Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə109/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   105   106   107   108   109   110   111   112   ...   402

 

229 


Aristotel, 

biolojinin 

və 

mədəninin 



Platon 

tərəfindən 

müəyyənləşdirilmiş  kəskin  fərqləndirilməsi  ilə  də  razılaşmır. 

Aristotelə görə, insan mənəvi yaraşıqdır, eyni zamanda, həyatın bütün 

cəngəllik prinsiplərinə də malikdir. 

Aristotel  Platonla  müqayisədə  öz  zəmanəsinin  hakim 

baxışlarına daha yaxın idi. O, o cümlədən, kişilərin qadınlar üzərində 

üstünlüyü  barədə  fikirləri  də  bölüşür.  Aristotel  bu  mövqeyə  yalnız 

qoşulmaqla kifəyətlənmir, həm də onun əsaslandırılması üçün bioloji 

arqumentlərdən  də  istifadə  edir.  Belə  ki,  Aristotel  hesab  edir  ki, 

kişinin toxumu uşağı forma ilə təmin edir, qadın isə onun materiyası 

üçün məsuldur. Aristotelin forma və materiya anlayışlarından belə bir 

qeyri-adi  tərzdə  istifadə  etməsi  onun  zəmanəsində  ata  spermasından, 

həm  də  ananın  yumurta-hüceyrəsindən  genetik  xassələrin  necə 

verilməsi  barədə  təsəvvürlərin  olmaması  ucbatından  mümkün 

olmuşdu. Uzun müddət inanırdılar ki, kişi spermatozoidləri özlüyündə 

kiçik  insani  orqanizmlərdir!  Amma  antik  dövrdə  çoxalmanın 

alternativ  nəzəriyyələri  də  irələ  sürülürdü.  Bir  zaman  Platon  da  belə 

bir  konsepsiyadan  çıxış  edirdi  ki,  mayalanma  prosesinə  kişilər  və 

qadınlar eyni tövhəni verirlər

92



Aristotel  həmçinin  güman  etmişdir  ki,  qadınların  bədəni 



kişilərin  bədəninə  nisbətən  daha  aşağı  temperatura  malikdir  və  öz 

zəmanəsinin  baxışlarına  sadiq  qalaraq,  düşünmüşdür  ki,  daha  isti 

varlıqlar daha soyuq varlıqlardan üstündürlər. Beləliklə, qadın kişidən 

daha aşağıdadır! 

Aristotelin  etik  görüşləri    bir  sıra  məqamlarda  Platonun  etik 

görüşlərindən fərqlənir. 

Biz artıq qeyd etmişik ki, Aristotel Platonun şeylərdən müstəqil 

mövcudluğa malik olan ideyalar haqqında təlimini tənqid etmişdir. Bu 

tənqid  həmçinin  xeyirxahlıq  ideyasına  da  tətbiq  oluna  bilər. 

Xeyirxahlıq  Aristotel  üçün  insan  həyatının  bir  məqsədi  olaraq 

insandan  müstəqil  olan  bir  şey  deyildir.  Xeyirxahlıq  insanların 

yaşadıqları həyat tərzidir. 

Aristotel  üçün  xeyirxahlıq  elə  bir  xoşbəxtlikdir  (və  ya 

səadətdir,  yunanca  eudaimonia)  ki,  insan  buna  nail  olmaq  üçün 

sosiallaşmanın  bütün  üç mərhələsindən ardıcıl  olaraq  keçməlidir.  Bu 

halda  onun  ən  yaxşı  keyfiyyətləri  reallaşır,  nəticədə  isə  insan 

cəmiyyətdə öz yerini tutur və fəzilətli olur. 

                                                



92

 Müqayisə  edin.  A.Dickason.  Anatomy  and  Destiny:  The  Role  of  Biology  in 

Platos Views of Women. In Women and Philosophy. Ed. By C. Gould and M. 

Wartofsky. - New York, 1976. P. 45-53.  


 

230 


Aristotel  düşünmüşdür  ki,  nəzəri  fəaliyyətlə  məşğul  olma 

xüsusən  o  insanların  xoşbəxtlik  əldə  etməsinə  kömək  edir  ki,  onlar 

yaxşı  nəzəri  qabiliyyətlərə  malikdirlər.  Amma  müxtəlif  insanlar 

müxtəlif qabiliyyətlərə və imkanlara malikdirlər. Deməli, yaxşı həyat 

hamı üçün eyni deyildir. Bundan da daha çox deyilsə, Aristotel güman 

etmişdir ki, əgər biz güclü fiziki əzab (ağrı) hiss ediriksə, xoşbəxt ola 

bilmərik.  Burada  Aristotelin  mövqeyi  Platonun  (Sokratın)  nöqteyi-

nəzərindən  fərqlənir,  Platon  hesab  edirdi  ki,  nə  həzz,  nə  də  ağrı 

xoşbəxtlik üçün mühüm deyildir. 

Ekzistensialistlər  çox  zaman  həyatın  qəhrəmani  anlamı 

mövqeyində  dururlar:  "ya  –  ya  da",  yəni  "  tamamilə  və  bütövlükdə 

olmalısansansa, elə də ol, bir az burada və bir az orada olma" (Henrik 

İbsen,  Henrik  İbsen,  1828-1906).  Başqa  cür  deyilsə,  müəyyən  bir 

qabiliyyətdə  konsentrasiya  olmaq  və  onu  orada  ən  yaxşı  bir  qaydada 

reallaşdırmaq  çox  zaman  başqa  qabiliyyətlərin  boğulması  hesabına 

baş  verir.  Məsələn,  təhsildə  və  karyerada  konsentrasiya  bəzən  şəxsi 

həyatdan  və  siyasətdən,  şəxsi  həyatda  konsentrasiya  isə  -  karyeradan 

və  ictimai  həyatdan  imtinanı  nəzərdə  tutur.  Aristotel  üçün  bir  yunan 

olaraq  belə  bir  anlam  xalis  vəhşilikdir.  Onun  üçün  yaxşı  həyat  - 

harmonik  olan  həyatdır.  Burada  hər  bir  insana  verilən  intellektual, 

fiziki,  siyasi,  şəxsi  və  yaradıcı  qabiliyyətlər  balanslaşdırılmış  şəkildə 

reallaşır.  Aristotel  həmçinin  "mötədilliyi",  yəni  bütün  yaxşı 

qabiliyyətlərin harmonik bir tərzdə reallaşdırılmasını da bəyənir. Belə 

ki,  mərdlik  o  zaman  fəzilətə  çevrilir  ki,  qorxaqlıq  və  ağılsız  cəsarət 

arasında qızıl orta olur

93



Aristotel  belə  hesab  edir  ki,  dostluq  (yunanca,  philid)  o 

fəzilətlər  sırasına  daxildir  ki,  onlardan  yalnız  son  növbədə  imtina 

etmək olar. Dostluq adamların bir-birinə qarşı aşkar rəğbəti deməkdir. 

Məsələn,  biz  pulu  onun  tərəfindən  qarşılığı  nəzərə  almadan  sevə 

bilərik.  Biz  həmçinin  insanı  tanımadan  və  bizim  ona  münasibətimizi 

onun  bilib-bilməməsindən  asılı  olmayaraq  sevə  bilərik.  Başqa  sözlə, 

dostluq  qarşılıqlı  tanımanı  və  qarşılıqlı  etirafı  nəzərdə  tutur.  O,  öz 

inkişafı  üçün  və  ünsiyyət  üçün  vaxt  tələb  edir.  Dostlar  arasındakı 

ünsiyyət  dostluğun  eyni  zamanda  həm  məqsədi,  həm  də  müqəddəm 

şərtidir.  Dostluq  özlüyündə  məqsəddir.  O,  əgər  hər  hansı  başqa  bir 

məqsəd  üçün  vasitə  olaraq  istifadə  olunursa,  onun  mahiyyəti  təhrif 

olunmuş olur. 

                                                

93

 Bu,  tipik  yunan  fikridir.  Hətta  idealist  Platon  belə  vurğulayır  ki,  təhsil 

gimnastikadan 

və 

musiqidən 

başlamalı 

və 

praktik 

vəzifələrdə 

tamamlanmalıdır. Bütün qabiliyyətlər harmonik olaraq inkişaf etdirilməlidir.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə