Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə50/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   46   47   48   49   50   51   52   53   ...   402

 

103 


nəzəriyyəsindən,  deyək  ki,  Popperə,  Vitgenşteynə,  Haydeggerə  və 

Habermasa  həsr  olunmuş  fəsillərdən  başlayaraq  oxunmasına  imkan 

verir. 

Bu  kitabın  başlanğıcdan  və  ya  sondan  oxunmasından  asılı 



olmayaraq  belə  bir  faktı nəzərə  almaq  faydalı  olardı  ki,  fəlsəfi  mətn, 

ümumiyyətlə, müxtəlif cür oxuna bilər. 

1)  Hər  şeydən  öncə  oxucu  mətndə  nəyin  barəsində  söhbət 

getdiyini  anlamağa  çalışmalıdır.  Burada  orijinal  mənbələrin 

əhəmiyyətini  vurğulamaq  mühümdür.  Bu  halda  orijinal  mətndə 

müəllifin  bütün  əsərlər  korpusunun  tərkib  hissəsini  görmək,  eyni 

zamanda,  onu  ideyaların  ümumi  tarixi  ilə  əlaqədə nəzərdən  keçirmək 

gərəkdir. 

2)  Bundan  başqa,  mətn  müəyyən  cəmiyyətdə  mövcuddur.  Bu 

cəmiyyət  mətni  müəyyənləşdirir  və  öz  növbəsində,  özü  də  mətnlə 

müəyyənləşir.  Elə  buna  görə  də,  mətni  tarixi  kontekstdə  nəzərdən 

keçirmək  faydalıdır.  Oxşar  yanaşma,  həmçinin    mətnin  sosioloji  və 

psixoloji  analizini  də  özündə  ehtiva  edə  bilir. 

B

una  nümunə  olaraq 



müəllifin ailə mühitinin, sosial statusunun və ya siyasi maraqlarının və 

müasirlərinin  müəllifə, hətta  gizli  formada  olsa  da təsirinin nəzərdən 

keçirilməsi göstərilə bilər. 

3) 


F

əlsəfi mətnin başlıca məqsədi nəyin bu və ya digər mənada 

həqiqi  olmasıdır.  Elə  buna  görə  də,  mətnin  fəlsəfi  məğzini  yalnız  o 

halda  anlamaq  olar  ki,  mətndə  şərh  olunanların  həqiqətən  də  belə 

olduqları  aydınlaşdırılmış  olsun.  Bu  aydınlaşdırma  yalnız  mətnlə 

dialoq  situasiyasında  mümkündür. 

B

urada 


ə

saslandırmanın  ən  yaxşı 

üsulu  kimi  öz  rəyini  mətndə  təqdim  olunan  nöqteyi-nəzərlər  və 

arqumentlər qarşısında yoxlamaq və sınaqdan keçirmək çıxış edir. Bu 

halda  filosof  üçün, məsələn,  Hegelin nə  dediyini aydınlaşdırmaq  (bu, 

bəzən  kifayət  qədər    çətindir)  və  ya  onun  ideyalarının  cəmiyyət 

tərəfindən necə şərtləndiyini anlamaq (bu da həmçinin  asan deyildir) 

azdır.  Filosof  üçün  həm  də  müstəsna  dərəcədə  vacibdir  ki,  Hegelin 

ideyalarının 

hansı 


dərəcədə 

ümumi 


əhəmiyyət 

daşıdığını 

aydınlaşdırsın. 

Sual  vermə  fəlsəfənin  nə  olduğunu  anlamaq  üçün  öz  mühüm 

əhəmiyyətini  saxlamaqdadır. 

F

əlsəfəni  öyrənən,  hətta  öncə 



başqalarının  köməyinə  müraciət  etsə  belə  özü  suallar  verməlidir. 

Fəlsəfədə elə "qəti" cavablar yoxdur ki, onları hazır həll siyahılarında 

tapmaq  mümkün  olsun.

  Fəlsəfədə  həlli  hazır  siyahılarda  olan  qəti 

cavablar  yoxdur.

 

Buna  görə  də,  yaxşı  anlamağa  yalnız  sual  verməklə 



gəlib çatmaq olar. 


 

104 


BİRİNCİ FƏSİL 

 

SOKRATAQƏDƏRKİ FƏLSƏFƏ. 

HİND VƏ ÇİN TƏLİMLƏRİNİN XÜLASƏSİ 

 

Yunan polisi: İnsan icma içərisində 

 

Fəlsəfə bu sözün geniş mənasında bütün sivilizasiyalarda aşkar 



edilə  bilər.  Lakin  onların  bəzilərində  -  Hindistanda,  Çində  və 

Yunanıstanda  fəlsəfə  daha  sistematik  bir  şəkildə  inkişaf  etmişdir. 

Fəlsəfi  fikir  bu  ölkələrdə  ta  qədimdən  başlayaraq  yazılı  forma  aldığı 

üçün,  biz,  indiki  zəmanədə  yaşayan  insanlar  onlarla  birbaşa  olaraq 

tanış  ola  bilirik.  Yazı  həmçinin  fəlsəfi  fikirlərin  toplanmasına  və 

onların  sivilizasiyalararası  mübadiləsinə  imkan  vermişdir.  Yazıya 

köçürülən  şey  daha  uzun  ömürlü  olur.  Yazılı  formada  fiksasiya 

əvvəllər  ifadə  olunmuş  fikirlərə  qayıtmağa,  onlar  barəsinə  suallar 

qoymağa  və  onların  məzmununu  aydınlaşdırmağa  imkan  verir. 

Beləliklə,  fəlsəfi  mülahizələrin  yazıdan  istifadə  olunmaqla  analizi  və 

tənqidi tamamilə yeni imkanlar kəsb edir. 

Fəlsəfə  tarixinin  qısa  şərhi  həmişə  müəyyən  seçimlə  bağlıdır. 

Bu  Fəlsəfə  tarixində  biz  öz  işimizi  ilk  yunan  filosoflarından 

başlayacaq  və  Avropa  fəlsəfənin  bizim  günlərə  qədər  davam  edən 

inkişafını izləyəcəyik. Şəxsiyyətlərə qaldıqda isə, bizim seçim əsasən 

Avropanın  mərkəzi  rayonlarının  yüksək  siniflərini  təmsil  edən 

mütəfəkkirləri  özündə  ehtiva  edir.  Onların  arasında  qadınlar,  aşığı 

təbəqələrdən  çıxanlar  və  mədəni  periferiyanın  nümayəndələri  azdır. 

Tarix  belədir!  Biz  qarşımıza,  əvvəla,  bu  filosofların təsdiq etdiklərini 

anlamaq,  və  ikincisi  də,  onların  bizə  qoyub  getdikləri  müddəaların 

dəyərini  aydınlaşdırmaq  vəzifəsini  qoyuruq.  Bizim  çıxış  nöqtəmiz 

bizim eradan əvvəl təqribən altıncı əsrin Yunanıstanı olacaqdır. 

Faydalı  olardı  ki,  öncə  ilkin  yunan  fəlsəfəsinin  yarandığı 

cəmiyyətin  özünə  bir  nəzər  yetirək.  Bizim  məqsədlərimiz  üçün 

kifayətdir  ki,  onun  yalnız  bir  sıra  başlıca  xüsusiyyətlərini 

səciyyələndirək. 

Yunan  şəhər-dövləti  (yunanca,  polis)  bir  çox  cəhətlərinə  görə 

müasir dövlətlərdən fərqlənirdi. Məsələn, polis həm əhalisinin sayına 

görə, həm də ərazisinə görə daha kiçik bir cəmiyyət idi. 

Məsələn  b.e.ə.  V  əsrdə  Afina  polisinin  300  min  əhlisi  vardı. 

Onlardan, bəzi məlumatlara görə, təxminən 100 mini kölələrdən ibarət 



 

105 


idi. Əgər qadınları və uşaqları istisna etsək, Afinanın təqribən 40 000 

azad kişi əhalisi vardı

26

. Siyasi hüquqlara da yalnız onlar malik idilər. 



Yunan  polisləri  bir-birlərindən  coğrafi  olaraq  dağlar  və 

dənizlər  vasitəsi  ilə  ayrılırdılar.  Polisin  özü  şəhərdən  və  onun 

ətrafından  ibarət  idi.  Polisin  ucqarları  ilə  şəhərin  mərkəzi  arasındakı 

səyahət adətən bir gündən çox çəkməzdi. Sənətkarlıq, ticarət və kənd 

təsərrüfatı fəaliyyətin ən mühüm formaları idi. 

Yunan  polisi  üzvləri  bir-biri ilə  sıx  bağlı  olan  bir  icma   idi və 

bu  da  onun  həm  siyasi  təsisatlarında,  həm  də  siyasi  nəzəriyyələrində 

əks  olunmuşdu.  Bir  zaman  Afinada  bilavasitə  demokratiya  mövcud 

idi,  polisin  idarə  olunmasında  onun  kişi  cinsindən  olan  bütün  azad 

vətəndaşları  iştirak  edə  bilərdilər.  Siyasi  sferada  eyni  hüquqlu 

fərdlərin  harmoniyası,  qanunlar  və  azadlıq  siyasi  ideallar  olaraq 

səciyyələndirilirdi. Bu halda azadlıq hamı üçün ümumi qanuna uyğun 

gələn  birgə  həyat  kimi,  köləlik  isə  –  hüquqsuzluq  şəraitində  mövcud 

olan və ya tiranın hakimiyyəti altında olan həyat kimi başa düşülürdü. 

Belə  hesab  edilirdi  ki,  qanunlarla  idarə  olunan  harmonik  və  azad 

cəmiyyətdə meydana çıxan problemlər açıq və rasional müzakirə yolu 

ilə həll edilməlidir. 

Buna  görə  də,  təəccüblü  deyildir  ki,  yunan  fəlsəfənin 

fundamental müddəaları  (b.e.ə.  V əsrin ilk  filosoflarından başlayaraq 

Aristotelə  kimi)  olaraq  özlərini  həm  təbiətdə,  həm  də  cəmiyyətdə 

göstərən harmoniya və nizam ideyaları kimi qəbul edilmişdi. Platonun 

və  Aristotelin  siyasi  nəzəriyyələri  üçün  çıxış  nöqtəsi  rolunu  təcrid 

olunmuş fərd və ya fərd üzərində yüksələn universal qanun və dövlət 

anlayışları  deyil,  "insan  icma  daxilində"  anlamı  oynayırdı.  Məsələn, 

belə  hesab  edilmirdi  ki,  insan  hansısa  "anadangəlmə  hüquqlara" 

malikdir. Hüquqlar insanın funksiyası və cəmiyyətdə rolu ilə müəyyən 

olunurdu.  Fəzilət  (arete)  anlayışı  altında  hansısa  ümumi  mücərrəd 

əxlaqi  normalara  uyğun  olaraq  yaşamaq  qabiliyyəti  deyil,  daha  çox 

fərd  tərəfindən  onun  insan  olmaq  təyinatının  gerçəkləşdirilməsi, 

cəmiyyətdə  uyğun  yerin  tapılması  başa  düşülürdü.  Qanun  nizamı 

nəzərdə  tuturdu,  o  nizamı  ki,  cəmiyyətin  fəaliyyətini  təmin  edir,  özü 

də, bir qayda olaraq, o, konkret cəmiyyətə etinasızlıq nümayiş etdirən 

və  bütün  cəmiyyətlərə  universal  olaraq  tətbiq  edilən  formal 

qadağaların məcmusunu heç də özündə ehtiva etmirdi. 

                                                

26

 Afinada  üç  qrup  sakin  vardı:  Afinalılar,  azad  əcnəbilər  və  kölələr.  Afina 

vətəndaşlığı  irsi  olaraq  keçirdi  və  əcnəbilər  onu  avtomatik  olaraq  ala 

bilmirdilər,  hətta  əgər  onlar  (və  ya  onların  valideynləri)  Afinada  doğulmuş 

olsalar  belə.  Afina  qadınları  da,  kölələr  və  əcnəbilər  kimi  siyasətdən 

kənarlaşdırılmışdılar.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə