Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə51/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   47   48   49   50   51   52   53   54   ...   402

 

106 


Elə  buradaca  qeyd  edək  ki,  Platon  və  Aristotel  yunan  polisi 

şəraitində yaşayıb-yaratmışlar və bizdən ötəri dövlət qulluqçuları və iş 

verənlər nə qədər təbiidirsə, onlar üçün də qullar bir o qədər təbii idi. 

Coğrafi  amillər  yunan  şəhər-dövlətlərinin  siyasi  olaraq 

müstəqil olmasına çox zaman yardımçı olmuşdu. Lakin onlar iqtisadi 

olaraq  təsərrüfat  kooperasiyalarından  asılı  idilər,  zəruri  malları  və 

məhsulları  (məsələn,  taxılı)  onların  sayəsində alırdılar.  Onların  özləri 

isə özlərini bu mallar və məhsullarla təmin edə bilmirdilər. 

     B.e.ə.  IXəsrdə  Peloponnes  yarımadasının  məskunlaşmasından  sonra 

yunan  polislərinin  ekspansiyası  başladı.  Şəhəri  əhatə  edən  ərazi  bir  çox 

hallarda az məhsuldar olurdu, əhali isə onun yedizdirilə biləcəyindən daha 

böyük bir sürətlə artırdı. Yaranmış vəziyyətdən çıxış yolu b.e.ə. VIII əsrdə 

tapıldı,  bu  o  zaman  baş  verdi  ki,  izafi  əhalinin  bir  hissəsi  koloniyalar 

yaratmağa  başladı  (məsələn,  cənubi  İtaliyada).  Genişlənən  ticarət 

ölçülərin və çəkinin standartlaşmasına və həmçinin sikkələrin istehsalına 

gətirib  çıxardı.  Sosial təbəqələşmə hiss  olunan  dərəcədə  artdı. Deyək  ki, 

keçi  dərisinin  taxılla  təbii  mübadiləsinin  yerini  keçi  dərisinin  pula 

dəyişdirilməsi aldı. Kənd istehsalçıları onların real mübadilə dəyərini heç 

də həmişə anlamasalar da bu mübadiləni faktiki olaraq həyata keçirməyə 

başladılar. Verilən kredit üçün faizlərin hesablanması praktikası meydana 

gəldi.  Bütün  bunların  nəticəsində  çoxlarının  dərin  bir  ehtiyac  içərisində 

olduqları bir zamanda son dərəcə zəngin insanlar meydana gəldi. 

Yaranan  sosial  gərginlik  b.e.ə.  VII  əsrdə  ictimai  iğtişaşlara 

gətirib  çıxardı.  Sadə  xalq  iqtisadi  ədaləti  tələb  etdi.  Güclü  insan 

(yunanca,  tiran)  adətən  bu  şüarın  təsiri  altında  meydana  çıxdı  və 

hakimiyyəti ələ keçirdi. 

Amma  bu  diktatorlar  bir  çox  hallarda  bizim  anlamda  "tirana" 

çevrildilər  və  öz  şıltaqlıqlarından  çıxış  edərək  idarə  etdilər.  Bu 

yenidən  siyasi  narazılığa  səbəb  oldu.  B.e.ə.  VI  əsrə  doğru  şəhər-

dövlətlərin  əhalisi  qanunilik  və  bərabərlik  tələbi  ilə  çıxış  etdi.  Afina 

demokratiyası  (b.e.ə.  IV  əsrdə)  başqa  səbəblərlə  yanaşı  həm  də  bu 

narazılığın nəticəsində meydana çıxdı. 

Buradaca  qeyd  edək  ki,  Platon  və  Aristotel  Afinada  yalnız 

b.e.ə.  IV  əsrdə,  yəni  Sparta  ilə  mübarizədə  Afina  demokratiyasının 

məğlub  olmasından  sonra  və  Makedoniyalı  (və  ya  Böyük) 

İsgəndərdən  (356-323,  b.e.ə.  336-cı  ildən  başlayaraq  hökmdarlıq 

etmişdi) əvvəl yaşamışlar. 

Biz  eyni  zamanda  qədim  yunan  fəlsəfəsinin  Afinaya  qədərki 

inkişafının təqdimatını, sofistlərə qədər olan yunan fəlsəfənin başlıca 

cəhətlərinin  şərhini,  dəyişiklik  haqqında  məsələni  və  müxtəliflikdə 

vəhdət problemini ön plana çəkmək istəyirik. 



 

107 


Qədim  yunan  filosofları  və  onların  təlimləri  haqqındakı  bizim 

biliklərimiz məhduddur. Bizdə onlar haqqında səhih məlumat azdır və 

onların  əsl  əsərləri  bizim  günlərə  qədər  yalnız  fraqmentlər  şəklində 

gəlib  çatmışdır.  Elə  buna  görə  də,  onlar  haqqında  deyilənlər 

gümanlara və onların təlimlərinin başqa filosoflar tərəfindən verilmiş 

rekonstruksiyalarına əsaslanır. 

Yunan  fəlsəfənin  genezisi  Solon  (Solon,  təqribən,  b.e.ə.  630-

560) dövründə yaşamış Falesə (Thales) qədər izlənilə bilər. 



 

Fales 

 

Həyatı.  Belə  hesab  olunur  ki,  Fales  b.e.ə.  624  və  546  illər 



arasında  yaşamışdır.  Bu  güman  qismən  Herodotun  (Herodotus, 

təxminən b.e.ə. 484-430/420) belə bir müddəasına əsaslanır ki, Fales 

b.e.ə. 585-ci ildə günəşin tutulacağını qabaqcadan söyləmişdir. 

Digər  mənbələr  Falesin  Misirə  səyahəti  barədə  məlumat 

verirlər, bu isə o zamanın yunanları üçün kifayət qədər qeyri-adi idi. 

Həmçinin belə bir məlumat da verirlər ki, Fales piramidaların kölgəsi 

onların  hündürlüyü  ilə  eyni  olduğu  halda  kölgəni  ölçmə  yolu  ilə 

piramidaların  da  hündürlüyünü  müəyyənləşdirmək  məsələsini  həll 

etmişdi. 

Falesin  günəşin  tutulacağını  qabaqcadan  söyləməsi  haqqında 

hekayə ona işarə vurur ki, o, astronomik biliklərə malik idi, bu biliklər 

də,  yəqin  ki,  Babilistandan  gəlmişdi.  O,  həmçinin  riyaziyyatın 

yunanlar  tərəfindən  inkişaf  etdirilən  sahəsi  –  həndəsə  barədə  də 

müəyyən  biliklərə  sahib  idi

27

.  Riyazi  müddəaların  universallığı 

yunanlarda  nəzəriyyə  və  nəzəri  sınaq  haqqında  təsəvvürlərin 

formalaşmasına  yardım  etmişdi.  Riyazi  müddəalar  xüsusi  hadisələr 

haqqında  müddəalara  nisbətən  müəyyən  mənada  daha  həqiqi  hesab 

edilir.  Riyaziyyatın  universal  müddəaları  elə  buna  görə  də,  tənqidə 

məruz  qoyulduqda  belə,  bu,  qeyri-riyazi  müddəalardan  fərqli  bir 

şəkildə  edilir.  Bütün  bunlar  arqumentasiya  metodlarının  və  aşkar 

duyğu  üzərində  qurulmayan  düşüncə  formalarının  inkişafını  zəruri 

etmişdir. 

Falesin  özü  heç  də  yunan  dünyasının  mərkəzi  olan  Afina 

şəhərində deyil, bir İoniya koloniyası olan Milet şəhərində yaşamışdır. 

Fales,  bir  çoxlarının  təsdiq  etdikləri  kimi,  Miletin  siyasi 

həyatında 

iştirak  etmişdir.  O,  naviqasiya  avadanlıqlarının 

yaxşılaşdırılması  üçün  öz  riyazi  biliklərindən  istifadə  etmişdir.  O, 

                                                



27

 Hesab  və  sıfır  bizə  ərəblərdən  gəlib  çatıb.  Bizim  rəqəmlər  yunan  və  ya 

Roma rəqəmləri deyildir, ərəb rəqəmləridir.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə