Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə103/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   99   100   101   102   103   104   105   106   ...   402

 

217 


(baxın.  Fəsillər  5-6)  mənzərəsi  adlanan  sistemə  daxil  olmuşdur,  bu 

sistem isə Yeni dövrə qədər, Kopernik, Kepler və başqaları tərəfindən 

tənqidi olaraq nəzərdən keçirilincəyə qədər aparıcı mövqe tutmuşdur. 

Yeni  mexanika  (Qaliley,  Nyuton)  Yer  üzərində  hərəkətlə  bağlı 

Aristotel  anlamını  təkzib  etdiyi  kimi,  yeni  astronomiya  (Kopernik, 

Kepler,  Nyuton)  da  göstərilən  üç  müddəanı  təkzib  etmişdir.  Yeni 

baxışlara  görə,  bütün  dünya  eyni  qanunlara  tabedir.  Göy  cisimləri 

sonsuz kainatda dəyişkən sürətlə elliptik orbitlər üzrə hərəkət edir. 

Aristotel  tərəfindən  formanın  və  materiyanın  fərqləndirilməsi 

aktualın və potensialın qarşı-qarşıya qoyulması ilə sıx bağlıdır. Toxum 

burada  və  indi  (aktual  olaraq)  yalnız  toxumdur,  amma  o,  məsələn, 

ağac olmaq təbii qabiliyyətini(potensialını) özündə daşıyır. Toxumun 

özündə daşıdığı qabiliyyətlər reallaşır. Potensial olan aktuallaşır. 

Aristotel  bu  (bioloji)  baxışı  hər  bir  şey  üçün  ümumiləşdirir. 

Bütün ayrı-ayrı şeylər onlara xas olan potensial və aktual vəziyyətlər 

arasında  gərginlik  halındadırlar.  Hər  bir  şey  öz  potensialını 

aktuallaşdırmağa  çalışır.  Burada  Aristotel  miletlilərdən  və 

atomistlərdən  fərqli  olaraq,  dəyişikliyin  bioloji  izahını  təklif  edir. 

Dəyişiklik potensiallığın aktuallaşmasıdır. 

Dəyişikliklərin 

izahı 

zamanı 


yoxluğun 

problematik 

anlayışından  qaçmaq  Aristotelə  müəyyən  mənada  nəsib  olur. 

Dəyişiklik  varlıq  və  yoxluq  arasında  tərəddüd  kimi  nəzərdən 

keçirilmir.  Törətmə  heç  nədən  (ex  nihilo)  yaratma  deyildir.  Bioloji 

inkişafla  və  sənətkar  fəaliyyəti  ilə  bağlı  olan  dəyişikliklər  mövcud 

qabiliyyətlərin  reallaşmasını  özünə  ehtiva  edir.  Mümkün  varlıq  bir 

potensial olaraq mövcuddur. 

Aktualın  və  potensialın  qarşılıqlı  münasibətləri  haqqında 

təlimdən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  Platon  üçün  olduğu  kimi 

Aristotel  üçün  də  həqiqi  olan  hazırda  mövcud  olanla  eyni  deyildir. 

(Bu,  "gerçəyin  "pozitiv",  yəni  hazırda  mövcud  olan  kimi"  pozitivist 

anlamına  ziddir).  Aristotel  üçün  həqiqi  olan  odur  ki,  aktuallaşmağa 

çalışır.  İstisnanı  xalis  aktuallıq  təşkil  edir,  xalis  aktuallıq  - 

potensiallıqsız  və aktuallaşma  olmadan da  gerçəkdir.  Həqiqi  olmaq  - 

aktuallaşmaya  qabil  olmaq  deməkdir.  Bunun  təsiri  ilə,  həqiqi  dərin 

dinamik gərginliyə malik olur. Elə buna görə də, gerçəkliyin tədqiqi – 

mövcud  faktların  registrasiyasına  və  sintezinə  aid  edilə  bilməz.  O, 

həmçinin  əsas  dinamik  aktuallaşma  prosesinin  axtarılmasını  da 

özündə  ehtiva  etməlidir.  Bunun  sayəsində  fəlsəfə  hazırda  faktiki 

olaraq  mövcud  olanı  əslində  həqiqi  olanın  dərk  olunması  nöqteyi-

nəzərindən tənqid etməyə qabil olur. 

Beləliklə, dünya, Aristotelə görə iyerarxik olaraq qurulmuşdur. 

 



 

218 


Xalis aktuallıq 

İnsan                                     

b.k.s.127

 

Heyvan 

Bitki 

Qeyri-canlı şeylər (daşlar, torpaq) 

Xalis potensiallıq (xalis materiya) 

 

Qeyri-canlı  şeylər  (daşlar,  torpaq  və  i.a.)  aşağıda  yerləşir. 



Bitkilər  mövcud  olmanın  daha  yüksək  formasına  malikdirlər.  Onlar 

reproduktiv  və  vegetativ  ruha  (ruh  yunanca,  psyche  = həyati  prinsip) 

malikdirlər  -  onlar  çoxalırlar  və  qidalanırlar.  Heyvanlar  yuxarı 

səviyyədədirlər,  onlar  çoxalma  və  qidalanma  qabiliyyətləri ilə  yanaşı 

hiss  edən  ruha  (onlar  hiss  edirlər)  və  "hərəkətverici"  ruha  (onlar 

yerlərini  dəyişirlər:  qaçırlar,  üzürlər,  uçurlar)  da  malikdirlər.  Ən 

yuxarıda  insan  dayanır,  insan  vegetativ,  reproduktiv,  hiss  edən  və 

"hərəkətverici"  ruhdan  başqa  zəka  qabiliyyətinə  də  malikdir.  Zəka 

sözün geniş mənasında yalnız insana xas olan "ruh"dur (psyche logike, 

psyche  noetike).  İnsan zəkalı heyvandır(canlıdır)

84

.  Lakin zəka  insani 



formadır,  bu,  elə  bir  formadır  ki,  insanın  heyvani  formalarını 

(çoxalma,  qidalanma,  hiss  etmə,  hərəkət  qabiliyyətini)  elə  dəyişir  ki, 

onlar  spesifik  insani  forma  üçün,  yəni  zəka  (yunanca,  nous)  üçün 

material olurlar. İnsanda onun heyvani formaları zəka tərəfindən sanki 

nəcibləşdirilir

85



                                                

84

 Bitkilərdə,  heyvanlarda  və  insanlarda  qidalanmanın  və  artımın,  hissin, 

yerdəyişmənin  və  zəkanın  həyati  prinsiplərinə  əsaslanan  Aristotel 

fərqləndirilməsini  istehsalçıların,  müdafiə  edənlərin  və  fikirləşənlərin  Platon 

tərəfindən verilmiş fərqləndirilmə ilə müqayisə edin.  

85

 Biz  bəzi  hadisələrin  "həddindən  artıq  qiymətləndirilməsi"  və  "lazımi  qədər 

qiymətləndirilməməsi" barədə danışa bilərik. İnsani xassələrin heyvanlara aid 

edilməsi  heyvanların  həddindən  artıq  qiymətləndirilməsi  demək  olardı.  Bu, 

bizim nağıllarda və təmsillərdə etdiklərimizdir, burada, məsələn, tülkü və ayı 

bir-biri ilə danışırlar. Nitq qabiliyyəti rasional həyati prinsiplə bağlıdır ki, bu 

prinsipə  də  heyvanlar  deyil,  insanlar  malikdirlər.  Elə  buna  görə  də,  bizim 

nağıllarda  və təmsillərdə danışdıqlarımız  həqiqi  deyildir.  Amma  əgər  insana 

yalnız  heyvani  xassələr  aid  edilsə,  bu  insanların  lazımi  qədər 

qiymətləndirilməməsi  demək  olardı.  İnsanların  belə  bir  xarakteristikası 

müəyyən  ölçüdə  düzgündür,  çünki  insanlar  heyvanların  bütün  həyati 

prinsiplərinə  malikdirlər,  amma  belə  bir  xarakteristika  müəyyən  mənada 

kifayət  deyildir.  Animizm,  yəni  mənəvi  xassələrin,  məsələn,  daşlara  və 

ağaclara şamil edilməsi bizim zəmanədə həddindən artıq qiymətləndirmənin o 

qədər  də  çox  yayılmış  forması  deyildir.  Amma,  digər  tərəfdən,  adamların 

müstəsna  dərəcədə  insani  həyati  prinsiplərdən  "aşağı  olan"  olan  həyati 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə