Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə116/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   112   113   114   115   116   117   118   119   ...   402

 

244 


hörmətin(Innenleben)  meydana  çıxması  və  həmçinin  bütün  insanlar 

üçün ümumi olan qanun idealının təşəkkül tapması. 

Elə bu dövrdə də etikanın və siyasətin antik yunanlara xas olan 

vəhdəti də yox oldu. Öncül yerə xüsusi fərdin etikası çıxdı, siyasət isə 

arxa  planda  qaldı.  Yalnız  Roma  stoikləri  siyasətə  müsbət  qiymət 

verdilər,  amma,  bu  qiymət  Platonda  və  Aristoteldə  olduğundan 

tamamilə  başqa  bir  mənaya  malik  idi.  Siyasət  lokal  cəmiyyətin 

sərhədləri  daxilində  rasional  ümumyaşayış  qaydaları  kimi  deyil,  hər 

şeydən öncə imperiyanın idarə olunmasının ümumi hüquqi prinsipləri 

olaraq anlaşılmağa başladı. 

 

Epikürçülük - şəxsi rifah halının təmin olunması 

 

Epikürçülük  b.e.ə.  341-270  illərdə  yaşamış  Epikürün 



(Epicurus) adı ilə bağlıdır. Epikür məktəbi, "bağı" özünün dostsayağı 

və  mülayim  atmosferi  ilə  tanınırdı.  Buraya  həm  qadınlar,  həm  də 

kölələr gəlirdilər ki, bu da antik dövr üçün kifayət qədər qeyri-adi idi. 

Hər  bir  insanın  xoşbəxtliyini  necə  təmin  etmək  barədə  suala 

epikürçülüyün cavabı belə idi: həzz al, amma düşünürək. Başqa sözlə, 

yaxşı  həyat  –  firavanlıq  və  ağrının  və  əzabların  yoxluğudur.  Həyatı 

boyu  maksimum  firavanlığa  və  minimum  əzablara  nail  olmaq  üçün 

insan  öz  əməllərini  ölçüb-biçməlidir.  Məsələn,  mən  indi  arxasınca 

əzab  gələ  bilən  qısamüddətli  və  güclü  həzzi  axtarmalıyammı  və  ya 

gələcəkdə  daha  uzun  müddətli  firavanlıq  xatirinə  indiki  həzzdən 

imtina etməliyəmmi? 

Başqa  cür  deyilsə,  tərbiyəli  və  müdrik  estet  olmaq  zəruridir! 

Həzz, amma ölçürüb-biçilmiş həzz! Siyasətlə və əzablı qayğılar gətirə 

bilən və təhlükəli ola bilən bu kimi digər şeylərlə məşğul olmaq lazım 

deyildir. Özünün təhlükəsiz dünyanda yaşa, burada sən öz pendirin və 

özünün şərabınla əmin-amanlıq içərisində həzz ala bilərsən. 

Epikürçülər  heç  bir  halda  pozğunluqla,  acgözlüklə  və 

sərxoşluqla səsləşən, ağılsız bir həyat tərzi keçirən bohema deyildilər. 

Əksinə,  Epikür  ehtiyatlı  həyat  tərzini  öyrədirdi.  Yalnız  o  firavanlıq 

təqdirə  layiqdir  ki,  o, nəzarət  altındadır  və  fərdin  xoşbəxtliyini  təmin 

edə bilir. 

Epikürçü həyati fəlsəfəni sədələşdirilmiş bir şəkildə belə ifadə 

etmək olar: 

1) mövcud olan yeganə nemət həzzdir. 

2)  maksimal  həzzi  təmin  etmək  üçün  nemətin  o  növlərinə  üz 

tutmaq gərəkdir ki, biz onlara nəzarət etmək iqtidarındayıq. 




 

245 


Həzzi  (yunanca,  hedone)  ən  yüksək  və  yeganə  nemət  olaraq 

şərh  edən  təlim  hedonizm  (həzz  fəlsəfəsi)  adlanır.  Deməli, 

epikürçülük ölçülüb-biçilmiş hedonizmdir. 

Beləliklə, epikürçülük həzzi (hedone) hissi ehtirasın ödənilməsi 

kimi nəzərdən keçirmir. O, firavanlığın dostluq və ədəbiyyatla məşğul 

olma  kimi  zərif  və  təhlükəsiz  formalarına  xüsusi  əhəmiyyət  verir. 

Əgər insan şəxsi xoşbəxtliyə nail olmağı arzu edirsə, o, özünü həzzin  

daha etibarlı və daha zərif formaları ilə məhdudlaşdırmalıdır. 

Təbii  ki,  epikürçülük  siyasi  fəaliyyətə  mənfi  münasibət 

göstərir, çünki siyasi fəaliyyət həzlərdən daha çox əzab doğura bilər. 

O,  dövləti  və  cəmiyyəti  özlüyündə  dəyər  və  ya  özlüyündə  dəyərə 

malik olan bir şey kimi nəzərdən keçirmir

100

. Yalnız həzz (həzz zəruri 



olaraq fərdin həzzidir) özlüyündə dəyərdir. Dövlət və cəmiyyət yalnız 

o  zaman  nemət  olacaqlar  ki,  onlar  fərdi  həzzlə  təmin  edirlər  və 

əzabların  qarşısını  alırlar.  Qanunlar  və  adətlər  yalnız  şəxsi 

maraqların(mənafelərin) 

reallaşma 

vasitələri 

kimi 

dəyərə 


malikdirlər

101


.  İnsanı qanunu  pozmadan  saxlayan amil  -  cəzadır,  yəni 

ağrı qorxusudur. 

Hər şey fərdi həzzə əsaslanır. Yaxşı əxlaq və ya yaxşı qanunlar 

fərdi həzzi maksimallaşdırır. Hüquq və əxlaq üçün bundan başqa heç 

bir  digər  əsas  yoxdur.  (Amma  kim  müəyyənləşdirir  ki,  on  başqa 

adamın  aldığı  həzz  mənim  aldığım  həzzdən  daha  samballıdır?  Və 

müxtəlif həzz növlərini mən necə müqayisə edə bilərəm?)

102


 

Epikürçülüyün  təbiət  fəlsəfəsi  əsasən,  görünür  ki,  Demokritin 

atomlar  haqqında  materialist  təliminə  uyğun  gəlir.  O,  həyatın 

Epikürçü  fəlsəfəsini  müəyyən  qaydada  əsaslandırır.  Belə  ki,  ruh  və 

bizdən uzaq olan və bizə biganə olan tanrılar da daxil olmaqla hər bir 

şey  maddidir,  belə  olduqda  biz  bizə  xoş  gəlməyən  dini  fikirlərdən 

ehtiyat etməməliyik. 

Epikürün təlimindən fərqli olaraq radikal hedonizm təsdiq edir 

ki,  həyatda  yeganə  dəyərə  malik  olan  həzz  - fiziki  həzzdir. O,  yüksək 

sinif üçün yararlı ola bilən bir nəzəriyyə olaraq xidmət edə bilər, belə 

ki,  yüksək  sinif  malların  və  xidmətlərin  müxtəlif  növlərinə  azad  bir 

                                                



100

 Özlüyündə dəyər = "avtotelik" dəyər və ya bir məqsəd olaraq özünə malik 

olan dəyər. Yunancadan tərcümədə, auto = özü və telos = məqsəd.  

101

 Qanunlar  və  adətlər  "heterotelik"  dəyərə  malikdirlər,  yəni  onların  dəyəri 

ondadır  ki,  onlar  nəsə  başqa  bir  şey  üçün  vasitələrdirlər,  o  şey  üçün  ki,  öz 

məqsədinə (telos) öz daxilində malikdir.  

102

 Utilitarist  Bentam  XVIII  əsrin  sonunda  müxtəlif  həzz  növlərinin 

hesablanması  nəzəriyyəsini  təklif  etdi.  Bununla  bağlı  olan  problemlər  17-ci 

Fəsildə nəzərdən keçirilir.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə