Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə61/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   57   58   59   60   61   62   63   64   ...   402

 

126 


fəlsəfəsindən daha üstün tuturdular. Bu səbəbdən də, heç də təəccüblü 

deyildir ki, Aristotel son nəticədə, hissi olaraq müşahidə olunan şeylər 

– torpaq, su, hava və od – haqqında söhbət açdığı halda, Demokrit də 

hissi müşahidəyə yatmayanlar barədə söhbət açmışdır. 

Qeyd  edək  ki,  Demokrit  təlimi  Epikürün  (Epicurus,  341-270 

b.e.ə.)  və  Lukretsinin  (Lucretius,  təqribən,  99-55  b.e.ə.)  vasitəsi  ilə, 

İntibah dövründən başlayaraq, müasir fizikanın təşəkkülünə ciddi təsir 

göstərmişdir.  Baxmayaraq  ki,  bu  dövrə  qədər  Demokrit  deyil,  məhz 

Aristotel ən nüfuzlu elmi avtoritet idi. 

Atom  modeli  kimi  bir  eleqant  model  də  öz  sadə  və  azsaylı 

prinsipləri ilə yanaşı, bir sıra nöqsanlara da malik idi. Belə ki, bir çox 

adi, hisslərlə  qavranılan hadisələrin  onun  daxilində  izahı  çətindir.  Bu 

hadisələrə  çiçəklərin rəngi  və  qoxusu  və  ya  bizi  əhatə  edən  insanlara 

qarşı  nifrət  və  simpatiya  kimi  keyfiyyət  xassələri  aiddir.  Biz  belə 

fenomenləri  ümumiyyətlə  necə  qavraya  bilərik,  mövcud  olan  hər  bir 

şey kəmiyyət xarakterlidirmi? 

Demokrit hissi qavrayış haqqında təlimin köməyi ilə dünyanın 

atomların  yalnız  kəmiyyət  xassələrinin  imkan  verdiyindən  daha 

"mənzərəli"  bir  şəkildə  necə  təqdim  oluna  biləcəyini  izah  etməyə 

çalışmışdır.    O,  belə  hesab  edirdi  ki,  istənilən  obyekt  özünəməxsus 

vasitəçi atomlar buraxır. Onlar hiss orqanlarındakı atomlarla kontakta 

girdikləri  zaman  xüsusi  effektlər  yaranır  və  bu  xüsusi  effektlər  də 

bizim tərəfimizdən obyektlərə məxsus olan xassələr kimi qavranılırlar. 

Onlar rəngə, dada və qoxuya malik olduqları kimi görünürlər. Amma 

obyekt  özlüyündə  bu  xassələrə malik deyildir,  bu xassələr ona  yalnız 

bizim  tərəfimizdən  aid  edilir.  Obyektlər  özlüyündə  yalnız  ölçüyə 

yatımlılıq,  forma  və  sıxlıq  xassələrinə  malikdir,  rəng,  qoxu  və  ya 

istilik  isə  onların  özlərinə  aid  deyildir.  Obyektə  daxilən  aid  olan 

xassələrin  və  hisslərin  köməyi  ilə  obyektlərə  bizim  aid  etdiyimiz 

xassələrin beləcə fərqləndirilməsi Yeni dövrün fəlsəfəsində də mühüm 

rol oynamışdır (birinci və ikinci keyfiyyətlər barədə Lokkda və başqa 

filosofda  tapıla  bilən  nəzəriyyələrlə  müqayisə  edin).  Doğrudur,  belə 

bir  sual  qarşıya  qoymaq  olar  ki,  əgər  biz  özümüz  atomların 

yığımından başqa bir şey deyiliksə, onda obyektlərin, yəni atomların, 

əslində  malik  olmadıqları  xassələri  necə  qavraya  bilərik.  Kəmiyyət 

xassələrindən  keyfiyyət  xassələrinə  sıçrayış  həddindən  artıq  böyük 

alınmırmı? 

Əgər 


atomların 

yalnız 


kəmiyyət 

xassələrinin 

mövcudluğunu  təsdiq  edən  nəzəriyyəyə  ardıcıl  olaraq  sadiq  qalsaq, 

onda bu sıçrayış izah oluna bilmir. 

Amma,  əgər  bu  etirazı  kənarda  saxlasaq,  görmək  olar  ki, 

atomizm  bir  idrak  nəzəriyyəsi  olaraq  da  diqqətə  layiqdir.  O,  yalnız 

atomları  -  hisslərlə  qavranılan  obyektlərdəki  atomları,  obyektdən 



 

127 


hansısa üsulla ayrıla bilən və uzaqlaşa bilən vasitəçi atomları və duyğu 

orqanlarında  olan,  bu  vasitəçiləri  qavrayan atomları –  qəbul  edir.  Bu 

halda qavrayışın səhvləri onunla izah oluna bilər ki, hiss orqanlarının 

atomları  nizamsızlıq  içərisindədir,  vasitəçi  atomlar  obyektdən  hiss 

orqanlarına doğru yol qət edərkən bir-biri ilə toqquşurlar və buna görə 

də, hiss orqanlarının atomlarına təhrif olunmuş məlumatı çatdırırlar. 

Amma  Demokritin  idrak  nəzəriyyəsi  də  bir  sıra  nəzəri 

problemləri həll etmək iqtidarında deyildir. Biz hansı yolla bilə bilərik 

ki,  bizim  tərəfimizdən  alınan  hissi  təəssüratlar  bizi  əhatə  edən 

obyektlərin  əslində  dəqiq  surətləridir?  Yuxarıda  nəzərdən  keçirilən 

model  bizə  bir  tərəfdən,  vasitəçi  atomları  müşahidə  etməyə  imkan 

vermir,  digər  tərəfdən  isə,  bu  vasitəçi  atomların  obyekti  olduğu  kimi 

təqdim  etməsi  imkan  xaricindədir.  Sonrası,  biz  öz  duyğularımıza 

etibar  edə  bilmərik,  çünki  biz əmin  deyilik  ki,  vasitəçi atomlar  bizim 

hissiyyat  orqanlarımıza  lazımi  qaydada  düşürlər.  Bundan  başqa,  öz 

duyğularımızdan  çıxış  edərək,  biz  bizə  vasitəçi  atomlar  tərəfindən 

çatdırılan  məlumatın  bizim  duyğu  orqanlarımız  tərəfindən  çatdırılan 

məlumatdan fərqləndirmək gücündə deyilik. Qısaca olaraq deyilsə, öz 

duyğularımıza  malik  olaraq,  biz,  görünür  ki,  yalnız  bir  şeyi  -  hansı 

hissi  duyğulara  malik  olduğumuzu  -  bilmək  qabiliyyətindəyik.  Əgər 

bizim  şeylər  haqqındakı  biliklərimiz  müstəsna  dərəcədə  duyğulara 

istinad  etmiş  olsaydı,  məsələ  məhz  belə  olmuş  olardı.  Lakin  atomlar 

özlüyündə  hissi  olaraq  qavranılmaqdan  ötəri  həddindən  artıq 

kiçikdirlər.  Biz  onları  öz  zəkamızın  köməyi  ilə dərk  edirik.  Görünür 

ki,  xarici  predmetlərin  hissi  qavrayışı  barədə  bu  epistemoloji 

nəzəriyyə  ondan  çıxış  edir  ki,  onun  özü  bizim  hislərin  deyil,  bizim 

zəkanın köməyi ilə başa düşülür. 

Beləliklə,  biz  yunan  fəlsəfənin  inkişafının  üç-dörd  nəsil 

boyunca,  b.e.ə.  təqribən  600-cü  ildən  450-ci  ilə  qədər  (Demokrit, 

lakin, b.e.ə. 370-ci ilə qədər yaşamışdır) davam edən ilk mərhələsinin 

bəzi əsas cərəyanlarını nəzərdən keçirdik. 

Bu dövrü bir daha ardıcıllıqla xatırlayaq. 

Birinci nəsil:                 Fales 

                                     (Anaksimandr və Anaksimen) 

İkinci nəsil:                   Heraklit,            Parmenid 

Üçüncü nəsil:               Empedokl 

                                                Anaksaqor 

                                               Demokrit 

 

Pifaqorçular 

 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə