Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə106/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   102   103   104   105   106   107   108   109   ...   402

 

223 


mövqenin  daha  yaxşı  anlaşılması  üçün  kateqoriyaların  tapılmasıdır 

(yəni,  özünü  üzvi  bütövün  daxilində  sonlu  məxluqat  kimi  dərk 

etmədir).  İkincisi  isə  –  ekoloji  olaraq  əsaslandırılmış  siyasi 

perspektivin  axtarışıdır.  O,  artmaqda  olan  böyük  istehsal  və  istehlak 

cəmiyyətinin  deyil,  məsələn,  "eko-siyasi",  lokal,  özünü  qoruyub 

saxlaya  bilən  və  özünü  idarə  edə  bilən  cəmiyyətin,  polisin,  idealı  ilə 

bağlı ola bilər

90



 

"Praksis" – ağıllı əməllərdir 

 

Görək,  göstərilən  ontoloji  və  epistemoloji  görüşlər  insanın  və 



cəmiyyətin  Aristotel  tərəfindən  anlaşılmasında  hansı  qaydada  ifadə 

olunmuşdur.  Bundan  daha  öncə  isə  idrakın  müxtəlif  formalarının 

(deməli, həm də elmi fənlərin) Aristotel tərəfindən verilən təsnifatına 

nəzər salaq. 

Dialektik  Platon  biliyin  müxtəlif  formaları  və  onların  problem 

sahələri arasındakı əlaqələrlə o qədər məşğuldur ki, ideyalar haqqında 

təlimlə  dövlət  haqqında  təlim,  etika,  estetika  və  i.a.  arasında  kəskin 

sərhəd  qoymurdu.  Analitik  Aristotel  isə  müxtəlif  elmi  fənləri 

fərqləndirməyə səy edir. O, nəzəri, praktik və poetik fənlər arasındakı 

fərqi  göstərir  (nəzəriyyə  -  theoria,  praksis  -  praxis  və  poyezis  - 



poiesis),  bu  fənlər  biliklə  (epistema-  epistema),  praktik  müdrikliklə 

(phronesis- fronezis), incəsənət və ya texniki bacarıqla (techne- texne

bağlıdır: 

Nəzəri  fənlərin  məqsədi  həqiqətin  dərk  edilməsidir.  Aristotel 

üç  nəzəri  fənni  xatırladır:  naturfəlsəfəni,  riyaziyyatı  və  metafizikanı. 

Naturfəlsəfə  hisslərlə  qavranılan  və  dəyişkən  şeylərin  idrak  yollarını 

axtarır. Riyaziyyat dəyişməz, kəmiyyət təsvirinə yatımlı olan xassələri 

dərk etməyə çalışır. Nəhayət, metafizika dəyişməz formaları o ölçüdə 

dərk  etməyə  səy  edir  ki,  onlar  bu  ölçüdə  müstəqil  mövcudluğa 

malikdirlər. Naturfəlsəfədən riyaziyyat vasitəsi ilə metafizikaya keçid 

zamanı  abstraksiya  səviyyəsinin  yüksəlişi  baş  verir.  (Aristotel 

                                                



90

 Ekoloji  müvazinət  situasiyasında  Aristotelin  təbiət  fəlsəfəsi,  görünür  ki, 

ətraf  mühitlə  harmoniya ideyasına yaxşı  cavab verir.  Lakin  müasir situasiya 

insanın  ekoloji sistemlərə intensiv  müdaxiləsi ilə səciyyələnir.  Elə  buna  görə 

də,  bu  fəlsəfəyə  insani  əməyin  bir  tarixi  proses  olaraq  fəlsəfəsi  əlavə 

edilməlidir,  insanlar  və  təbiət  burada  bir-birlərinə  qarşılıqlı  olaraq  təsir 

göstərirlər  və  son  nəticədə  bir-birlərinə  zərər  verirlər.  Bununla  əlaqədar 

Hegel  və  Marks  özlərinin  təbiəti  antimexanist,  dialektik  anlamları  ilə  maraq 

kəsb  edirlər,  onlar  belə  hesab  edirdilər  ki,  tarixi  sıçrayışlar  insanın  əmək 

fəaliyyətinin təbii hadisələrə müdaxiləsi ilə şərtlənir.  


 

224 


naturfəlsəfə  barədə  deyil,  "fizika",  barədə  danışır.  Lakin  biz  müasir 

təbiətşünaslığın və Aristotel "fizika"sının fərqləndirilməsi üçün burada 

"naturfəlsəfə"  barədə  danışacağıq.  Onun  məqsədi  təbii  hadisələr 

üzərində  nəzarət  deyildir,  təbiətin  fundamental  xüsusiyyətlərinin 

anlaşılmasıdır. 

Praktik fənlərin məqsədi etik kompetensiyanın əldə edilməsinə 

əsaslanan  müdrikliyin,  zəkalı  əməllərin  təmin  olunmasıdır.  O, 

(fronezis)  yalnız  şəxsi  təcrübənin  köməyi  ilə,  təcrübəli  insanlarla, 

sosial  situasiyanı  fərqləndirə  bilənlərlə  və  bu  situasiyalara  necə 

münasibət  göstərmək  lazım  olduğunu  bilənlərlə  ünsiyyətin  gedişində 

əldə  oluna  bilər.  Etik  kompetensiya  –  hissi  təcrübədən  fərqli  bir 

təcrübə növüdür. O, elə bir təcrübədir ki, onu hər bir kəs ictimai həyatı 

qiymətləndirmək  qabiliyyətini  formalaşdırmaqdan  ötəri  şəxsən  əldə 

etməlidir.  Elə  buna  görə  də,  biz  "gizli  şəxsi  bilik"  barədə  o  mənada 

danışa bilərik ki, bu "bilik" subyektin şəxsi təcrübəsindən ayrılmazdır. 

(Son  zamanlar  oxşar  problemlər  həm  bir  hermenevtik  ənənə  olaraq, 

həm də sonrakı Vitgenşteynin əsərlərinə əsaslanan ənənə çərçivəsində 

müzakirə olunur.) 

Maraqlıdır ki, Aristotel siyasəti və etikanı "praktik" fənlərə aid 

edir.  Siyasətə  münasibətdə  bu,  o  deməkdir  ki,  o,  özünü  siyasətin 

müstəsna  dərəcədə  hakimiyyət  uğrunda  mübarizə  kimi  anlamından 

uzaq  tutur  (Makiavellidən  başlayaraq  inkişaf  edən  real  siyasət 

(realpolitik)  konsepsiyası  ilə  müqayisə  edin.).  Siyasət  açıq  və 

mövhumatdan azad olan bir qarşılıqlı təsir forması olmalıdır. İnsanlar 

bu qarşılıqlı təsirin gedişatında bir-birini qarşılıqlı olaraq formalaşdırır 

və  maarifləndirirlər  və həmçinin  ədalətli  və  daha  yaxşı  qərarlara nail 

olmaq üçün çalışırlar. Arend (Hannah Arendt, 1906-1975), Habermas 

(Jurgen  Habermas,  1929)  və  digərləri  bu  müddəanı  müasir  siyasətin 

mənalandırılmasına tətbiq edirlər. 

Etikaya  münasibətdə  isə  bu,  o  deməkdir  ki,  Aristotel  etik 

kompetensiyanın  əldə  edilmə  zərurətini  və  əhəmiyyətini  vurğulayır. 

Sonradan biz görəcəyik ki, bir sıra tədqiqatçılar etikanı universal etik 

prinsiplərin  (Kantın  qəti  imperativinə  oxşar  olaraq)  əsaslandırılması 

problematikasına  aid  edirlər.  Eyni zamanda  digərlər  etikanı  faydanın 

və  vəzifələrin  ədalətli  bölgüsü  nöqteyi-nəzərindən  şərh  edirlər 

(məsələn  utilitarizminin  Bentama  bənzər  tərəfdarlarına  oxşar  olaraq). 

Aristotelin "praksis" anlayışı göstərir ki, o, da həmçinin bir etik olaraq 

etik  mühakimə  qabiliyyətinin  formalaşdırma  zərurətini  nəzərdə  tutur, 

bu  qabiliyyət  isə  normaların  nəzəri  əsaslandırılması  (və  ya  tənqidi) 

yolu  ilə  əldə  edilə  bilməz.  Bu,  fərdin  başqaları  ilə  bir  cəmiyyətdə 

tərbiyə olunmasını nəzərdə tutur. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə