Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə115/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   111   112   113   114   115   116   117   118   ...   402

 

242 


olduqlarını  təsdiq  edə  bilirdilər.  Böyük  dövlətlərdə  hakimiyyət 

müəyyən  mərkəzi  orqanların  əlində  cəmləşmişdi,  bu  mərkəzi 

hakimiyyət  bir  hökmdardan  da  ibarət  ola  bilərdi  və  ya  respublika 

hökumətindən  də  ibarət  ola  bilərdi.  Müxtəlif  və  bir-birinə  dost 

olmayan  etnik  qruplardan  ibarət  dövləti  mozaikanın  "vahidliyinin 

dəstəklənməsi" 

məqsədi 

ilə 


hökmdar  mərkəzi  hakimiyyətin 

gücləndirilməsi üçün bəzən tanrıyabənzər bir şəkildə təsvir olunurdu. 

Nisbətən  müstəqil  siyasi  mənada  kiçik  cəmiyyətlərin  aradan 

çıxması  və  hakimiyyətin  təmərküzləşmə  meyli  xalqın  siyasi 

hüquqsuzluğunun  artımına  gətirib  çıxardı.  Belə  dövlətlərdə hər hansı 

bir  hakimiyyətdən  məhrum  olan  azad  kişilərə  və  qadınlara  əlavə 

olaraq fiziki məhv hədlərində olan tamamilə hüquqsuz qullar mövcud 

idilər. 


Ellinist-Roma  dövründə  yazılanların  böyük  bir  hissəsi 

itirilmişdir.  Elə  buna  görə  də,  ayrı-ayrı  müəlliflərin  və  məktəblərin 

əslində  necə  düşündükləri  barədə  bizə  nisbətən  az  şey  məlumdur. 

Bunun  təsiri  ilə  də,  bu  fəsildə  verilən  materialın  təsviri  hipotetik 

rekonstruksiya xarakterini daşıyır. 

Bu  qeyd-şərti  nəzərə  almaqla,  görünür,  aşağıdakıları  təsdiq 

etmək olar. İlkin ellinizm dövründə adamların siyasi hüquqsuzluğu öz 

intellektual  ifadəsini  cəmiyyətin  fəlsəfi  mənalandırılmasından  imtina 

meylində tapmışdı.  "Onu  dəyişdirmək  üçün  bizim heç  bir imkanımız 

yoxdur!  buna  görə  də,  diqqəti  ona  yönəltmək  lazımdır  ki,  insan necə 

şəxsi xoşbəxtliyə nail ola bilər". Belə ki, epikürçülüyün və stoisizmin 

bütövlükdə  və  həmçinin  onların  çoxsaylı  cərəyanlarının  bütün 

fərqlərinə  baxmayaraq,  əlbəttə  ki,  müəyyən  sadələşmə  payı  olmaqla, 

demək  olar  ki,  ellinist-Roma  dövründə  üstünlük  qazanan  bu  fəlsəfi 

istiqamətlər  bir  sualın  ətrafında  dolanırdılar:  Şəxsi  xoşbəxtliyi  necə 

təmin  etməli?  Cavablar  müxtəlif  idi,  amma  sual(məsələ)  mahiyyət 

etibarı ilə eyni olaraq qalırdı. 

Əsas  hipotez  olaraq  biz  fəlsəfi  axtarışların  predmetinin 

ümumən  dəyişməsi  barədə  fərziyəni  qəbul  edəcəyik.  Onların 

mərkəzində  icma-daxilində-insan  deyil,  təcrid  olunmuş,  xüsusi  fərd 

dayanmış oldu. 

Yunanlar  insanı  cəmiyyətin  orqanik(üzvi)  və  ayrılmaz  hissəsi 

kimi  nəzərdən  keçirirdilər.  Qədim  yunanlar  üçün  özlüyündə  kafi  ola 

bilən(bir  varlıq)  -  təcrid  olunmuş  insan  və  ya  təcrid  olunmuş  dövlət 

deyildi,  demək  olar  ki,  şəhər-icma  idi.  Ellinist-Roma  dövründə  isə, 

əksinə  olaraq,  özlüyündə  kafi  ola  bilən(bir  varlıq)  qismində  fərd 

nəzərdən  keçirilirdi.  Başqa  cür  deyilsə,  qədim  yunanlar  düşünürdülər 

ki,  insan  təbiəti  müstəqil  faktor  olan  şəhər-dövlətdə  reallaşır.  Amma 

fərdin  özlüyündə  kafi  ola  bilən  bir  varlıq  olaraq  ellinistik-Roma 



 

243 


anlamı  insanı  onun  sosial  ətrafından  asılı  olmayan  daxili  təbiətinə 

şamil edilməsinə gətirib çıxardı. 

Yuxarıda  söylənilənlər,  əlbəttə  ki,  müəyyən  dərəcədə 

sadələşdirmədir.  Bəzi  sofistlərdə  artıq  fərdi  özlüyündə  kafi  ola  bilən 

bir  varlıq  kimi  başa  düşmək  meyli  aşkarlanır.  Onlarda  həmçinin  hər 

bir  fərdə  tətbiq  oluna  bilən  prinsiplərin  mövcudluğu  anlamının 

mənbələri aşkarlanır. Elə buna görə də, aşağıdakı hipotezi də nəzərdən 

keçirmək maraqlı görünür. 

Ayrıca  fərdin  xüsusi  reallıq  olaraq  formalaşması  və  onun 

haqqında anlayışın meydana gəlməsi təqribən o zaman baş vermişdir 

ki,  o  zaman  həm  də  ümumi  dövlətin  və  onun  haqqında  anlayışın 

formalaşması  baş  vermişdir.  Bu  halda  "insan  icma  daxilində" 

barəsində  yunan  təsəvvürü  öz  mənasını  artıq  itirir.  Bir  tərəfdən,  biz 

təcrid  olunmuş  "xüsusi"  fərdə,  digər  tərəfdən  isə  ondan  uzaq  düşən 

ümumi dövlətə malikik. Elə həmin dövrdə, Roma stoisizmində "bütün 

fərdlərə  vaxtından  və  yerindən  asılı  olmayaraq  tətbiq  oluna  bilən 

qanun"

 

haqqında ümumi qanun kimi təsəvvür yaranır. Bu, sözün yaxşı 



hegelçi  mənasında  müəyyən  dialektik  inkişafdan  danışmağa  imkan 

verir. 


 

b.k.s.154 

 

 

 



Klassik dövr yunanlarının əksəriyyətin üçün qanun yalnız lokal 

cəmiyyətdə yaşayan yunanlar üçün qüvvəyə malik idi. Lakin son antik 

dövr  ərzində  isə  insanın  bir  fərd  olaraq  dialektik  əksliyi  anlamında 

bütün  fərdlər  üçün  onların  milli  və  sinfi  mənsubiyyətindən  asılı 

olmayaraq universal olan qanun anlayışı meydana çıxır. 

Bu  anlayış  təbii  hüquq  konsepsiyasının  müqəddimələrindən 

biridir,  yəni:  elə  bir  universal  normativ  qanun  mövcuddur  ki,  təsbit 

edilmiş bütün konkret qanunlardan yüksəkdir və bütün fərdlərə tətbiq 

oluna biləndir. Buradan belə bir nəticə çıxır ki, bütün fərdlər prinsipcə 

eyni qanuna tabedirlər. Bu universal təbii qanun həmçinin cəmiyyətdə 

qüvvədə olan qanunların tənqidi üçün də əsas verir. 

Biz  XVIII  yüzilliyin  liberalizm  konsepsiyasını  müzakirə 

etdiyimiz zaman fərd anlayışına bir daha qayıdarıq. İndi isə onu qeyd 

etmək  kifayətdir  ki,  icmada-insanda  fərd  və  ümumi  qanuna  keçid  bir 

sıra hadisələrə uyğun gəlir. Onların sırasına aşağıdakılar aiddir: siyasi 

fəaliyyətə marağın itməsi; təkraredilməz şəxsiyyət və şəxsi xoşbəxtlik 

idealının 

formalaşması; 

"insanın 

daxili 


həyatına" 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə