Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə113/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   109   110   111   112   113   114   115   116   ...   402

 

237 


mümkün formasıdır. O, Platonun həyata keçirilməsi mümkün olmayan 

ideal dövləti barədə az danışır. 



Qeyd  etmək  lazımdır  ki,  verilmiş  vəziyyət  olaraq  Aristotel 

azlığın  dövlətli  olduğunu  və  çoxluğun  yoxsul  olduğunu  nəzərdən 

keçirir.  Dövlətlilərin  çoxluğuna  və  yoxsulların  azlığına  malik  olma 

haqqında  nəzəri  imkan  Aristotelin  dövrünün  reallıqlarından 

uzaqlaşmayanlar üçün maraqlı deyildir. 

Aristotel  varlılar  və  yoxsullar  arasındakı  böyük  fərqi  yalnız 

əxlaqi məzəmmətə səbəb olan bir hal kimi deyil, həm də siyasi olaraq 

təhlükəli, qeyri-stabilliyə aparıb çıxara bilən bir hal kimi şərh edir. O, 

da  Platonla  birgə  inanır  ki,  dövlətin  başlıca  etik  məqsədi  yaxşı 

həyatdır. 

Aristotelin barələrində informasiya yığdığı və təsnifatlaşdırdığı 

yunan polisləri bir neçə il sonra müstəqillikdən məhrum oldular. Lakin 

Aristotelin  siyasi  təfəkkürü  isə  mövcud  olmaqda  və  özündən  sonra 

yaşayan nəzəriyyəçiləri ilhamlandırmaqda davam etdi, onun ideyaları 

sonrakı  dövrlərin  dəyişən  sosial  şəraitinə  uyğun  olaraq 

transformasiyaya uğradı. 

 

İncəsənət - təqlid və katarsis kimi 

 

Dörd  "səbəbin"  (və  ya  prinsipin)  köməyi  ilə  Aristotel  təbii və 



mədəni  şeylər  arasındakı  fərqi  müəyyənləşdirir.  Dörd  "səbəbin" 

hamısı,  o  cümlədən,  son  səbəbə  malik  olan  şeylər  (substansiyalar) 

təbiidir.  Normal  şəraitdə  bitki  olmalı  olan  toxum  burada  standart 

nümunə olaraq çıxış edir. Bu, artım prosesi insanın həm hərəkət, həm 

də  məqsəd  səbəbinə  müdaxilə  etmədən  baş  verir.  Digər  tərəfdən,  öz 

dəyişilmələri  üçün  insanın  müdaxiləsini  tələb  edən  şeylər  mədəni 

şeylərdir.  Standart  nümunə  olaraq  vazaya  çevrilməli  olan  gil  parçası 

çıxış edir. 

Mədəni  şeylər,  beləliklə,  insanın  yaradıcı  fəaliyyət  ilə 

bağlıdırlar.  O,  iki  növdə  ola  bilər.  O  şeyin  yaradılması  barədə 

danışmaq  olar  ki,  o,  təbiətdə  yoxdur,  amma  insanın  rifahı    üçün 

faydalıdır,  məsələn,  əmək  alətlərinin  istehsalı  barədə.  Həmçinin 

təbiətin  imitasiyası  barədə,  burada  mövcud  olanın  surətinin 

yaradılması barədə də danışmaq olar. Nümunə olaraq qaçmaqda olan 

iti təsvir edən rəsmi göstərmək olar, yəni o sənət əsərini ki, o, faydalı 

olmasa  da  bizə  həzz  gətirir.  İncəsənətin  yunan  anlayışı  -  texne 

(techne)  -  fəaliyyətin  göstərilən  hər  iki  növünü  özündə  ehtiva  edir. 

Amma yalnız sonuncu incəsənətin müasir anlamına uyğun gəlir. 

İncəsənət  bu  sonuncu  mənada,  Aristotelə  görə,  iki  məqamı 

səciyyələndirir.  O,surətin,imitasiyanın  yaradılmasından  ibarətdir.  Və 




 

238 


o,  özlüyündə  faydalı  olub-olmamasından  asılı  olmayaraq  bizə  həzz 

gətirir. (Faydalı olan şey özlüyündə yaxşı üçün yaxşıdır. İncəsənət isə 

onu  təsvir  edir  ki,  o,  özlüyündə  yaxşıdır).  İncəsənətin  məğzi  ondadır 

ki, o özlüyündə həzz gətirən  surətdir. 

İncəsənətin  bir  surət(imitasiya)  kimi  anlaşılması  öz 

başlanğıcını  Platondan  götürür.  Amma  Aristotel  ideyalar  haqqında 

təlimi başqa cür şərh etdiyi üçün, imitasiyanı (və idrakı da) Platondan 

fərqli bir qaydada şərh edir. Aristotel üçün "formalar" ayrıca şeylərdə 

mövcuddurlar. Deməli, formalara münasibətdə hissi şeylər onun üçün 

Platon  üçün  olduğundan  daha artıq  bir  dərəcədə  eyni hüquqlu  statusa 

malikdir.  Beləliklə,  incəsənət  hissi  şeylərin  kopiyası  kimi  Aristotel 

üçün  Platon  üçün  olduğundan  daha  böyük  dəyər  kəsb  edir.  Aristotel 

eyni zamanda cəmiyyətin idarə edilməsi və fəzilətli həyat üçün zəruri 

olan daha demokratik anlama malikdir. Nəticədə, Aristotel incəsənətin 

müxtəlif  növlərinə  (idraki  və  siyasi  mənalarda)  daha  müsbət  qiymət 

verir. 


Aristotel  Platonla  müqayisədə  daha  böyük  analitikdir  və 

differensial meyllərə malikdir.  Məsələn,  o, nəzəriyyəni  (metafizikanı, 

riyaziyyatı və naturfəlsəfəni), praksisi (etikanı və siyasəti) və poyezisi 

(məqsədi  özündən  fərqli  olan  fəaliyyətlə, müqayisə  edin  -  texne)  bir-

birindən  fərqləndirir.  Fəaliyyətin  bu  növləri  bir-birindən  mühüm 

əlamətlərlə  fərqlənirlər.  Onlardan  hər  biri  əhəmiyyətli  dərəcədə,  öz 

müqəddəm  şərtləri  əsasında  "özünümüəyyənləşdirəndir".  Məsələn, 

estetiklik  bir  estetiklik  olaraq  Platonda  olduğundan  daha  çox  bir 

dərəcədə qiymətləndirilə bilər. 

İncəsənətin  kopiyalama  kimi  anlaşılması  belə  bir  təsəvvürlə 

bağlıdır  ki,  insan  öz  təbiəti  etibarı  ilə  öyrənməyi  arzu  edir,  təhsildən 

və  hissi  qavrayışdan  həzz  alır.  ("Estetika"  sözü  "hisslərlə  qavramaq" 

mənasını  verən  yunan  sözündən  (aisthenesthai)  törəyir.  Real  olanın 

təqlidi bizi şeyləri xüsusi bir qaydada qavramağı öyrədir. Məsələn, biz 

bizə  məlum  olanın  yeni  tərəflərini  görə  bilərik  və  ya  artıq 

gördüyümüzü  yeni  bir  qaydada  hiss  edə  bilərik,  duya  bilərik  və  ya 

artıq  gördüyümüz  və  duyduğumuz  barədə  nəsə  öyrənə  bilərik.  Bu 

təqlid həm  "yaradıcıya"  (artistə), həm  də  "istehlakçıya"  (sənət əsərini 

qavrayan  şəxsə)  o  mənada  həzz  gətirir  ki,  bu  duyğu  özlüyündə 

yaxşıdır (yalnız başqası üçün faydalı deyildir). Amma artist yalnız real 

olaraq  mövcud  olanı  imitasiya  etmək  məcburiyyətində  deyildir.  O, 

həmçinin  onu  da  imitasiya  edə  bilər  ki,  o,  ola  bilər  və  həmçinin  də 

olmamalıdır.  Məsələn,  şair  xeyirxah  insanları  da,  zalım  insanları  da, 

qəhrəmanları da, fırıldaqçıları da təsvir edə bilər. 

Aristotel,  göründüyü  kimi,  estetikanı  və  etikanı  bir-biri  ilə 

əlaqələndirir.  Onun  üçün  incəsənət  əxlaqi  funksiyaya  malikdir.  O, 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə