Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə80/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   76   77   78   79   80   81   82   83   ...   402

 

168 


Sonradan biz görəcəyik ki, ekzistensialistlər də (məsələn, Kyerkeqor) 

faktiki olaraq buna çalışırlar

50



Sokrat  üçün  ona  nail  olmaq  vacib  idi  ki,  söhbətin  gedişində 



onun  müsahibi  nəyin  barəsində  söhbət  getdiyini  şəxsən  dərk  etsin. 

Predmet  barədə həqiqətin  insan  tərəfindən  şəxsən  dərk  edilməsi  yolu 

ilə bu predmet "şəxsən əldə edilmiş" olur. 

Şəxsi  əminliyin  bu  anı  pedaqoji  olaraq  çox  mühümdür. 

Pedaqogika  nəzərə  almalıdır 

ki, 


elə 

bilik 


vardır  ki,  o, 

mənimsənilməlidir.  Məsələn,  ədəbiyyat  və  ya  fəlsəfə  barədə  söhbət 

getdiyi zaman qeyd olunmalıdır ki, bu fənlərin məqsədi sadəcə olaraq 

onlar haqqında nəsə öyrənmək deyildir, burada öyrənilən əsərlər həm 

də həyati perspektivlərə nüfuz etməyə yardım etməlidir. Pedaqoji ifrat 

bu fənlərə münasibətdə uğursuzdur. 1) Şagirdə avtoritar yanaşma (bu 

halda  o,  bir  parça  gilə  bənzədilir  ki,  müəllim  ona  lazımi  forma  verir. 

Müəllim  nə  qədər  çox  səy  göstərirsə,  son  nəticə  bir  o  qədər  də 

yaxşıdır!) çətin ki, elə bir biliyə gətirib çıxara bilsin ki, şagird özünü 

onunla  eyniləşdirə  bilsin  və  özündə  refleksiv  anlamı  formalaşdıra 

bilsin.  2)  Liberal  metod  şagirdi  bitkiyə  oxşar  bir  şəkildə  şərh  edir. 

Belə  ki,  bitkini  onun  daxili inkişafına  müdaxilə  etmədən  su  və  qidalı 

maddələrlə  təmin  etmək  zəruridir.  Lakin  heç  bir  insan  mədəni 

ənənənin  iki  min  illik  tarixini  öz  daxilində  "yetişdirmək"  iqtidarında 

deyildir.  Elə  buna  görə  də,  Sokratın  pedaqogikasına  müraciət  etməli 

oluruq.  3)  Sokratın  pedaqogikasına  müəllimin  və  şagirdin  yanaşı 

mövcud  olması  və  "birgə  filosofluq  etməsi"  xasdır.  Onların  ikisi  də 

öyrənirlər  və  birgə  müzakirənin  gedişində  predmetə  daha  dərindən 

nüfuz  etmə  üsulunu  axtarırlar.  Diskussiyanı  şagirdin  nöqteyi-

nəzərindən  başlayaraq refleksiv  anlama nail  olacağımıza  ümid  etmək 

olar,  bu  refleksiv  anlamla  da  o,  özünü  eyniləşdirə  bilər.  Bu  anlam 

"zorla  qəbul  etdirilən"  və  ya  proqramlaşdırılmış  anlam  deyildir.  O, 

izolyasiya  şəraitində,  öz-özünə  deyil,  predmet  barəsində  birgə 

dialoqun gedişində yaranır. 

Biz  bizim müasir  terminologiyadan istifadə  edərək,  deyirik ki, 

Sokrat  elə  bir  idraka  çalışmışdır  ki,  burada  özünü  öz  müsahibi  ilə 

eyniləşdirə  bilir.  Lakin  bu  halda  biz  indoktrinasiyanı  nəzərdə 

tutmuruq. İndoktrinasiya termini altında o başa düşülür ki, insan xarici 

təsir  altında  müəyyən  nöqteyi-nəzəri  həqiqət  olaraq  qəbul  edir  və  bu 

zaman  onun  həqiqi  olub-olmamasını  şəxsən  müəyyənləşdirmək 

imkanlarına  malik  olmur.  İndoktrinasiyaya  üz  tutan  kəs  predmeti 

qəsdən  birtərəfli  qaydada  təqdim  edir  və  müzakirə  predmeti  barədə 

danışılanları  tam  həqiqət  olaraq  şərh  edir.  Bu,  onun  müsahibini 

                                                



50

 Baxın. Fəsil 22.  


 

169 


eşitdiyinin  həqiqiliyini  şəxsən  qiymətləndirmək  şansından  məhrum 

edir. 


Bir  insan  başqa  birisinin  təsiri  altında  düşünürsə  ki,  şeylər 

həqiqətən  də  haqlarında  danışılan  kimidir,  onda  mümkündür  ki, 

onların  heç  biri  ağıllı  deyildir  və  ya  onlar  sadəlövhdürlər.  Bu  halda 

söhbət indoktrinasiya barədə getmir, əlbəttə ki, əgər biz indoktrinasiya 

termini altında bizim özümüzün birtərəfli və yarımçıq hesab etdiyimiz 

baxışlarımızın başqalarına təlqin olunmasını başa düşürüksə. 

Görünür ki, bəziləri belə bir təsəvvürdən istifadə etmişlər ki, o 

situasiya indoktrinasiya adlanır ki, burada başqasına təsir göstərən kəs 

güman edir ki, onun tərəfindən söylənilənlər həqiqidir. 

Ehtimal  ki,  çoxlu  aralıq  mövqelər  də  mövcud  ola  bilər. 

Başqasına nəyisə təlqin edən insan öz dediklərinə bütövlükdə olmasa 

da qismən əmin ola bilər. 

Bu kontekstdə sofistlərin Sokrat tərəfindən tənqidi anlaşıqlıdır. 

Diskussiyada iştirak edənlər artıq hazır olan fikirlərlə burada çıxış edə 

bilməzlər və opponenti onların nöqteyi-nəzərini qəbul etməyə məcbur 

etmək  üçün  bütün  mümkün  üsullardan  istifadə  edə  bilməzlər. 

Diskussiyanın  nəticəsində  onun  bütün  iştirakçıları  müzakirə 

predmetinin özü barəsində daha çox şey bilməlidirlər. Bu halda hər bir 

iştirakçının  nöqteyi-nəzəri  həmişə  ona  uyğun  gəlməlidir  ki, 

opponentlər  zamanın  hər  bir  anında  onu  həqiqi  olaraq  qəbul  edirlər. 

Sokrat  inandırmanın  uğurlu  və  uğursuz  üsulları  arasındakı  fərqi  də 

göstərir,  bu  üsulları  ritorikanın  köməyi  ilə  dilə  tutma  (persuading



Uberreden) və zəkanın köməyi ilə inandırma da adlandırmaq olardı

51



Söhbət,  bir  tərəfdən,  anlamsız  təsəvvürdən  və  ya  zəif 

əsaslandırılmış  təsəvvürdən  -  doxa  -  gedir.  Bu  situasiyada 

müsahiblərdən biri digərini bu təsəvvürü qəbul etmək üçün dilə tutmağa 

səy  edir,  baxmayaraq  ki,  digər  müsahib  (və  onun  özü)  mahiyyətin 

kifayət qədər əsaslandırılmış anlamına malik deyildir. Burada inandırma 

vasitəsi  olaraq  dilə  tutma  bacarığı  - mənfi mənada ritorika  - çıxış  edir. 

Bu halda dialoqun iştirakçıları arasındakı münasibətlər monoloq  və  ya, 

obrazlı  deyilsə,  birtərəfli  küçə  hərəkəti  formasını  kəsb  edir.  Burada 

mətləb  opponenti  deyilən  sözlərlə  dilə  tutmaq  üçün  natiqlik  sənətinin 

zərif  bir  tərzdə  tətbiqindədir.  Müzakirə  olunanın  həqiqiliyi  bu  halda 

mübahisə predmeti deyildir. Dilə tutmanın parlaq nümunəsi təbliğatdır, 

onun  köməyi  ilə  bəzən  insanları  müəyyən  fikri  qəbul  etmək  üçün  dilə 

                                                

51

 Fəlsəfədə  dilə tutma  və inandırma  və i.a.  arasındakı fərqi  izah  etmək  üçün 

adi  nümunələrdən  istifadə  etmə  eksperimental  təbiətşünaslıqda  nəzəriyyənin 

xeyrinə  faktların  axtarışından  fərqlənir.  Oxşar  fərqlərin  bir  situasiyada 

faydalı olması o demək deyildir ki, onlar başqa situasiyada da belə olacaqlar.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə