257
oxşar niyyət üçün yol göstərməyəcəyəm; heç bir qadını abort
etməyəcəyəm. Öz həyatımı və öz sənətimi təmiz və nöqsansız yerinə
yetirəcəyəm. Mən heç bir halda daş xəstəliyindən əziyyət çəkənlərə
yaxın durmayacağam, bunu bu işlə məşğul olan insanlarn öhtəsinə
buraxacağam. Hansı evə girsəm, mən oraya yalnız xəstənin faydası
üçün girəcəyəm, düzgün olmayan və məhvedici əməllərdən, xüsusən
qadınlarla və kişilərlə, azad olanlarla və kölələrlə məhəbbət işlərindən
uzaq olacağam.
Müalicə zamanı - həmçinin elə müalicəsiz də - mən insan
həyatı barədə gördüklərimi və ya eşitdiklərimi heç yerdə bəyan
etməyəcəyəm, oxşar şeyləri sirr hesab edərək susacağam. Mən öz
andımı sözsüz yerinə yetirdiyim zaman həyatımda və sənətimdə
xoşbəxtlik və əbədi şöhrət qoy mənə nəsib olsun; yalan And içənlərlər
və andını pozanlara isə qoy bunun əksi nəsib olsun"
111
.
Hazırkı vaxtda həkim etikası kodeksinin bu variantı klassik
hesab olunur. O, həm həkim və xəstə arasında, həm də həkim və
cəmiyyət arasında qarşılıqlı əlaqənin düşünülmüş əxlaqi anlamını şərh
edir. Bundan da daha çox deyilsə, o, təbabətdə Hippokratın müdafiə
etdiyi ehtiyatlılıq və diqqət mövqeyini ifadə edir. Doktor dərhal
skalpel dalınca qaçmamalı və əməliyyat keçirməyə tələsməməlidir!
Hippokrat üçün doktor, hər şeydən öncə, o mənada loğmandır ki, o,
dərman yazmalıdır, radikal müdaxiləyə səy göstərməməlidir. Bu
mövqe o məqamın anlaşılmasına əsaslanmışdır ki, doktor təbiətin
əleyhinə deyil, ona uyğun olaraq fəaliyyət göstərməlidir. Məqsəd -
təbii prosesləri stimullaşdırmaq yolu ilə xəstədə təbii müvazinətin və
harmoniyanın bərpa olunmasıdır. Mümkündür ki, bu yanaşma bizə
həddindən artıq passiv görünə bilər, buna görə də, iki amilin üzərində
dayanmaq lazımdır. Əvvəla, antik dövrdə cərrah əməliyyatları bizim
günlərdə olduğundan daha təhlükəli idi. Bunun səbəbi gigiyena və
tibbi təchizat kimi amillər idi. İkincisi, Hippokrat təbiətə və onun
proseslərinə münasibətdə Aristotelə oxşar nöqteyi-nəzəri bölüşürdü.
Hər bir şey öz yerini axtarır və insanlar psixosomatik varlıqlar olaraq
sağlam olmağa, başqa sözlə, təbiət tərəfindən verilən funksional
imkanlara və harmonik müvazinətə çalışırlar. Doktor bu prosesdə
köməkçi və eyni zamanda pəhriz və həyat tərzi barədə məsləhətlər
verən təbib rolunu oynayır, belə ki, insanın özü bir bütöv olaraq
sağlam olmalıdır.
Yunan təbabətində (Erasistrat, Erasistratus, b.e.ə. təqribən,
300-240 və Herofil, Herophilus, b.e.ə. təqribən, 335-280) anatomik və
111
Гиппократ. Избранные книги. Перевод В. Руднева. - М., 1994. С. 87-
88.
258
fizioloji biliklərin əldə edilməsi üçün hətta insanlar (ölümə məhkum
edilmişlər) üzərində belə meyitlərin yarılması təcrübəsi həyata
keçirilirdi. Nəticədə, daxili orqanların müfəssəl təsviri və onların
funksional qarşılıqlı əlaqələrin (məsələn, göz, görmə sinir və mərkəzi
sinir sistemi arasında) üzə çıxarılması mümkün oldu. İdrakın belə
formaları ona görə zəruri idi ki, müxtəlif xəstəliklərin gedişi və
dərmanların təsiri yalnız xarici simptomların müşahidə edilməsinə
əsaslanaraq təsvir edilməsin, həm də baş verənlərin səbəbləri izah
olunsun.
Qalen (Galen, təqribən, 130-200) Hippokratın davamçısı və
aristotelçi idi. O, vurğulayırdı ki, təbiət özünün harmonik
məqsədlərinə çalışır və doktor bu prosesdə ehtiyatlı müşavir rolunu
oynamalıdır. Qalen təbiətin atomistik anlamının əleyhinə çıxış
etmişdir, çünki o, belə hesab etmişdir ki, təbiətin atomistik anlamı
həyati prosesləri düzgün təsəvvür etmir. Bununla da, o, öz dövrünün
Demokritin və Epikürün təbiət haqqında təlimindən təbabətin nəzəri
əsasları olaraq istifadə etmək ənənələrinin əleyhinə idi. Qalen geniş
şöhrət qazanmışdı və orta əsrlərin sonuna kimi tibbi avtoritetlərdən
biri hesab olunmuşdur.
Öz zəmanəsinin fiziki cismi müxtəlif cismani flüidlərin
balanslaşdırılmış müvazinəti hesab edən görüşlərinə uyğun olaraq
(baxın. Fəsil 4), Qalen psixi temperamentin əsas növlərini
(sanqviniklər, fleqmatiklər, xoleriklər və melanxoliklər) nəzəri olaraq
bu müvazinətdən kənaraçıxmalar kimi izah etməyə çalışmışdır. Bu
baxışlarda həm müvazinət və harmoniya barədə klassik yunan
ideyaları, həm də ayrı-ayrı şeylərin müxtəlif ilkin başlanğıclardan (od,
hava, su, torpaq) ibarət olması haqqında təsəvvürlər öz ifadəsini
tapmışdır.
Hüquqşünaslıq
Nəzəri-hüquqi mühakimələr sofistlərin və Sokratın, Platonun
və Aristotelin, bütün stoik məktəbin təlimlərində əhəmiyyətli yer
tuturdu.
Hər şeydən öncə, bu mühakimələr hüququn mənbəyi və
əsaslandırılması barədə mərkəzi nəzəri suallarla bağlı idi. Hüquq üçün
ümumi əhəmiyyətə malik olan və məcburi olan bir əsas mövcuddurmu
və ya o, son nəticədə, yalnız qüvvələrin və ənənənin ifadəsidir?
Əvvəllər biz təbii hüquq konsepsiyası barədə Frasimaxdan və
Sokratdan başlayaraq stoik anlaşmaya qədərki uyğun debatları kifayət
qədər və təfsilatı ilə nəzərdən keçirmişdik. Bundan sonra isə biz bu