Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə101/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   97   98   99   100   101   102   103   104   ...   402

 

213 


hesab etmirdi ki, bütün idrak ya ayrıca şeylərin hissi qavrayışının, ya 

da  mahiyyətlərin  induktiv  dərkinin  nəticəsidir.  O,  həmçinin  bu  iki 

idraki  formanın hər ikisindən  fərqli  olan  praktik müdrikliklə  (praksis 

haqqında paraqrafa nəzər salın) və nə sübut, nə də təkzib olunmayanın 

bazis prinsiplərin (məsələn, ziddiyyət prinsipi kimi) dərki ilə bağlı da 

əməliyyat aparmışdır. Aşağıda biz idrakın bu iki spesifik formasını da 

təhlil  edəcəyik,  indi  isə  Aristotelin  səy  göstərdiyinə  səy  göstərək  - 

mahiyyətin dərkini nəzərdən keçirək. 

Mahiyyətin dərk olunması yalnız müəyyən növə tərif vermənin 

statik  biliyi  deyildir.  Hadisəni  anlamaq  üçün  səbəbləri  bilmək 

gərəkdir,  həmin  o  səbəbləri  ki,  hadisəni  indi  olduğu  kimi  edirlər. 

Aristotel "səbəb" anlayışını (lat. - causa) indi başa düşüldüyündən də 

geniş  mənada  başa  düşür.  Aristotelin  ontologiyasında  bütün  şeylərin 

fundamental xassələri və şeyləri indi olduqları kimi edən fundamental 

səbəblər nəzərdən keçirilir. Onun açar sözləri aşağıdakılardır: 

 

1. Substansiya 



2. Forma / materiya 

3. Dörd "səbəb" 

4. həqiqi / potensial; dəyişiklik 

5. Teologiya 

 

Hər bir ayrıca şey (substansiya) forma və materiyadan təşəkkül 



tapmışdır. Gil parçası müəyyən formaya malikdir və gil öz-özlüyündə 

materiyadır.  Dulusçu  bu  gil  parçasından  fincan  düzəldə  bilər. 

Nəticədə,  həmin  bu  (müəyyən  formalı  və  materiyalı)  gil  parçası 

ayrılıqda daha zərif formaya malik olan yeni bir şey olacaqdır. 

Gili fincana çevirmə - müəyyən formanın müəyyən materialla, 

gillə  birləşməsidir.  Forma  bizə  fincanın  hansı  növ  şey  olduğundan 

xəbər  verir.  Material  odur  ki,  fincan  nədən  hazırlanmışdır.  Amma 

fincan  özü  tərəfindən  yaradılan  nəsə  bir  şey  deyildir.  Onu  duluzçu 

hazırlamışdır.  Dulusçu  onu  hazırlamağa  başlayarkən,  fincanın  öz 

təyinatına  (məsələn,  suyun  saxlanılmasına)  uyğun  gəlməkdən  ötəri  

necə  görünməli  olması  barədə  müəyyən  ideyaya  malik  idi.  Dulusçu 

fincanı müəyyən çiy materialı emal edərək düzəltmişdir. 

Aristotelin  dörd  səbəb  haqqında  təlimini  bu  sadə  nümunədə 

illüstrasiya  etmək  mümkündür.  Gil  fincan  dörd  "səbəblə"  və  ya 

prinsiplə  müəyyənləşir.1)  Tamamlanmış  fincan  haqqında  təsəvvür 

məqsəddir,  fincanın  yaradılması  prosesi  bu  məqsədə  nail  olmaya 

yönəldilmişdir.  Bu  təsəvvür  son  səbəbdir  (causa  finalis).  Teleoloji 

prinsip  dəyişikliyin  yaradıcı  prosesinin  məqsədyönlülüyündən 

ibarətdir.2) 

Dulusçunun 

çiy  materialı  məruz  qoyduğu  səy 



 

214 


hərəkətverici  qüvvə  və  ya  prosesin  mənbəyidir.  O,  hərəkətverici 

səbəbdir  (causa  efficiens).  Səbəbiyyət  prinsipinin  mənası  ondadır  ki, 

bu  proses  xarici  mexaniki  qüvvə  ilə  şərtlənmişdir.  3)  Fincanın 

hazırlandığı  material  onun  maddi  səbəbi  (causa  materialis)  və  ya 

maddi prinsipidir. Bu səbəb materiyaya uyğun gəlir. 4) Nəhayət, bizim 

sərəncamımızda  fincanın  və  gilin  zamanın  hər  bir  anında  kəsb  etdiyi 

konkret  formalar  vardır.  Bu  formalar  onların  malik  olduqları 

xassələrdir.  Formal  səbəb  və  ya  formal  prinsip  (causa  formalis)  də 

yuxarıda xatırlanan formalara uyğun gəlir. 

Bu  prinsiplərdən  və  ya  səbəblərdən  hər  biri  fəlsəfi 

diskussiyaların  predmeti  olmuşdur  və  olaraq  da  qalır.  Formal 

prinsipin (səbəbin), necə başa düşülməsi məsələsi antik dövrdə Platon 

ideyaları  barədə,  Orta  əsrlərdə  universaliyalar  barədə,  bizim 

günlərdə  isə  nominalizm  və  realizm  barədə  mübahisələrin  tərkib 

hissəsi olmuşdur. 

Hərəkətverici və son səbəb arasındakı münasibətlərin nəzərdən 

keçirilməsi zamanı isə diskussiyalar xüsusən kəskin olmuşdur. İntibah 

zamanında çoxları teleoloji prinsipdən imtina etmişlər (causa finalis). 

Bizim  günlərdə  izahın  kauzal  və  teleoloji  sxemləri  barədə  sosial  və 

humanitar elmlərdə baş alıb gedən mübahisələr ara vermir. 

Digər  problem  sahəsi  materiya  anlayışı  bağlıdır. Bir tərəfdən, 

materiya  anlayışı  altında  materialı  başa  düşmək  olar,  məsələn  gili, 

daşı və ya ağacı. Eyni material, məsələn, ağac parçası müxtəlif şeylər 

üçün – məsələn, stulun ayağı və ya çəkicin sapı üçün – materiya ola 

bilər. O, xarratın niyyətindən asılı olaraq müxtəlif formaları kəsb edə 

bilər.  Biz  həmçinin  təsəvvür edə bilərik  ki,  stulun  iki  ayağı dəqiqliklə 

eynidir.  Onlar  eyni  formaya  malikdirlər.  Formalar  və  ya  xassələr 

ümumidir. İynələrin kütləvi istehsalı zamanı onların hamısı eyni kimi 

görünür.  Onların  hamısı  eyni  xassələrə  -  formaya,  ölçüyə,  rəngə  və 

i.a.  malikdir.  Bununla  belə  onlar  müxtəlif  iynələrdir,  eyni  iynə 

deyildir, ona görə ki, hər bir iynə öz "materiyasına" malikdir. Məhz bu 

mənsubiyyət  onları  eyni  deyil,  müxtəlif  şeylər  edir.  Bu,  ona  gətirib 

çıxarır ki, iynələr məkanda müxtəlif yerləri tuturlar - məsələn, bir-biri 

ilə  yanaşıdırlar  və  bir  neçə  iynə  heç  bir  zaman  məkanda  eyni  yeri 

tutmur.  Bu  mənada  materiya  -  "fərdiləşdirəndir",  yəni  hər  hansı  bir 

şeyi  ayrıca  şey  edəndir.  Materiya  bu  mənada  (materia  secunda) 

fərdiləşmə prinsipi kimi nəzərdən keçirilir. 

Amma  hər  hansı  bir  formanı  kəsb  edincəyə  qədər  materiya 

necə idi? Biz formaya malik olmayan hər hansı bir şey barədə danışa 

və  ya  düşünə  bilərikmi?  Materiya  bu  mənada  (materia  prima)  son 

dərəcə problematik anlayışdır. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə