Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə98/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   94   95   96   97   98   99   100   101   ...   402

 

207 


bütün  yaşıl  şeylər  üçün  səciyyəvi  olan  xassəyə  münasibətdə  ümumi 

anlayışdır.  Bununla  belə,  ideyalar  ağıldan  asılı  olmayaraq  nəsə  bir 

fövqəlhissi  reallıqda  mövcuddurlar.  İdeyaların  belə  anlamından  çıxış 

edərək  və  ya  "üçüncü  insan  haqqında"  arqumentə  oxşar 

kontrarqumentlərə istinad edərək, Aristotel belə bir nəticəyə gəlmişdir 

ki,  ideyalar  şeylərdən  heç  bir  müstəqilliyə,  heç  bir  müstəqil 

mövcudluğa  malik  ola  bilməz.  İdeyalar  yalnız  şeylər"dədir"  və 

təfəkkür vasitəsi ilə dərk olunur. 

İdeyalar  və  şeylərin  ideyalara  aid  edilmə  üsulu  barədə 

məsələlərə  istinad  edərək  Platon  Parmeniddə  ideyalar  haqqında 

təlimin  adi  versiyasını  tənqid  edir.  Gənc  (!)  Sokratdan  soruşurlar  ki, 

vahid və çox ideyaları mövcuddurmu (həm də riyazi anlayışlar üçün). 

O,  şərtsiz  cavab  verir  ki,  "hə".  Bəs  gözəllik  və  xeyirxahlıq  üçün  və 

həmçinin onlara uyğun gələn anlayışlar üçün ideyalar mövcuddurmu? 

Cavab  yenə  də  "hə"dir.  Bəs  insanlar  üçün,  od  və  su  üçün?  "Bəli", 

amma  Sokrat  burada  daha  az  əmindir.  Bəs  saçlar  və  çirk  üçün? 

Onların  da  həmçinin  öz  ideyaları  mövcuddurmu?  (Mümkündür  ki, 

burada "gənc insanın başında olan saç" deyil, "xörəkdə olan tük", yəni 

nəsə  neqativ  olan  bir  şey  nəzərdə  tutulmuşdur).  Sokrata  görə,  bu 

şeylər  üçün  ideya  ola  bilməz.  Başqa  sözlə,  nəyin  ideyalara  malik 

olması  və  nəyin  isə  malik  olmaması  kifayət  qədər  qeyri-müəyyən 

olaraq qalır. Görünür ki, burada dəqiq meyarlar yoxdur. Bununla belə, 

əhəmiyyətli  hadisələr,  görünür  ki,  ideyalara  malikdirlər,  faydasız 

şeylər isə yox. Oxşar nəticəni Parmenid belə şərh edir ki, gənc Sokrat 

adi  təsəvvürlərin  təsiri  altındadır  və  hələ  ki,  müstəqil  fikirləşmə 

qabiliyyətinə malik deyildir. 

Növbəti  məsələ  -  aidiyyat  problemi  adlanan  məsələdir.  Əgər 

ideyalar  və  şeylər  məkanda  yer  tuturlarsa  və  aidiyyat  məkan 

kateqoriyaları  ilə  düşünülürsə,  ideyaya  aid  olan  hər  bir  şey  ideyanın 

bir hissəsini özünə ehtiva edir və ya ideya özünün bir hissəsini hər bir 

şeyə "verir", beləliklə, biz absurd nəticələrə gəlib çıxırıq. 

Birinci  halda  şey  ideyaya  deyil,  onun  yalnız  bir  hissəsinə 

aiddir.  İkinci  halda  ideyaların  eyniyyəti,  yəqin  ki,  alt-ideyaların 

çoxluğunda itirilir, onlardan hər biri isə ayrıca şeylərə aiddir. 

Sonra,  Platon  ideyaları  bizim  ideallar  və  anlayışlar  kimi 

nəzərdə  tutaraq  onlar  arasındakı  qarşılıqlı  əlaqə  problemlərini 

nəzərdən keçirir. 

Platon  ideyalar  əleyhinə  kontrarqumentlər  irəli  sürdükdən 

sonra  bu  konsepsiyadan  imtina  edirmi?  Parmeniddə  o,  vahid 

anlayışının  dialektik  tədqiqini  davam  etdirir  və  bu  tədqiq  başqasına 

münasibətdə,  özünə  münasibətdə  və  çoxluğa  münasibətdə  iki 



 

208 


alternativ  hipotezdən  (vahid  mövcuddur  və  vahid  mövcud  deyildir) 

çıxış edilərək aparılır. 

Dialoqun  bu hissəsinin  şərhi  platonşünaslığın  əsas  problemləri 

sırasına  aiddir.  Norveç  tədqiqatçısı  Egil  A.  Vüller  (Egil  A.  Wyller, 

1925) güman edir ki, dialoqun bu hissəsində Platon öz fəlsəfəsinin ən 

vacib  hissəsini  -  dialektik  təfəkkür  üslubunu  -  ifadə  edir.  Bu  üslub 

öncə  fikrin  sərhədlərinə  aparır,  onların  arxasında  isə  ifadəyə  yatımlı 

olmayan  əzəli  başlanğıc  (alm.  Urgrund)  aşkar  edilir,  həmin  bu 

başlanğıc  bizim  müzakirə  edə  biləcəyimizin  və  ifadə  edə 

biləcəyimizin sərhədləri xaricindədir. Təfəkkür sonra əks istiqamətdə, 

işığın əzəli başlanğıcdan hərəkətinə oxşar olaraq, prinsiplər haqqında 

təlimin  və  idrak  nəzəriyyəsinin  vasitəsi  ilə  "aşağıya  doğru"  hərəkət 

edir,  ideyalar  burada  onların  müxtəlif  səviyyələrdəki  qarşılıqlı 

əlaqələri vasitəsi ilə ifadə olunur və bu, o vaxta qədər davam edir ki, 

ideyalar  da  işıq  kimi  hislərlə  qavranılan  dünyanın  müxtəlifliyinə  və 

xaosuna səpələnərək yox olur. Bu, o deməkdir ki, dialektik təfəkkürü 

inkişaf etdirən Platon "neoplatonik mistik"dir. Bu şərhə görə, ideyalar 

haqqında  təlimin  ənənəvi  anlamı  həqiqətin  «tısbağa»  mövqeyindən 

görünüşünü xatırladır. İşıq və əzəli başlanğıc "aşağıdan", hissi dünya 

və şeylər tərəfindən tutulan yerdən görünür və "yuxarı" abstraktlaşma 

yolu  ilə  dərk  olunurlar.  Bu  halda  ideyalar  haqqında  təlimin  əleyhinə 

yönələn  arqumentləri  barışdıra  bilən  yuxarı işıq  xatırlanmır.  Analitik 

yanaşmadan  xilas  olarkən,  biz  "qartal"  mövqeyində  olmuş  oluruq, 

burada  biz  ən  yüksəkdə  duran  ilkin  başlanğıcdan  "aşağıya",  hissi 

dünyaya  ideyalar  dünyası  vasitəsi  ilə  baxırıq.  Beləliklə,  ideyalar 

dünyası  hipostazlaşdırılmış  ümumi  anlayışların  yığımı  deyildir,  əzəli 

başlanğıcdan  aşağıya,  hissi  dünyaya  axıb  gələn  nurdur.  Dünyanın 

ideyalar  haqqında  təlimin  adi  şərhində  güman  olunan  idealist 

ikiləşməsi  emanasiyanın  bizim  neoplatonist  fəlsəfədə  və  teologiyada 

tapdığımız dinamik nəzəriyyənin xeyrinə dəf olunur

80



Başlanğıcda  deyilmişdi  ki,  Platon  və  Aristotel  ideyalar 



haqqında  təlimin  əleyhinə  eyni  tipli  arqumentləri  irəli  sürmüşlər. 

Bunun  ardınca  qeyd  edək  ki,  biz  göstərməyə  çalışdıq,  ki,  "eyni 

arqument"  onlardan  hər  biri  üçün  müxtəlif  məna  kəsb  edirdi,  çünki 

müxtəlif kontekstlərə (ya Platon, ya da Aristotelin fəlsəfəsinə) istinad 

edirdi.  Elə  buna  görə  də,  bu  arqumenti  kontekstdən  və  ya  onun 

                                                



80

 Neoplatonik Plotinlə və İntibah dövrünün filosofu olan, "neqativ" teologiya 

adlanan  nəzəriyyəni  müdafiə  edən  Nikolay  Kuzalı  ilə  müqayisə  edin.  Gizli 

Tanrı,  Dem  absconditus,  "görünən"  ola  bilməz,  çünki  o,  "görən"  gözün  bir 

hissəsidir.  Николай  Кузанский.  О  сокрытом  Боге.  -  Николай  Кузанский. 

Сочинения. В двух томах. - М., 1979. Т. 1. - С. 283-288.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə