Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə87/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   83   84   85   86   87   88   89   90   ...   402

 

183 


İdrak  prosesi,  beləliklə,  ideyaların  (nəzəriyyələrin)  seyr  olunması  ilə 

hissi  dünyada  həyati  təcrübə  (praktika)  arasındakı  fasiləsiz  qarşılıqlı 

təsir (dialektika) formasında reallaşır. Biz fəzilət ideyası barəsində və 

fəzilətin  bizim  həyatımızda  nə  olduğu  barədə  öz  anlamımızı  məhz 

belə bir tərzdə dərinləşdiririk. 

Beləliklə,  fəlsəfə  eyni  zamanda,  həm  əbədi  ideyalarla  bağlı 

olaraq ümumi xarakter daşıyır və həm də konkret həyati situasiyalarla 

bağlıdır. Fəlsəfə eyni dərəcədə həm idrakdır, həm də təhsildir. 

Təhsil  prosesi  (pedaqoji  ideya)  yuxarı  ("işıq")  və  aşağı 

("kölgələr  səltənəti")  arasında  fasiləsiz  səyahətdir.  Elə  buna  görə  də, 

çox  vaxt  söylənilən  belə  bir  fikirlə  razılaşmaq  düzgün  olmazdı  ki, 

guya  Platon  həqiqəti  həqiqətin  özünün  xatirinə  axtarırdı.  Həqiqət 

qismən ideyaların anlamı ilə burada və indi hiss olunan konkret həyati 

situasiyaların  anlamı  arasında  hərəkətin  gedişində  dərk  olunur.  O, 

qismən belə bir halda da dərk olunur ki, ideyaların kifayət qədər dərin 

anlamına  nail  olan  insan  bu  anlamı  digər  insanlalra  bölüşmək  üçün 

onlara  müraciət  edir.  Filosoflar  dünyadan  üz  döndərən  zahidlərə 

oxşamamalı, ideyaları passiv olaraq seyr etməməlidirlər. Onlar, əksinə 

olaraq,  özləri  tərəfindən  əldə  olunan  bilikdən  cəmiyyəti  idarə  etmək 

üçün  istifadə  etməlidirlər.  Bu  mənada  Platonda  "nəzəriyyənin  və 

praktikanın vəhdəti" barədə də danışmaq olar. 

Biz  ideyalar  haqqında  təlimi  tənqid  etmək  niyyətində  deyilik. 

Yuxarıda qeyd olunmuşdur ki, onun ilk tənqidçisi məhz Platonun özü 

idi. Bununla bağlı yalnız iki etirazı qeyd edək. 1) İdeyalar odur ki, biz 

onları  məsələn,  "ədalət"  və  «şər»  kimi  anlayışların  köməyi  ilə 

göstəririk. Lakin ideyalar eyni zamanda ideallardır. Nəticədə, belə bir 

dilemma  yaranır.  Şər  bir  anlayış  nümunəsi  olaraq  özlüyündə  uyğun 

ideyanı  nəzərdə  tutur,  şər  ideyası  "şər"  anlayışının  bir  göstəricisi 

olaraq mövcud olmalıdır. Digər tərəfdən, şər ideal deyildir, və deməli, 

şər  ideyası  mövcud  ola  bilməz.  2)  Hissi  şeylər  dəyişdikləri  halda 

ideyalar  dəyişməzdirlər.  İdeyalar  haqqında  təlim  hissi  şeyləri 

ideyaların  inikası  kimi  şərh  edir  –  bu,  Platonun  mağarada dustaqlar 

obrazında  təsvir  olunmuşdur.  Mağaranın  divarlarındakı  kölgələr 

hərəkət  edən  şeylərin  inikası  olduqları  kimi,  bizim  tərəfimizdən 

qavranılan şeylər də ideyaların inikasıdır. Lakin dəyişilən hissi şeylər 

dəyişməz ideyaların necə inikası ola bilir? Məgər bu məntiqi problemə 

aparıb çıxarmırmı? Əgər bu iki amil - ideyalar dünyası və hissi dünya 

-  əksliklər  kimi  müəyyənləşmişsə,  düşünmək  olarmı  ki,  onlar  öz 

aralarında nəsə bir ümumiliyə malikdirlər? 

İdeyaların  anlamı  ilə  konkret  həyati  situasiyaların  anlamı 

arasında  qarşılıqlı  münasibət  barədə  yuxarıda  söylənilənlərdən 



 

184 


ideyalar aləmi ilə hisslər aləmi arasında Platon tərəfindən qeyd olunan 

dəfedilməz fərqin problematik xarakter daşıdığı məntiqi olaraq alınır. 

Platona görə, ideyalar fikrin səmasında ayrı-ayrı ulduzlar kimi 

bir-birindən  təcrid  olunmamışlar.  İdeyalar  bir-biri  ilə  bağlıdır.  Onlar 

əlaqəli  bir  bütövü  təşkil  edirlər.  Platon  dövlətdə  hansı  hərəkətin 

ədalətli  olması  barədə  məsələni  müzakirə  edir.  Söhbət  ədalətli  kimi 

qeyd oluna bilən müxtəlif fikirləri və müxtəlif əməlləri üzə çıxarır. Bu 

müxtəlif  fenomenlər  və  təsəvvürlər,  Platona  görə,  yalnız  o  zaman 

"ədalətli"  adlandırıla  bilər  ki,  onların  hamısı  bir  ümumi  ideyaya  - 

ədalət  ideyasına  aiddir.  Müxtəlif  halların  "ədalətli"  kimi  nəzərdən 

keçirilməsini məhz bu ideya mümkün edir. Amma Platon təsdiq edir 

ki,  bu,  o  deməkdir  ki,  biz  ədalət  ideyasını  digər  ideyalardan  təcrid 

olunmuş  şəkildə  anlamaq  iqtidarında  deyilik.  Ədalət  ideyası  yalnız 

özünü  göstərmir.  Bir  tərəfdən,  o,  ədaləti  müdriklik,  mərdlik  və 

mötədillik  fəzilətlərinin  düzgün  harmoniyası  kimi  qəbul  edir.  Digər 

tərəfdən, ədalət burada xeyirxahlıq ideyasından çıxış edir. 

Beləliklə,  ideyalar  öz  aralarında  bir  şəbəkə  olaraq  bağlıdırlar. 

Bu səbəbdən də, Platona görə, biz ayrıca ideyanın həqiqi idrakına nail 

ola  bilmərik.  İdeyaların  dərki  onların  qarşılıqlı  əlaqələrinin  dərk 

olunmasıdır,  "totallıqların"  dərk  olunmasıdır.  Lakin  əgər  biz  həqiqi 

idrak olaraq "hər bir şeyin" dərk olunmasını qəbul etsəydik, bu halda 

digər  bir  ifrata  varmış  olardıq.  Bütövün,  ideyaların  bütün  daxili 

əlaqələrinin belə bir anlamına insan çətin ki nail ola bilsin. Bizə yalnız 

tam  olmayan  "totallıqlar"  və  ya,  daha  dəqiq  deyilsə,  ehtimal  olunan 

(provisional) "totallıqlar" məlumdur, belə ki, ideyaların dərk olunması 

fasiləsiz olaraq davam edən hərəkət vasitəsi ilə həyata keçirilir. Onun 

sanki  iki  ölçüsü  vardır.  Onlardan  birincisi  hadisələr  dünyası  ilə 

ideyalar dünyası arasında qarşılıqlı keçidlərlə, ikincisi isə bir ideyadan 

başqasına fasiləsiz keçidlə bağlıdır. Beləliklə, "totallıq" heç bir zaman 

statik olaraq verilmiş bir göstərici olmur. 

Bu şərhdən çıxış edərək demək olar ki, fəzilət ideyası ("vəhdət 

ideyası")

62

 başqa  ideyalar  sırasından  seçilir,  yəni,  fəzilət  ideyası 



ideyaların həqiqi daxili qarşılıqlı əlaqəsidir. 

İdeyalar  arasındakı  bu  qarşılıqlı  əlaqə,  Platona  görə,  reallığın 

həqiqi  əsasıdır,  bizim  tərəfimizdən  hislərlə  qavranılan  bütün  ayrıca 

hadisələrin əsasında yatan bazis strukturudur. 

Bu, daimi olaraq öz sərhədlərindən kənara çıxan holizm (sistem 

bütövlüyü,  məna  sahəsi)  və  ya  dialektika  Platon  fəlsəfəsinin  nüvəsi 

adlandırıla bilər 

63



                                                

62

 Baxın. Parmenid dialoqu.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə