Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə55/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   51   52   53   54   55   56   57   58   ...   402

 

114 


Amma Falesin baxışları ilə bağlı şərhə son olaraq onu da qeyd 

edək  ki,  Falesin  fəlsəfi  suala  verdiyi  cavab  ("su  bütün  dəyişikliklərin 

daimi elementidir") sualdan və arqumentlərdən məntiqi olaraq alınmır. 

Məhz  bu  hal  Falesin  Milet  sakinləri  tərəfindən  tənqidinə  səbəb 

olmuşdu. 

 

Anaksimandr və Anaksimen 

 

Həyatları.  Onlar  da  həmçinin  Milet  sakinləri  idilər. 



Anaksimandr (Anaximander) b.e.ə. təqribən 610 və 546 illər arasında 

yaşamışdır  və  Falesin  daha  gənc  müasiri  idi.  Anaksimen 

(Anaximenes), yəqin ki, b.e.ə. 585 və 525 illər arasında yaşamışdır. 

Əsərləri.  Anaksimandra  aid  edilən  yalnız  bir  fraqment  bizim 

zəmanəyə  qədər  saxlanılmışdır.  Bundan  başqa,  digər  müəlliflərin, 

məsələn,  iki  əsr  sonra  yaşayan  Aristotelin  onunla  bağlı  şərhləri  də 

mövcuddur. Anaksimendən isə bizə üç kiçik fraqment gəlib çatmışdır, 

onlardan da biri, ehtimal ki, ona aid deyildir. 

 

Anaksimandr  və  Anaksimen,  çox  yəqin  ki,  o  müqəddəm 

şərtlərdən  başladılar  və  o  sualları  öz  qarşılarına  qoydular  ki,  bunu 

onlardan öncə Fales etmişdi. Lakin Anaksimandr suyun dəyişilməz ilk 

əsas  olması  barədə  müddəa  üçün inandırıcı  bir zəmin  tapmadı.  Əgər 

su  torpağa  çevrilirsə,  torpaq  da  suya  çevrilirsə,  əgər  su  havaya 

çevrilirsə, hava da suya çevrilirsə, bu o deməkdir ki, hər şey hər şeyə 

çevrilir. Elə buna görə də, suyu və ya torpağı və yaxud hər hansı başqa 

bir  şeyi  «ilk  başlanğıc  elan  etmək  də  məntiqi  olmuş  olardı. 

Anaksimandr  Falesin  cavabının  əleyhinə  belə  etirazları  irəli  sürə 

bilərdi. 

Anaksimandr  da  öz  tərəfindən  ilk  əsasın  apeyron  (apeiron) 

olduğunu  təsdiq  etdi.  Apeyron  qeyri-müəyyənlik  və  hüdudsuzluqdur 

(məkanda və zamanda). Bu qayda ilə o, yuxarıda xatırlananlara analoji 

olan  etirazlardan  yəqin  ki,  yaxa  qurtara  bildi.  Lakin  bizim  nöqteyi-

nəzərdən, o, nəsə vacib bir şeyi "itirdi". Apeyron, sudan fərqli olaraq 

müşahidə  oluna  bilmir.  Nəticədə,  Anaksimandr  hislərlə  qavranılanı 

(obyektləri və onlarda baş verən dəyişiklikləri) hislərlə qavranılmayan 

apeyronun  köməyi  ilə  izah  etməyə  məcbur  idi.  Oxşar  izah 

eksperimental  elm  nöqteyi-nəzərindən  nöqsanlıdır,  baxmayaraq  ki, 

belə  bir  qiymətləndirmə,  əlbəttə  ki,  anaxronizmdir  və  Anaksimandr 

elmin empirik tələblərinin müasir anlamına çətin ki, sahib ola bilərdi. 

Mümkündür  ki,  Anaksimandr  üçün  ən  mühüm  olan  -  Falesin 

cavabının  əleyhinə  nəzəri  arqument  tapmaq  idi.  Anaksimandr,  hər 

halda  Falesin  universal  nəzəri  müddəalarını  təhlil  edərək  və  onların 



 

115 


müzakirəsinin  polemik  imkanlarını  nümayiş  etdirərək,  onu  "ilk 

filosof" adlandırdı. 

Miletin  üçüncü  naturfilosofu  olan  Anaksimen  Fales  təliminin 

başqa  bir  zəif  yerinə  diqqət  yetirdi.  Su  özünün  differensasiya 

olunmamış  vəziyyətindən  differensasiya  olunmuş  vəziyyətə  hansı 

yolla  çevrilir?  Bizə  məlum  olduğu  dərəcədə,  Fales  bu  suala  cavab 

verməmişdir.  Anaksimen  bir  cavab  olaraq  təsdiq  edirdi  ki,  onun 

tərəfindən  "ilk  əsas"  kimi  nəzərdən  keçirilən  hava  soyudulan  zaman 

qatılaşaraq suya çevrilir və sonrakı soyudulma zamanı isə qatılaşaraq 

buza (və torpağa!) çevrilir. Qızdırılan zaman isə hava seyrəlir və oda 

çevrilir. Beləliklə, Anaksimen keçidlərin müəyyən fiziki nəzəriyyəsini 

yaratdı.  Müasir  terminlərdən istifadə  edərək  təsdiq  etmək  olar  ki,  bu 

nəzəriyyəyə uyğun olaraq, müxtəlif aqreqat halları (buxar və ya hava, 

adi  mənada  su,  buz  və  ya  torpaq)  temperaturla  və  sıxlıq  ölçüsü  ilə 

müəyyənləşirlər,  onların  dəyişiklikləri  aqreqat  halları  arasında 

sıçrayışvari  keçidlərə  gətirib  çıxarır.  Bu  tezis  ilk  yunan  filosofları 

üçün son dərəcə səciyyəvi olan bir ümumiləşdirmə nümunəsidir. 

Vurğulayaq  ki,  Anaksimen  dörd  substansiyanın  varlığını 

göstərir. Bu dörd substansiya da sonradan "dörd başlanğıc (element)" 

adlandırıldılar. Bunlar - torpaq, hava, od və sudur. 

Falesi,  Anaksimandrı  və  Anaksimeni  həmçinin  Milet 

naturfilosofları  da  adlandırırlar.  Onlar  yunan  filosoflarının  birinci 

nəslinə məxsus idilər. Sonra biz görəcəyik ki, sonrakı filosoflar onlar 

tərəfindən söylənilən fikirləri onların məntiqi sonluğuna çatdıracaqlar. 



 

Heraklit və Parmenid 

 

Heraklit  (Heraclitus)  və  Parmenid  (Parmenides)  yunan 



filosoflarının  ikinci  nəslinə  məxsusdurlar.  İlk  filosof,  Fales,  obrazlı 

deyilsə,  "öz  ağlının  gözlərini  açdı"  və  təbiəti  (physis)  gördü.  Bu 

mənada Parmenid və Heraklit "öz ağıllarının gözləri" qarşısında yalnız 

physisi  deyil,  həm  də  filosofların  birinci  nəslinin  nəzəriyyələrini  də 

görürdülər.  Artıq  biz  qeyd  etmişdik  ki,  bütün  dəyişikliklərin  daimi 

elementi  haqqında  məsələ  ilk  dəfə  olaraq  Fales  və  Anaksimandr 

arasında  daxili  dialoq  zamanı  yaranmışdır.  Parmenid  və  Heraklit  isə, 

əksinə  olaraq,  onların  sələfləri  tərəfindən  bölüşdürülən  əsas 

müqəddəm şərtlər ətrafında mübahisəyə girişdilər. 

Naturfilosofların  birinci  nəsli  belə  hesab  edirdi  ki,  dəyişiklik 

mövcuddur.  Bu,  onlar  üçün  bir  müqəddimə,  bir  güman  idi.  Belə  bir 

müqəddimədən,  belə  bir  gümandan  çıxış  edərək,  onlar  bütün 

dəyişikliklərin  daimi  elementinin  nə  olduğunu  soruşurdular.  İkinci 

nəsil  filosoflar  bu  müqəddəm  şərti  şübhə  altına  aldılar,  dəyişikliyin 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə