Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə72/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   68   69   70   71   72   73   74   75   ...   402

 

151 


relyativizmə  ("universal  əhəmiyyət  daşıyan  əxlaq  və  hüquq  mövcud 

deyildir")  meylli  idilər.  Bir  çox  sofistlər  təsdiq  edirdilər  ki,  hüquq 

adlanan şey  yalnız  onu ifadə  edir ki,  yaranmış ənənəni və  ya  bu  və  ya 

digər  hökmdarın  təsadüfi  qərarını  qəbul  etməyə  məcbursan.  Hüquq 

adlanan  bir  şey  mövcud  deyildir.  Bizim  hüquq  adlandırdığımız  real 

olaraq həmişə güclülərə xidmət  edir. Qüvvə hüququ  yaradır. Həmçinin 

demək  olar ki,  "hüquq" –  odur ki, zəiflərdən ibarət əksəriyyət  bununla 

özünü müdafiə  etməyə  səy  edir.  Bəzi sofistlər deyirdilər ki, insan  onu 

"əxlaqi  olaraq  düzgün"  adlandırır  ki,  o,  bu  insanın  gizli  olaraq  can 

atdığını ifadə edir. Belə ki, müxtəlif adamlara müxtəlif şeylər xoş gəlir 

və  buna  görə  də  "yaxşı  əxlaq"  müxtəlif  tərzdə  müəyyənləşdirilə  bilər. 

Deməli,  universal  əhəmiyyətə  malik  olan  düzgün  əxlaq  mövcud 

deyildir.  Yalnız  müxtəlif  eqoistik  simpatiyalar  və  antipatiyalar 

mövcuddur. 

Amma  sofistlər  özlərinə  olan  hörməti  tədricən  itirdilər,  özü  də 

yalnız bu relyativist mühakimələr ucbatından yox. Sofistlərin əvəzində 

pul  aldıqları  iş  adamlarda  arqumentasiya  irəli  sürmək  və  diskussiya 

aparmaq  bacarığının  aşılanmasından  ibarət  idi.  Sofistlər  təcrübəli 

vəkillərin  etdikləri  kimi  eyni  mülahizənin  lehinə  və  ya  əleyhinə 

arqumentasiya  irəli  sürmək  sənətini  öyrədirdilər.  Belə  ki,  onların 

şagirdləri (və ya hətta bir şagirdi) şəraitdən asılı olaraq bir halda konkret 

bir  müddəanın  əsaslandırılmasında,  digər  halda  isə  onun  təkzibində 

maraqlı  ola  bilərdilər.  Sofistlərdən  qazanılmış  qabiliyyətin  məqsədi 

mübahisəni və ya məhkəmə prosesini udmaq idi, düzgün və ya ədalətli 

cavabın  əldə  edilməsi  deyildi.  Sofistlərin  öyrətdikləri  arqumentasiya 

üsulları  bu  məqsədə  nail  olmaq  üçün  uyğunlaşdırılmalı  idi.  Elə  buna 

görə  də,  sofistlər  rasional  arqumentasiya  sənətindən  daha  çox, 

mübahisədə  istifadə  edilə  biləcək  hiyləgərlikləri  öyrədirdilər.  Son 

nəticədə  onlar  kəskin  söz  oyunçularına,  yəni  bu  sözün  müasir 

mənasında "sofistlərə" çevrildilər. 

Ən məşhur sofistlər Qorgi, Frasimax və Protaqor idilər. 

 

Qorgi 

 

Həyatı.  Qorgi  (Gorgias,  təqribən,  483-374  b.e.ə.)  görkəmli 



natiq kimi tanınmışdı. 

Əsərləri. Onun əsərlərindən yalnız bəzi fraqmentlər bizə qədər 

gəlib  çatmışdır.  Antik  dövrün  son  illərinin  skeptiklərindən  Sekst 

Empirik (Sextus Empiricus, II əsrin ikinci yarısı - III əsrin başlanğıcı) 

Qorginin  Təbiət  haqqında  və  ya  Mövcud  olmayan  haqqında  adlı 

əsərini xatırladır. Bundan başqa, Platon Qorgi adı altında bir dialoq 

da yazmışdı. 


 

152 


Qorgi  əvvəlcə  naturfəlsəfə  ilə  məşğul  olmuşdu,  amma  eleatların 

təlimi ilə tanış olduqdan sonra ona skeptik olaraq yanaşmışdır. Yuxarıda 

xatırlanan  əsərdə,  hərəkətlə  və  dəyişikliklə  bağlı  paradokslar  barədə 

düşünürkən  (Axilles  və  tısbağa  aporiyasına  nəzər  salın),  o,  həqiqətin 

mümkünlüyünü inkar edir. Əgər varlıq yoxluqla ümumi heç nəyə malik 

deyildirsə, əgər dəyişiklik və hərəkət yoxluğa aiddirsə, bütün hadisələr isə 

hərəkətə  və  dəyişikliyə  meyllidirsə,  onda,  bu  arqumentasiyadan  istifadə 

edərək,  biz  hansısa  bir  hadisənin  varlıq  olduğunu  deyə  bilmərik.  Sərt 

şəkildə ifadə olunmuş icmallardan istifadə edilsə, Qorgi, demək olar ki, 

bunları  təsdiq  edir:  1)  heç  nə  mövcud  deyildir;  2)  əgər  nəsə  hətta 

mövcuddursa,  o,  dərk  oluna  bilməz  və  3) hətta  əgər nəyisə  dərk  etmək 

mümkündürsə, əgər hansısa bir bilik mövcuddursa, onda onu başqalarına 

ötürmək mümkün deyildir. 

Qorginin,  həqiqətən  də,  belə  düşündüyü  və  ya  bu 

müddəalardan  yalnız  ritorik  məşqlərin  çıxış  nöqtəsi  kimi  istifadə 

etməsi  məsələsi  diskussion  xarakter  daşıyır.  Mümkündür  ki,  o,  bu 

müddəaların köməyi ilə göstərmək istəmişdir ki, ritorika adamları ən 

absurd  mülahizələrə  inandıra  bilər.  Çox  yəqin  ki,  varlıq,  yoxluq  və 

dəyişiklik  barədə  eleat  təfəkkür  üslubundan,  həmçinin  bizim 

dəyişiklikləri  görmək  qabiliyyətlərimizdən  çıxış  edərək,  o,  belə  bir 

nəticəyə gəlmişdir ki, fəlsəfə ziddiyyətlərlə doludur. 

Əgər  belə  bir  şərh  doğrudursa,  bu  üç  qısa  müddəa  fəlsəfənin 

mənasızlaşdırardı.  Nə  qədər  ki,  həqiqi  bilik  qeyri-mümkün  hesab 

edilir,  Qorgi  ritorikanı  sözlə  inandırma  sənəti  kimi  qəbul  edir. 

Rasional diskussiya və rasional inandırma şübhə altına alınır. 

Qorgidən  ötəri  nitq  sənəti,  ritorika  sözlə  dilə  tutmanın  əsas 

vasitəsi idi, sübutun axtarılması və rasional inandırma vasitəsi deyildi. 

Qorgiyə görə, onun başlıca vəzifəsi dinləyiciləri onların baxışlarını və 

mövqelərini  dəyişdirməyə  məcbur  etməkdir.  Sadələşdirərək  demək 

olar  ki,  o,  dinləyicilərinə  onların  baxışlarını  dəyişə  bilən həqiqi  biliyi 

çatdırmağı  çalışmamışdır.  Onun  üçün  mühüm  olan  şey  həqiqəti 

yalandan,  əsaslandırılmış  mövqeni  təsadüfi  mövqedən  fərqləndirmək 

deyildi,  auditoriyaya  təsir  göstərmə  dərəcəsi  idi.  Ritorika  onun 

nəzərində  danışıqda  yerinə  düşən  və  məqamında  deyilən,  danışıq 

iştirakçıları  tərəfindən  səmimi  olaraq  etiraf  olunan  arqumentə 

söykənməyən bir manipulyasiya alətinə çevrilmişdi. 



 

Frasimax 

 

Frasimax  Sokratın  müasiri  idi.  O,  ehtimal  ki,  b.e.ə.  təxminən 

470-ci ildə anadan olmuşdur. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə