Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə76/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   72   73   74   75   76   77   78   79   ...   402

 

159 


Belə  bir  məsələni  də  qoymaq  olar:  hansı  insani  keyfiyyətlər  - 

ictimai,  altruistik  və  ya  eqoistik  –  insana  həqiqətən  də  xasdır?  Onun 

spontan impulsları və təbii emosiyaları və ya borc hissi və tərbiyə ilə 

formalaşdırılan  keyfiyyətləri  onu  səciyyələndirirmi?  Yoxsa  insani 

mahiyyətin  özü  normativ  məsələlərdə  ölçü  rolunu  oynayan  tənqidi 

rasionallıqdır? 

Yuxarıda söylənilənlərdən belə bir nəticə alınır: İnsanın nə və 

ya  kim  olduğunu,  cəmiyyətlə,  təbiətlə  və  ənənə  ilə  necə  bağlı 

olduğunu  qabaqcadan  əsaslı  olaraq  aydınlaşdırmadan  "insanın  öz 

davranışı üçün ölçü olması" barədə danışmaq mənasızdır. 

Protaqorun  yalnız  bir  fraqmenti  barədə  bizim  kifayət  qədər 

sərbəst düşüncələrimiz göstərir ki, burada meydana çıxan suallar necə 

də  mürəkkəbdir.  Bizim tərəfimizdən istifadə  olunan  sözlər və  onların 

istifadə üsulları çox vaxt o qədər qeyri-müəyyəndir ki, onların köməyi 

ilə nəyin  barəsində  danışıldığını müəyyənləşdirmək  üçün anlayışların 

xüsusi  analizi  (konseptual  analiz)  zəruri  olur.  O,  fəlsəfənin  mərkəzi 

suallarından  biridir.  Sofistlərdə  və  Sokratda,  Lokkda  və  Maarifçilik 

filosoflarında  və  həmçinin  müasir  mütəfəkkirlərdə  müşahidə  olunan 

rasional  aydınlaşdırma  və  müzakirə  meyli  bu  məsələnin  həllinə 

yönəlmişdir. 

Adətlərin  və  əməllərin  normativ  əsaslarını  aydınlaşdıran 

diskussiyaların gedişində müxtəlif normalar və qaydalar bir sıra bazis 

normalarına  qədər  izlənilir.  Bu  normalar  öz-özlüyündə  dəyərli hesab 

edilir.  Məsələn,  biz  «yolların  salınması  yaxşıdır»  və  ya  «faydalıdır» 

ona  görə  deyirik  ki,  yol  özlüyündə  dəyərə  malik  olan  nəsə  yaxşı  bir 

şeyə  xidmət  edir.  Əgər  məsələ  onda  olsaydı  ki,  biz  nəyə  görə  yol 

salırıq, onda biz daha fundamental dəyəri – bu yolun insanların rifah 

halını yüksəldəcəyini göstərərdik. 

Amma,  necə  sübut  etmək  olar  ki,  nəsə  özlüyündə  xeyirdir 

(nemətdir)?  İlkin normaları necə əsaslandırmalı?  Protaqorun  yuxarıdı 

qeyd  olunmuş  üç  müddəası  -  dini  aqnostisizm  haqqında,  əks  fikrin 

həmişə irəli sürülə bilməsi haqqında və insanın bütün şeylərin ölçüsü 

olması  haqqında  müddəlar  –  ilkin  normaların  əsaslı  olub-olmaması 

probleminə  onun  münasibətinin  necə  olması  barədə  fikir  yürütməyə 

imkan verir. Görünür, bu mülahizələrdən birincisi göstərir ki, Protaqor 

bu  problemi  ilahiyə  –  tanrıların  iradəsinə,  onların  arzularına  və 

göstərişlərinə  -  müraciət  etmək  yolu  ilə  həll  etməyi  mümkün  hesab 

etməmişdir.  Bunun  səbəbi  sadədir  -  biz  tanrılar  haqqında 

müəyyənliklə heç nəyi bilmirik. 

Bizim tanrılar haqqında heç nəyi müəyyənliklə bilə bilməyimiz 

müddəasının lehinə olaraq, Protaqor iki arqument irəli sürür: 1) ilahi 

varlıq hislərlə qavranılanın hədlərindən kənardadır və 2) insan həyatı 




 

160 


həddindən artıq keçicidir. Birinci arqument ilahinin mövcud olmasına 

etiraz  etmir,  onun  hissi  qavrayışa  yatmamasını  təsdiq  edir.  Bu  halda 

qeyri-aşkar  surətdə güman  olunur  ki, hissi qavrayış  insani  təcrübənin 

yeganə fundamental formasıdır. Platonçular, məsələn, bunun əleyhinə 

etiraz  edərdilər.  İnsan  həyatının  qısa  olması  barədə  ikinci 

arqumentdən belə çıxır ki, əgər bizim həyatımız uzun olsaydı, biz ilahi 

haqqında daha çox şeyi bilə bilərdik. Onda bu arqument həm ilahinin 

mövcud olmasını, həm də onun haqqında biliklərin bütün həyat boyu 

bu və ya digər qaydada artmasını qəbul edir. 

İstənilən mülahizə üçün ona elə həmin kontekstdə də tamamilə 

əks  olan  mülahizənin  mövcudluğu  barədə  tezisi  həm  də  belə  şərh 

etmək  olar  ki,  bu,  mövcud  normaların  müzakirə  olunmadan  qəbul 

edilmə  praktikasının  dolayısı  yolla  tənqidi  idi.  Belə  olduğu  halda 

yalnız  qəbul  edilənlərin  deyil,  həm  də  alternativ  əxlaqi  və  ya  siyasi 

normaların xeyrinə eyni uğurla arqumentlər gətirmək olar. Qeyd edək 

ki,  oxşar  əqli  nəticə  ənənələrə  bəraət  qazandırılması  kimi  də  xidmət 

edə  bilər  -  ənənəvi  normalar  da  istənilən  başqa  normalar  kimi  son 

dərəcə yaxşıdır. 

Bunun  ardınca  qeyd  edək  ki,  əgər  aqnostik  tezis  etik-siyasi 

normaların  ilahi  avtoritet  üzərində  əsaslandırılması  əleyhinə  bir 

arqument kimi şərh edilərsə, onda istənilən məsələ üzrə bir-birinə zidd 

olan  fikirlərin  mövcudluğu  barədə  tezisi,  görünür  ki,  etik-siyasi 

normaların  bilavasitə  olaraq  hakim  ənənə  üzərində  əsaslandırılması 

əleyhinə bir arqument kimi şərh etmək olar. 

İnsanın  bütün  şeylərin  ölçüsü  olması  barədə  tezisin  mümkün 

şərhlərinin  birindən  belə  bir  nəticə  çıxır  ki,  normaların  ümumi 

əhəmiyyətə  malik  olması  məsələsində  məhz  cəmiyyət  ali  instansiya 

olur. 


Əgər müzakirə olunan mövzu ilə bağlı, bir tərəfdən, lehinə və 

əleyhinə  olan  fikirlər,  və  başqa  tərəfdən  isə  diskussiyaların  istinad 

etdiyi  müqəddəm  şərtlər  bir-birindən  fərqləndirilsə,  onda  demək  olar 

ki,  bir-birinə  zidd  olan  fikirlərin  mövcudluğu  barədə  tezis 

problemlərin  rasional  müzakirəsi  üçün  şərait  yaradan  müəyyən 

cəmiyyət  daxilində  düzgündür.  Belə  halda  cəmiyyəti  normativ 

problemlərin  həlli  zamanı  son  instansiya  kimi  təqdim  edən  tezis 

cəmiyyəti  müzakirə  olunan  predmetin  bir  hissəsi  kimi  deyil,  insani 

davranış  meydanı  kimi  şərh  edir.  Belə  olduğu  təqdirdə  ictimai 

normalar  şahmat  qaydalarına  bənzəyir.  Bu  qaydaların  sayəsində  biz 

bilirik  ki,  hansı  gediş  yaxşıdır  və  ya  hansı  gediş    pisdir.  Amma 

qaydaların özləri müzakirə predmeti deyildir, ən azı o vaxta qədər ki, 

biz  şahmat  oynayırıq!  Amma  ictimai  normalar  halında  isə  "meydan" 

və  "məzmun"  arasındakı,  müqəddəm  şərtlər  və  onların  nəticələri 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə