Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə114/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   110   111   112   113   114   115   116   117   ...   402

 

239 


yüngülləşdirə  və  ya  təmizləyə  bilər.  İncəsənətin  ən  vacib  funksiyası 

katarsisdir, yəni nəcibləşdirici yüngülləşdirmə və ya təmizləmədir. 

İncəsənət  ideyası  bir  katarsis  ideyası  olaraq  yunan 

mədəniyyətində  kök  salan  harmoniya  anlayışı  ilə  bağlıdır.  Kainat 

(kosmos) öz mahiyyətinə görə harmonikdir və deməli, gözəldir. (Yeri 

gəlməşkən,  "kosmetika"  sözünün  mənası  da  elə  buradandır). 

Eybəcərlik və zülm disharmoniyadır, balanssızlıqdır, necə ki, xəstəlik 

bədənin  müxtəlif  flüidləri  arasında  balansın  pozulması  kimi  başa 

düşülür.  Qanın  (sanguis)  böyük  miqdarına  malik  olan  kəs  - 

sanqvinikdir.  Həddindən  artıq  çox  bəlğəmə,  fleqmaya  (phlegma) 

malik olan kəs - fleqmatikdir. Özündə çoxlu öd(səfra) (chole) daşıyan 

kəs  - xolerikdir,  qara  ödün  (melaina  chole)  çoxluq  təşkil  etdiyi  insan 

isə - melanxolikdir. Deməli, qan buraxma mümkün müalicə ola bilər. 

Təbii  harmoniyanı  və  balansı  pozma  səyi  -  icazə  verilə  bilməyən 

təkəbbürdür (hybris) ki, bu da tanrılar tərəfindən cəzalandırılır. Yaxşı 

cəmiyyət özü özü ilə harmoniya vəziyyətindədir, yəni özünü qoruyub 

saxlayan  və  özünü idarə  edəndir.  Başqa  cür  deyilsə,  o,  özünü  o  təbii 

hədlər  daxilində  saxlayır  ki,  bunlar  təbiətin  özü  tərəfindən 

müəyyənləşdirilmişdir. 

Yaxşı  həyat  bizə  xas  olan  qabiliyyətlərin  harmonik 

realizasiyasıdır,  bunun  da  nəticəsində  biz  fəzilətli  oluruq.  Biz  öz 

potensiyamızı balanslaşdırılmış bir şəkildə aktuallaşdırmalıyıq. Məhz 

bunun  təsiri  ilə  də  biz  bizim  keyfiyyətlərimizdən  birinin  digərinin 

zərərinə  olaraq  inkişaf  etməsi  nəticəsində  baş  verən  və  ya  bizim 

anadangəlmə  qabiliyyətlərimizin  və  imkanlarımızın  sərhədləri  və 

eləcə  də  təbii  ehtiyatlar  hədləri  xaricinə  çıxdığımız  zaman  meydana 

çıxan  ifratlardan  çəkinməliyik.  (Oxşar  mövqenin  ekoloji  nəticələri 

kifayət qədər aşkardır. Eksponensial artım dağıdıcı ağılsızlığın burada 

əsas  nümunəsidir).  Aristotel  bu  mövqedən  çıxış  edərək  mənəvi 

müvazinətin  bərpası  funksiyasını  incəsənətə  aid  edir.  Sənət 

yaradıcılığı  ilə  (məsələn,  musiqi  və  ya  dramatik  əsərlə)  tanış  olaraq, 

biz özümüzdə harmoniyanı və sülhü bərpa edə bilərik və son nəticədə, 

öz ağlımızı (ruhumuzu) nəcibləşdirə bilərik. Beləliklə, incəsənətin iki 

şərhi mövcuddur: 

1) İncəsənət – katarsisdir, özü də o mənada katarsisdir ki, bizə 

"buxarı  buraxmaqda"  kömək  edir

96

.  Onun  müsbət  və  mənfi 



qəhrəmanlarının  dramını,  böyük  hisslərini  yaşayaraq  biz  bizi  sıxan 

ehtiraslardan və emosiyalardan azad oluruq, harmoniya əldə edirik və 

"qızıl  ortanın"  balanslaşdırılmış  idealına  uyğun  bir  şəkildə  öz 

həyatımızı  yaşamaqda  davam  edirik.  Bu,  flüidlər  haqqında  təlimə 

                                                

96

 Yunancadan tərcümədə kathairein – təmizləmək mənasını verir.  



 

240 


əsaslanan  və  tibbi  terapiya  üslubunda  verilən  şərhdir.  Müstəsna 

dərəcədə  güclü  və  intensiv  hislərə  malik  olanlar  incəsənətin  köməyi 

ilə  onlardan  xilas  ola,  və  deməli,  özünəməxsus,  mənəvi  bir 

qanburaxmanı  hiss  edə  bilərlər.  (Həddindən  artıq  zəif  hisslərə  malik 

olanlar isə onları emosional olaraq gücləndirə bilərlər). 

2)  İncəsənət  –  katarsisdir,  o  mənada  katarsisdir  ki,  biz  bir 

insani  varlıq  olaraq  bizim  incəsənətə  müraciətimiz  sayəsində 

təmizlənə  və  təbiyə  oluna  bilərik.  Burada  başlıca  olan  -  bəzi 

emosiyalardan  xilas  olmağımız  (mənəvi  qanburaxma  halında  olduğu 

kimi!)  deyil,  hisslərimizin  köməyi  ilə  öz  ağlımızı  (ruhumuzu) 

nəcibləşdirməyimizdir.  Deməli,  burada  bizim  məqsədimiz  -  şəxsi 

mükəmməlliyə,  şəxsi  kamilliyə  adiliyin  hədləri  xaricində  nail 

olmağımızdır. 

Aristotelə  görə,  incəsənət  sənət  əsərini  duyan  insan  üçün 

özlüyündə  fəzilətdir  (və  ya  məqsəddir).  Rəssam  və  ya  artist  üçün 

yaradıcı  proses həmçinin  özlüyündə  fəzilət  ola  bilər.  Yaradıcı proses 

eyni  zamanda  sənət  əsərlərinin  yaradılması  ilə  tamamlanır.  Deməli, 

yaradıcı,  yaradıcı  proses,  prosesin  özündən  kənarda  qalan  məqsədlə 

müəyyənləşmişdir

97



Bununla  əlaqədar  olaraq  Aristotelin  ritorikanı  eşidilməyə  nail 

olma  vasitəsi  kimi  anlaması  təbiidir.  Aristoteldə  ritorikaya,  həm  də 

ümumiyyətlə  incəsənətə  qarşı  Platonda  olduğundan  daha  pozitiv 

münasibətin  olduğu  görünür.  Aristotelə  görə,  ritorika  ictimai 

diskussiyalarda ona məxsus olan yeri tuta bilər

98



Aristotel  özünün  poetika  əsəri  ilə  də  məşhurdur.  Burada  o, 

digər amillərlə yanaşı, həmçinin o klassik müddəanı da müzakirə edir 

ki,  dram  əməlin,  zamanın  və  yerin  vəhdəti  tələbinə  uyğun  olaraq 

xarakterizə olunmalıdır. 

                                                

97

 Bu  mənada  bədii  yaradıcılıq  olan  praksisin  əksinə  olan  poyezis  kimi 

xarakterizə  oluna  bilər  ("Praksis"  –  zəkalı  əməllərdir  paraqrafına  nəzər 

salın).  

98

 Müqayisə edin. Universitet ənənələrində ritorikanın yeri,      Fəsil 6.  



 

241 


           BEŞİNCİ FƏSİL   

 

ANTİK DÖVRÜN SON MƏRHƏLƏSİ 

 

Şəxsi xoşbəxtliyin təmin olunması 

 

Platon belə hesab edirdi ki, cəmiyyət rasional təhlilin və zəkalı 



idarəetmənin  obyekti  ola  bilər.  Öz  növbəsində,  Aristotel  də  güman 

etmişdir  ki,  cəmiyyət  –  azad,  əxlaqi  olaraq  eyni  hüquqlu  üzvlərin 

qarşılıqlı əlaqəsidir ki, o da, qanuna uyğun olaraq idarə olunmalıdır və 

onları  idarə  etmə  isə  yalnız  hakimiyyətə  deyil,  həm  də  azad 

diskussiyaya əsaslanmalıdır. 

Bu  baxışlar  bir  ideal  olaraq  yunan  polislərinin  ellinistik 

imperiyaya  assimlyasiyasından  sonra  da  saxlanılmışdır  Lakin 

imperiyanın  yaranması  bu  idealın  mücəssəməsini  daha  da 

çətinləşdirdi. 

Aristotel  və  Platon  başa  düşürdülər  ki,  siyasətin  onlar 

tərəfindən üstünlük verilən növü nisbətən kiçik cəmiyyətə uyğun gəlir. 

Aristotel  güman  etmişdir  ki,  polis  zəkaya  yatımlı  ölçüyə  malik 

olmalıdır,  nə  həddindən  artıq  kiçik  -  başqalarından  asılı  olmamaq 

üçün,  nə  də  həddindən  artıq  böyük  -  onun  sakinləri  diskussiya 

apardıqları  zaman  bir-birini  şəxsən  tanısınlar  deyə  –  olmalıdır.  Axı 

iştirakçıların  çox  böyük  sayda  miqdarında  diskussiyalar  mümkün 

deyildir

99

.  Platon  Qanunlarda  təsdiq  edirdi  ki,  polis  5040  vətəndaşa 



(təsərrüfata) malik olmalıdır. Həm Platon, həm də Aristotel belə hesab 

edirdilər ki, polis müstəqil bir qurum olmalıdır. Lakin ayrı-ayrı yunan 

polisləri  bir-birindən  və  ətraf  dünyadan  asılı  idilər.  Bundan  başqa, 

b.e.ə.  dördüncü  əsrin  sonlarına  doğru  yeni  dövlətin  -  ellinistik 

imperiyanın formalaşması başa çatdı. Polisdən imperiyaya keçid həm 

institusional, həm də intellektual dəyişikliklərlə müşayiət olundu. 

Bütün  ellinist-Roma  dövrü  ərzində,  b.e.ə.  təqribən  300-cü 

illərdən b. e. təqribən 400-cü illərinə kimi cöğrafi və say baxımından 

böyük,  mədəniyyət,  din  və  dil  baxımından  müxtəlif  xalqları  özündə 

birləşdirən dövlətlər mövcud idi. Həyatında bütün vətəndaşların iştirak 

edə  biləcəyi  lokal  icmalar  zəif  idilər.  Amma  şəhərlər  həm  ellinistik, 

həm də Roma dövründə daxili idarəetmə hüququna müəyyən dərəcədə 

malik  ola  bilərdilər  və  bəzən  özlərinin  siyasi  olaraq  müstəqil 

                                                



99

 Aristotel Siyasətdə (VII, 4) deyir ki, rəsmi vəzifələrin ixtisasa uyğun olaraq 

qiymətləndirilməsi  və  bölüşdürülməsi  zamanı  hər  bir  kəs  digərlərinin 

xarakterini bilməlidir. Əgər bu yoxdursa, həm qəbul olunan qərarlar, həm də 

rəsmi şəxslərin seçimi kortəbii ola bilər.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə