Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə107/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   103   104   105   106   107   108   109   110   ...   402

 

225 


Poetik  fənlərin  məqsədi  –  əvvəllər  mövcud  olmayanın 

yaradılmasıdır.  Bu  fənlər  yaradıcıdır  (poetikdir).  Yeninin  doğuluşu 

bədii  yaradıcılığın  gedişində  baş  verə  bilər.  Elə  buna  görə  də,  bu 

fənlərə  poeziya  və  ritorika  aiddir.  Amma  bu,  texniki  istehsalın 

gedişində  də  baş  verə  bilər.  Aristotel  burada  sənətkarlığın  müxtəlif 

növlərini nəzərdə tutur. 

Nəhayət, qeyd etmək lazımdır ki, "məntiqin atası" hesab edilən 

Aristotel məntiqi başqaları ilə yanaşı duran ayrıca bir fənn kimi deyil, 

bütün  fənlərin  tərkib  hissəsi  kimi,  aləti  (yunanca,  organon)  kimi 

nəzərdən  keçirmişdir.  Aristotel  həmçinin  demək  olar  ki,  dili  də 

tədqiqat  obyektinə  çevirmiş,  dilin  daxili  strukturunu  nəzərdən 

keçirmiş  və  düzgün  məntiqi  nəticələri  (sillogizmləri,  sübutları) 

tapmışdı.  Nə  qədər  ki,  dil  bütün  akademik  fənlərin  tərkib  hissəsidir, 

düzgün  məntiqi  nəticələrin  tədqiqi  bütün  fənlər  üçün  ümumi  olanın 

öyrənilməsidir. 

Digər amillərlə  yanaşı  onu da qeyd  etmək lazımdır ki, Aristotel 

inanırdı  ki,  məntiqi  olaraq  düzgün  olan  bütün  nəticələr  sübut  oluna 

bilməyən  prinsipləri,  məsələn  ziddiyyət  prinsipini  nəzərdə  tutur: 

"mümkün  deyildir  ki,  eyni  bir  şey  eyni  bir  şeyə  eyni  bir  mənada  xas 

olsun  və  xas  olmasın".  Bu  prinsip,  Aristotelə  görə,  sübut  oluna 

bilməyən, amma dilin istənilən rasional istifadəsi üçün məcburi olan ilk 

prinsipdir

91



Yuxarıda  söylənilənləri  nəzərə  alaraq,  diqqətimizi  insanın  və 



cəmiyyətin Aristotel tərəfindən anlaşılmasına yönəldək. 

Uşaq  da  eyni  ilə  buğda  toxumu  kimi  reallaşdıra  biləcəyi 

potensial imkanları öz daxilində daşıyır. Amma insanlar bitkilər kimi 

"bitmirlər".  Onlar  zəkalı  varlıq  kimi  yaşayırlar  və  toxumdan  fərqli 

olaraq özləri özlərinin ən yaxşı qabiliyyətlərini təcəssüm etdirməyə də 

bilərlər.  Elə  buna  görə  də,  insanlar  onları  reallaşdırmağa  və  müxtəlif 

həyati  situasiyalarda  yardım  almağa  çalışaraq  etika  və  siyasət  kimi 

praktik fənləri işləyib hazırlayırlar. 

Ümumiyyətlə,  Aristotelə  görə,  insani  qabiliyyətlərin  ən 

yaxşıları unikal insani "ruh", zəka ilə bağlıdır. "Rasional" həyat bütün 

                                                

91

Dil tədqiqat predmeti olduğu zaman onu bir obyekt kimi, yəni tədqiqatçıdan 

ayrı  bir  şey  kimi  başa  düşmək  ənənəsi  yaranır.  Dilin  tədqiqi  zamanı  Platon 

müəyyən mənada özünün istifadə etdiyi dil haqqında mühakimə yürütmüşdür. 

Elə  buna  görə  də,  onda  dilin  demək  olar  ki,  bir  subyekt  kimi  və  həm  də  bir 

obyekt  kimi  dialektikası  mövcuddur.  Amma  Platon  öz  düşüncələrində  özünə 

rəva bilməzdi ki, birinci prinsiplərə və ya deduksiya qaydalarına baş qoşsun, 

o  çalışardı  ki,  onların  üzərində  və  onlar  arxasında  dayananlar  barədə 

düşünsün.  



 

226 


insanların universal məqsədidir. Lakin hər bir ayrıca insan üçün onun 

məqsədi  onun qabiliyyətlərinin  yaşadığı  cəmiyyətdə  reallaşmasından, 

onun  cəmiyyətdə  stilinin  (onun  etosunun  -  ethos)  və  yerinin,  öz 

qabiliyyətlərini  ən  yaxşı  bir  qaydada  reallaşdıra  biləcəyi  yerin 

tapılmasından ibarətdir. Fəzilət (arete) də elə budur. 

Biz  tanrılardan  fərqli  olaraq  hər  şeyi  bilmirik,  bitkilərdən  və 

heyvanlardan fərqli olaraq isə tamamilə nadan da deyilik, biz səhv də 

edə bilərik. "Mümkündür ki, mən mənə xas olan müəyyən qabiliyyətə 

malik olmuşam, amma onu aktuallaşdırmamışam". Bu hal nə tanrılar, 

nə  də  heyvanlar  üçün  səciyyəvi  deyildir.  Bu,  yalnız  insan  həyatının 

daim təkrarlanan faciəvi tərəflərindən biridir. 

Aristotel  birgə  mövcudluğun  formalarını  təsvir  edir,  o,  belə 

hesab 

edir 


ki, 

insanlar 

ən  yaxşı  insani  qabiliyyətlərini 

reallaşdırmaqdan  ötəri  bu  formalar  daxilində  həyat  sürməlidirlər. 

Tamamilə  kamil  olmaq  üçün,  insan  ardıcıl  olaraq  ailə  ilə,  yaşayış 

məskəni  (ailələr  icması)  ilə  və  şəhər-dövlətlə  bağlı  olan  sosiallaşma 

mərhələlərindən  gəlib  keçməlidir.  Yalnız  bundan  sonra  insan  əslində 

nə  olduğunu  aşkara  çıxara  bilər.  İnsanın  təbiəti  -  onun  qabiliyyətləri 

(potensiallığı)  –  sosiallaşmanın  üç  mərhələsində  ardıcıl  olaraq  aşkar 

olunur (aktuallaşır). 

 

İnsan təbiəti          

b. K.s.136

 

Polis 

Yaşayış məskəni 

Ailə 

Doğuluş 

Bu  yolda  onun  sadə  tələbatlarından  (valideynlərin  evi) 

başlayaraq  mürəkkəbədək  (polis)  bir  çox  ehtiyacları  ödənilir  və 

həmçinin  insan  təbiətin  reallaşmasının  artmaqda  olan  dərəcəsi  aşkar 

olur. Başqa sözlə, o, ibtidai və heyvani həyatda özünü aşkara çıxarmır. 

İnsan təbiəti insan mədəni olduğu zaman aşkara çıxır. 

Qeyd etmək lazımdır ki, insan Aristotel üçün - hər şeydən öncə 

kişi  cinsinin  nümayəndəsidir.  Biz  tezliklə  görəcəyik  ki,  Aristotelə 

görə,  qadınlar əsasən  ailə  və  onun  lokal ətrafı  ilə  bağlıdırlar,  burada 

onlar  öz  qabiliyyətlərini  ən  yaxşı  bir  qaydada  reallaşdıra  bilərlər. 

Bundan  da  daha  çox  deyilsə,  o,  həqiqətən  azad  və  müstəqil  insanla 

(insanla  -  bu  sözün  daha  yaxşı  mənasında)  təbiətən  kölə  olan  insan 

arasında  fərqi  diqqətə  çatdırır.  Qullar  polisdə  kölə  vəziyyətində 

yaşayırlar,  ağır  fiziki  əməklə  məşğul  olmaq  məcburiyyətindədirlər. 

Aristotel  üçün  belə  bir  həyat  kişi  cinsinin  nümayəndəsi  olan  azad 

yunanların  polisdə  yaşadıqları  həyata  nisbətən  daha  az  dəyərlidir. 

Aristotel  güman  edirdi  ki,  kölə  vəziyyətinə  düşən  insanlar  təbiətən 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə