Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə100/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   96   97   98   99   100   101   102   103   ...   402

 

211 


Platona görə hissi təcrübə idrakın qeyri-mükəmməl formasıdır. 

Həqiqi  idrak  isə  ideyaların  dərk  olunmasıdır.  Və  bu  dərk  olunma 

ideyalar dünyasının hissi dünyanın arxasında olmasını nəzərdə tutur. 

Aristotel  üçün  hissi  təcrübə,  empiriklik  daha  çox  müsbət 

mənaya  malikdir.  Mövcud  olan  və  yeganə  olaraq  mövcud  olan,  hər 

şeydən  öncə,  -  ayrı-ayrı  şeylərdir  (substansiyalardır).  Amma  biz 

təfəkkürün  köməyi  ilə  bu  şeylərdəki  ümumi  formaları  ayıra  bilmək 

iqtidarındayıq.  Abstraktlaşmanın  köməyi  ilə  biz  şeylərdəki  ümumi 

formaları  dərk  edirik.  Başqa  sözlə,  hissi  təcrübə  və  təfəkkür  Platon 

üçün olduğundan fərqli olaraq Aristotel üçün daha artıq bir dərəcədə 

eyni hüquqludur

82



Demək olar ki, Aristotel müxtəlif nəzəri elmləri adi təcrübədən 

müxtəlif  abstraktlaşma  səviyyələri  olaraq  şərh  etmişdir.  Gündəlik 

həyatda biz maddi şeylərin bilavasitə hissi təcrübəsinə malikik. Fizika 

ayrıca  maddi  şeylərin  müxtəlif  qeyri-mühüm  xassələrindən 

abstraksiya olunur. Onun obyekti burada və indi mövcud olan konkret 

daş deyildir, bir fiziki obyekt kimi mövcud olan, müəyyən ağırlığa və 

hərəkətə  malik  olan  daşdır.  Riyaziyyat  abstraktlaşmanın  növbəti 

dərəcəsidir  –  bu,  şeylərin  maddi  xassələrindən  abstraktlaşmadır, 

burada şeylər yalnız həndəsi formalar və ya ədədlər kimi çıxış edirlər. 

Nəhayət,  abstraktlaşmanın  sonrakı  gedişində  biz  metafizikaya  gəlib 

çıxırıq,  metafizika  isə  bütövlükdə  universal  prinsipləri  və  xassələri 

tədqiq edir. 

Aristotel  sanki  hissi  təcrübədən  abstraktlaşma  vasitəsi  ilə 

"yuxarıya  doğru"  hərəkət  edir.  Platon  isə  əksinə,  müəyyən  mənada  " 

yuxarıdan" başlayaraq, "aşağıya doğru", hisslərlə qavranılan dünyaya 

doğru  hərəkət  edir.  Amma  bu  eniş  ideyaların  reallaşmasıdır.  Biz, 

Platona görə, ideyalardan başlaya bilmərik. Bu müqəddəm şərt yalnız 

şeylərdə ideyaların varlığını dərk etmə vasitəsi ilə, yəni onların enişlə 

predmetləşməsi  vasitəsilə  dialektik  olaraq  "yuxarıya"  çevrilir. 

Müəyyən və etibarlı olan - artıq əldə edilmiş ideyaların məhz dialektik 

dərkidir.  Biz  riyaziyyat,  fizika  və  humanitar  elmlər  vasitəsi  ilə 

"aşağıya", daha dəyişkən obyektlərə enirik, onların dərk olunması isə 

getdikcə  daha  etibarsız  və  qeyri-müəyyən  olur.  Heç  kəs  idrakı 

müstəsna  dərəcədə  ideyalar  dünyasından  başlamır.  Bizim  hamımız 

ideyaların  dərki  yolunda  bütün həyat  boyu  davam  edən  səylərimizdə 

"yuxarı" və "aşağı" arasında səyahət etməliyik. 

                                                

82

 Aristotel  üçün  idrak  hissi  təcrübədən  başlanır.  Amma,  onun  haqqında, 

məsələn, müxtəlif atların hissi qavranılması haqqında düşünərək, insan bütün 

ayrıca  atlarda  mövcud  olan  "at"  formasını  dərk  edə  bilər.  Fəlsəfi  idrak 

formalar haqqında düşüncənin nəticəsində mümkün olur.  



 

212 


Platonizm  və  aristotelizm  arasında  fərqlərin  nəzərdən 

keçirilməsinə  biz  daha,  universaliyalar  haqqında  mübahisəni  şərh 

etdiyimiz zaman qayıdacağıq (Fəsil 6). 

 

Ontologiya və epistemologiya – 

forma və materiya; 

dörd səbəb 

 

Mövcudatın  fundamental  formaları  haqqında  fəlsəfi  təlimlər, 



məsələn  ideyalar  haqqında  təlim  və  ya  substansiyalar  və  xassələr 

haqqında  təlimlər  ontologiyaya  məxsusdur.  İdrakın  fundamental 

formaları 

haqqında 

təlimlər 

isə 


epistemologiyaya 

(idrak 


nəzəriyyəsinə) aiddir. 

Aristotel  üçün  idraki  prosesdə  birinci  addım  ayrıca  şeylərin 

bizim  hisslərimiz  tərəfindən  qavrayışından  ibarətdir.  Növbəti  addım 

təsadüfidən  mühüm  və  ümumi  olanın  abstraktlaşma  yolu  ilə  dərk 

olunmasıdır.  Bunun  ardınca  qeyd  edək  ki,  mühüm  və  ümumi  olan 

tərifdə  ifadə  olunur,  məsələn,  "at"ın  bir  növ  kimi  tərifində.  Əgər  biz 

növün  mühüm  xassələrin  tərifinə  malikiksə,  onda  biz  daha  yüksək 

səviyyənin idrakına malikik, belə ki, indi onun obyekti dəyişməzdir və 

mühümdür.  Deməli,  Aristotel  biliyin  əldə  edilməsini  bir  proses  kimi 

nəzərdən  keçirmişdir,  bu  proses  hissi  təcrübədən  başlanır  və 

abstraktlaşma prosesi kimi mahiyyətin dərk olunması ilə tamamlanır, 

bu isə mühüm və ümumi olanın aşkar edilməsinə aparıb çıxarır. 

Aristotel  məhz  ayrı-ayrı  şeylərin,  substansiyanın  müstəqil 

mövcudluğa  malik  olmasını  təsdiq  etsə  də  (onun  ontologiyasının 

tezisi),  amma  o,  həmçinin  belə  hesab  edir  ki,  bizim  axtarmalı 

olduğumuz bilik mühüm və ümumi xassələr haqqındakı bilikdir (onun 

epistemologiyasının tezisi). 

Ayrıcanın  idrakından  ümumi  və  mühüm  olanın  idrakına 

keçiddən  (özünəməxsus  bir  induksiya)  sonra  məntiqi  olaraq  ümumi 

əhəmiyyətə  malik  olan  nəticələr  (deduksiya)  formasında  mahiyyətin 

idrakı  baş  verir,  bu  isə  digər  həqiqi  müddəaların  əldə  edilməsinə 

imkan yaradır. Əgər biz atın məməli olduğunu və Pepelin at olduğunu 

biliriksə,  onda  biz  belə  bir  nəticə  çıxara  bilərik  ki,  Pepel  məməlidir. 

Sillogistikanın ümumi əhəmiyyətə malik olan və zəruri olan nəticələr 

barədə təlim kimi işlənilmə xidməti Aristotelə məxsusdur. 

1500-1600  illərdə  yeni  eksperimental  elmin  meydana  çıxması 

ilə  bağlı  olaraq  Aristotelin  idrak  nəzəriyyəsi  əsaslı  tənqidə  məruz 

qaldı,  çünki  Aristotelin  idrak  nəzəriyyəsi  ümuminin  mahiyyətə  tərif 

verməyə  aparan  induktiv  formulirovkalarının  və  onlardan  alınan 

deduktiv  nəticələrin  əhəmiyyətini  vurğulayırdı.  Lakin  Aristotel  belə 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə