Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə117/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   113   114   115   116   117   118   119   120   ...   402

 

246 


şəkildə  sahib  ola  bildiyi  üçün  ehtiyacdan və  əzablardan  yan  keçərək 

müxtəlif  nemətlərdən  yan  keçə  bilər.  Amma  antik  dövrdə  belə  bir 

nəzəriyyənin  nəticələri  tam  əksəriyyət  üçün  fatal  idi.  Əgər  əksəriyyət 

əzablar  və  həzzlər  arasında  münasibəti  "ölçüb-biçməyə"  səy 

göstərsəydi, onda balans birincilərin xeyrinə olardı, yəni mənfi olardı. 

Əzabların  "cəmi"  həzlərin  "cəmini"  üstələyərdi.  Radikal  hedonizm 

nöqteyi-nəzərindən,  belə  bir  həyat  heç  nəyə  dəyməz.  Buna  görə  də, 

Hegesiy (Hegesias, b.e.ə. 3 əsr) adlı bir hedonistin adamlara özlərini 

həyatdan  məhrum  etmək  məsləhətini  verməsi  yalnız  ekssentrik 

ideyaların  ifadəsi  deyildi.  Ağrılar  və  əzablar  içərisində  mövcud 

olmağa məcbur olan aşağılar üçün radikal hedonizm tam bir hüquqla 

özünüöldürmə  ideologiyası  ola  bilər.  Qeyd  edək  ki,  burada  nə 

Epikürün  təlimi  və  nə  də  epikürçülük  deyil,  məhz  radikal  hedonizm 

nəzərdə  tutulur.  Bu  mənada  epikürçülüyü  yüksək  siniflərin  fəlsəfəsi 

adlandırmaq çətindir. 

 

Stoiklər - şəxsi xoşbəxtliyin təmin olunması 

 

Stoiklər  epikürçülərlə  müqayisədə  xarici  nemətin  bizim 



tərəfimizdən 

nəzarət 


altında  saxlanılması  qabiliyyətlərimizə 

münasibətdə  bütövlükdə  son  dərəcə pessimistik  idilər.  Elə buna  görə 

də,  onlar  tövsiyə  edirdilər  ki,  hər  bir  insan  özünü  xarici  şəraitdən 

müstəqil  etsin.  Əgər  biz  öz  şəxsi  xoşbəxtliyimizi  təmin  etmək 

istəyiriksə,  onda  nəzarət  edə  bilmədiyimiz  xarici  amillərin  daha  çox 

müstəqil  olmağı  və  bizim  nəzarət  edə  bildiyimiz  daxili  dünyamız 

daxilində yaşamağı öyrənməliyik. 

Stoiklər  öyrədirdilər  ki,  xoşbəxtlik  əslində  hansısa  xarici 

nemətdən asılı deyildir. Onlar Sokrat və Platon tərəfindən dəstəklənən 

mövqeni  müdafiə  edirdilər.  Şəxsi  xoşbəxtliyin  yeganə  şərti  fəzilətli 

həyatdır,  üstəlik  fəzilətin  özü  də  biliyə  əsaslanır.  Bütün  stoiklər  bu 

fikri bölüşürdülər. İnsan üçün yeganə nemət fəzilətli həyatdır, fəzilətli 

olmayan  həyat  isə  yeganə  şərdir.  Xoşbəxt  həyat  barədə  məsələ 

meydana  çıxdığı  zaman  bütün  başqa  hər  bir  şey  son  nəticədə 

əhəmiyyətsiz  və  yersiz  görünür.  Həyat,  sağlamlıq,  çiçəklənmə  və  ya 

ölüm,  xəstəlik, əzablar  və  yoxsulluq  müdrik  və  fəzilətli  insana mane 

ola bilmir. İnsanların xoşbəxtliyini və ya bədbəxtliyini müxtəlif xarici 

amillər  müəyyənləşdirmir.  Bizim  xoşbəxtliyimiz  həyati  maneələrdən 

və uğurlardan, zənginliyimizdən və ya yoxsulluğumuzdan, sahib və ya 

kölə olmağımızdan asılı deyildir. Vacib olan yalnız müdrik və fəzilətli 

olanla  müdrikliyə  və  fəzilətə  malik  olmayan  arasındakı  fərqdir. 

Birincilər  xoşbəxtdir,  ikincilər  isə  yox.  Bilik,  fəzilət  və  xoşbəxtlik 

daxili həyatla bağlıdır və xarici amillərdən asılı deyildirlər. 



 

247 


Bilik  və  fəzilət  insanı  nəyin  sayəsində  talenin  bütün 

dönüklüklərinə  qarşı  son  dərəcə  dözümlü  edə  bilər?  Stoiklər  cavab 

verirlər  ki,  fəzilət  ondan  ibarətdir  ki,  zəkaya,  loqosa  uyğun  olaraq 

yaşayasan.  Burada  loqos  Heraklitdə  olduğu  kimi  kosmosun  aparıcı 

prinsipidir.  Onlar  onu  həmçinin  Tanrı,  müqəddəs  od  və  ya  tale  də 

adlandırırlar. İnsan özünü loqos qarşısında o zaman ifadə edə bilər ki, 

onun  ruhu  kosmosla  harmoniyadadır.  Bu  halda  ruh  kosmosu  idarə 

edən nizamı və harmoniyanı müəyyən qaydada ifadə edir. 

Ən vacib nailiyyət, görünür, ondadır ki, hər şeyin zəka əsasında 

nizama  salındığını  və  bunun  təsiri  nəticəsində  də  baş  verənlərə 

müdaxilə  etmənin  mümkünsüzlüyünü  dərk  edəsən.  Hər  bir  şey  loqos 

və  ya  Tanrı  tərəfindən  idarə  olunur.  İnsan  baş  verən  hər  bir  şeyi 

sevinclə  qəbul  etməyi  öyrənməlidir.  "Səninlə  baş  verən  hər  bir  şeyi 

sənin arzunla  baş  verən  şey  kimi  yaşamalısan. Elə  buna  görə  də,  sən 

sanki bilərəkdən arzu etməlisən ki, bütün hər bir şey Tanrının iradəsi 

ilə  baş  versin".  Roma  stoiklərindən  biri  olan  Seneka  belə  yazırdı 

(Quaestiones naturales III, praefatio). 

Stoiklər həmçinin  xarici  dünyaya  asketik-əxlaqi münasibəti və 

xarakterin  daxili  qüvvələrinin  tərbiyə  olunmasını  təbliğ  edirdilər. 

İnsan  stoik  sakitlik,  yəni  taleyin  zahiri  dönüşlərinə  münasibətdə 

"qorxmazlıq" (apatiya) nümayiş etdirməlidir

103


Əgər  Epikürü  estetlik  edən  və  sərhesab  burjua  ilə  müqayisə 

etmək olarsa, stoik əsl centlmendir! O, dəmir iradəyə malikdir, xarici 

şəraitə qarşı biganədir və Hindistanın tropik günəşi altında üç milyon 

"yerli"ni idarə edənlərlərə məxsusdur. 

İndi, əlbəttə ki, fərdin öz xoşbəxtliyini necə təmin edə bilməsi 

barədə  suala  stoiklərin  verdiyi  cavaba  etiraz  etmək  olar.  "Daxili" 

amillər üzərində hökmranlıq etmək ola bilər ki, bir çox xarici amillər 

üzərində  hökmranlıq  etmək  qədər  çətindir.  Şübhəsiz  ki,  bu  samballı 

etirazdır.  Amma  eyni  zamanda  biz  xatırlamalıyıq  ki,  ellinist-Roma 

dövründə  təbiəti  (xəstəlikləri, məhsulsuzluğu  və  i.a.)  və  siyasi  şəraiti 

idarə  etmək  imkanı  nisbətən  az  idi.  Əgər  bizim  üçün  appendiksi 

kənarlaşdırmaq  qorxudan  və  ya  qəzəbdən  xilas  olmadan  daha 

sadədirsə, antik insan üçün situasiya diametral əks idi. Buna görə də, 

stoiklər  adamlara  nəzarət  oluna  biləni,  yəni  onların  öz  daxili 

stimullarını  idarə  etmək  məsləhətini  verdikləri  zaman,  bu,  tamamilə 

qeyri-real deyildi. 

İcma-daxilində-insandan  xüsusi  fərdiyə  keçidə  uyğun  olaraq 

ruh (mind) təbiətdən və cəmiyyətdən ayrı olan nəsə daxili bir şey kimi 

başa  düşülməyə  başladı.  Belə  bir  anlam  müəyyən  mənada  artıq 

                                                

103

 Kiplinqin "Əgər" şeri ilə müqayisə edin.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə