Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə93/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   89   90   91   92   93   94   95   96   ...   402

 

196 


"tam  kompetensiyaya"  malik  olanlarla  (həm  olana  həm  də  olmalı 

olana  münasibətdə)  bu  kompetensiyadan  məhrum  olanlar  arasındakı 

fərq – postulat olmaqdan daha çox deyildir. Real problem isə ondadır 

ki,  heç  bir  kəs  hər  bir  şeyin  bilicisi  deyildir  və  heç  kəs  faktlara, 

dəyərlərə  və  ya  perspektivlərə  münasibətdə  tamamilə  biliksiz, 

tamamilə  nadan  deyildir.  Deməli,  xalq  hakimiyyəti  ilə  kompetent 

olanlara  məxsus  hakimiyyət  arasında  qarşılıqlı  əlaqə  problemi 

əhəmiyyətli dərəcədə mürəkkəbdir. 

Amma,  təsdiq  etmək  olar  ki,  Platon  tərəfindən  irəli  sürülən 

tələblər  normal  insani  qabiliyyətləri  üstələyir.  O,  adamlardan  o  şeyi 

tələb edirdi ki,  insanlar buna çətin ki, qabil idilər və ya onlar çətin ki, 

bunu  etmək  istəyəydilər.  Lakin  insanlar  əslində  nə  istəyirlər? 

Adamları  istədiklərini  deməyə  nə  vadar  edir,  -  manipulyasiyamı 

(siyasətmi)  və  ya  anonim  qüvvələrmi?  Axı  insanların  öz  arzuları 

barədə danışdıqları heç  də həmişə  onların həqiqətən  də  istədikləri  ilə 

uzlaşmır.  Bu,  bir  sosioloji  faktdır.  İnsanların  "həqiqətən  nə 

istədiklərini" Platon haradan bilir? Məgər o, təsdiq etmirdi ki, insanlar 

əslində reallaşdırmaq iqtidarında olmadıqlarını, məsələn ailə və xüsusi 

mülkiyyət  olmadan  cəmiyyətin  xatirinə  yaşamağı  "real  olaraq 

istəyirlər". 

Ehtimal  ki,  Platon  belə  cavab  verərdi  ki,  ideal  təhsil  sistemi, 

əslində, hər bir kəsi cəmiyyətdə onun əsl yeri ilə təmin edir, yəni hər 

bir  kəs, əslində, nəyə  qabildirsə,  onu  da  etməlidir, hamıdan  yaxşı  bir 

tərzdə hazırlaşdığını etməlidir. Elə buna görə də, ideal cəmiyyətdə hər 

bir kəsin məşğuliyyəti  onun  qabiliyyətlərini  üstələməməlidir.  Əksinə, 

hər bir kəs öz "qabiliyyətlərinə uyğun olaraq" və ya özünün daha yaxşı 

xüsusiyyətlərinə  uyğun  olaraq  yaşamalıdır.  Bizim  həqiqətən  də 

"istədiyimiz"  -  bizim  qabiliyyətlərimizi  ən  yaxşı  bir  qaydada 

reallaşdırmaqdır.  Bu  halda  fəzilət  ideyası  nəyin  ən  yaxşı  olduğunu 

müəyyənləşdirir.  Bizim  nə  etməli  "olduğumuzu"  müəyyənləşdirmək 

üçün  bu  ideyadan  başqa  digər  bir  əsas  mövcud  deyildir.  Nəyin 

xeyirxahlıq  olduğunu  insanların  heç  də  təsadüfi  və  dəyişkən 

mövqeləri, fikirləri deyil, məhz vahid və dəyişməz olan fəzilət ideyası 

müəyyənləşdirir.  Beləliklə,  hər  bir  kəsin  həqiqətən  istədiyi  odur  ki, 

onu  eyni  zamanda  həm  edə  bilir  və  etməlidir.  Elə  buna  görə  də,  bu 

nəzəriyyədə  şəxsi  və  ictimai  mənafelər  arasında  ziddiyyət  mövcud 

deyildir. 

Beləliklə,  eqoizm,  Platona  görə,  sadəcə  olaraq  bir  əxlaqi  səhv 

deyildir. Eqoizm o faktı ifadə edir ki, insanlar insani varlıq olmanın nə 

məna  daşıdığını  prinsipial  olaraq  başa  düşmürlər.  Onlar  başa 

düşmürlər ki, şəxsi və ictimai mənafelər uzlaşırlar; nə cəmiyyət fərdə 

münasibətdə nəsə zahiri bir şey deyildir, nə də insan həmişə cəmiyyət 




 

197 


daxilində  deyildir. Eqoist insan ruhi  xəstəyə  bənzəyir,  o ruhi  xəstəyə 

ki,  ayaqlarını  çəlləyə  qoyaraq  ağac  kimi  yetişə  biləcəyini  hesab  edir. 

O,  qətiyyən  başa  düşmür  ki,  insan  olmaq  nə  deməkdir.  Bunu  başqa 

sözlə  ifadə  edək.  Eqoizmi  və  altruizmi  qarşı  qarşıya  qoyma  fərd  və 

cəmiyyət arasında o fərqi nəzərdə tutur ki, Platon ona qarşı etiraz edir. 

Fərd  və  cəmiyyət  yalnız  abstraksiyada  özləri  üçün  kifayət  dərəcədə 

yetərli  ola  bilirlər.  Reallıqda  insanlar  və  cəmiyyət  ayrılıqda  mövcud 

deyildir. 

Fərdin arzuları və ictimai borc arasında ziddiyyət adlanan şey, 

Platona görə, bir yanlışlıqdır. Düzgün cəmiyyətdə fərdin arzu etdiyi - 

cəmiyyətin  ondan  tələb  etdiyidir,  yəni, hər  bir  insan  özünün  ən  yaxşı 

keyfiyyətlərinin reallaşmasına  və əmək  bölgüsü  vasitəsi ilə öz  həqiqi 

tələbatların  ödənilməsinə  çalışır ki,  bu  da peşə  öhdəliklərinin  ədalətli 

bölgüsü üzərində qurulmalıdır

75



Platona görə, ideal dövlətdə azadlığın çatışmazlığından şikayət 



edənlər  özlərinin  şəxsi  xoşbəxtliyinin  nədən  ibarət  olduğunu  başa 

düşmürlər,  onlar  başa  düşmürlər  ki,  azadlıq  onların  öz  həyatlarının 

azad bir şəkildə reallaşmasından ibarətdir və bu da yalnız cəmiyyətdə 

mümkündür.  Platonun  əsas  insani  hüquqlara  qəsd  etdiyini  güman 

edənlər başa düşmürlər (Platon, ehtimal ki, belə deyərdi) ki, hüquqlar, 

deyək  ki,  dişlərdən  və  saçlardan  fərqli  olaraq,  insanın  cəmiyyətdən 

asılı  olmayaraq  malik  olduğu  bir  şey  deyildir.  Hüquqlar  insanların 

cəmiyyətdə  yerinə  yetirdikləri  rolla  və  funksiyalarla  ayrılmaz  olaraq 

bağlıdır. 

Platonun  siyasi  təlimi  avtoritarizm  təhlükəsi  momentlərini 

özündə daşımırmı? Müəyyən dərəcədə - bəli, əgər onu hərfi olaraq və 

bizim  müasir  anlamda  başa  düşsək.  Platonun  "avtoritar  hakimiyyət 

tərəfdarı"  olması  hər  şeydən  əlavə,  özünü  onun  belə  bir  inamında 

göstərir  ki,  bizim  "kompetent"  olmağımız  üçün  hansı  "dərsləri" 

öyrənməli olduğumuzu və hansı "imtahanları" verməli olduğumuzu o 

bilir!  Platon  adamlara  özünün  dövlət  haqqında  təliminin  müqəddəm 

şərtlərini  müzakirə  etmək  imkanını  vermir.  Onun  vətəndaşları  bu 

təlimin  başlıca  prinsipləri  ilə  bağlı  heç  bir  rasional  məsələni  qarşıya 

qoymaq imkanına malik deyillər. Azad və tənqidi düşüncələrə burada 

yol verilmir. 

Platonun müdafiəsi məqsədilə onu demək olardı ki, o, öz ideal 

dövlətini həyatda tamamilə reallaşdırmaq üçün əslində heç bir zaman 

                                                

75

 Platon burada müasir problemi - "ədalətli" sinfi dövlətdə qabiliyyətlərdə və 

təhsildə  fərqlər  əsasında  reallaşmış  sosial-sinfi  differensiasiya  təhlükəsi 

problemini  -  qabaqlayır.  Baxın.  M.  Young:  The  Rise  of  the  Meritocracy.  - 

London, 1958.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə