxşı anlamı naminə əməkdaşlıq 

edirlər.  Dialoq  bu  predmetin  mümkün  izahlarının  ən  yaxşısının 

tapılmasına  xidmət  edir.  Bu  halda  problemin  müzakirəsi  iştirakçılar 

üçün  ümumi  dillə  ifadə  olunan  arqumentlərin  və  kontrarqumentlərin 

köməyi ilə baş verməlidir. 

Göstərilən  mənada  indoktrinasiyadan  danışmaq  o  situasiyada 

çətindir ki,  başqası tərəfindən  təlqin  olunan  insan  başa düşür  ki,  ona 

təsir göstərirlər və ya başqalarına təsir göstərən insan bunu onlar üçün 

aşkar  bir  tərzdə  edir.  Görünür,  indoktrinasiya  vəziyyəti  onu  nəzərdə 

tutur  ki,  təsirə  məruz  qalan  kəs  təsirə  məruz  qaldığını  dərk  etmir. 

"Açıq  kartlarla"  oyun  halında  da  indoktrinasiyadan  söhbət  gedə 

bilməz,  hətta  əgər  oyunçulara  hədə  və  ritorika  vasitəsi  ilə  təsir 

göstərildikdə belə. 

"Təsir"  sözündən  istifadəni  də  həmçinin  dəqiqləşdirmək 

zəruridir. Nə qədər ki, ölçülüb-biçilmiş və qərəzsiz arqumentlər insanı 

öz baxışlarını dəyişdirməyə məcbur edir, biz deyə bilmərik ki, o, "təsir 

altındadır". Daha yaxşı olardı ki, biz onun öyrəndiyini və ya müzakirə 

olunan predmet barədə daha dərin anlamı əldə etdiyini deyək. 

Bu, müzakirə olunan predmetin həqiqi dərkinə nail olmaq üçün 

bir-birlərini bərabər olaraq tanıyan iki şəxsiyyət arasında birgə axtarış 

zamanı  meydana  çıxan  ünsiyyətdir.  Həqiqi  dialoqda  zəif  və  ya 

sadəlövh  həmsöhbətini  dilə  tutmağa  çalışan  güclü  və  ya  hiyləgər 

həmsöhbət  yoxdur.  Bu,  işin  mahiyyətindən  çıxış  edən,  bir-birini  və 

özünü inandırmaq istəyən iki adamın birgə səyidir. Burada məqsəd – 

söhbət  predmetinin  ən  yaxşı  bir  tərzdə  anlaşılmasıdır,  həm  digər 

iştirakçı üçün, həm də özü üçün. Belə bir dialoq qarşılıqlı inkişafdır

52



Sokrat  dialoqun  yalnız  misilsiz  bir  ustası  idimi,  müstəsna 

dərəcədə  inandırmaq  qabiliyyətinə  malik  olan  bir  insan  idimi?  Bu 

suala  cavab  verərkən  etiraf  etmək  lazımdır  ki,Sokrat  "inandırmanın" 

                                                



52

 İnandırma  ilə  dilətutma  arasındakı  fərq  həqiqi  və  yalançı  avtoriteti  bir-

birindən mənalı bir tərzdə fərqləndirməyə imkan verir. Həqiqi avtoritetə malik 

olan  insan  predmetin  həqiqi  anlamına  malikdir  və  açıq  müzakirə  prosesində 

onu  rasional  bir  tərzdə  başqasına  ötürə  bilir.  (Güman  olunur  ki,  bütün 

iştirakçılar  eyni  dərəcədə  özünüifadə  imkanına  malikdirlər).  Başqalarını 

başlıca  olaraq  ritorik və başqa fəndlərin  köməyi  ilə dilə tutmağa qabil  olan 

insan yalnız yalançı avtoritetə malikdir.  


 

171 


söz  sənəti  və  arqumentasiya  qaydaları  üzərində  qurulan  ritorik 

üsullarından da istifadə etmişdir. 

Opponentlərin bir-birinə ağıl və idrak baxımından, statusları və 

sosial vəziyyətləri baxımından bərabər olmadıqları situasiyalarda azad 

diskussiyalar çox çətindir. Şübhəsizdir ki, çox vaxt belə hallar da baş 

verir.  Elə  buna  görə  də,  açıq  və  ağıllı  diskussiyalar  üçün  şərait 

yaratmaq  son  dərəcə  vacibdir.  Burada  provokasion  suallar, 

gözlənilməz nümunələr və tipik ritorik üsullar da müəyyən müsbət rol 

oynaya  bilər.  Psixoterapiyada  xəstə  ilə  kontaktın  olmadığı  və  ya 

pozulduğu  halda  onun  psixikasına  təsir  göstərmək  üçün  bir  sıra 

medikamentoz və digər təsirli  metodlardan istifadə edirlər ki, nəticədə 

o,  könüllü  olaraq  həkimlə  ünsiyyətə  daxil  olur.  Analoji  olaraq 

dialoqda  rasional  "inandırmanın"  mümkün  olduğu  situasiyanı 

yaratmaq  üçün  opponentin  "dilə  tutulması"  ritorik  üsulundan  da 

istifadə oluna bilər. 

Beləliklə,  açıq  və  rasional  diskussiyalar  üçün  opponentin  dilə 

tutulması  və  başqa  manipulyativ  üsullardan  istifadə  etmə  ilə  həmin 

vasitələrdən  opponenti  susdurmaq  və  onun  üzərində  nəzarət  etmək 

üçün istifadə etmə arasındakı fərqi göstərmək zəruridir.  

Amma,  kim müəyyənləşdirir  ki,  kimin  başqalarını  dilə  tutmaq 

hüququ və əsası vardır? Xəstə adətən könüllü olaraq o psixatrın yanına 

gedir ki, onun professional kompetensiyası şübhə altına alınmır. Siyasi 

həyatda işlər bir qədər başqa cürdür, burada çox vaxt konfliktlər kimin 

müəllim  və  kimin  şagird  olması məsələsi ətrafında  yaranır,  o  məsələ 

ətrafında ki, kimin öyrətmə üçün kifayət qədər hazırlığı vardır, kimin 

isə  -  yoxdur.  Bir  qayda  olaraq,  insanlar  könüllü  olaraq  razı  olmurlar 

ki, kimsə onları inandırsın və onların bir o qədər anlamadıqları dəlillər 

əsasında  onları  manipulyasiya  etsin.  Elə  buna  görə  də,  Sokrat  antik 

Afinada azad və açıq ünsiyyət üçün şərait yaratmağa səy edərkən təbii 

olaraq güclü müqavimətlə rastlaşdı və ritorikaya üz tutdu

53



                                                



53

 Sokrat  diskussiyalar  zamanı  ziddiyyətləri  və  tutqunluqları  göstərərək 

reallığın  onun  müsahibləri  tərəfindən  daşınan  mənzərəsini  "darmadağın 

edirdi".  O,  göstərirdi  ki,  onun  həmkarlarının  sosial  və  əxlaqi  təsəvvürləri 

kifayət  edəcək  dərəcədə  əsaslandırılmışdır.  Beləliklə,  o,  özünün  bəzi 

dinləyicilərinə  nəzəri  tədqiqatın  gözəlliyini  açıb  göstərmişdir.  Digərləri  bu 

gözəlliyi  inkar  etmişlər.  Bir  tərəfdən,  ona  görə  ki,  onlar  üçün  ağrılı  olan 

mətləblər  aşkar  edilmişdir.  Digər  tərəfdən,  Afina  hökmdarları  güman 

edirdilər  ki,  hakim  təsəvvürlərin  dağıdılması  dövlət  üçün  təhlükəlidir.  İnsani 

fikirlər  əgər  hətta  hər  cür  real  əsaslandırmadan  məhrum  olsalar  belə 

cəmiyyətin  fəaliyyəti  üçün  zəruridir  (müasir  dillə  ifadə  olunsa,  yarımhəqiqət 

və ya ideologiya cəmiyyət üçün zəruri ola bilər).  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə