Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə108/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   104   105   106   107   108   109   110   111   ...   402

 

227 


kölə olanlardır. Qulun kölə vəziyyətində olma təyinatı ilə onun şəxsi 

keyfiyyətləri  arasında  uyğunluq  mövcuddur.  Bu  nöqteyi-nəzərdən, 

kölə azad yunan kişilərindən aşağıdır. Beləliklə, Aristotel qulları, həm 

də  qadınları  azad  yunan  kişilərindən  aşağıda  təsvir  edir.  Onların  hər 

ikisi  ictimai  həyatda  və  şəhər  meydanında  (agora)  deyil,  ev 

təsərrüfatında (oikos) olduqları zaman öz yerlərindədirlər. Qadınlar və 

kölələr öz təbiətləri etibarı ilə, öz şəxsi keyfiyyətləri etibarı ilə şəhər-

dövlətin ictimai həyatında iştirak edən azad kişilərə nisbətən çox aşağı 

səviyyədədirlər.  Buna  görə  də,  insan  öz  təbiətini  polisdə  reallaşdırır, 

deyərkən,  yadda  saxlamaq  gərəkdir  ki,  bu,  Aristotelə  görə,  qadınlara 

və kölələrə aid deyildir. 

Beləliklə,  icma,  cəmiyyət  insana  münasibətdə  nəsə  zahiri  bir 

şey  deyildir.  İcma  insan  tərəfindən  özünün  ən  yaxşı  insani 

qabiliyyətlərini  reallaşdırmaq  üçün  zəruri  şərtdir.  Başqa  sözlə,  bazis 

anlayışı  olaraq  cəmiyyətdən  və  ya  dövlətdən  təcrid  olunmuş  ayrıca 

fərd  anlayışı  deyil,  insan-icmada  (zoon  politikon)  anlayışı  çıxış  edir. 

Müstəqil, özü üçün kafi ola bilən fərd ola bilməz, müstəqil, özü üçün 

kafi yalnız polis ola bilər. Aristotel eyni zamanda güman etmişdir ki, 

Platon  insanı  icmanın  bir  hissəsi  kimi  anlamaqda  həddindən  artıq 

uzağa  getmişdir.  "Məgər  bəs  dövlət  öz  təbiəti  etibarı  ilə,  -  Aristotel 

belə  yazırdı,  -  bir  insan  çoxluğu  deyilmi"?!  Bununla  da,  biz  nə 

nəzəriyyədə,  nə  də  siyasi  praktikada  insanı  aradan  qaldırmamalıyıq, 

insanın  və  cəmiyyətin  təbii  olduğundan  daha  çox  eyniləşdirilməsini 

tələb etməməliyik. 

Biz  yuxarıda  qeyd  etmişik  ki,  həyatın  unikal  insani  prinsipi 

geniş mənada  zəkadır.  İnsan  məhz  öz  zəkasının reallaşması  məqsədi 

ilə icmada yaşamalıdır. Zəkanın qaneedici təcəssümü isə yaxşı şəhər-

dövləti nəzərdə tutur. (Loqos və polis qarşılıqlı olaraq əlaqəlidirlər). 

İnsani  təbiət  "qeyri-rasional"  qaydada  ömür  sürən,  özünün 

unikal  insani  "ruhunu"  icmada  digərləri  ilə  birgə  istifadə  etməyən 

insanlar tərəfindən aşkar olunmur. Onu yalnız o insanlar aşkar edirlər 

ki, zəkalı sosial icmada (ailədə, insan məskənində, polisdə) yaşayırlar. 

Başqa sözlə, Aristotel kiniklərin, onun müasiri olan hippilərin nöqteyi-

nəzərini  təkzib  edir.  Xatırladaq  ki,  kiniklər  Aristoteldən  fərqli  olaraq 

belə güman edirdilər ki, "təbii qaydada" yaşamaq primitiv və heyvani 

həyat sürmək deməkdir. 

Qeyd  edək  ki,  Aristotelin  yaxşı  həyat  anlamının  özündə  bir 

qeyri-müəyyənlik  vardır.  Bu,  nəzəri  fəaliyyət  çərçivəsində  olan 

həyatdırmı  (nəzəriyyə),  yoxsa,  zəkavi  siyasi  icmada  mövcud  olan 

həyatdır (praksis)? O ki, qaldı zəkalı siyasi icma ilə zəruri məhsuldar 

əmək  (poyezis)  arasındakı  münasibətlərə,  aydındır  ki,  Aristotel 

birincini  insani  varlıqlar  üçün  daha  yaxşı  və  özündə-məqsəd  hesab 




 

228 


edir.  Lakin  fiziki  əmək  hətta  istirahət  xatirinə  edildikdə  belə  yaxşı 

həyat  demək  deyildir  və  hər  hansı  bir  dəyərə  malik  deyildir.  Fiziki 

əməklə  məşğul  olan  insanlar,  onların  kölə  olub-olmamasından  asılı 

olmayaraq  insani  həyatı  ən  yaxşı  bir  qaydada  reallaşdıra  bilmirlər. 

Aristotelin zamanında sinfi fərqlər fiziki əməklə məşğul olan insanlar 

ilə  intellektual  və  siyasi  fəaliyyətlə  məşğul  olan  insanlar  arasındakı 

fərq  formasını  kəsb  etmişdi.  Aristotel  güman  edirdi  ki,  insanın 

formalaşması prosesi, "humanizasiya" əməklə deyil, məhz intellektual 

və siyasi fəaliyyətlə bağlıdır. 

Bu  nöqteyi-nəzər,  digər  amillərlə  yanaşı,  Hegelin  və  Marksın 

baxışlarından  da  fərqlənir,  Hegel  və  Marks  təsdiq  edirdilər  ki,  tarixi 

aspektdə  "humanistləşdirmə"  amili  məhz  əməkdir, insanı məhz  əmək 

formalaşdırır.  "Ağa"  yalnız  bir  katalizator  olaraq  zəruridir.  Tarixi 

yaradan  ağa  deyildir,  "quldur,  kölədir",  həmən  o  qul,  kölə  ki,  əmək 

vasitəsi  ilə  bilik  və  idrak  əldə  edir,  insanın  özü  də  əmək  prosesində 

formalaşır.  Əlbəttə  ki,  bu  nöqteyi-nəzərləri  bir-biri  ilə  uzlaşdırmaq 

kifayət  qədər  çətindir,  belə  ki,  Aristotel  o  tarixin  başlanğıcinda 

yaşamışdır ki, Hegel və Marks ona artıq öz keçmişlərində malik idilər 

və  onu mənalandıra  bilirdilər.  (Bundan  sonra  biz  görəcəyik  ki,  Hegel 

və  Marks  ictimai  inkişafın  gedişində  insanın  ilk  dəfə  özü  olması 

ideyasını  necə  mənimsəmişlər.  Lakin  onlar  inkişafı  hər  şeydən  öncə 

hər  hansı  bir  ayrıca  fərdlə  bağlı  olan  bir  proses  kimi  deyil,  bir  tarixi 

proses  kimi,  yəni  bir  çox  nəsillərin  həyatı  boyu  reallaşan  bir  proses 

kimi nəzərdən keçirmişlər). 

Aristotelin və Platonun insana və cəmiyyətə baxışlarındakı fərq 

qadınların rolunu nəzərdən keçirərkən xüsusən aşkar şəkil almış olur. 

Platon  həyatın  xüsusi  və  ictimai  sferaları  arasında  kəskin  sərhəd 

qoyduğu  və  birincini  dövləti  ümumi  mülkiyyətə  və  ümumi  uşaqlara 

malik  böyük  bir  ailəyə  çevirmək  yolu  ilə  ləğv  etməyə  meylli  olduğu 

halda,  Aristotel  güman  edir  ki,  ailə  və  dövlət  müxtəlif  funksiyaları 

yerinə  yetirirlər.  Ailə  qidalanma,  əhalinin  yenidən  istehsalı  və 

uşaqların tərbiyəsi kimi əsas tələbatların ödənilməsi üçün şəraiti təmin 

edir. Dövlət isə kişi cinsindən olan vətəndaşların intellektual və siyasi 

özünütəsdiqini  mümkün  edir.  Xüsusidən ictimaiyə  keçidlər varisliyin 

pozitiv  məqamları  ilə  bağlıdır.  Ailədə,  xüsusi  sahədə  sosiallaşmadan 

sonra  insan  məskənində  və  nəhayət,  ictimai  sahədə,      polisdə 

sosiallaşma baş verir. Deməli, göz qarşısında olan - şəxsi və ictimainin 

qarşı-qarşıya  qoyulması  deyidir,  onların  daxili  əlaqəsidir.  Elə  buna 

görə  də,  Platonun  nöqteyi-nəzərindən  ailə  olmamalıdır,  ləğv 

edilməlidir. 

Əksinə,  Aristotelin  nöqteyi-nəzərindən  isə 

o, 


sosiallaşmanın və ünsiyyətin əsas institutudur. 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə