Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə58/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   54   55   56   57   58   59   60   61   ...   402

 

120 


Zəka  dəyişikliyin  məntiqi  olaraq  qeyri-mümkünlüyünü  deyir.  Hislər 

isə  xəbər  verir  ki,  dəyişiklik  mövcuddur.  Hansına  inanmaq  olar? 

Parmenid  bir  yunan  olaraq  tam  bir  əsasla  təsdiq  edir  ki,  biz  zəkaya 

inanmalıyıq. Zəka doğrudur, hislər isə bizi aldadır. 

Bu  nəticəni  hələ  Parmenidin  sağlığında  təkzib  etməyə 

çalışmışlar.  Deyirlər  ki,  onun  opponentlərindən  biri  bu  nəticələrin 

mənasız  olduğunu  göstərməyə  səy  etmiş  və  bunun  üçün  belə  bir 

qaydadan  istifadə  etmişdir.  Parmenid  B  mülahizəsinə  uyğun 

mülahizəni  şərh  etdiyi  zaman  həmin  bu  opponent  ayağa  durur  və 

gəzməyə başlayır! 

Amma 

Parmenid 



tərəfindən 

irəli 


sürülən  müddəanın 

nəticələrini  də  öncə  olduğu  kimi  nəzərdən  keçirək.  İnsan  intellektual 

tarixdə  ilk  dəfə  olaraq  məntiqi  təfəkkürün  gedişinə  və  nəticələrinə  o 

qədər  etibar  etdi  ki,  hətta  bu  nəticələrə  zidd  olan  hissi  müşahidələr 

belə  onu  tərəddüd  etməyə  məcbur  edə  bilmədi.  Bu  nöqteyi-nəzərdən 

Parmenid  sarsılmaz  rasionalistlərin  ilkini  oldu!  Bu  mənada  onun 

fikirlərinin  formal  olaraq  düzgün  olub-olmaması  bir  o  qədər  də 

mühüm deyildir. 

Parmenid  öz  mühakimələri  rasional  arqumentasiya  vasitəsi  ilə 

əsaslandırmaq təklifi sayəsində məntiqi təfəkkürün inkişafına mühüm 

tövhə verən ilk alim oldu. 

Həyatı.  Parmenid  Heraklitin  müasiri  olmuşdur.  Onun  fəlsəfi 

çiçəklənmə  dövrü  b.e.ə.  V əsrə  təsadüf  etmişdir.  O, cənubi İtaliyada, 

yunan koloniyası Eleyada yaşamışdır. Güman olunur ki, Parmenid öz 

doğma  şəhərində  ictimai  və  siyasi  həyatda,  xüsusən,  qanunların 

hazırlanmasında aktiv iştirak etmiş, çox hörmətli vətəndaş olmuşdur. 

Dəyişikliyin  məntiqi  olaraq  qeyri-mümkünlüyü  barədə  təlimi 

Parmenidin şagirdi Zenon Eleyalı (Zenon of Elea) da müdafiə etməyə 

çalışmışdır.  O,  sübut  etməyə  səy  göstərmişdir  ki,  dəyişiklik  imkanını 

təsdiq  edən  təlimlər  qaçılmaz  olaraq  məntiqi  paradokslara  aparıb 

çıxarırlar.  

Belə paradokslardan biri Axilles və tısbağa haqqında hekayədə 

illüstrasiya  olunur:  Axilles  və  tısbağa  qaçış  üzrə  yarışda  iştirak 

edirlər. Onlar eyni zamanda start götürürlər, amma bu zaman tısbağa 

Axillesdən bir qədər qabaqda olur. Güman edək ki, Axilles tısbağadan 

50  dəfə  sürətlə  qaçır.  Axilles  zamanın  müəyyən  anında  tısbağanın 

start  götürdüyü  yerə  gəlib  çatacaqdır,  tısbağa  bu  vaxta  qədər 

Axillesin  bu  nöqtəyə  qədər  qət  etdiyi  məsafənin  1/50  hissəsi  qədər 

məsafəni qət edəcəkdir. Axilles bu yerə çatdığı anda isə tısbağa yenə 

də  onun  1/50  qədər  məsafə  qət  edəcəkdir  və  bu,  beləcə  davam 

edəcəkdir.  Tısbağanı  Axillesdən  ayıran  məsafə  getdikcə  azalacaq. 



 

121 


Lakin  tısbağa  həmişə  qabaqda  olacaqdır.  Elə  buna  görə  də,  Axilles 

heç bir zaman tısbağaya yetişə bilməyəcəkdir

35



 

sxem 

 

 

 

 

 

Qeyd edək ki, Parmenidin rasionalizmini təkcə Zenon müdafiə 

etmirdi.(Bu  cümlə  orijinalın  bu  yerində  yoxdur)

  Deyilənlərə  görə, 

Parmenid  pifaqorçularla  da  tanış  idi  və  pifaqorçular  da  onun 

rasionalizmə yaxın olan fəlsəfi baxışlarını bölüşürdülər

Əsərləri. Parmenidin poema janrında yazdığı fəlsəfi əsər bizə 

qədər  demək  olar  ki,  bütövlükdə  gəlib  çatmışdır.  Biz  onun  haqqında 

informasiyaya  həmçinin    ikinci  əl  vasitəsi  ilə  də  malikik.  Platon 

Parmenid adı altında bir dialoq yazmışdır. 

Parmenid  təlimi  zəka  və  hisslər  arasında  dəfolunmaz  sərhədin 

müəyyənləşdirilməsi  ilə  tamamlanır.  Bu  sərhəd  sxematik  olaraq 

aşağıdakı qaydada təqdim oluna bilər: 

 zəka / hisslər = varlıq / yoxluq = sükunət / dəyişiklik = vahid / 

çoxluq.


(bax: k.s.36)

 

Başqa sözlə, zəka reallığı sükunətdə olan (və vahid olan) nəsə 



bir şey kimi qavrayır. Hisslər bizə yalnız qeyri-real olanı, dəyişikliklər 

(və  çoxluq)  vəziyyətində  olanı  verir.  Oxşar  bölgü  və  ya  dualizm,  bir 

sıra  başqa  yunan  filosoflarına  da,  məsələn  Platona  da  xasdır.  Amma 

Parmenid,  başqa  dualistlərin,  görünür  əksinə  olaraq,  hisslərə  və  hissi 

obyektlərə  qarşı  o  dərəcədə  etinasızlıq  nümayiş  etdirir  ki,  onları 

reallıqdan məhrum edilmiş kimi təqdim edir. Hissi obyektlər mövcud 

deyillər! Əgər bu şərh doğrudursa, onda biz Parmenidi demək olar ki, 

tam  əminliklə  monizmin  nümayəndəsi  hesab  edə  bilərik.  Bu  təlimə 

uyğun  olaraq,  mövcud  olan  hər  şey  birdir,  vahiddir,  çoxluq  isə 

mövcud deyildir və bu vahid reallıq yalnız zəka vasitəsi ilə dərk oluna 

bilər. 

 

Barışdırıcılar: Empedokl və Anaksaqor 

                                                



35

 Bu  paradoks  nöqtədə  ani  sürət,  yəni zamanın  sonsuz  kiçik  anında  məkanın 

bir  nöqtəsində  olan  cismin  sürəti  anlayışını  qəbul  etməyən  yunan  təfəkkürü 

üçün  tipikdir.  Beləliklə,  müzakirə  oluna  bilməyən  bir  sıra  məsələlər 

mövcuddur.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə