252
prinsipial ikimənalılığını göstərir. O, mövcud qanunların əsaslandırılması
üçün də, tənqid olunması üçün də, saxlanılması üçün də və həmçinin
ictimai əsasların dəyişdirilməsi üçün də istifadə oluna bilər (kilsənin və
dövlətin qarşılıqlı münasibətləri barədə baxın. Fəsil 6).
Amma, stoik təbii hüquq məgər bütün insanların fundamental
bərabərliyini
təsdiq
etmirmi?
Belə
olduğu halda mövcud
bərabərsizliyə necə yol vermək olar? Cavab qismən, müəyyən
dərəcədə bərabərliyin stoik anlamının ikimənalılılığı ilə bağlıdır. Hər
bir kəs vahid loqosa aiddir və bu mənada hamı bərabərdir. Bu
aidiyyat, eyni zamanda, yaxşı və xoşbəxt həyat üçün heç bir
əhəmiyyətə malik deyildir və insanın varlı və ya yoxsul olacağını,
hökmdar və ya kölə olacağını müəyyənləşdirmir. Deməli, dünyanı
dəyişdirmək üçün ona aktiv müdaxilə etmək onun başlıca məqsədi
deyildir. Başlıca məqsəd ondan ibarətdir ki, hər bir kəs talenin
verdiklərini həyəcansız təmkinlə qarşılasın. Başqa sözlə, belə tipli
suallar cavabsız qalır ki, mövcud sosial fərqlər fundamental
bərabərliyə təsir göstərirmi və bu fundamental bərabərlik bərabərliyin
iqtisadi və siyasi aktuallaşmasını tələb edirmi? Siseron bir dövlət
xadimi olaraq bu sualların real siyasi şəraitdə cavabını tapmışdı.
İnsanların fundamental bərabərliyinin əksinə olaraq mövcud cəmiyyət
yalnız onların fərqləri sayəsində fəaliyyət göstərir. Biz onlarla
hesablaşmalıyıq. Elə buna görə də, Siseron elə bir nizamın
qurulmasına zərurət görmürdü ki, burada mülkiyyətin zəkalı bölgüsü
mümkün olsun. Siserona görə, hüquq nizamının əsas prinsipi tələb
edir ki, insan, məsələn, özgə mülkiyyətinin mənimsənilməsi yolu ilə
başqalarına zərər vurmasın və hər bir kəs öz verdiyi vədlərin arxasında
dursun. Hər şeydən əlavə, bu, o demək idi ki, o, mülkiyyət hüququna
hörmətlə yanaşılmasına və həmçinin müqavilələrin yerinə
yetirilməsinə böyük əhəmiyyət verirdi.
Siseronun əsərləri - xüsusən Qanunlar haqqında (De legibus),
Vəzifələr haqqında (De offiis) və
Dövlət haqqında (De re publica)
əsərləri - vasitəsi ilə stoik təsəvvürlər Romanın hüquqi təfəkkürünə
güclü təsir göstərmişdir. "Həqiqi qanun təbiətə uyğun olan hüquqi
səbəbdir. O, ümumən tətbiq oluna biləndir, dəyişməzdir və əbədidir.
O, öz tələbləri ilə borcun yerinə yetirilməsinə çağırır və öz qadağaları
ilə qeyri-düzgün əməllərin qarşısını alır... Biz senat və ya xalq vasitəsi
ilə də onun yerinə yetirilməsindən azad ola bilmərik... Roma üçün bir
qanun, Afina üçün başqa qanun və ya indi üçün bir qanun, gələcək
üçün isə başqa bir qanun ola bilməz, yalnız yeganə əbədi və dəyişməz
qanun vardır ki, hamı üçün, bütün xalqlar və bütün zəmanələr üçün
eyni qüvvəyə malikdir. . .
253
Qanuna tabe olmayan öz-özündən qaçıb gizlənir və öz insani
təbiətini inkar edir və elə bu faktların təsiri nəticəsində də ən sərt
cəzaya layiq olur, hətta əgər o, adətən cəza kimi nəzərdən keçiriləndən
yayınsa belə"
108
.
Ayrılmaz, anadangəlmə şəxsi hüquqlar barədə ideya əbədi və
ümumi qanun ideyası ilə bağlıdır
109
. Bu ideyalar bir çox xalqları
özündə birləşdirən Roma imperiyasının şəraitinə tam uyğun gəlirdi.
Belə ideyalar tolerantlığın müəyyən dərəcəsi üçün əsası təmin edirdi
(həmişə reallıqda olmasa da, ən azı, idealda). Hüququn yunan anlamı
kimin onun subyekti olması(yunanlar), kimin isə olmaması(varvarlar)
barədə kəskin qarşı qoyması ilə çətin ki, Roma imperiyası kimi
nəhəng və mürəkkəb bir cəmiyyət üçün siyasətin mənbəyi ola bilərdi.
Roma stoikləri müəyyən dərəcədə birgə, ümumi məsuliyyət
hissinə malik idilər, bu isə əksər hallarda yunanlarda yox idi. Stoiklər
kosmopolitik həmrəyliyin və humanizmin ifadəçiləri idilər. Onlar belə
bir dini əqidəni bölüşürdülər ki, bütün insanlar kosmoloji və əxlaqi
bütövə aiddirlər.
Belə bir kosmopolitik qardaşlıq idealını nəzəri olaraq həmçinin
Roma imperiyasında sıx əlaqələrin yoxluğunu dəf etmək üçün
göstərilən ideoloji səy kimi də şərh etmək olar. Vifleemi və Romanı,
fərdi və imperatoru böyük bir distansiya ayırırdı. Stoiklər onu dəf
etmək üçün fərd və kainat arasında harmoniya postulatını irəli
sürdülər. Onlar o atəş barədə danışırdılar ki, o, həm Tanrıda, həm də
insanda alışıb yanır və insanların qardaşlığına təminat verir.
Stoiklər od haqqında öyrədirdilər ki, o, müəyyən vaxt intervalı
keçdikdən sonra müntəzəm olaraq bütün hər bir şeyi məhv edir və
dünya bundan sonra yenidən yaranır. Lakin bu dünya da əvvəlki
dünyada artıq baş verəni təkrar edir. Yaranan dünya yeni odun onu
məhv edəcəyinə qədər davam edir. Bu proses yeni dünyalarla və yeni
yanğınlarla sonradan da özünü bərpa edir
110
. Beləliklə, stoiklər tarixi
bir dövran kimi şərh edən konsepsiyanı müdafiə edirdilər. Dünya
irəliyə (və ya yuxarı və ya aşağı!) doğru düz xətt üzrə deyil, çevrə üzrə
hərəkət edir: bütün hər bir şey ilin dörd fəsli kimi özünü təkrar edir.
Od haqqında bu kosmoloji təsəvvürlər, mümkündür ki, həyatın
stoik fəlsəfəsinin əsaslandırılması kimi fəaliyyət göstərmişdir. Əgər
108
Cicero. De republica. Loeb Classical Library. Translated by C. Keyes.
Harward University Press, 1928. Bk. III, xxii.
109
Qeyd edək ki, təbii hüquq doktrinası XVII əsrdən başlayaraq, zəkanı və
şəxsiyyətin ayrılmaz hüquqlarını, məsələn, həyat və mülkiyyət hüquqlarını
özünün çıxış nöqtəsi olaraq nəzərdən keçirmişdir.
110
Heraklitlə müqayisə edin.