Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə85/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   81   82   83   84   85   86   87   88   ...   402

 

179 


Belə  sadə  sualların  və  arqumentlərin  köməyi  ilə  biz  Platonun 

ideyalar təlimini anlamağa yaxınlaşırıq. Çevrə və üçbucaq ideyaları və 

ya  buna bənzər ideyalar intelligibeldir, dərrakənin (Verstand) köməyi 

ilə  dərk  ediləndir.  Qavranılan  ayrı-ayrı  çevrələr  və  üçbucaqlar  uyğun 

ideyaların,  necə  deyərlər,  keçici,  ötəri  təsəvvürləridir.  Bu  dəyişkən 

ötəri  təsəvvürlərin  əksinə  olaraq  ideyalar  dəyişməzdirlər  və 

ümumidirlər. İdeyalar bizim "daxilimizdə" olan fikirlər deyildir, onlar 

obyektiv olaraq mövcuddurlar və ümumi əhəmiyyətə malikdirlər. 

Cavabı anlamaq üçün, bir daha fəlsəfi sorğu sxemindən istifadə 

edək:  sual  -  arqument  -  cavab  -  nəticə.  Platonun  cavabının 

nəticələrindən  biri  aşağıdakı  müddəadır.  Əgər  dünya  həqiqətən  də 

"ikiləşmişsə",  yəni  iki  mövcudluq  üsuluna  (hissi  şeylər  və  ideyalar) 

malikdirsə, onda ümumi əhəmiyyətə malik olan etika (əxlaq) üçün də 

şərait  yaranır.  Belə halda  biz  "fəzilət  - nəsə  obyektiv  olaraq mövcud 

olan bir şeydir" müddəasını necə təsdiq etmək olar" sualının cavabını 

müəyyən qaydada izah edirik. Yəni, o, ideya formasında mövcuddur. 

Bu vaxta qədər "nəyi mövcud olan hesab etmək olar?" ontoloji 

sualı  riyaziyyat  kontekstində  nəzərdən  keçirilmişdir.  Amma  əgər 

başqa  nümunəyə  müraciət  etsək,  onda  Platonun  ideyalar  haqqında 

təlimi daha anlaşıqlı olar. 

Əgər "nəyin nəcib əməl olduğu" soruşularsa, onda cavab olaraq 

bir  neçə  konkret  situasiyanı  göstərmək  çətin  deyildir.  Məsələn,  buz 

altında  qalan  insanın  xilas  edilməsi  nəcib  əməldir.  Amma  bu  əməl 

konkret olaraq nədən ibarətdir? Özünü köməyə yetirmədənmi? Buzun 

üzərinə  nərdivanı  atmadanmı?  Nərdivanın  üzəri  ilə  sürünmədənmi? 

Biz  bu  situasiyanı  predmetli  bir  tərzdə  təsəvvür  etmək  və  ya  görmək 

iqtidarında deyilik. O, bizim tərəfimizdən hiss olunaraq qavranılan bir 

şey  deyildir.  Buna  baxmayaraq  biz  belə  bir  əməlin  nəcib  olduğuna 

əminik.  Niyə?  Platon  bu  suala  belə  cavab  verərdi:  ona  görə  ki,  biz 

artıq nəcib əməl ideyasına malikik və bu da, hərəkətin nəcib olduğunu 

anlamaqda bizə kömək edir. 

Sonra  isə  soruşmaq  olar:  "Anlayış  nədir?"  Gələcəkdə  biz 

görəcəyik ki, bu sual fəlsəfə tarixinin ən mübahisəli məsələlərindəndir 

(baxın, məsələn, universaliyalar barədə orta əsr mübahisələri, Fəsil 6). 

Biz onu belə bir qaydada sadələşdirə bilərik. Pyotrun atı (məkanda və 

zamanda  hissi  olaraq  qavranılan  fenomen)  barədə  danışıldığı  zaman 

konkret  at  nəzərdə  tutulur  ki,  onu  da  göstərmək  mümkündür.  Digər 

tərəfdən,  biz  ümumiyyətlə  at  barədə  danışığımız  zaman,  demək  olar 

ki,  biz  "at"  anlayışı  barədə  danışırıq.  Hər  bir  dil  bu  anlayışı  ifadə 

etmək  üçün  öz  sözlərindən  istifadə  edir:  at,

  лошадь,  horse,  Pferd, 

hest,  cheval,  hestur  və  i.a.  Platon  güman  etmişdir  ki,  anlayışlar 

(məsələn, "at" anlayışı və ya biz at, лошадь, horse, Pferd, hest, cheval, 




 

180 


hestur  və  i.a.  sözlərdən  istifadə  edərkən  "göstərdiyimiz"  və  ya 

"nəzərdə  tutduğumuz")  bu  anlayışların  altında  başa  düşülən  ayrı-ayrı 

konkret  obyektlərdən  asılı  olmayaraq  mövcuddur.  Bizim  nümunədə 

onların  sırasına  Equus  caballus  bioloji  növünün  müxtəlif 

nümayəndələri  aiddirlər.  Bu  qaydada  izah  olunan  anlayışları  Platon 

ideya adlandırır. 

Biz  Pepel  ləqəbli  at  barədə  adətən  o  halda  danışırıq  ki,  nəyin 

barəsində  söhbət  getdiyi  bizə  aydındır,  yəni,  bu,  atlar  cinsinin  bir 

nümayəndəsidir  və  bizə  konkret  olaraq  məlum  olan  Pepeldir.  O,  elə 

bir obyektdir ki, biz ona toxuna bilərik və onu göstərə bilərik. "At" isə 

əksinə  olaraq  obyekt  deyildir,  elə  bir  obyekt  deyildir  ki,  onu  tövlədə 

və ya cıdır meydanında görmək və ya göstərmək mümkün olsun. Əgər 

biz məna nəzəriyyəsindən istifadə etsəydik, ona uyğun olaraq görərdik 

ki, dil ifadələri yalnız o halda mənaya malikdir ki, mövcud olan nəyisə 

göstərə  bilir

58

 və  eyni  zamanda  bilərdik  ki,  məsələn,  "at  məməlidir", 



demək  mənalıdır,  onda  buradan  alınır  ki,  "at"  sözü  nəyisə 

göstərməlidir.  Amma  bu  nəsə  hissi  olaraq  qavranılmır,  o,  hiss 

olunmayan nəsə olmalıdır, yəni "at" ideyası olmalıdır. Belə halda "at" 

ideyası  bir  mahiyyət  olaraq  mövcud  olmalıdır,  hətta  əgər  biz  onu 

məkanda və zamanda qavraya bilməsək belə. 

Oxşar 


arqumentlər 

ideyalar 

haqqında 

təlimi 


daha 

doğruyabənzər  edir.  Onlar  bizi  dünyanın  iki  hissəyə  bölünməsinə 

aparıb  çıxarır.  Reallıq  bir-birindən  prinsipial  olaraq  fərqlənən  iki 

üsulla mövcuddur: ideya olaraq və hislərlə qavranılan şey olaraq. 

 

k.s.92Tərc. edilməyib 



 

Bu  ontoloji  dualizm  bir  çox  hallarda  dünyanın  Parmenid  və 

pifaqorçular  tərəfindən  irəli  sürülən  bölgüsünə  uyğun  gəlir.  Başlıca 

fərq ondadır ki, Platon tərəfindən irəli sürülən ontoloji dualizm ümumi 

əhəmiyyətə malik olan etik-siyasi normaların necə mümkün olduğunu 

müəyyən qaydada izah edir. Fəzilət - etik və siyasi normalar – ideya 

olaraq mövcuddur. 

İdeyalar  məkandan  və  zamandan  asılı  olmayaraq  mövcuddur. 

Onlar məkan-zaman xassələrinin köməyi ilə təsvir oluna bilməz. Belə 

ki,  yeddi  anlayışı  rəng  termininin  köməyi  ilə  təsvir  oluna  bilməz. 

Lakin  məkanda  və  zamanda  qavranılan  şeylər  bu  və  ya  digər  tərzdə 

                                                



58

 Əlbəttə ki,  bu,  çox  mübahisəli tezisdir. Axı,  məsələn,  "və  ya"  və "ola  bilər" 

tipli  sözlər  və  söz  birləşmələri  mənalıdır.  Linqvistik  mənanın  referensial 

nəzəriyyəsinin  tənqidi  ilə  bağlı  baxın:  J.Searle.  Speech  Acts.  -  Cambridge, 

1969.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə