Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə63/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   59   60   61   62   63   64   65   66   ...   402

 

131 


adlandırdıqları üçün, biz Hindistana "ari" hücumları barədə danışırıq. 

Bir  zaman  belə  bir  fikir  geniş  yayılmışdı ki, arilər  yerli  sakinlərdən - 

dravidlərdən  daha  yüksək  mədəniyyətə  malik  idilər.  Lakin  XX  əsrin 

20-ci  illərində  "harappa  sivilizasiyasının"  kəşfindən  sonra  bu  fikrin 

doğru  olmadığı  aşkarlandı.  Arilərin  gəlişinə  qədər  də  harappa 

mədəniyyəti  Hind  hövzəsi  boyu  inkişaf  etmiş  bir  şəhər  mədəniyyəti 

olaraq mövcud idi. 

Əsrlər  boyu  davam  edən  assimilyasiyanın  əksinə  olaraq,  hind 

mədəniyyətini  və  ictimai  həyatını  səciyyələndirən  əlamətlərdən  biri  - 

arilər  və  dravidlər  arasında  konflikt  idi.  Bu  konflikt  həm  də  onun 

sayəsində  yaranmışdır  ki,  kasta  sistemi,  görünür,  gəlmə  arilər 

tərəfindən  tətbiq  olunmuşdu.  Bir  sıra  məlumatlar  mövcuddur  ki,  ağ 

dərili  arilərlə  qara  dərili  dravidlər  arasında  fərq  lap  başlanğıcdan 

mövcud  idi.  Sonradan  Hindistanda  dörd  kasta  yarandı.  Üç  kasta  ari 

mənşəli  idi:  1)  brahmanlar  və  ya  veda  kahinləri;  2)  hərbçilər  və  3) 

nəcabətli  sənətkarlar  və  əkinçilər.  Aşağı,  dördüncü  kasta  isə  azad 

olmayan insanlardan  ibarət idi.  Bir müddət  keçdikdən  sonra müxtəlif 

etnik qrupların əhəmiyyətli dərəcədə bir inteqrasiyası baş verdi. Yeni 

kastalar  yaradıldı  ki,  buraya  ari  olmayanlar  da  daxil  ola  bilərdilər. 

Hindistanda analoji proseslər bizim günlərə qədər davam edir. 

Din  ariləri  birləşdirən  bir  qüvvə  idi.  O,  öz  yazılı  ifadəsini 

qədim sanskrit mətnlərində tapmışdır. Bu mətnlər Vedalar (təxminən, 

b.e.ə.  1200-800)  adlanır.  Vedalar  qədim  ari  dünyagörüşünü  ifadə 

edirdi.  Yunan,  skandinav  və  slavyan  mifologiyalarında  olduğu  kimi, 

tanrılar  burada  da  çox  vaxt  təbii  qüvvələrlə  eyni  səsləşirdi.  Bu 

dünyagörüşü 

Kosmosun 

və 


Xaosun 

əbədi 


mübarizəsi 

səciyyələndirilirdi.  Bu  döyüşdə  tanrıların  qələbəsi  heç  də  əbədi 

deyildir.  Xaosa  qarşı  mübarizədə  tanrılar  insani  dəstəyə  də  ehtiyac 

duyurdular.  Qurbanların  və  düzgün  olaraq  yerinə  yetirilən  ritualların 

kosmik  nizamın  qorunub  saxlanılmasına  əhəmiyyətli  tövhə  verdiyi 

vurğulanır. 

Vedaları  fəlsəfə  adlandırmaq  çətindir.  Onlarla  tanış  olarkən,  biz 

nəsə bir mifik aləmə daxil oluruq. Əgər biz hind mənəvi həyatının mifdən 

loqosa  keçidi  barədə  danışsaydıq,  onda  onu  Upanişadalara  aid  etməli 

olardıq.  Upanişadalar  mətnlərin  yeni  və  daha  anlaşıqlı  qrupudur 

(təxminən, b.e.ə. 800-300-cü illər). Upanişadalar - veda dünyagörüşünün 

tənqidi  mənalandırılmasıdır.  Mümkündür  ki,  onlar  ari  mədəniyyətinin 

bəzi cəhətlərinə qarşı protesti ifadə edirlər. Yeni tədqiqatlar burada qeyri-

ari  ənənələrinin  təsirini  üzə  çıxarır.  Bu,  o  deməkmidir  ki, məzlumlar  öz 

səslərini  ucaltmaq  üçün  məhz  Upanişadalarda  bir  yol  tapmışdılar?  Biz 

bunu  bilmirik  və  bizə  yalnız  gümanlarla  qənaətlənmək  qalır.  Amma, 

Upanişadalar  yeni  dini  və  metafizik  bir  təlimi  bəyan  edir.  Lakin  bu 



 

132 


mürəkkəb məsələ əlbəttə ki, din tarixçilərinin də öhdəsinə buraxılmalıdır. 

Vedalar  əsasən  himnlərdən  ibarət  olduqları  halda,  Upanişadalarda 

arqumentlər üstünlük təşkil edir.  

 

Upanişadalar 

 

"Upanişada"  termini  müdrikin  öz  şagirdlərini  öyrətmə  prosesi 



mənasını  verir.  Bir  qədər  keçdikdən  sonra  bu  termin  həm  də  bu 

prosesdə verilən məzmunu ifadə edən fəlsəfi mətn mənasını kəsb etdi. 

Beləliklə, Upanişadalar müəyyən mənada Platon dialoqlarına oxşadıla 

bilər. 


Upanişadaların  mərkəzi  mövzularından  biri  doğuluşun  və 

ölümün  əbədi  "xorovodu"  ideyasıdır.  Bu  ideya  canlı  varlıqların 

ölümdən  sonra  yenidən  diriləcəyini  güman  edən  təlimin,  ruhunun 

köçürülməsi (reinkarnasiya)  təliminin əsasına qoyulmuşdur. Doğuluş 

və  ölüm  arasında  əbədi  olaraq  yeniləşən  tsikl  sansara  adlanır.  Məhz 

belə  bir  tsikldə  insanın  ən  dərin  «mahiyyəti»  (atman)  yenidən  və 

yenidən meydana çıxır. Şərqşünaslıq ədəbiyyatında atmanın nə olduğu 

barədə geniş müzakirələr aparılır. Upanişadalardan bəzilərində güman 

olunur  ki,  atman  dəyişməzdir,  substansial  xarakter  daşıyır  (Sokrata 

qədərki  fəlsəfə  ilə  müqayisə  edin)  və  dərk  edən  «Mən»dən  və  ya 

"eqo"dan fərqlənir. Biz sonradan görəcəyik ki, Upanişadaların buddist 

tənqidi bu mübahisəli moment üzərində qurulmuşdur. 

Upanişadaların  daha  bir  mühüm  müddəası  -  atmanın  və 

brahmanın 

eyniləşdirilməsidir. 

"Brahman" 

sözünün  adekvat 

tərcüməsini  tapmaq  çətindir.  Mümkündür  ki,  onu  mütləq,  hər  şeyi 

əhatə edən və ya ilahi kimi tərcümə etmək lazımdır. Bu halda atmanın 

brahmanla  eyniləşdirilməsi  o  mənanı  verir  ki,  atman  mütləqlə  və  ya 

ilahi  ilə  eyniləşdirilmişdir.  Oxşar  fikirlər  qərb  mistisizmində  də 

mövcuddur,  burada  insan  (və  ya  onun  ruhu)  Tanrı  ilə  eyni  ola  bilər 

(unio  mystica).  Belə  bir  vəhdət  həm  hind  fəlsəfəsində,  həm  də  qərb 

mistisizmində  aşılanan  asketik  həyat  tərzini  nəzərdə  tutur.  Onun  son 

orta əsrlərdə görkəmli nümayəndəsi Mayster Ekxart (Meister Eckhart, 

təqribən, 1260-1327) idi. 

Upanişadaların  filosofları,  beləliklə,  dünyaya  arxa  çevirdilər. 

Onların  məqsədi  dünyadan  asketik  bir  tərzdə  qaçma  oldu.  Həqiqət, 

onların nöqteyi-nəzərincə, "xaricdə" deyildir, nə xarici mətndə, nə də 

təbiətdə  deyildir.  O,  sənin  öz  daxilindədir.  Sən  "özünü  tapmağı" 

öyrənməlisən. Mistisizm barədə çox şey öyrənmək olar, amma bu, heç 

də  mistik  görüntüyə  malik  olmaq  demək  deyildir.  O,  yalnız  sənin 

tərəfindən  və  sənin  şəxsi  səylərinin  köməyi  ilə  yaradılır.  Belə  mistik 

müdriklik Hindistanda kahin silkinə, əsl "brahmanlara" aid edilirdi. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə