Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə99/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   95   96   97   98   99   100   101   102   ...   402

 

209 


məxsus  olduğu  totallıqdan  kənarda  müzakirə  etmək  problematikdir. 

Bundan da daha çox deyilsə, bu eyni arqumentdən iki və ya daha çox 

müxtəlif kontekstlərdə danışmaq daha çox problematikdir. 

Burada  biz  ayrıca  aspektlərlə  (arqumentlərlə,  anlayışlarla) 

onların  məxsus  olduqları  fəlsəfi  təlim  arasında  daxili  əlaqə  barədə 

məsələyə  toxunuruq.  Ayrıca  aspektlərlə  onların  məxsus  olduqları 

fəlsəfi təlim arasında daxili qarşılıqlı əlaqə xüsusi arqumentlərin və ya 

tezislərin  təcrid  olunmasını,  eyniləşdirilməsini  və  müqayisəsini 

problematik  edir.  Elə  buna  görə  də,  fəlsəfə  tarixində  müxtəlif 

sistemlərin müqayisəsi  müəyyən  mənada  o  qədər  də  etibarlı  deyildir. 

Bu  da  təcrid  olunmuş  mövzuların  bütün  sxematik  təsvirlərinə  tətbiq 

oluna  bilər.  Elə  buna  görə  də,  hər  bir  sistemə  müəyyən  qədər  nüfuz 

etmə, onun müqəddəm şərtlərinin dərinliklərinə varma və xüsusən də 

ilk  mənbələrin  oxunması  fəlsəfənin  öyrənilməsinin  ən  düzgün 

metodudur. 

Platon, ənənəvi şərhə uyğun olaraq, belə hesab edir ki, ideyalar 

odur ki, onlar həqiqətən də mövcuddurlar, Aristotel isə təsdiq edir ki, 

müstəqil olaraq mövcud olanlar ayrı-ayrı şeylərdir və ya - Aristotelin 

öz terminologiyasında - substansiyalardır

81

. Eyfel qülləsi, qonşunun iti 



və  bu  karandaş  ayrıca  şeylərin  nümunələridir  və  ya  Aristotelin 

anladığı  mənada  substansiyalardır.  Bütün  bunlar  müstəqil  olaraq 

mövcuddurlar.  Eyni  zamanda  Eyfel  qülləsinin  hündürlüyü,  itin  qara 

rəngi  və  karandaşın  altı  tilli  kəsiyi  isə  xassələrdir  və  bu  xassələr 

qüllədən,  itdən  və  karandaşdan  asılı  olmayaraq  mövcud  deyillər. 

Substansiyalar  xassələrə  malikdirlər  və  xassələr  substansiyaların 

xassələri kimi mövcuddurlar. Xassələr substansiyadan kənarda hansısa 

müstəqil mövcudluğa malik deyillər. 

Biz  müxtəlif  sarı  predmetlərə  baxa  bilərik  və  «sarı»  xassəsi 

barədə danışa bilərik. Bu, başqa obyektlər və onların xassələri üçün də 

mümkündür.  Amma,  Aristotelə  görə,  bu,  "sarı"  xassəsini  müstəqil 

olaraq  mövcud  olan  ideyaya  çevirmir.  "Sarı"  xassəsi  yalnız  sarı 

şeylərdə mövcuddur, çünki sarı şeylər mövcuddurlar. 

Uyğun olaraq, biz bizə məlum olan atlara baxa bilərik və onlar 

barədə  bir  at  olaraq  danışa  bilərik.  O  zaman  ki,  biz  ayrıca  atlardan 

bütün fərdi və təsadüfi xassələri ayıraraq tullayırıq, belə olduğu halda 

biz bütün atlar üçün xarakterik olanı saxlamış oluruq. Bu halda onların 

ala  və  ya  qara  olması,  kök  və  ya  arıq  olması,  sözəbaxan  və  ya  tərs 

                                                

81

 "Substantia"  –  yunan  sözü  olan  "ousia"nın  latın  ekvivalentidir.  Sonradan 

biz görəcəyik ki, substansiya termini Dekart və Spinoza kimi başqa filosofların 

da  təlimlərində  mühüm  rol  oynamışdır.  Amma  onlar  ona  tamamilə  başqa 

məna vermişlər. 



 

210 


olması  bir  o  qədər  də  mühüm  deyildir.  Bizim  atın  nə  olduğunu 

düşündüyümüz  zaman  bütün  bu  xassələr  qeyri-mühümdür.  Lakin 

digər xassələr də vardır ki, at onlarsız at ola bilməz, məsələn, məməli 

olmaq  və  dırnaqlara  malik  olmaq  xassələri.  Belə  xassələr  mühüm 

adlanırlar  -  onlar  substansiyaların  verilmiş  növünü-  səciyyələndirəni 

ifadə  edirlər.  Mühüm  və  qeyri-mühüm  xassələrin  arasındakı  fərqlərin 

köməyi  ilə  biz  növ  anlayışını  irəli  sürə  bilərik.  Məsələn,  "at"  növü 

atların malik olduqları mühüm xassələrdən ibarətdir. 

Aristotel  təsdiq  edir  ki,  substansiya  odur  ki,  o,  həqiqətən  də 

mövcuddur.  Amma xassələr  və növlər nisbi  mövcudluğa  malikdirlər, 

çünki  onlar  substansiyalarda  və  ya  substansiyalarla  (ayrıca  şeylərlə) 

mövcuddurlar. Burada illüstrasiya olaraq belə bir sxem təqdim oluna 

bilər. 

Qəhvəyi  qapı  /  Qəhvəyi  =  ayrıca  şey  /  xassələr  və  növlər  = 



müstəqil mövcud olma / nisbi mövcud olma       b.k.s.120 

Bu  mənada  Aristotel  ideyaları  şeylərə  «yükləyir», xassələri və 

növləri isə ayrıca şeylərdə mövcud olma ilə əlaqələndirir. 

İlk  baxışda  Aristotel  tərəfindən  irəli  sürülən  fərq  sadə  və 

anlaşıqlı görünür. Amma o zaman ki, biz ona daha yaxından baxırıq, 

o, tez bir zamanda mürəkkəbləşir. Əgər müstəqil olaraq mövcud olan 

ayrıca  obyektdən  nisbi  mövcudluğa  malik  olan  bütün  xassələr 

uzaqlaşdırılsa, belə halda onda nə qalmış olar? 

Platon və Aristotel arasındakı münasibəti sxematik olaraq belə 

xarakterizə etmək olar. 

Həm  Platon,  həm  də  Aristotel  güman  edirlər  ki,  konseptual 

sözlər (məsələn, "qırmızı", "dəyirmi" və i.a. kimi xassələrin adları və 

"at",  "insan"  və  i.a.  kimi  növlərin  adları)  nəyinsə  mövcud  olduğunu 

göstərir.  Amma  Platon  belə  hesab  edir  ki,  bu  "nəsə"  "ideyalardır", 

onlar  hissi  fenomenlər  "arxasında"  mövcuddurlar.  Biz  deyirik  ki,  bu 

stuldur  və  bu  stul  göydür,  amma  bunu  görmək  üçün,  biz  artıq  "stul" 

ideyasına və "göy" ideyasına malik olmalıyıq. Məhz ideya bizə imkan 

verir ki, fenomenlərdə onların nə olduqlarını görək, məsələn, bir "stul" 

olaraq,  "göy"  olaraq.  Əksinə,  Aristotel  təsdiq  edir  ki,  bu  "nəsə"  - 

hisslərlə  qavranılan hadisələrdə  mövcud  olan  "formadır".  Lakin  bunu 

həddindən artıq hərfi mənada başa düşmək lazım deyildir. Aristotelin 

fikrinə  görə,  biz  universalı  və  ya  formanı  yalnız  zəkanın  köməyi  ilə 

dərk  edə  bilərik.  Konkret  at  üçün  nəyin  unikal  olduğundan 

abstraktlaşaraq, biz «at» ümumi formanı qavramaq iqtidarında oluruq. 

Lakin  biz  hissi  olaraq  konkret  atı  qavrayırıq,  amma  «at»  forması  isə 

konkret atda həqiqətən də mövcud olsa da, biz hissidən və xüsusidən 

yalnız mücərrədləşə bilərik. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə