Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə111/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   107   108   109   110   111   112   113   114   ...   402

 

233 


səslərin əldə etmək üçün bir fincan kofe içən siyasətçi sanki poyezisi 

reallaşdırır.  Dostları  fayda  xatirinə  əldə  etmək  istəyənlər  özlüyündə 

məqsəd olmalı olanı, yəni dostluğu korlayır, dostluqdan nəsə başqa bir 

şeyə nail olmaq üçün istifadə edir. Bu nöqteyi-nəzərdən, bizim məşğul 

olduğumuz  çox  şey  praksisin  və  poyezisin  müxtəlif  dərəcələrinin  və 

miqdarının birləşdirilməsidir. 

Siyasətin  və  etikanın  Aristotel  tərəfindən  poyezis  kimi  deyil, 

praksis  kimi  verilmiş  xarakteristikasından  belə  çıxır  ki,  siyasət  və 

etika  onun  üçün  əslində  məqsədini  özündə  daşıyan  əməllərin 

obrazlarıdır.  Bu  məqsəd  -  insanların  problemləri  birgə  müzakirə 

etdikləri  zaman  meydana  çıxan  rasional  sosial  qarşılıqlı  təsirdir.  Bu 

halda cəmiyyət coğrafi və əhali baxımından o qədər də böyük deyildir 

ki,  burada  yaşayan  insanlar  bir-birlərini  tanısınlar  və  ictimai 

problemləri  birlikdə  müzakirə  etmək  iqtidarında  olsunlar.  Onun 

mürəkkəbliyi o hədləri aşmır ki, onların daxilində hər bir kəs bu və ya 

digər əməli törətdiyi zaman nə etdiyini bilir. Başqa cür deyilsə, burada 

əməllər  müxtəlif  əməllərin  birləşdiyi  və  insanın  onların  necə 

uzlaşdığını  və  haraya  aparıb  çıxardığını  görə  bilmə  qabiliyyətini 

itirdiyi  mürəkkəb  və anlamsız  cəmiyyətdə  olduğu  kimi  yox  olmurlar. 

Eyni  zamanda  aydındır  ki,  hətta  Aristotelin  zamanında  da,  polis 

şəraitində  mövcud  olan  siyasət  də  heç  də  həmişə  xalis  praksis  ola 

bilməmişdir.  Meydana  çıxan  problemləri  həll  etməyə  çalışarkən 

polisin  vətəndaşları  onların müzakirəsi zamanı  o əməlləri  bəyənməyə 

məcbur  idilər  ki,  onların  reallaşması  prosesində  şeylər  və  insanlar 

özlərinə münasibətdə zahiri olan məqsədlərə nail olmaq üçün bu və ya 

digər  dərəcədə  vasitə  olaraq  istifadə  olunmuşlar.  Bunlar,  o  əməllər 

idilər ki, poyezis anlayışı altında şərh oluna bilirdi. 

Praksisin və poyezisin fərqləri işığında demək olar ki, siyasətin 

anlamı  cəmiyyət  formaların  dəyişiklikləri ilə  birgə  dəyişilmişdir.  Bu, 

əsasən aşağıdakı qaydada baş vermişdir. 

Polisdən 

ellinistik 

imperiyaya 

keçidlə  eyni  zamanda 

müəyyən"depolisizasiya"  və  siyasi  indifferentlik  yarandı,  bu  da 

nəhəng despotiya daxilində insanın hüquqi və siyasi hüquqsuzluğu ilə 

izah olunur. Lakin İntibahdan sonra, milli kralların (mütləq monarxlar, 

suverenlər)  feodal  aristokratiyasını  dəyişdirdikləri  zaman  siyasəti  bir 

manipulyasiya  kimi  şərh  edən  nöqteyi-nəzərlər  yarandı  (Makiavelli). 

Bu  siyasət  Realpolitik  və  ya  real  siyasət  adı  altında  məşhurdur. 

Aristotelin terminologiyasında o, poyezis kimi xarakterizə oluna bilər. 

Bundan sonra, industrializasiya ölçüsünə uyğun olaraq cəmiyyətin və 

ictimai əlaqələrin getdikcə daha  çox  mürəkkəbləşməsi  baş  vermişdir. 

Belə  ki,  Amerikada  qızıl  mədənlərinin  kəşf  edilməsi  Londonda 

işsizliyə səbəb ola bilərdi. Cəmiyyət öz üzvləri üçün bilavasitə olaraq 



 

234 


şəffaf  olmaqdan  qalırdı.  Bizim  nə  etdiyimizi  və  bizim  əməllərin, 

etdiyimizin  nəticəsində  nəyin  yarandığını  izah  etmək  üçün 

mütəxəssislər  lazım  gəldi.  Empirik  sosiologiya  inkişaf  etdi  (Kont). 

Amma  tədricən,  bürokratiyanın  və  manipulyasiya  dərəcəsinin  artımı 

(Veber),  əks  reaksiyanı  yaratdı,  bu  reaksiyanın  gedişində  isə  insan, 

digər amillərlə yanaşı, praksis üçün, zəkalı əməllərdən ötəri özlüyündə 

əhəmiyyətli olan daha vacib yer tapmağa çalışır. 

Beləliklə,  praksisin  və  poyezisin  Aristotel  tərəfindən 

fərqləndirilməsi  yenə  də,  antik  polisdən  tamamilə  fərqli  olan 

cəmiyyətdə də aktuallaşdı. 

Aristotel  polis  haqqında  biliyə  istinad  edərək,  siyasəti  və 

etikanı  geniş  mənada  rasional  və  açıq  qarşılıqlı  təsir  kimi,  praksis 

kimi, ritorikanı və poeziyanı isə poyezis kimi, yəni adamlara təsir (və 

yeninin  yaradılma)  üsulu  kimi  şərh  edə  bildi.  Aristotelin  dövlət 

haqqında  təlimi  (siyasət),  beləliklə,  Makiavellinin  ruhunca  olan 

Realpolitik  momentlərindən  və  ya  Kontun  ruhunca  olan  empirik 

sosiologiyadan  özünə  heç  nəyi    ehtiva  etmədi.  Aristotel  üçün  siyasət 

bir  fənn  olaraq  özündə  hər  şeydən  öncə  aşağıdakıdarı  birləşdirir:  1) 

müxtəlif şəhər-dövlətlər haqqında informasiyanın toplanması və onun 

klassifikasiyası  (siyasi  sistemlərin  klassifikasiyası);  2)  vətəndaşlar 

üçün ən yaxşı həyatı təmin edən qayda və üsullarının üzə çıxarılması 

(normativ  siyasi  elm  və  ədalət  haqqında  təlim).  Aristoteldən  buraya 

həm  də  empirik  sosiologiyanın  və  manipulyasiya  siyasətinin  daxil 

edilməsini tələb etmək anaxronizm olardı. 

Biz artıq Aristotelin ədalət barədə təliminə toxunmuşduq, buna 

görə  də,  siyasi  sistem  klassifikasiyasına  və  normativ  siyasi  elmə  aid 

olan  yalnız  bir  neçə  söz  deyək.  Aristotel  158  yunan  polisi  barədə 

məlumatların  toplanmasına  rəhbərlik  etmiş  və  alınmış  materialın 

aşağıdakı qaydada təsnifatını vermişdir: 

 

 



 

Qərar qəbul 

edən şəxslərin 

sayı 


Bir  

Bir neçə 

çox 

Qanuna uyğun 



bir şəkildə 

idarəetmə 

Monarxiya   Aristokratiya   Mötədil 

demokrat


iya 

Qanunla 


məhdudlaşmaya

n idarəetmə 

Tiraniya  

 

Qatı  



demokrat

iya 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə