Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə105/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   101   102   103   104   105   106   107   108   ...   402

 

221 


Aristotel  üçün  təbiətin  fəlsəfəsi  fizika  ilə  deyil,  ekologiya  ilə 

müəyyənləşir.  O,  güman  edir  ki,  həyatın  öz  təbii  funksiyalarına  və 

məhdudiyyətlərinə  malik  olan  müxtəlif  formaları  və  müxtəlif  həyati 

prinsiplər  mövcuddur  ki,  heç  bir  məxluqat  onlara  heç  bir  zərər 

yetirmədən onları poza bilməz. 

Təbiətin  fəlsəfəsinin  və  təbiət  haqqında  elmin  idrak  və 

hökmranlıq  maraqları  əsasında  fərqləndirilməsi,  şübhəsiz  ki, 

mühümdür.  O,  eyni  zamanda  belə  bir  problemi  də  aşkar  bir  şəkildə 

göstərir.  Hər  şeydən  əlavə,  ayrıca  alimin  şəxsi  marağını  kollektiv 

fəaliyyətin bir nəticəsi olaraq meydana çıxan elmi tədqiqatın arxasında 

gizlənən  ictimai  mənafedən  fərqləndirmək  olar.  Belə  güman  etmək 

qəribə  olardı  ki,  Nyuton  təbiət  üzərində  hakimiyyətə  sahib  olmaqda 

şəxsən maraqlı idi. Belə bir maraq çətin ki, onun hərəkətverici qüvvəsi 

ola  bilsin  və  öz  etdiyinə  bəraət  qazandırmaq  üçün  onun  belə  bir 

marağa  istinad  etməsi  də  az  ehtimallıdır.  Bu  mənada  təbiət  üzərində 

hökmranlıq  marağı  ictimai  qüvvələrə  aiddir.  O,  bizim  zəmanədə 

əhəmiyyətli  dərəcədə  güclənmişdir  və  mümkündür  ki,  o,  əvvəllər 

əhəmiyyətli dərəcədə zəif idi. 

Əgər  dünyaya  Demokrit  ruhunda,  mexaniki  dünyaanlam 

baxımından  nəzər  salınsa,  onda  həyatın  ali  formalarının  məhvinə 

gətirə  bilən  ekoloji  böhran  müəyyən  mənada  şeylərin  fundamental 

nizamının  pozulması  olmayacaqdır.  Yalnız  kəmiyyət  xassələrinə 

malik  olan maddi hissəciklər  ekoloji  sarsıntılardan  sonra  da  boşluqda 

öz  mexaniki  hərəkətlərini  davam  etdirəcəklər.  Bu  mənada  təbiətin 

anlaşılması  üçün  Demokrit  tərəfindən  istifadə  olunan  kateqoriyalar 

ekoloji olaraq neytraldır və deməli, praktik nöqteyi-nəzərdən də qeyri-

adekvatdır. 

Ekoloji  məqam  mexaniki  atomizmə  insani  dəyərlər  və 

keyfiyyətin  qavrayışı  kimi  subyektiv  kateqoriyaların  əlavə  olunması 

yolu  ilə  də  ifadə  oluna  bilməz

89

.  Səbəb  ondadır  ki,  ekosistemdə  baş 



verən  ekoloji  böhran  Yerdəki  destruktiv  dəyişiklikləri  nəzərdə  tutur, 

                                                                                            



idilər. Sonuncu məqsədə nail olmaq üçün hipotetik-deduktiv metod və abstrakt 

riyazi anlayışlar daha effektli oldu. (Müqayisə edin. Fəsil 7).  

89

 Təbiətin  mexaniki  anlamı  insanı  hislərlə  qavranılan  dünyanın  keyfiyyət 

tərəfi ilə yalnız yanlış bir qaydada bağlanmır. O, eyni zamanda insanın təbiət 

üzərində hökmranlıq imkanını da irəli sürür. Düşünən varlıqla (res cogitans) 

və  məkani  varlıq  (res  extensa)  arasında  Dekart  tərəfindən  göstərilən  fərq 

cəmiyyətin  belə  bir  anlamı  ilə  müəyyən  paralelə  malikdir ki,  bütün  mövcudat 

gəlirini  hesablayan  subyektə  və  çiy  materiala  bölünmüşdür.  Sonuncunun 

qismində  heyvanlar,  daşlar  və  insani  varlıqlar  çıxış  edirlər  –  onların  hamısı 

özünün  intellekti  sayəsində  onlardan  istifadə  edən  və  onları  öz  nəzarəti 

altında saxlaya bilən subyekt üçün obyektlərdir.  


 

222 


hətta  əgər  insan  mövcud  olmasa  belə.  (Məgər  təbabətdə  xəstə  və 

sağlam arasındakı fərq canlı varlığın özündə deyilmi, fizikaya isə belə 

fərq məlum deyildir). 

Buna  görə  də,  təbiətin  elə  bir  fəlsəfəsi  zəruridir  ki,  onun 

kateqoriyaları  daha  çox  ekoloji  məqamı  anlamaq  üçün  yararlı  olsun. 

İnsan  ekoloji  proseslərdə  iştirak  etdiyi  üçün  bu  fəlsəfə  həm  insan 

üçün, həm də təbiət üçün yer ayırmalıdır. 

İlk  yunan  filosofları  təbiəti  bir  bütöv,  physis  kimi  nəzərdən 

keçirirdilər,  insan  burada  təbii  olaraq  verilmiş  qarşılıqlı  əlaqələrin 

tərkib hissəsi idi. Beləliklə, yunan naturfilosofları üçün təbiətin ekoloji 

fəlsəfəsi  fiziologiya  (physiology),  təbiətdə  bir  bütöv  olaraq  qarşılıqlı 

əlaqələr  haqqında  təlim  idi.  Physis  funksional  totallıqdır,  burada  hər 

bir  şey  məqsədinə  uyğun  olaraq  öz  funksiyasını  yerinə  yetirir.  Təbii 

funksiyalar  sərhədlərindən  kənara  çıxma  nizamsızlığa,  xaosa  apara 

bilən təkəbbürdür (hybris). Şeyə onun təbii məkanında təbii olaraq xas 

olan  atributların  harmonik  reallaşması  həm  təbiətdə,  həm  də 

cəmiyyətdə düzgündür. Təbii son sərhədlər daxilində həyatın müxtəlif 

formaları  ilə  mühit  arasındakı  düzgün  qarşılıqlı  təsir  məhdud  və 

harmonik bütöv olaraq kosmosu, kainatı təşkil edir. 

Xatırlatmaq olar ki, bu gün suda, havada və torpaqda çirklənmə 

baş  verir,  enerji  mənbəyi  olaraq  isə  son  nəticədə  Günəş  çıxış  edir. 

Məhz  od,  hava,  su  və  torpaq  Aristotel  və  bir  çox  digər  yunan 

naturfilosofları üçün  bazis  elementləri  idi.  Aristotel  üçün hər  bir  şey 

öz  təbii  məkanına  malik  idi.  Çirklənmə  "öz  yerinə"  uyğunsuzluq 

deməkdir, bu zaman şeylər o mühitdədirlər ki, burada olmamalıdırlar. 

Bu  mənada  Demokritin  "atomistik"  kainatında  çirklənmə  mövcud 

deyildir. 

Aristotel, Demokritin əksinə olaraq, cüt anlayışlardan, məsələn, 

yuxarı  və  aşağı,  quru  və  nəm,  isti  və  soyuq  anlayışlarından  istifadə 

etmişdir.  Səhra,  tundra  və  rütubətli  meşə  arasındakı  fərqlər  ekoloji 

olaraq vacibdir. Amma mexaniki dünyaanlamada onlar bu kontekstdə 

çıxış  etmir.  Bu,  canlı  və  cansız  arasındakı,  canlı  varlıqlara  xas  olan 

müxtəlif  həyati  prinsiplər  arasındakı  fərqlərə  də  aiddir.  Bu,  bitkilər 

üçün  -  qidalanma,  inkişaf  və  çoxalma  qabiliyyəti,  heyvanlar  üçün  – 

əlavə  olaraq  həm  də  hərəkət  və  hiss  etmə  qabiliyyəti,  insanlar  üçün 

isə, bütün bunlardan başqa, həm də təfəkkür qabiliyyətidir. 

Beləliklə,  ekologiya,  yəqin  ki,  təbiətin  Qaliley  və  Nyuton 

ruhunda  anlaşılan  mexaniki-atomistik  mənzərəsi  hədlərindən  kənarda 

qalır.  Amma  o,  təbiətin  Aristoteldə  və  başqa  yunan  filosoflarında 

aşkar  edilə  bilən  fəlsəfəsinə  yaxındır.  Bizim  zəmanədə  Aristotelə  və 

ona  yaxın  filosoflara  müraciət  iki  məqsədi  nəzərdə  tutur.  Bunlardan 

birincisi  –  təbiətin  və  təbiətə  münasibətdə  bizim  tutmalı  olduğumuz 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə