Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə49/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   45   46   47   48   49   50   51   52   ...   402

 

101 


baron  Münhauzen  ola  bilməz,  o  Münhauzen  ki,  özünü  saçlarından 

tutaraq  bataqlıqdan  çıxara  bilmişdi.  Tarixçi  özünü  öz  elmi  və  mədəni 

mühitindən  qoparıb  ayıra  bilməz.  Üstəlik,  müəllifin  öncədən 

dəstəklədiyi mövqe də mövcuddur, bu isə başqa filosofların ideyalarının 

onun  tərəfindən  anlaşılmasını  çətinləşdirə  bilir.  Bütün  bunlar  fəlsəfə 

tarixinin  təsvirinə  dəyər  nöqteyi-nəzərindən  özünəməxsus  çalar  verir. 

Hətta  fəlsəfi  fikir  tarixini  tədqiq  edən  böyük  filosoflar  da  özündən 

əvvəlki  mütəfəkkirlərə  qiymət  qoyan  məktəb  müəllimi  funksiyasını 

məmnuniyyətlə  öz  üzərinə  götürmüşlər.  Belə  ki,  B.  Rasselin  Qərb 

fəlsəfəsi  tarixini  oxuyarkən  asanlıqla  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 

Hegel və Nitşe bir sıra ciddi intellektual səhvlərdə günahkardırlar. 

Kitabımızda  biz  çalışmışıq  ki,  "hər  şeyi  bilən  müəllim"  və ya 

"intellektual nəzarətçi" rolunda çıxış etməyək. 

Keçmişin filosofları da elə bizim indiki müasir filosoflar kimi 

təsdiq  edirdilər  ki,  həqiqəti  danışırlar.  Bu  mənada  onlar  öz 

zəmanələrinə göstərdikləri münasibəti bizim zəmanəyə də göstərirlər, 

əvvəllər  etdiklərini indi də  etməkdə  davam  edirlər,  yəni  bizim indiki 

zəmanəyə  də  meydan  oxuyurlar.  Elə  buna  görə  də  biz  Aristotel  və 

Platon  tərəfindən  söylənilənlərə  münasibətdə  yalnız  müəyyən  mövqe 

tutmaqla  onlara  qarşı  ciddi  münasibət  göstərmiş  olarıq.  Bu,  onlarla 

dialoqu  nəzərdə  tutur.  Həmin  dialoq  isə  imkan  verir  ki,  bizim  və 

onların  nöqteyi-nəzərlərini  qarşılaşdıraq  və  sınaqdan  çıxaraq.  Məhz 

bu,  filosofluq  edən  (philosophizing)  fəlsəfə  tarixçisini  keçmişin 

ideyalarının ikinci dərəcəli rekonstruktorundan fərqləndirir. 

Biz  öz  kitabımızda  ötən  əsrlərin  filosoflarını  onların  öz 

təsəvvürləri  işığında  anlamaqdan  ötrü  hər  bir  filosofun  baxışlarının 

onun  zəmanəsi  kontekstində  öyrənilməsinə  xüsusi  diqqət  yetiririk. 

Amma eyni zamanda biz onlarla dialoqa da səy edirik. Biz keçmişdən 

gələn səslərə yalnız qulaq asmağı deyil, həm də onlara cavab verməyi 

arzu edirik. 

Fəlsəfə  tarixinin  bizim  tərəfimizdən  şərhi  zamanın,  yəni 

iyirminci  əsrin  sonunun  izlərini  özündə  daşıyır.  Əvvəlki  müəlliflərlə 

müqayisədə biz nəsə bir imtiyazlı vəziyyətdə olmasaq da, bizim şərh, 

əlbəttə ki, bir tarixi hadisədir. Bu heç də o demək deyildir ki, kitabda 

hansısa modernist  möcüzələr əks  olunmuşdur.  Fəlsəfə  tarixi ilə  bağlı 

müxtəlif  kitablara  qərəzsiz,  obyektiv  yanaşaraq,  biz  aşkara  çıxarırıq 

ki,  onlar  bir-birinə  təəccüb  doğuracaq  dərəcədə  oxşardır.  Onların 

hamısı filosofların və fəlsəfi şərh üslublarının əsas siyahısını özlərində 

ehtiva  edirlər.  Müasir  filosoflar  və  onların  sələfləri  müzakirə  olunan 

əksər predmetlər üzrə tam razılıq nümayiş etdirmirlər. Onlar yalnız o 

məsələdə  həmrəydirlər  ki,  fəlsəfənin  sualları  və  müzakirə  etdiyi 

cavablar  Platon,  Dekart  və  ya  Vitgenşteyn  tərəfindən  ifadə 



 

102 


olunmasından  asılı  olmayaraq  əhəmiyyətlidir.  Belə  bir  həmrəylik 

fəlsəfə  tarixinin  müxtəlif  şərhləri  üçün  də  xarakterikdir.  Bu  kitab 

həmçinin  fəlsəfənin  vəzifələri  ilə  bağlı  fundamental  razılığı  da 

bölüşür. 

Amma  bəzi  xüsusiyyətlər  bizim  Fəlsəfə  tarixini  başqa 

əsərlərdən  fərqləndirir.  Ümumən  qəbul  olunmuşdur  ki,  Yeni  dövrün 

başlanğıcının  elmi  inqilabı  dünyanın  mövcud  mənzərəsinə  meydan 

oxumuş və yeni epistemoloji və etik məsələləri meydana çıxarmışdır. 

Məhz  buna  görə  də,  Kopernikin,  Keplerin  və  Nyutonun  ideyalarının 

analizi  fəlsəfə  tarixinin  istənilən  xülasəsinə  daxil  edilmişdir.  Belə  bir 

yanaşmaya  şərik  çıxsaq  da,  biz  bununla  belə,  hesab  edirik  ki, 

humanitar  elmlərin  (the  Humanities  və  ya  die  Geistwissenschaften) 

təşəkkülü  və  həmçinin  sosial  elmlərdə  baş  verən  inqilab  da  analoji 

suallar  doğurmuşdur

25

.  Bu  mənada  bizim  kitab,  adətən,  dünyanın 



müasir  elmi  mənzərəsi  və  insan  təbiətinin  anlaşılması  üçün  klassik 

təbiətşünaslığın  nəticələrinin  müzakirəsi  ilə  məhdudlaşan  ənənəvi 

dərsliklərdən bir addım qabağa gedir. Darvinin, Freydin, Dürkheymin 

və  Veberin  adları  ilə  səsləşən  elmlər  də,  həmçinin  mühüm  fəlsəfi 

problemlər yaratmışdır. Elə buna görə də, bu kitabda oxucu humanitar 

və sosial elmlərin, həmçinin psixoanalizin də kifayət qədər dəqiqliklə 

nəzərdən keçirilməsi ilə də rastlaşacaqdır. 

Bu kitab bizim tərəfimizdən kifayət qədər uzun müddət ərzində 

yazılmışdır.  Müəlliflərdən  biri  (N.  Gilye)  onun  birinci  nəşrini 

fəlsəfəyə  giriş  dərsliyi  kimi  istifadə  etmişdir!  Nəticədə,  özünün 

məxsusi  tarixinə  malik  olan  bu  kitab  ötən  əsrin  yetmişinci  və 

səksəninci illərinin «izini» də özündə labüd olaraq saxlamışdır. Amma 

bu,  həmçinin  o  deməkdir  ki,  sonrakı  nəşrlər  bir  çox  sınaqlardan 

keçmişdir.  Aydındır  ki,  bir  sıra  didaktik  və  pedaqoji  mülahizələr  və 

dəyərlər  də  kitabın  məzmununun  seçilməsində  və  şərh  olunmasında 

rol  oynamışdır.  Tələbələrə  nəyi  və  necə  öyrətməyin  daha  mühüm 

olması  barədə  bizim  təsəvvürlərimizin  arxasında  çoxlu  sınaqlar  və 

səhvlər  gizlənir.  Heç  bir  dərslik  birdəfəlik  olaraq  tamamlanmış  əsər 

deyildir.  Elə  buna  görə  də,  biz  onun  dəyişdirilməsi  və 

yaxşılaşdırılması təkliflərini də həmişə gözləyirik. 

Ənənəyə  uyğun  olaraq,  biz  öz  şərhlərimizi  xronoloji  qaydada 

verdik. Lakin kitabın strukturu onun sondan, yəni elmin fəlsəfəsindən 

və 

rasionallığın 



müasir 

problematikasından, 

normalar 

                                                



25

 Bu kontekstdə humanitar elm termini altında insan haqqında eksperimental 

tipə  (məsələn,  tarix,  klassik  filologiya,  kulturologiya)  aid  edilməyən  elmlər 

başa  düşülür,  "sosial  elmlər"  termini  isə  davranış  fənlərini  (sosiologiya  və 

psixologiya tipli) xarakterizə edir.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə