Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə95/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   91   92   93   94   95   96   97   98   ...   402

 

200 


olardı.  Platonu  konservator,  yəni  "mövcud  nizamın  tərəfdarı"  da 

adlandırmaq olardı. Amma bu, sadə bir formallıq olardı, çünki Platon 

deyək  ki,  kapitalizmin  və  ya  zadəganların  (nobilitetin)  mənafelərini 

deyil,  yunan  şəhər-dövlətini  "konservləşdirmək"  istəyirdi.  Lakin 

Platonu  yunan  polisinə  münasibətdə  "konservator"  ("qoruyub 

saxlamaq istəyən") hesab etmək də mübahisəlidir. O, ənənələrə tənqidi 

yanaşırdı və nəyin saxlanmaya layiq  olduğu sualı qarşısında dururdu. 

O, belə bir statusda radikaldır, yəni "qurulmuş nizamı rasional tənqid 

əsasında dəyişdirmək arzusunda olandır". Amma Platonun belə anlamı 

da  xalis  formal xarakter  daşıyır.  Məsələ  ondadır  ki,  "radikalizm" tipi 

hər  bir  konkret  halda  həm  qurulmuş  nizamdan,  həm  də  rasionallığın 

istifadə olunan meyarlarından asılıdır. 

Mümkündür ki, Platonu "sağ radikal", yəni zəkanı ənənələrdən 

daha  yüksəkdə  qoyan  (radikal),  amma  bir  çox  ənənələrin  dövrün  və 

buna görə də, zəkanın sınağından keçdiyinə inanan (sağ) adlandırmaq 

daha düzgün olardı. Amma bu işarə də şübhələrə apara bilər, belə ki, 

"sağ  radikalizm"  söz  birləşməsi  birinci  və  ikinci  dünya  müharibələri 

arasındakı  dövrdə  Almaniyanın  müəyyən  siyasi  cərəyanlarını  ifadə 

etmək üçün istifadə olunmuşdu. 

Qanunlar  və  Siyasətçi  (Politikos)  əsərlərində  Platon  daha  çox 

idealların  reallaşması  çətinliklərinə  diqqət  yetirir.  O,  ideal  dövlətin 

daha bir tipini nəzərdən keçirir ki, burada hər bir kəsə müəyyən xüsusi 

mülkiyyətə  və  ailəyə  malik  olmaq  icazəsi  verilir.  Bu  cəmiyyət 

həmçinin  həm  də  qanunlarla  idarə  olunur.  Özü  də,  Platonun  fikrinə 

görə, idarəetmənin ən yaxşı forması monarxiyanın (kompetensiya) və 

demokratiyanın (ictimai nəzarət) birləşdirilməsidir. 

Bu  modifikasiyalar  isə  Aristotelə  aparıb  çıxarır.  Aristotel 

Platonun  Dövlətdə  təqdim  etdiyindən  fərqli  olaraq  ideala  deyil, 

reallaşdırıla bilən imkana xüsusi əhəmiyyət vermişdir. 



 

İncəsənətin etik məsuliyyəti 

 

Platonun  dialoqları  onu  bədii  ədəbiyyatın  klassiki  etdi.  O, 



yalnız  filosof  deyil,  həm  də  şairdir,  söz  dahisidir.  Onun  dialoqları 

incəsənətin  bir  çox nümayəndələri,  o  cümlədən  şairlər üçün  (xüsusən 

Romantizm dövründə) ilham mənbəyi olmuşdur. O, yalnız mənəvinin, 

riyazi  formaların  filosofu  kimi  deyil,  həm  də  "muzaların"

77

 və  bədii 



yaradıcılığın filosofu kimi nəzərdən keçirilir. 

                                                



77

 Muzalar  –  incəsənəti  və  elmi  təcəssüm  etdirən  doqquz  yunan  ilahəsidir: 

Klio  (tarix),  Evterpa  (lirik  poeziya),  Taliya  (komediya),  Melpomena  (faciə), 


 

201 


Bununla  belə  Platon  özünün  siyasi  fəlsəfəsində  incəsənətə  və 

onun  nümayəndələrinə  münasibətdə  son  dərəcə  skeptik  mövqedə 

dururdu. İdeal dövlətdə o, incəsənətlə bağlı ciddi senzuranı tətbiq edir 

və  onun  bir  sıra  nümayəndələrinin  qovulmasını  tələb  edirdi,  o 

nümayəndələrinin  ki,  onlar  ideal  dövlətin  tələblərinə  uyğunlaşmaq 

istəmirlər  və  ya  uyğunlaşa  bilmirlər.  Bütün  bunlar  necə  birləşdirilə 

bilər? Platonun incəsənətə aşkar ikili münasibətinin səbəbi nədədir? 

Bunun  səbəbləri  çoxdur.  Bizim  şərhlərin  diskussion  xarakter 

daşıması barədə bir daha xatırladaraq, aşağıdakıları qeyd edək. 

Hər  şeydən  öncə  vurğulamaq  lazımdır  ki,  Platon  Maarifçilik 

dövründən  başlayaraq  edildiyi  kimi  həqiqət,  xeyirxahlıq  və  gözəllik 

arasında  və  ya  elm,  əxlaq  və  incəsənət  arasında  kəskin  fərqlərin 

olduğunu göstərməmişdir. 

Bizim  zəmanədə,  məsələn,  fransızların  lart  pour  lart 

ifadəsindən  istifadə  olunur,  bu  ifadə  "incəsənət  incəsənət  üçündür

mənasını verir və incəsənətin əxlaqi və siyasi mülahizələrdən fərqli və 

müstəqil  anlamına  işarə  vurur.  Müasir  nöqteyi-nəzərdən,  demək  olar 

ki,  incəsənət  nəyin  düzgün  və  ya  uydurulmuş,  faydalı  və  ya  dağıdıcı 

olub-olmaması  əsasında  deyil,  yalnız  öz  meyarları  əsasında 

qiymətləndirilməlidir.  Sənət  əsəri  hətta  əxlaqa  və  həqiqətə  xidmət 

etməsə  belə  böyük  ola  bilər!  Amma,  həqiqətin,  xeyirxahlığın  və 

gözəlliyin  belə  ciddi  tərzdə  fərqləndirilməsi  Platon  üçün  tamamilə 

yolverilməz  olardı.  Əksinə,  o,  ideyaların  qarşılıqlı  əlaqədə  olduğunu 

göstərərdi.  Xeyirxahlıq  və  gözəllik  ideyaları  qarşılıqlı  olaraq 

əlaqəlidir.  Gözəllik  xeyirxahlığı,  xeyirxahlıq  isə  gözəlliyi  nümayiş 

etdirir.  İncəsənət  əxlaqdan  ayrıla  bilməz.  Etika  və  estetika

78

 

ayrılmazdır.  Bir  tərəfdən,  bu,  o  deməkdir  ki,  incəsənətin 



nümayəndələri cəmiyyət üçün mühümdür. Amma, digər tərəfdən isə, 

bu,  o  deməkdir  ki,  Platon  özünü  incəsənətin  əxlaqi  neytrallığının 

tərəfdarı kimi elan edə bilməz. 

İdeyalar  haqqında  təlimdə  başqa  bir  aspekt  də  vardır  ki, 

Platonun  incəsənətə  olan münasibətinə təsir  göstərir.  Bu  təlimə  görə, 

məhz ideyalar - həqiqi reallıqdır. Hislərlə qavranılan dünyanın şeyləri 

ideyaların müəyyən inikaslarıdır. Bu, o deməkdir ki, sənətkar, rəssam 

maralı təsvir edərkən müəyyən mənada surətin surətini çıxarır. Maral 

ideyası hissi dünyadan öncə mövcud idi, sonra hissi dünyada marallar 

çoxluğu,  və  nəhayət,  hislərlə  qavranılan  marallardan  birinin  təsviri 

                                                                                            

Terpsixora (rəqs), Erato (məhəbbət poeziyası), Poliqimniya (himn poeziyası), 

Uraniya (astronomiya) və Kalliopa (epik poeziya).  

78

 Estetika  –  yunanca  (aisthetikos)  duymaq,  qavramaq  mənasını  verən 

aisthenesthai sözündən törəyir.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə