Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə79/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   75   76   77   78   79   80   81   82   ...   402

 

166 


biliyin üç xüsusi tipini ayırmaq olar, bu tiplər, bununla belə onun üçün 

ayrılmaz  idilər.  Bilik,  əvvəla  –  bizim  özümüz  barədə  və  içərisində 

olduğumuz  situasiyalar  barədə  bilikdir.  Sokrat  üçün  səciyyəvi  olan  o 

idi  ki,  o,  oxşar  biliyi  təcrübəyə  müraciət  yolu  ilə  axtarmırdı.  O,  bu 

biliyi,  başlıca  olaraq,  insan  və  cəmiyyət  haqqında  bizim  artıq  malik 

olduğumuz  tutqun  anlayışların  aydınlaşdırılması  və  analizi 

(konseptual  analiz)  vasitəsi ilə  əldə  etməyə  çalışırdı.  Onların  sırasına 

ədalət, mərdlik,  fəzilət  və  yaxşı həyat anlayışları aiddir

48

.  Amma  bu, 



azdır. 

Fəzilət  bizim  yaşamamalı  olduğumuz  kimi  yaşadığımızı  ifadə 

edir.  Burada  biz  məqsədlər  və  ya  dəyərlər  barədə  danışırıq,  onlar 

haqqında  biliyi  isə  eksperimental  və  ya  formal  elmlərin  köməyi  ilə 

əldə  etmək  mümkün  deyildir.  Başqa  sözlə,  biz  fəziləti  (yunanca,  to 

agathon)  anlamalıyıq,  normaları  başa  düşməliyik,  yəni  normativ 

anlama nail olmalıyıq. Amma bütün bunlar da hələ ki, kifayət deyildir. 

Bilik  insanla  "bir"  olmalıdır,  yəni  elə  bilik  olmalıdır,  ki, insan 

həqiqətən də onun tərəfdarıdır, elə olmalıdır, ki, insan onun barəsində 

onun tərəfdarı olduğunu deyir

49



Beləliklə,  bilik  üçlüyün  vəhdətidir:  1)  faktual  bilik  (nə  varsa, 

onun barəsində); 2) normativ bilik (nələrin olmalı olması barədə) və 3) 

insanın həqiqətən də müdafiə etdiyi bilik. 

Bu bölgü müəyyən bir dəqiqləşdirməni tələb edir. Sokrat biliyi 

anlayışların  aydınlaşdırılması  yolu  ilə  özünüdərk  kimi  nəzərdən 

keçirirdi.  Bu, həm  bir  insani  varlıq  olaraq  və həm  də  cəmiyyətin  bir 

üzvü  olaraq  özünüdərk  idi.  Bu  halda  Sokrat  belə  hesab  edirdi  ki, 

konkret  insanın artıq malik  olduğu  bilik aydınlaşdırılmalı  və  onun  öz 

yerinə yerləşdirilməlidir. Belə halda, özünüidrak biliyin yuxarıda qeyd 

olunmuş üç aspektinin müəyyən qaydada birləşdirilməsi olacaqdır. 

Sokratın bu şərhin çərçivələri daxilində sofistlərə etirazı biliyin 

yuxarıda  qeyd  olunmuş  aspektlərindən  ikincisi  ilə  bağlıdır.  Ümumi 

nemət  xarakterini  daşıyan  nə  isə  mövcuddur!  Və  bu  ümumi  nemət 

dərk olunandır. 

Sokrata  görə,  ədalət,  mərdlik,  xeyir,  həqiqət,  reallıq  və  i.a. 

anlayışların  dialoq  prosesində  analizinin  köməyi  ilə  meydana  çıxan 

anlam  möhkəmdir  və  dəyişməzdir.  Biz  şeylərin  əslində  necə  olması 

                                                



48

 Burada biz sosial elmlərdə iki tədqiqat istiqaməti barədə danışırıq: empirik 

yönümlü və nəzəri yönümlü. Sokrat ikiciyə, yəni nəzəri istiqamətə məxsus idi, 

konseptual analiz yönümlü idi.  

49

 Bu  fərq  psixoanaliz  praktikası  ilə  təsdiq  olunur.  Bir  qayda  olaraq,  xəstəyə 

psixoanalitikin  onun  barəsində  dediklərini  təkrar  etmək  ona  az  kömək  edir, 

əgər bu, xəstənin həqiqətən hiss etdikləri deyilsə.  


 

167 


barədə  həqiqətə  anlayışları  təhlil  edərək  nail  ola  bilərik.  Bu,  həm 

mövcud  olan  şeylər  barədə  biliklərə,  həm  də  məqsədlər  və  dəyərlər 

barədə  (nəyin  fəzilətli  və  ədalətli  olması  və  nəyin  edilməli  olması 

barədə) biliklərə aiddir. 

Biz  bilmirik,  Sokrat  hesab  edirdimi  ki,  insan  belə  bir  nemətə 

yalnız  zəkanın  köməyi  ilə,  anlayışları  təhlil  edərək  tam  nail  olmaq 

iqtidarındadır. Bəzən Sokrat deyirdi ki, onunla onun daxili səsi danışır. 

O,  bunu  demon  (daimon)  adlandırdı.  Bu  addan  yunanlar  insani  həyata 

və  təbiətə  təsir  göstərə  bilən  şəxsləndirilməmiş  ilahi  qüvvəni  ifadə 

etmək  üçün  istifadə  edirdilər.  Görünür  ki,  Sokrat  etikanın  son 

əsaslandırılmasını  yalnız  zəkanın  deyil,  həm  də  ilahi  müdrikliyin 

köməyi ilə verməyə çalışmışdır. İlahi müdrikliyə nüfuz etmənin yolu isə 

intuitiv yoldur. (Platon ideyalar nəzəriyyəsindən məhz bu yerdə istifadə 

edir:  fəzilət  bir  ideya  olaraq  mövcuddur.)  Sokrat  öz  söhbətlərində 

demək  olar ki, heç  bir zaman  belə  bir mülahizədən uzağa  getməmişdir 

ki,  o,  öz  vicdanının tələblərinə əməl edir. Demonun  onu nədən ümumi 

əxlaqa çəkməsi haqqında məsələ əsasən açıq qalmışdır. 

Sokrat  əxlaqın  təbiəti  barədə  ontoloji  suala,  mümkündür  ki, 

qəti  fəlsəfi  cavab  verməmişdir,  lakin  o,  əxlaq  probleminin 

epistemoloji 

fundament 

üzərində  qoyulmasına  mühüm  təsir 

göstərmişdir, yəni: xeyir işlər görmək üçün xeyrin nə olduğunu bilmək 

zəruridir.  Sokrata  görə,  xeyir  ümumi  anlayışdır.  Deməli,  xeyir, 

xoşbəxtlik, nemət  və i.a.  kimi  ümumi anlayışların  konseptual  analizi 

düzgün, fəzilətli həyat üçün mühümdür. Axı xeyir əməl törətmək onu 

nəzərdə  tutur  ki,  biz  bunun  ümumi  etik  anlayışları  təmsil  etdiyini 

bilirik.  Ayrıca  götürülmüş  istənilən  əməl  onu  bu  universal  etik 

anlayışlara  aid  etmək  yolu  ilə  qiymətləndirilir.  Bu  anlayışların 

ümumiliyi  həm  həqiqi  biliyə  (xüsusi  və  təsadüfi  biliyə  deyil,  məhz 

ümumi biliyə), həm də obyektiv (hamı üçün ümumi əhəmiyyətə malik 

olan) əxlaqa təminat verir. 

İnsanlarla  söhbət  edərkən  Sokrat  çalışırdı  ki,  onları  həm  öz 

əməlləri  və  həyati  situasiyaları  barədə  düşünməyə  və  həmçinin  də 

onların  öz  hərəkətlərini  və  sözlərini  müəyyənləşdirən  əsas  prinsiplər 

və  görüşlər  barədə  fikir  yürütməyə  məcbur  etsin.  Obrazlı  şəkildə 

deyilsə, Sokrat insanları "oyatmağa" çalışmışdır. Belə yanaşma biliyin 

üçüncü aspektinə uyğun gəlir. Sokrat sanki bir psixiatr kimi, insanlarla 

söhbət  edərkən,  yalnız  onunla  kifayətlənmirdi  ki,  onlar  eşitdiklərini 

lazım  olduğu  səviyyədə  anlamadan  təkrar  etsinlər.  Sokratın  dialoq 

aparma  manerası  ilə  istiqamətlənən  söhbətin  məqsədi  mamaça 

sənətinin  məqsədinə  bənzəyirdi.  Sokratın  məqsədi  onda  idi  ki,  öz 

müsahibinin  qəlbindən  indi  "şəxsi  bilik"  adlananı  çıxara  bilsin. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə