Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə110/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   106   107   108   109   110   111   112   113   ...   402

 

231 


Dostlluq  münasibətlərin  inkişafı  -  bu  sferada  fəzilətin  əldə 

edilməsi  –  əməllərin  qiymətləndirilməsi  üçün  istifadə  oluna  bilən 

düzgün  normaların  mənimsənilməsindən  fərqli  bir  şey  deməkdir. 

Söhbət  burada  insanın  qabiliyyətlərinin  inkişaf  etdirilməsi  barədə, 

alternativ əməllər arasında düzgün seçim mövqeyi və təcrübəsi barədə 

gedir.  Söhbət  burada  əxlaqi  hisslərə  sahib  olma  barədə  gedir. 

Normalar  və  dəyərlər  barədə nəzəri  bilik  bu  praktik  müdrikliklə  eyni 

deyildir.  Praktik  müdriklik  etik  kompetensiyaya  əsaslanır,  etik 

kompetensiya  isə  təcrübəli  insanların  rəhbərliyi  altında  şəxsi  təcrübə 

yolu ilə formalaşır. Bunun sayəsində də bizim rastlaşdığımız müxtəlif 

(çox 

zaman 


ikimənalı) 

situasiyaların 

zəkalı 

bir 


tərzdə 

qiymətləndirilməsi  üçün  zəruri  olan  mühakimə  qabiliyyəti  yaranır. 

Yalnız  belə  bir  zehni  praktika  yolu  ilə    ayrıca  halda  nəyin  zəkalı 

olduğunu anlamaq olar. Qızıl orta adlanan prinsip oxşar qaydada əldə 

olunmuş  əxlaqi  mühakimə  qabiliyyətini  nəzərdə  tutur,  belə  bir 

qabiliyyət  konkret  situasiyalarda  nəyin  zəkalı  olduğunu,  nəyin  isə 

olmadığını fərqləndirmək imkanı verir. 

Platon  kimi,  Aristotel  də  ədalət  anlayışına  xüsusi  əhəmiyyət 

verir.  O,  iki  növ  ədaləti  bir-birindən  fərqləndirir:  mövcud  hüquq 

üzərində bərqərar olan ədalət və bərabərlik prinsipi üzərində bərqərar 

olan ədalət. 

Mövcud  hüquq  üzərində  bərqərar  olan  ədalət  verilmiş 

cəmiyyətin  hüquq  haqqında  ifadə  etdiyi  və  həmçinin  də  ifadə 

etmədiyi,  gizli  təsəvvürləri  özündə  ehtiva  edir.  O,  həm  mövcud 

qanunları  və  hüquqi  ənənəni  (pozitiv  hüququ),  həm  də  nəyə  hüquqi 

olaraq icazə verildiyi barədə ənənəvi baxışları əhatə edir. 

Bərabərlik  prinsipi  üzərində  bərqərar  olan  ədalət  belə  bir 

ideyanı nəzərdə tutur ki,  oxşar hallar  eyni  qaydada  şərh  olunmalıdır. 

Bu  tələb  ziddiyyətsizliyin  rasional  şərtidir.  Əgər  oxşar  hallar  eyni 

qaydada nəzərdən  keçirilmirsə,  onda insan  öz-özünün  ziddinə  getmiş 

olur  və  deməli,  qeyri-rasional  və  ədalətsiz  olur.  (Ədalətin  belə  bir 

anlamı  "təbii  hüquq"  konsepsiyasını  xatırladır  ki,  burada  da  söhbət 

ümumi əhəmiyyətə malik olan və hüquqi praktikanın xaricində qalan 

prinsiplər barədə gedir ). 

Aristotel  bərabərlik  prinsipi  üzərində  bərqərar  olan  ədaləti  iki 

növə  ayırır.  Onları  şərti  olaraq  mübadilə  ədaləti  və  bölgü  ədaləti 

adlandırmaq olar. 

Mübadilə ədaləti iqtisadi səviyyədə, məsələn, bazarda malların 

alınması halında mövcuddur. Bu halda, ədalətli ticarət halında hər bir 

kəs verdiyinin müqabilində də alır. (Bərabər və deməli, ədalətli bazar 

mübadilə dəyəri ideyası ilə müqayisə edin.). 



 

232 


Hüquqi səviyyədə söhbət bir adamın başqasına vurduğu zərərin 

ödənilməsi  barədə  gedə  bilər.  Ədalətli  ödənilmə  pozulmuş  hüququ 

bərpa  edir.  Cəza  o  zaman  ədalətli  olacaqdır  ki,  keyfiyyət  aspektində 

deyil,  kəmiyyət  aspektində  götürülən  "eyniyə  görə  eyni"  prinsipinə 

uyğun  olaraq  verilmişdir.  Beləliklə,  Aristotel  "gözə  görə  göz,  dişə 

görə diş" prinsipinin tərəfdarı deyildi. 

Nizama salınmış cəmiyyətdə yalnız iqtisadi mənfəət və hüquqi 

qaydalar  mövcud  deyildir.  O,  həmçinin  hüquqların  və  vəzifələrin, 

nemətlərin və vəzifələrin bölgü nizamını da nəzərdə tutur. Nə və kimə 

bölüşdürülməlidir?  Vergilər  və  biyar,  maddi  imtiyazlar  və 

qanunvericidik  hakimiyyəti,  hüquqi  səslər  və  hərbi  mükəlləfiyyət 

bölüşdürülə bilərlər. Amma əgər bu şeylər bərabər bölüşdürülərlərsə, 

bu,  ədalətli  olarmı?  Nəyə  münasibətdə  bərabər?  "  və  ya  "  hamıya 

tələbatlarına  uyğun  olaraqmı"?  Hakimiyyətə,  var-dövlətə  və  ya 

fəzilətə  münasibətdə  bərabərlikmi?  Və  ya  hamıya  bərabər  hissəmi 

verilməlidir ("bir insan - bir səs")? Aristotel həm bərabərləşdirici ("hər 

bir insana bərabər hissə"), həm də iyerarxik ("xüsusi funksiyaların və 

rolların bərabərliyi") bölgü terminləri ilə düşürür. 

Beləliklə, biz əxlaqın və hüququn Aristotel anlamının mərkəzi 

məqamlarını  qısaca  olaraq  nəzərdən  keçirdik  və  göstərdik  ki,  onun 

insanla  bağlı  baxışları  cəmiyyətlə  bağlı  baxışları  ilə  əlaqədardırlar  : 

insan  ictimai  yaratıqdır,  siyasi  varlıqdır  (zoon  politikon).  İndi 

Aristotelin dövlət haqqında təlimində və ya onun politikasında (polis, 

şəhər-dövlət haqqında təlimində) dayanaq. 

Aristotel  poetik  və  praktik  fənləri  bir-birindən  ayırır  və 

sonunculara  etikanı  (əxlaq  haqqında  təlimi)  və  politikanı  ("dövlət" 

haqqında təlimi) aid edir. 

Aristotel  üçün  praksis  demək  olar  ki,  "məqsədini  özündə 

daşıyan  davranışdır",  poyezis  isə  -  "məqsədi  özündən  fərqli  olan 

davranışdır " (burada məqsəd, hər şeydən öncə, əməllərin bu tərzindən 

törəyən nəsə yeni bir şeydir)

94

. Məsələn, əgər uşaqlar oyun prosesində 



praksisi  sanki  reallaşdırırlarsa,  qocalar  evində  onun  sakinlərinin 

                                                



94

 Poyezis,  beləliklə,  yeninin  yaranması  ilə  bağlıdır.  Poeziya,  deməli, 

poyezisdir,  praksis  deyildir.  Belə  ki,  biz  Aristotelin  estetikasını  deyil,  siyasi 

nəzəriyyəsini  nəzərdən  keçiririk  və  biz  elə  buna  görə  də  bu  məqam  üzərində 

dayanmayacağıq.  Yalnız  onu  xatırladaq  ki,  Aristotel  poeziyanı  "poetik", 

yaradıcı  hadisə  kimi  anlamaqla  yeniyə  keyfiyyət  etibarı  ilə  xüsusi  bir 

əhəmiyyət verməmişdir. Poeziya, onun üçün mimezisdir, mövcud olanın həqiqi 

kopiyasıdır,  surətidir.  Digər tərəfdən, əsl  poeziya  Platon üçün  hissi  dünyaya 

nəsə  yeni  bir  şey  gətirir,  belə  ki,  şair  ideyalardan  ilhamlanır  və  bizi  onlara 

qarşı həssas edir. (Qavranılan dünyanı yalnız təqlid edən şair, Platona görə, 

kifayət qədər yaxşı şair deyildir. Baxın. Dövlət dialoqu).  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə