Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə96/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   92   93   94   95   96   97   98   99   ...   402

 

202 


meydana  çıxdı.  İncəsənət  ideyalara  münasibətdə  ikinci  və  hətta 

üçüncü yeri tutur – o, surətin surətini çıxarır! Buna görə də, incəsənət 

həqiqətin  aşkar  edilməsi  nöqteyi-nəzərindən  bir  o  qədər  də  yüksək 

qiymətləndirilə bilməz. 

Surət, 

kopiya, 


imitasiya 

ideyası  Platonun  incəsənəti 

anlamasında başlıca amildir. Hissi şeylər ideyaların surətləridir, sənət 

əsərləri  isə  hissi  şeylərin  surətləridir.  Amma  ideyalar  həmçinin  hissi 

şeylər  və  sonradan  bu hissi  şeylərin  surətlərini  çıxaran  sənət əsərləri 

üçün  həm  də  ideallardır.  Deməli,  incəsənət  xadimləri  ideyaların 

surətlərini  təqdim  etməyə  çalışmalıdırlar.  Platon  fəlsəfəsinə  görə, 

həqiqi kopiya tələbi qaçılmazdır. 

Beləliklə,  incəsənətin  imitasiya  kimi,  mimezis  (mimesis)  kimi 

nəzəriyyəsi  yenidən  yaratmanın  həqiqiliyi  tələbi  ilə  bağlıdır:  öncə 

hissi  reallığın  və  sonra  ideal  reallığın  (əsl  reallıq  Platon  üçün  məhz 

ideal reallıq idi). Amma insanlar özlərinin bütün həyatları boyu davam 

edən  təhsil  prosesində,  daimi  olaraq  hissi  dünya  ilə  ideyaların  dərki 

arasında  qalırlar.  Bu,  incəsənət  nümayəndələrinə  də  aiddir.  Platona 

görə,  elə  bu  səbəbdən  də,  incəsənət  xadimləri  yalnız  hissi  şeylərdən 

deyil,  həm  bilavasitə  olaraq  ideyalardan  da  ilhamlana  bilərlər.  Belə 

halda  incəsənət  ideyaların  özünəməxsus  bir  ötürülmə  mühiti  olmuş 

olur.  Lakin  bu,  Platona  görə,  kifayət  qədər  şübhə  doğurandır,  çünki 

incəsənət  nümayəndələri  filosofların  intellektual  hazırlığına  malik 

deyillər.  Bunun  təsiri  ilə  də,  hətta  ideyalarla  ilhamlanan  sənətkarlar 

belə özlərinin dərk etdikləri ideyaları olduğu kimi ifadə edə bilmirlər. 

Onlar daha çox ideyaları təhrif edə bilərlər. Elə buna görə də, ideyalar 

dünyasının  idrakı  üçün  məhz  filosoflar  cavab  verməlidirlər,  hətta 

söhbət bilavasitə olaraq ideyalarla ilhamlanmadan getdikdə belə. 



Dövlət  dialoqunda  incəsənətin  müxtəlif  nümayəndələrinin 

özlərini necə aparmasının müfəssəl təsviri verilir. Məsələn, şairlər nə 

qədər  füsunkar  olsalar  da,  həqiqətdən  uzaqdırlar,  buna  görə  də, 

ideyaların  biliciləri  tərəfindən  nəzarət  altında  saxlanılmalıdırlar: 

«bizim  dövlətdə  poeziya  yalnız  o  ölçüdə  qəbul  olunur  ki,  onun 

məzmunu  tanrılara  yönələn  himnlərdən  və  fəzilətli  insanlara 

müraciətlə  deyilən  alqışlardan  ibarət  olmuş  olur"  (Dövlət  607a). 

"Keyfiyyət  üzərində  belə  bir  nəzarət"  yalnız  söz  sənəti  ilə  bağlı  olan 

incəsənət  növlərinə  aid  edilmir.  O,  həmçinin  Platona  görə,  ruha 

birbaşa təsir  göstərən incəsənət növlərinə  - musiqiyə  və nəğməyə  də 

tətbiq oluna bilər. Platon elə buna görə də, musiqini də qadağan edir. 

Bu,  həm  nəzarətsiz  ehtirasları  coşduran  musiqiyə,  həm  də  ruhu 

sakitləşdirən və zərifləşdirən musiqiyə aiddir. Amma musiqi də digər 

incəsənət növləri kimi ruhun tərbiyəsi prosesinin bir hissəsi və əxlaqın 

möhkəmləndirilmə vasitəsi olmalıdır. O da, poeziya kimi ideyaların və 



 

203 


ədalətin bizim fikirlərimizlə və emosiyalarımızla vulqarlaşdırılmasına 

və  təhrif  edilməsinə  deyil,  onların  dərk  olunmasına  yardım etməlidir. 

Platon  bölünmənin  və  differensiasiyanın  deyil,  bütövlüyün  və 

dialektik  inteqrasiyanın  xüsusi  istedadına  malik  olan  filosof  idi. 

Vəhdət  və  razılıq  ayrılmadan  daha  üstündür.  Bu  mənada  o,  "holist" 

idi,  bütövlüyün  tərəfdarı  idi.  O,  müxtəlif  sahələri  və  vəzifələri 

fərqləndirmədiyindən  bu  sahələrin  təklif  edə  biləcəyi  yaradıcılıq 

azadlığı üçün də yer tapmaq iqtidarında deyildi. 




 

204 


DÖRDÜNCÜ FƏSİL 

 

ARİSTOTEL: 

POLİTİYA - SİYASƏT İCMADA  

AĞILLI HƏYAT KİMİ 

 

Həyatı.  Aristotel  (Aristotle,  b.e.ə.  384-322)  İoniyanın 

Makedoniya  sahillərində  yerləşən  Stagir  adlı  bir  polisində  anadan 

olmuşdur. Onun atası Makedoniya hökmdarının sarayında həkim idi. 

Mümkündür  ki,  atasının  sənəti  Aristotelin  biologiyaya  maraq 

göstərməsində müəyyən rol oynamışdır. İstənilən halda, o, Aristotelin 

təfəkkür  tərzinə  güclü  təsir  göstərmişdir,  (Platonun  təfəkkür  tərzinə 

riyaziyyatın  göstərdiyi  təsirə  oxşar  olaraq)  və  onun  bütün  empirik 

müxtəlifliyi təsnif etmək meylini şərtləndirmişdir. 

Aristotel 

17-18 

yaşlarında  ikən  Afinaya  gəlmiş  və 



Akademiyanın  tələbəsi  olmuşdur.  O,  ömrünün  20  ilini,  347-ci  ildən 

Platonun  ölümünə  qədərki  dövrü  burada  keçirmişdir.  Aristotel  bir 

filosof olaraq Platonun ciddi təsirinə məruz qalmışdır, baxmayaraq ki, 

o,  tədricən  Platon  fəlsəfəsindən  uzaqlaşmış  və  öz  fəlsəfəsini  inkişaf 

etdirmişdir,  o  fəlsəfəni  ki,  bir  çox  aspektləri  nöqteyi-nəzərindən 

Platonun  baxışlarına  zidd  idi.  Bu,  Platonun  həm  ideyalar  haqqında 

təliminə,  həm  də  onun  siyasi  nəzəriyyəsinə  aiddir.  Əgər  Platon 

müəyyən  mənada  "yuxarıya"  -  ideal  ideyalara  baxırdısa,  Aristotel 

"ətrafındakı"  çoxsaylı  xüsusi  hadisələrə  diqqət  yetirirdi.  Əgər  Platon 

əbədi  və  mükəmməl  ideal  dövlət  haqqında  təlimi  inkişaf  etdirməyə 

çalışırdısa,  Aristotel,  öz  işini  dövlətin  mövcud  formalarının 

öyrənilməsindən  başlayaraq,  onlar  arasında  reallaşdırılması  mümkün 

olan  ən  yaxşı  dövlətin  tapılmasına  çalışırdı.  Amma  Platonun  və 

Aristotelin təlimləri arasında bu fərqlər onlarda ümumi olanın üzərinə 

kölgə salmamalıdır. 

Platonun  ölümündən  sonra  Aristotel  bir  neçə  səyahəti  həyata 

keçirmişdir.  Bu  zaman,  o,  həmçinin  sualtı  dünyanın  belə  həyatını 

öyrənmişdir  (Lesbos  adası  ətrafında).  Təsviri  biologiyanın 

nümayəndəsi olaraq, o, eksperiment aparmağı deyil, müşahidə etməyi 

və  təsnif  etməyi  öyrəndi.  Eksperiment  isə  öz  çiçəklənməsinin 

başlanğıcını məlum olduğu kimi Renessans dövründən götürür. 

Aristotel  üç  ildən  daha  artıq  bir  müddət  ərzində  Makedoniya 

taxt-tacının varisi olan, sonradan Makedoniyalı İsgəndər kimi tanınan 

Aleksandrın  müəllimi  oldu.  Lakin  onların  bir-birinə  dərin  təsir 

göstərmələri  kifayət  qədər  şübhəlidir.  Aristotelin  siyasi  maraqlarının 

mərkəzində həmişə polis dururdu və o, İsgəndərin yunanları və farsları 

birləşdirə biləcək imperiya yaratmaq barədə ideyasını bölüşmürdü. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə