Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə112/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   108   109   110   111   112   113   114   115   ...   402

 

235 


son c-də 1(94) qoy haşiyə kimi bunları yaz: 

 

Demo-kratiya  =  xalqın  idarəetməsi,  pluto-kratiya  =  varlıların 



idarəetməsi,  oliqarxiya  =  qüdrətli  insanların  kiçik  qrupunun 

idarəetməsi, monarxiya = təkbaşına idarəetmə. 

 

Aristotel 



sonra 

dövlətin 

ən 

yaxşı 


formalarını 

müəyyənləşdirməyə  səy  edir.  O,  siyasi  stabilliyin  də,  digər  amillərlə 

yanaşı,  mühüm  olduğunu  vurğulayır:  xalqın  rəyini  nəzərə  almaq 

zəruridir,  başqa halda  dövlət  qeyri-stabil  vəziyyətə  düşə  bilər.  Dövlət 

qanunun  əsasında  idarə  olunmalıdır,  əks  halda  təhlükəli  ola  bilər, 

korrupsiyaya  uğrayar  və  hökmdarların  özbaşnalığına  və  şıltaqlığına 

məruz qalmış olar. Beləliklə, dövlət qanunun əsasında idarə olunmalı 

və adamlara öz fikrinə deyə bilmə imkanını verməlidir. 

Platonun  əksinə  olaraq  Aristotel  güman  edir  ki,  xalq 

əsaslandırılmış  və zəkalı nöqteyi-nəzərləri  söyləyə  bilər.  Platon  üçün 

əhəmiyyət  kəsb  edən  biliklərə  yalnız  "ekspertlər"  malikdirlər,  xalqın 

nöqteyi-nəzərləri isə ikinci dərəcəlidir. 

Aristotel belə hesab edirdi ki, hətta "yaxşı tiraniya" belə heç bir 

zaman  qanunla  idarə  olunan  cəmiyyətin  həqiqi  alternativi  deyildir. 

Başqa  insanın  tabeçiliyində  olmaq  azadlığı  itirmək,  kölə  olmaq 

deməkdir. Bu halda başqa insanın iradəsi hansı "həyat tərzini" (ethos) 

zəruri  olduğuna  qərar  verir.  Amma,  fəzilətlə  yaşamaq  və  insani 

ləyaqəti  saxlamaq  üçün  insan  heyvanlarda  olduğu  kimi  başqaları 

tərəfindən  sürülməməlidir,  bundan  ötəri  insanın  özünün  öz  həyatını 

şəxsən  reallaşdırması  zəruridir.  Biz  öz  qabiliyyətlərimizi  cəmiyyətdə 

ümumi qanuna tabe olaraq, onun sərhədləri daxilində azad bir şəkildə 

reallaşdıra  bilərik.  Qanuna  əsaslanan  idarəetmə,  Aristotelə  görə,  ən 

yaxşı insani qabiliyyətlərin və imkanların reallaşması şərtidir. 

Buna  görə  də,  Aristotel  xalqın  fikrinin  nəzərə  alınmasının  və 

dövlətin  qanunlar  əsasında idarə  olunmasının zərurətini  vurğulayırdı. 

Bu  iki  aspekt  onun  dövlət  haqqında  təlimini  ideal  dövlət  haqqında 

Platonun Dövlət əsərində ifadə olunmuş təlimdən fərqləndirir. 

Bununla  belə,  Aristotelə  görə,  qanun  heç  də  hamı  üçün 

yazılmamışdır.  Qanun  hər  şeydən  öncə  azad  yunanlar  üçün  qüvvəyə 

malik  olan  hüquqları  və  qaydaları  müəyyənləşdirir.  O,  kölələrə  və 

varvarlara  şamil  edilmir.  Beləliklə,  qanun  universal  olaraq  tətbiq 

olunan bir şey deyildir

95



                                                



95

 Bu  mənada  Aristotel  təbii  hüquq  konsepsiyasının  tərəfdarı  deyildir.  Amma 

bu  halda  o,  düşünmüşdür  ki,  şəxslərarası  ünsiyyətə  aid  olan  bəzi  normalar 

obyektiv  olaraq  ən  yaxşıdır.  Belə  ki,  Aristotel  ədaləti  qanunilik  və 


 

236 


Artıq  qeyd  olunduğu  kimi,  Aristotel  bərabərlik  haqqında 

məsələni  də  müzakirə  etmişdir.  Kəmiyyətə  (hüquq  subyektlərinin 

miqdarına)  münasibətdə  bərabərlik  demokratiyaya,  xalq  tərəfindən 

idarəolunmaya  aparıb  çıxarır.  Mülkiyyətə  münasibətdə  bərabərlik  isə 

plutokratiyaya,  varlılar  tərəfindən  idarəolunmaya  aparıb  çıxarır. 

Burada Aristotel hakimiyyətə müxtəlif iddiaların konfliktini nəzərdən 

keçirir.  Ədalətli  iddia  bu  halda  nədən  ibarətdir?  Onlar  necə 

balanslaşdırıla  bilərlər?  Mülkiyyət,  Aristotelə  görə, məsuliyyəti  tələb 

edir  ki,  bu  da  dövlət  üçün  yaxşıdır.  Əksər  hallarda  o,  mülkiyyətçidə 

müəyyən dəyərli qabiliyyətlərin olduğunu göstərir. İdealda müdriklik 

və  fəzilət  ən  yüksək  səviyyədə  qiymətləndirilməlidir,  amma  onları 

ölçmək  çətindir,  var-dövlət  isə  ölçülə  bilər.  Həmçinin  xalqın, 

əksəriyyətin  fikrini  də  nəzərə  almaq  lazımdır.  Əksəriyyət  zəkalı 

ideyalardan çıxış edə bilər, bundan imtina etdikdə isə idarəetmə qeyri-

stabil ola bilər. 

Aristotelin  fikrincə,  hakimiyyət  barədə  məsələni  nəzərdən 

keçirərkən  yuxarıda  xatırlanan  bütün  amillər  nəzərə  alınmalıdır. 

Mülkiyyət,  təhsil,  mənşə,  əlaqələr  -  və  kəmiyyət  -  hakimiyyətin 

bölüşdürülməsi  zamanı  bütün  bunların  hamısına  "bir  az"  diqqət 

yetirilməlidir. 

Ətraflı müzakirədən  sonra  Aristotel  belə  bir nəticəyə  gəlir ki, 

mümkün  idarəetmə  formalarının  ən  yaxşısı  mötədil  demokratiyadır. 

O,  kəmiyyətin  demokratik  prinsipinə  və  keyfiyyətin  aristokratik 

prinsipinə  əsaslanan  "qarışıq  idarəetmədir".  Burada  qanuna  uyğun 

olaraq  elə  idarə  edirlər  ki,  hər  bir  kəs  azad  ola  bilər  və  çoxları  baş 

verənlər  barədə  öz  fikrini  söyləmək  hüququna  malikdirlər.  Çoxları, 

amma  heç  də  hamı  yox.  Aristotel  yenə  də  ifratdan  qaçır.  Ən  çox 

hakimiyyətə "orta sinif" sahib olmalıdır. O, nə varlıdır, nə də kasıb. O, 

dövlət  xalqın  içərisində  dəstəyə  malik  olsun  deyə,  kifayət  qədər 

çoxsaylıdır  və  polis  içərisində  münasibətlərin  fundamental 

"şəffaflığını"  təmin  etmək  üçün  kifayət  qədər  azsaylıdır.  Mötədil 

demokratiya  idarəetmənin  elə  bir  formasıdır  ki,  xalqın  mövqeyi  ilə 

zəkalı  idarəetmə  arasında  ən  yaxşı  balansı  təmin  edir.  Aristotel  üçün 

vacib  olan  həm  də  odur  ki,  o,  idarəetmənin  həyata  keçirilməsinin 

                                                                                            

bərabərhüquqluluq  vasitəsi  ilə  ümumi  əhəmiyyət  daşıyan  bir  prinsip  olaraq 

nəzərdən  keçirmişdir,  baxmayaraq  ki,  bu  prinsip  tam  hüquqlu  vətəndaş 

olmayan  uşaqlar  və  kölələr  üçün  qüvvəyə  malik  deyildi.  Lakin  əgər  biz 

Aristotelin  haqqında  bəhs  etdiyi  ümumi  əhəmiyyətə  malik  olan  etik-siyasi 

prinsipləri  vurğulasaq,  onda  demək  olar  ki,  təbii  hüquq  konsepsiyası  ona 

gedib çıxır (eləcə də, Platona). 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə